Hindistan etnoqrafiyası
99
bayramı bir-birinin üzərinə bəzən qan çilənməsi ilə müşayiət olu-
nurdu, sonralar bu adət qan qırmızı toz və rəngli su ilə əvəz edil-
mişdir. Bayram zamanı bütün məhdudiyyətlər, sevgi qadağaları
aradan qaldırılır.
Hind yeni ilinin birinci ayında (“çaytra”, mart-aprel ayları)
kənd sakinləri birinci şumlamanı bayram edirlər. Yaz günəşinin
şərəfinə kəllər qoşulan, parlaq bəzədilən arabalar küçələrə çıxa-
rılır, yürüşlər təşkil olunur. Mərasim alatoranda başladığından
məşəlçilər arabaları dövrəyə alırlar, mahnılar oxunur, arabarın
üstünə çiçəklər və düyü səpilir, irəlidə təbilçilər çıxış edir, böyük
balıqqulağından hazırlanmış şeypurun səsi eşidilir. Əkinçi şum-
lanmış tarlaya, kotanın üstünə müqəddəs su səpir, kotanı qoşqu
qüvvəsindən açır, tarlada qoyaraq evə gedir. Növbəti gün rituallar
keçirilir, insanlar şuma və onu qoruyan ruhlara qurban gətirirlər
ki, yaxşı məhsul olsun. Usta əkinçi torpağı yenidən şumlayır,
bundan sonra şuma öncə müqəddəs yağa salınmış üç ovuc buğda
atır və səpinə başlayırlar. Ziyafətdən sonra yeməklərin qalıqlarını
dən ilə birgə şuma atır və inanırlar ki, bu bol məhsul olmasını
təmin edəcək. Ölkənin bəzi yerlərində qadınlar arasında yellən-
cəkdə yellənərək yüksəyə qalxmaq yarışları təşkil olunur. İnanca
görə, kim yüksəyə qalxsa, onun məhsulu bol olacaq. Xırdabuy-
nuzlu, iribuynuzlu heyvanların məhsuldar olması üçün xəmirdən
qoyun və quzu fiquru düzəldir, onun üstünü yunla örtürlər, iki
həftə müddətində xüsusi mərasimlər keçirir, qurban gətirirlər.
Üstünə müqəddəs su səpilmiş (təqdis edilmiş) buğanı açıb çölə
buraxırlar. May-iyun ayında birinci məhsul yığımı vaxtı inəklər
də balaladığından kəndli daha diqqətli olmağa çalışır. Hind kənd-
lisi düşünür ki, pis ruhlar həm məhsula, həm də buzovlara zərər
vura bilər. Buna görə də, “ruhlar anasının” şərəfinə “Bhutamatr”
bayramı keçirilir. Bu bayramın əsas personajı kəndin yaxınlığın-
dakı çayda və ya göldə yaşayan ikicinsli varlıq sayılır. Ona görə
də qadınlar kişi paltarı, kişilər də qadın paltarı geyinirlər, bu za-
Bəhmən Əliyev-Ayvazalı
100
man hər cür sevgi münasibətləri məhdudlaşdırılır. Magik rituallar
əkinçilik və maldarlıq təsərrüfatının bütün mərhələlərini əhatə
edir. Kəndlilər dualar oxuyaraq məhsulu heyvanlardan və həşə-
ratlardan qorumağa çalışır, məhsul yığımı və döyülməsi zamanı
eyni ritualları təkrarlayır. Göründüyü kimi, əkinçi və maldarın
əmək fəaliyyətinin hər bir mərhələsi uğur gətirmək, pis ruhlardan
qorunmaq üçün rituallarla zəngindir.
Musson yağışlarının başlanması bayram və mərasimlərlə
müşayiət olunur. Əgər yağışlar ləngiyirsə, yağış çağırılması üçün
dualar oxunur, 12 gün oruc tutulur. Yağış yağacağı bilinsə də, mə-
rasim davam etdirilir. Evlərdə ata və ananın yatağı döşəmədən
yuxarı qaldırılır, tanrılara düyü və meyvə qurban gətirilir. Xüsusi
ilə ilanların könlünü almağa çalışırlar, çünki sel və daşqınların
başlanması ilə yuvalarından çıxmağa məcbur olan ilanlar həd-
dindən artıq qəzəbli və aqressiv olur, insanlara təhlükə törədir.
