Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə34/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   30   31   32   33   34   35   36   37   ...   74

Bəhmən Əliyev-Ayvazalı
102
nın İndra olduğu qabarıq şəkildə görünür, bu da dastanın hələ 
Veda dönəmində formalaşmağa başladığını göstərir. Rama ilə 
Ravana arasındakı savaşın tanrı İndra ilə Vritra arasındakı müha-
ribəyə bənzəməsi, Ravananın oğlu İndraşatrunun adının “Riq Ve-
da”dakı Vritranın ləqəblərindən biri olması “Ramaya” ilə Vedalar 
arasında əlaqəni təsdiqləyir. Eposun qəhrəmanı Rama insandır, 
yalnız birinci və yeddinci bölümlərdə tanrı Vişnu kimi təzahür 
edir, bu da brahmanizmdə “avatar” (tanrının təzahürü) təlimi-
nin yayılması ilə əlaqədardır. Əsrlər bоyu müхtəlif hissələr əlavə 
edilən  dastanlarda  hikmətli  sözlər,  təmsillər,  qədim  tanrıların, 
хalqların, şəhərlərin, nəsillərin və s. adları əks оlunmuşdur. “Ra-
mayana”  dastanında  Brahma,  İndra,  Manu,  nağalar  (insan  üzlü 
və ilan quyruqlu tanrılar), Narada (Valmiki ilə danışan müdrik, 
tanrılar arasında vasitəçi), Vişvakarman (tanrıların arabalarını və 
silahlarını düzəldən), Kinnara (yarı-insan səma varlıqları), Ram-
bha (gözəl pəri qızı) və s. obrazlar vardır.
Müdrik Valmikinin e.ə. VI əsrdə yazmağa başladığı bu epo-
su müхtəlif müəlliflər b.e. II əsrində tamamlanmışdır. “Rama-
yana”da ilahi qəhrəman Ramanın (Vişnunun təzahürü) həyatın-
dan danışılır. Dastanın digər əsas qəhrəmanları torpaq tanrıçası-
nın qızı və Ramanın arvadı Sita, meymun tanrı Suqriva, Lanka 
hökmdarı və Ramanın düşməni nəhəng Ravanadır. Dastan qədim 
hind mədəniyyəti, dini, ictimai və siyasi həyatı haqqında maraqlı 
məlumatları özündə əks etdirir. 
“Ramayana”, yəni “Ramanın sərgüzəştləri” epik pоeması 
şahzadə Ramanın arvadı Sitanın qaçırılması əhvalatı ilə baş-
layır.  Şahzadə  Rama  saray  intriqası  nəticəsində  hökmdar  atası 
Dasaratha tərəfindən sürgün edilmişdir. Sitanı isə Ravana qaçır-
mışdır. Rama böyük sərgüzəştlərdən sоnra Sitini tapır. Dəhşətli 
döyüşdən sonra, meymunlarla ayıların kömək etdiyi Rama Rava-
nanı öldürür, Sitanı geri alır və yenidən taxta çıxır. 
“Mahabharata”, yəni “Bharata oğullarının böyük mühari-
bəsi” pоeması iki sülalə arasında hakimiyyət uğrunda gedən mü-


Hindistan etnoqrafiyası
103
haribədən bəhs edir. Pоemada nəql edilir ki, Pandav nəsli hakimiy-
yətini geri qaytarır, lakin döyüşən tərəflərin əksəriyyəti həlak оlur.
Təxminən e.ə. IV əsrdə yaranmış “Mahabharata” Kuru ərazi-
sində yaşayan xalqların sitayiş etdiyi Vişnu tanrısına aid ən qədim 
ədəbi  abidələrdən  biridir.  Yüz  min  beytdən-  “şloka”dan  ibarət 
dastan 18 kitabdan ibarətdir. Dastanı müdrik Vyasa yazmış, onun 
şagirdi  Vayşampayana  ifa  edərək  yaymışdır.  “Mahabharata” 
dastanının mövzusu Bharata nəsli haqqında rəvayətdən götü-
rülmüşdür: Dastan öz mənşəyini Ay tanrısından alan, Hastinapur 
şəhərində Bharata şah nəslinin Pandavlar və Kauravlar adlanan 
qolları arasında gedən müharibələrdən danışılır. “Mahabharata”-
nın əsas ideya xətti hind xalqının birliyini, düzgünlüyünü, ədalətli 
olduğunu və s. açıb göstərməkdən ibarətdir. Burada bir çox tan-
rıların adları çəkilmişdir,  lakin bunların hamısının başında tan-
rı İndra durur. Mahabharata dastanından görünür ki, baş tanrılar 
Veda tanrıları- İndra, Aqni, Soma və s. оlmuşdur. 
 Hind dastanları anlaşıqlı sanskritcə yazılmışdır. Onların for-
ması isə nəzmlə olub, yalnız “şloka” ölçüsündə tərtib edilmişdir. 
Şloka hər birində 8 heca olan 4 bənddən ibarət şeir formasıdır. 
Eposların məzmunu rəngarəngdir: burada qəhrəmanlar haqqında 
başlıca əfsanələrdə vedalarda təsvir olunan tanrılar və müqəddəs 
şəxsiyyətlər haqqında əfsanələr, düşüncələr əlavə edilmişdir. 
“Ramayana”, “Mahabharata” eposları Hindistanda ənənə-
viləşmiş, dini inanışa əsaslanan bir həyat forması halına çev-
rilmişdir. Dastanların bir çox qismi, bayramlarda, mərasimlərdə 
sərgilənən oyunlara, film və kitablara mövzu olmuşdur. Hinduiz-
min müxtəlif təriqətlərinin, eləcə də Hindistanda yaşayan bir sıra 
dini-etnik konfessiyaların heyranlıqla izlədikləri “Ramayana” və 
“Mahabharata” dastanlarının vahid hind mədəniyyətinin forma-
laşmasında mühüm rol oynamışdır.
Təsərrüfat  həyatı,  eposlar  hind  bayramlarında  mühüm  yer 
tutsa da, Hindistanda hinduizm, caynizm, buddizm, islam, xristi-


Bəhmən Əliyev-Ayvazalı
104
anlıq, siqhizm və s. dinlər, dini təlimlər bayramlar və mərasimlə-
rin keçirilməsində həlledici rol oynayır.
Hinduizm inancına görə, tanrı Vişna hər bir varna üçün 4 
başlıca bayram müəyyənləşdirmişdir. Həmin inanca görə, brah-
manlar “Rakhi Purnima”, kşatrilər “Dasera”, vayşalar “Diva-
li”, şudralar “Holi” bayramını qeyd etməlidirlər. 
“Rakhi Purnima” bayramı hindu “şravan” təqviminin bədir-
lənmiş (tam) ay zamanı, yəni iyul-avqust ayında qeyd olunur. Bu 
bayramda əsas tanrı kimi sular tanrısı-Varuna çıxış edir. Dəniz, 
çay sahillərində yarmarkalar təşkil olunur, əhali bura axışır. Varu-
na tanrısına ibadət olunur, qurbanlar verilir, rituallar icra olunur. 
Bu bayramda əsas diqqəti çəkən məsələlərdən biri budur ki, Va-
runa tanrısına ibadət məqsədi ilə suya çoxlu kokos meyvəsi atılır. 
Kokos satıcıları bu bayram zamanı öz məhsullarını evlərə aparıb 
satırlar. “Rakhi Purnima” bayramı “Narali Purnima” (Bədirlən-
miş kokos ayı) adlanır, yaxud xalq arasında “Kokos günü” kimi 
tanınır. 
Rakhi Purnima (və ya Narali Purnima) bayramı musson ya-
ğışlarının sona çatması dövrünə düşür. Musson yağışlarının kəsil-
məsi balıqçıların və dənizçilərin gözlədikləri bir işarə sаyılır, bu 
günlərdə gəmilər dənizə çıxır.
Rakhi Purnima (və ya Şravan Purnima) bayramında yuхаrı 
varnaya  mənsub  olan  hindlilər  daim  çiyinlərində  gəzdirdikləri 
müqəddəs  iplərdən  tikilmiş  şalları  təzələyirlər.  Bu  bayram  gü-
nündə bacılar qardaşlarına ipək ipli gözmuncuqları, qızıl, gümüş 
tellər, qızıl muncuqlar hədiyyə edirlər. Qan qohumluğu olmayan 
qadınlar kiməsə xüsusi rəğbətlərini ifadə etmək, öz qardaşı hesab 
etdiyini bildirmək üçün onların biləklərinə gözmuncuğu bağlayır-
lar. Məsələn, racaput şahzadəsinin ingilis polkovniki Toda göz-
muncuğu verməsi haqqında rəvayət məşhurdur. 
“Dussehra” (Dasera) bayramı hindus bayramları içində ən 
məşhurudur  və  10  gün  davam  edir.  Onuncu  gün  Navaratha  ( 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə