Hindistan etnoqrafiyası
87
kompleksləri”nin maraqları ciddi şəkildə nəzərə alınır.
“Cati”
səviyyəsində ənənəvi hind cəmiyyətinin bütün əsas xüsusiyyət-
ləri ortaya çıxır. Catilər arasında münasibətlərdə əlaqələr kifayət
qədər az, reqlamentləşdirilmiş, rituallaşdırılmış olur, bu ünsiyyət
üsulunun dini əsaslarını isə hinduzim dünyagörüşü, təlimi təşkil
edir.
Son 150 il ərzində Hindistanda kasta quruluşunun modi-
fikasiyası “varna”lara (status qrupları) bir neçə “cati”-altkas-
tanın daxil olması ilə xarakterizə edilir. Bu “cati”- “altkasta”
sənət sahəsi, etnik mənşə, dini mənsubiyyət və s. xüsusiyyətlərə
görə seçilir.
2.3. Kasta sisteminin müasir vəziyyəti
Hindistanda “varna-cati” sisteminin formalaşması VIII-X
əsrlərdə yekunlaşmışdır. Tədricən dəyişikliklərə uğrayan sosi-
al sistem nəinki aradan qalxmamış, əksinə, müasir Hindistanın
sosial-iqtisadi və siyasi həyatında mühüm rol oynayır. Hind
kastalarında ən ciddi dəyişikliklər XIX əsr və XX əsrin birinci
yarısında milli-azadlıq hərəkatının gedişində ortaya çıxan dini
islahatçı hərəkatların fəaliyyəti nəticəsində baş vermişdir. Hind
dini islahatçılarının tələbi ilə Britaniya kolonial hakimiyyəti kas-
ta qaydalarını zəiflədən qanunlar qəbul etmişdir. Belə qanunlar
müxtəlif kasta, icmalar arasında nikahları, qızın evlənmə yaşının
dəyişdirilməsi, təhsili və s. məsələlərlə bağlı olmuşdur. “Ost-
Hind” şirkəti 1833-cü ildə işə götürülmədə anadan olduğu yer,
dini, məzhəbi, etnik mənşəyi, dərisinin rəngi və s. məsələlərin
nəzərə alınmadığı qaydalar hazırladı. İngilis hökuməti 1844-cü
ildə rəsmi şəkildə açıqladı ki, dövlət xidmətinə işə götürülmədə
ingilis dilində təhsil alanlara üstünlük veriləcək. Bu da ilk növbə-
də brahmanlar idi. Beləliklə, formal da olsa, bütün kasta və din
nümayəndələrinin qarşısında təhsilalma, işə düzəlmədə bərabər