Sadə hindlilər selə, yağışa baxmayaraq, qurbanvermə, mahnı, dua
oxunması mərasimlərini dayanmadan, qaydalara uyğun davam
etdirir, bununla da həyatın normal ritminin təmin edildiyi düşü-
nürlər. Mərasimlərin keçirilməsində hər hansı qaydanın pozulma-
sının insanlara bədbəxtlik və uğursuzluq gətirəcəyinə inanılır.
Qupt imperiyası dövründən Şiva tanrısının arvadı Parvatinin
təzahürlərindən olan Durqa tanrısına həsr olunan xüsusi bayram ke-
çirilmişdir. Tanrının şəkli zənglər və güzgü kimi parlaq metal löv-
hələrlə bəzədilmiş araba ilə gəzdirilirdi. Araba rənglənmiş evlərin
yanından keçir, qızlar və qadınlar onun üstünə çiçəklər, düyü, rəngli
su səpirlər, rənglənmiş düyülərlə yerdə rəsmlər çəkirdilər.
Qədimdə olduğu kimi, indi də yağışlar mövsümü qurtar-
dıqda valideynlərin yatağı əvvəlki yerinə qaytarılır. Ailə başçı-
sı döşəmədə oturaraq torpağa verdikləri qurbanları elan edir və
bildirir ki, “yağışlar yeri tərk etsələr də insanlar tərk etmir və
yağışların getməsini əvəz etməyə çalışır, yağışları vaxtında dön-
məyə çağırır”. Payızın əvvəlində mal-heyvanın məhsuldar olması
Hindistan etnoqrafiyası
101
üçün qurban verilir, dualar oxunur. Məhsul yığımı zamanı isə bu
prosesdə istifadə olunan əmək alətlərinə həsr olunan mərasimlər
yerinə yetirilir. Soyuq havaların başlaması və sona çatması müna-
sibəti ilə də müxtəlif mərasimlər təşkil olunur. Yeni ilin başlaması
ilə növbəti bayram və mərasimlər silsiləsi başlayır.
Göründüyü kimi, Hindistanda hər gün bayramdır. Burada
bazar günü Günəş (Surya), birinci gün Ay, ikinci gün Mars,
üçüncü gün Merkuri, dördüncü gün Yupiter (Dyaus), beşinci
gün Venera, şənbə günü Saturn günü sayılır. Hər gün üçün
müəyyən mərasimlər və “puci” həyata keçirilir. Eyni zamanda
hər bir gün Ay ilə bağlıdır və bütün mərasimlər çıxan və batan
aya görə həyata keçirilir. Buna görə də ayın zodiakda hərəkəti və
ayın başqa planetlərlə əlaqəsi nəzərə alınır. Bu kosmik obyekt-
lərin-planetlərin hərəkətlərinin insanlara təsiri haqqında miflərə
uyğun olaraq, mərasimlərin, bayram və adətlər müəyyənləşir. Mif
və əfsanələrdə planetlərin təsiri ilə yanaşı, qaydalara əməl etmə-
yin müsbət və mənfi nəticələri haqqında da danışılır.
“Astroloji” bayramlardan başqa, mühüm tarixi hadisələrə,
qədim tarixi qələbələrə, xalqların köçünə, qəhrəmanlara, məşhur
hökmdarların taxta çıxmasına həsr olunmuş bayramlar vardır.
Hindistanda bir sıra bayram və mərasimlər bu və ya digər şəkildə
“Ramayana” və “Mahabharata” dastanları ilə sıx bağlıdır.
Qədim Hindistan tariхinin öyrənilməsində ədəbi mənbələrin
mühüm əhəmiyyəti vardır. Bu mənbələr хalq yaradıcılığının nü-
munəsi kimi meydana gəlmiş, nəsildən-nəslə keçmişdir. Tariхən
hindlilərin üç böyük dastanı vardır. Bunlar ilk növbədə Şimali
Hindistana aid edilən “Ramayana”, “Marabharata” və “Hari-
vamşa” dastanlarıdır.
E.ə. VI əsr- b.e. II əsrlərində yazılan “Ramayana” dastanı
24 min beytdən ibarətdir. Üç əsas variantı (Qərbi Hind, Benqal,
Bombey) olan eposun birinci və yeddinci bölümləri sonradan
əlavə olunmuşdur. Əsas mətndə (2-6 bölümlər) ən böyük tanrı-
Dostları ilə paylaş: |