Hindistan etnoqrafiyası
93
distanda rəsmən əhalinin yarısı aşağı kastalara aiddir. Bu kastalar
öz haqq və hüquqlarını tanıtmaq üçün uzun illər mübarizə apar-
mışlar, lakin indi əhalinin çoxluğu səbəbindən hər kəsdən üstün
gücə malikdirlər. Aşağı kastaya mənsub əhalinin sayının çox ol-
ması parlament demokratiyasında həlledici faktora çevrilmişdir.
Yuxarı və aşağı kastalar arasında münasibətlər sosial gər-
ginliklə müşayiət olunmuşdur. Hindistan dövləti cəmiyyətdə baş
verən bu dəyişikliklərə reaksiya verərək təhlükəli sosial problem-
lərin həlli üçün güzəştlər, əhalinin əksəriyyətini təşkil edən aşağı
kastalara münasibətdə mülayimləşməsi yolunu tutmuşdur. Məhz
bu müstəvidə aqrar islahatlar keçirilmiş, ali məktəblərdə, dövlət
və yerli özünü idarəetmə orqanlarında “geri qalmış siniflər” üçün
kvotalar müəyyənləşdirilmişdir. Bununla da iki məqsədə nail
olunmuşdur: Birincisi, sosial partlayışa imkan verilməmiş, ikin-
cisi isə hind cəmiyyətinin əsaslarına zərbə vurmadan aşağı kas-
taların təhsilə, dövlət idarəçiliyinə cəlb olunması baş tutmuşdur.
Hindistanda 1977-ci il parlament seçkilərində şimalda “hin-
didilli qurşaqda” və qərbdə (Qucarat) çoxsaylı kəndli kastaları
“Canata Parti” (Xalq Partiyası) koalisiyasının Hind Milli Konq-
resi üzərində qələbəsini təmin etdilər. Bu kastalar təkcə iqtisadi
tələblər irəli sürmür, indiyədək yuxarı kastaların nəzarətində qal-
mış sosial həyatın bütün sahələrində təmsil olunmağa çalışırdılar.
Parlament üzvü B.P.Mandalanın rəhbərlik etdiyi komissiya “geri
qalmış siniflər” (qeydə alınmış kastalar), “qeydə alınmış tayfa-
lar” və “digər geri qalmış kastalar”ı öyrənərək 1980-ci ildə parla-
mentə təklif etdi ki, onların dövlət orqanlarında, ali məktəblərdə
təmsil olunması üçün kvotalar müəyyənləşdirilsin. Öz hesabatın-
da (1980) Mandala komissiyası bildirdi ki, 1955-ci ildə yaradıl-
mış oxşar komissiyanın gəldiyi rəy hələ öz qüvvəsində qalır, yəni
kasta faktoru hind cəmiyyətinin inkişafına mühüm təsir göstərir.
“Mandala komissiyası” bildirirdi ki, yuxarı kastalar ölkə əhali-
sinin 17,6 %-ni təşkil etməsinə baxmayaraq dövlət orqanlarında
Bəhmən Əliyev-Ayvazalı
94
işləyənlərin 68,8 %-i onlardandır. Əksəriyyəti kəndlilər və sənət-
karlar olan “geri qalmış siniflər” əhalinin 52 %-ni təşkil etmələ-
rinə baxmayaraq, onlar dövlət orqanlarında cəmi 12,5 % yerlə
təmin olunurlar. “Qeydə alınmış kasta və tayfalar” isə ölkə əhali-
sinin 22,5 %-ni təşkil etmələrinə baxmayaraq dövlər orqanlarında
ən aşağı vəzifələrdə 18,7 % kvotaya malikdirlər. Beləliklə, ölkə
əhalisinin dörddə üçü dövlət idarəetməsindən kənarlaşdırılmışdır.
“Mandala komissiyası” “geri qalan siniflər” üçün 27 %-lik kvo-
ta müəyyənləşməsini təklif etsə də bu təklif parlamentdə qəbul
olunmadı. Yalnız 1990-cı ildə Milli Cəbhə hökumətinin baş naziri
Vişvanath Pratap Sinqh parlamentdə dövlət müəssisələrində, ali
məktəblərdə 27 %-lik kvotanın parlamentdə qəbul edildiyini bil-
dirdi. Bu yuxarı kastaların ciddi etirazına, hətta toqquşmalara sə-
bəb oldu. Kvotaların tətbiqi hakimiyyətə yolu açırdı. Delhi və di-
gər “hinddilli qurşaq” şəhərlərində bu qərarın əleyhinə aksiyalar
keçirildi, hətta etiraz olaraq 63 tələbə özünü yandırdı. Bu əks re-
aksiya doğurmuş, kəndli kastaları şimalda kvota qərarını dəstək-
ləmək məqsədi ilə, brahmanların əleyhinə çoxsaylı mitinqlər təş-
kil etmişlər. Ali Məhkəmənin kvotanın əleyhinə qərarı baş nazir
Sikhi istefa verməyə məcbur etsə də, bu məsələ sonrakı illərdə də
siyasi mübarizənin əsas istinad nöqtələrindən biri oldu. Hindistan
Ali Məhkəməsi 1992-ci ilin dekabr ayında hökumətin “Mandala
komissiyası”nın “digər geri qalmış kastalar” üçün 27 %-lik kvo-
tanın tətbiqi təklifinin həyata keçirməsi barədə qərar çıxardı. Ali
Məhkəmənin bu qərarı “geri qalmış siniflərin” siyasi identifika-
siyasının formalaşmasına xidmət etdi. Bu siyasi nomenklaturaya
“geri qalmış kasta və icmalar”, yəni əksəriyyəti keçmiş kəndli
əkinçi kastalar, eləcə də qeydə alınmış kasta və tayfalar aid edilir.
Onlar hamısı bir yerdə yuxarı kastalara qarşı qoyulurdu, hətta va-
hid cəbhədə çıxış edirdilər. Siyasi həyata əvvəllər dövlətin idarə
olunmasına iddia etməyən sosial qruplar cəlb olundu. Həmin
dövrdə Bihar və Uttar-Pradeş ştatlarında hökumətə “geri qalmış
Hindistan etnoqrafiyası
95
siniflərin” nümayəndələri seçildilər: Bihar ştatında Lalu Yadovo,
Kalyan Sinqh, Uttar-Pradeş ştatında Mayavati, Mulayam Sınqh
Yadovo hökumətə rəhbərlik edirdilər. Hindistan səviyyəsində isə
“dalitlərin” (“toxunulmazlar”) nümayəndəsinin dövlətdə ən yük-
sək postlara seçilməsi tarixi fakt idi. K.R.Narayanan 1997-2002-
ci illərdə Hindistanın prezidenti, Q.M.Balayoqi 1998-2002-ci il-
lərdə parlamentin aşağı palatasının sədri olmuşdur.
Sosial-iqtisadi bərabərlik uğrunda mübarizə aparan kəndli
kastalarından fərqli olaraq, ən aşağı kasta sayılan “dalitlər” özləri
çoxsaylı kastalara və alt-kastalara ayrılır, heç bir ştatda çoxluğu
təşkil etməyərək zəif təşkil olunmuş əhali qrupu sayılır. Maha-
raştrada “dalit” hərəkatı diqqəti cəlb etsə də onların maraqların-
dan çıxış edən Hind Respublika Partiyası çoxsaylı, bir-biri ilə
mübarizə aparan fraksiyalara parçalanmışdır. Şimali Hindistan-
da “dalitlər” daha təşkilatlanmış vəziyyətdədirlər. “Çamara” və
“catava” dalitləri “Bahucan Samac Parti”nin (Xalqın Partiyası)
əsasını təşkil edirlər, bu partiya bir neçə dəfə Uttar-Pradeşdə haki-
miyyətə gəlmişdir. Saylarının çox olmasına baxmayaraq, zəif iq-
tisadi güc, hakimiyyət uğrunda mübarizədə resursların olmaması
səbəbindən dalitlər həmişə başqa partiyalarla ittifaqa girməyə üs-
tünlük verirlər.
Kəndli kastalarının güclənməsi Hindistanda brahmanların
ənənəvi hakimiyyətinin rolunu azaltmışdır. Hələ 1920-1940-cı il-
lərdə çox sayda brahman ölkənin cənubundan şimalına köçmüşdür.
Mahatma Qandinin 1948-ci ildə brahman Qodse tərəfindən öldü-
rülməsindən sonra isə xüsusi ilə Maharaştrada brahmanlar kənd-
ləri tərk etmiş, hətta xaricə köçmüşlər. Aqrar islahatlardan sonra
isə kəndlərdə yaşayan brahmanlar öz iqtisadi vəziyyətlərinə görə,
“digər geri qalmış siniflər”lə bərabər idi. Şəhərlərdə də brahmanlar
öz təsirlərini itirmişlər, onlar xidmətçi, aşpaz, mexanik, avtobus
sürücüsü, poçtalyon, dənizçi və s. işləyirlər. Ümumiyyətlə, Hin-
distanda brahmanların sayı əhalinin 5,5 %-ni keçmir. Brahmanlar
Dostları ilə paylaş: |