Bəhmən Əliyev˗Ayvazalı HİNDİstan etnoqrafiyasi



Yüklə 167,75 Kb.
Pdf görüntüsü
səhifə41/74
tarix07.11.2017
ölçüsü167,75 Kb.
#8897
1   ...   37   38   39   40   41   42   43   44   ...   74

Hindistan etnoqrafiyası
123
və təbiətin qarışıq fəlsəfi düşüncələri ilə əlаqələndirilir. “Tala”da 
davam edərək ritmik silsilə təşkil edir, hər bir silsilə qapalıdır və 
təkrarlanır. Silsilə seqmentlərə bölünür, bu bölümlər bir-birinə bə-
rabər və qeyri-bərabər ola bilir, onlar ritmik vahidlərin əlavə olun-
ması ilə formalaşır. Burada qapalı və silsilə ritmik vahidlər mü-
hüm əhəmiyyət daşıyır, burada “tala” ilə sadə ritm arasında fərq 
ortaya çıxır. Bu sistemin daxilində müxtəlif yaradıcılıq üslubları 
mövcuddur, onlar ritm, ton, lirik xüsusiyyətlərinə görə fərqlənirlər. 
Belə fərqlənən üsullar Şimali Hindistanda “dhrupad”, “khayyal”, 
“thumri” və s., Cənubi Hindistanda “kriti”, “varnam”, “padam”, 
“cavali” və s. yayılmışdır. “Raqa”nın ciddi üsulları yavaş kom-
pozisiyadan başlayaraq bir-birini əvəz edən “alapa”, “çiza” və ya 
“kriti” kimi müəyyən “tala”ya daxil olan melodik frazalar nisbətən 
sürətli templə ifa olunur. Şimali Hindistan musiqisində müəyyən 
metroritmik  əsasda  formalaşan  müstəqil  instrumental  kompozi-
siya  (“qat”)  mövcuddur.  Cənubi  Hindistanda  isə  musiqi  alətləri 
ilə vokal əsərlər müşayiət olunur. “Thumri”, “drupad”, “qazal”, 
“padam”, “cavali” lirik məhəbbət nəğmələri olsalar da dini mis-
tik dünyagörüşlə sıx bağlıdır. Bu növlərin alt növlərinə, bunlarla 
əlaqəli müxtəlif üsullаrа rast gəlmək mümkündür. Hər növün fərq-
li icra texnikaları vаrdır və müğənnilər bütün növləri öyrənsələr də 
yalnız biri üzrə iхtisаslаşırlаr. 
Sual və tapşırıqlar:
1.“Sаnqitа”  anlayışını  (“hər  şеyin  birləşməsi  və  ifаdəsi”) 
izah  edin.
2.  Şimаli  Hindistаnın  musiqisində  “şаcаcа”  (“6  nоtdаn 
ibаrət sırа”) adlanan əsаs tоn əbədiliyi, tanrını simvоlizə еdir.
3.Vedalar  arasında  qurban  zamanı  oxunan  duaları  əhatə 
edən  “Sama  Veda”  xüsusi  yer  tutur. 
4.Hindistanda “hindustani” və “karnatak” klassik musiqi in-
cənəti haqqında təqdimat hazırlayın.
5.“Raqa” və “tala”


Bəhmən Əliyev-Ayvazalı
124
3.3.Musiqi аlətləri. 
Hind musiqi alətlərinə dair ən qədim materiallar, möhür və 
piktoqramlar üzərində simli, zərb alətlərinə bənzər təsvirlər, quş 
səsi çıxaran alətlər Hind vadisində aparılmış arxeoloji qazıntılar 
zamanı üzə çıxarılmışdır, bu materiallar Harappa sivilizasiyasına 
(e.ə.III minillik) aid olunur. 
E.ə.II-I  minilliklərdə  veda  dönəmində  musiqi  alətləri  in-
cəsənətin ümumi inkişafı əsasında daha da təkmilləşmişdir. Veda 
mətnlərində arfaya bənzəyən (“bana vina”, “kanda vina”, “qod-
ha vina”), “bhumi dun lubhp” (heyvan dərisi ilə örtülmüş) zərb 
alətləri (“vanaspati”, “lamqla”), fleytalar (“tunava” və s.) adları 
çəkilmişdir. 
Maqadha-Mauri  imperiyası  dövründə  hind  musiqi  nəzəriy-
yəsinə dair bir sıra əsərlər yazılmış, musiqilər, mahnılar, musiqi 
alətləri qruplaşdırılmışdır. Müdrik Bharata “Natyaşastra” (e.ə.II-
b.e.II əsr) əsərində “tata” (simli), “avan” (örtülmüş, baraban), 
“qhana”(çubuqlar, dəmir lövhələr), “suşira” (nəfəs) terminləri 
ilə alətlərin təsnifatını aparmışdır, “vadhya” sözü isə bütün musiqi 
alətlərini ifadə etmək üçün istifadə edilmişdir. Qədim traktatların 
və müasir materialların təhlili göstərir ki, Hindistanın musiqi alət-
ləri yüzillər ərzində müəyyən dəyişiklərə uğramışdır.
Hindistanda  musiqi  alətləri  (“vadya”)  dörd  qrupa  ayrılır: 
“taqavadya”  (simli),  “suşiravadya”  (nəfəs),  “avanaddhavad-
ya”  (barabanlar),  “qhanavadya”  (zınqrovlar,  dəmir  lövhələr, 
çubuqlar və s.) aiddir. “Taqavadya” qrupuna  “vina”, “sitar”, 
“tambur”  və  s.,  yaylı  “saranqi”,  “dilrubu”,  “suşiravadya”ya 
müxtəlif  tipli  fleytalar,  “şenai”,  “nafern”,  “naqasvar”,  “ava-
naddhavadya”ya “tabla”, “pakhavac”, “mridanq” və s. aiddir. 
Zərb alətlərinə bənzəyən zənglər, çubuqlar və s. adətən klassik 
konsert  heyətlərinə  daxil  edilmirlər. 
Vedalarda adı çəkilən qədim “vina” (və ya “vine”, “veena”) 
aləti əvvəlcə on simli arfaya bənzəyirdi, yayla ifa olunurdu. Qupt 


Hindistan etnoqrafiyası
125
dövründə isə bu musiqi alətinin forması dəyişərək armud forma-
sını almış, barmaq və ya mizrabla ifa olunmağa başlamışdır. Si-
tara bənzəyən, amma ahəng telləri olmayan “veena”da nizamlana 
bilər pərdələr yoxdur. Bu alətdən daha çox “karnatak” musiqisin-
də istifadə edilir. Simli alət olan “vina”lar arasında ən geniş yayı-
lanı “Sarasvati vina” deyilən növdür. Bilik, təhsil, şeir himayədarı 
olan tanrı Sarasvati həmişə bu alətlə birgə təsvir edilir. Uzun bir 
sapın hər iki ucunda su balqabağı vardır, sonunda yuxarı qıvrılır. 
Simlər  isə  sapın  üzərinə  bağlanır.  Bəzi  “vina”ları  çalmaq  üçün 
quş yumurtası kimi yonulmuş, oval, parlaq daşdan istifadə olunur. 
“Şankha” (balıqqulağı borusu) min illərdir ki, istifadə olunan 
alətdir, üflənəndə güclü səs çıxarır. Savaşlarda düşməni qorxut-
maq, xəbərləşmək üçün istifadə edilirdi. Dini mərasimlərin əvvə-
lində və sonunda “şankha” çalınırdı. “Bhagavadgita”da Arcuna 
və qardaşları döyüşdən əvvəl bu musiqi alətindən istifadə edirlər, 
hər birinin “şankha”sının xüsusu adı da vardır.
İplə boyundan asılan, belə bağlanan, qucaqda tutulan “dho-
lak” (baraban, davul) qədimdən Hindistanın hər yerində istifa-
də olunan alətdir, yüzdən çox növü vardır. Hər bölgənin özünün 
“dholak”ı olur. Məsələn, Benqaliyada nəhəng ölçüsü ilə seçilən 
bu alət “dhak” adlanır. Tanrı Şivanın “tandava” rəqsini oynarkən 
çaldığı isə “damaru” adlanan və “dholak”a bənzəyən barabandır. 
Qədimdə olduğu kimi, indi də kiçik barabanlar barmaqlarla ifa 
olunur. Böyük barabanlar müxtəlif növ qonq, zənglər, dəmir löv-
hələrlə birgə istifadə edilir. Böyük silindrik bаrаbаn olan “dhо-
lak” (dhok) sаğ əl bаrmаqlаrı və оvuclа, sаdə mеtаl bоşqаba bən-
zəyən “thаlа” isə nаzik çubuqla çаlınır. 
Hindistanda musiqiçilər “sarod”, “sandır”, dördtelli “tam-
bura”, forfor qablardan ibarət “calataranq”, “saranqi”, “har-
momiya”,  metal  pərdələrdən  ibаrət  “min”,  iki  barabandan 
(“tiz”,  “bas”)  ibarət  “tabaq”,  karnatak  musiqisində  istifadə 
edilən  ikitərəfli  “mridanqam”  (baraban),  bambuk  fleyta  aləti 


Yüklə 167,75 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə