Bəhmən Əliyev-Ayvazalı
96
yüksək dövlət vəzifələri tutsalar da, orta və qeydə alınmış kasta-
ların nümayəndələrinin dövlət və hökumət orqanlarında sayı artır.
Məsələn, şimal ştatların qanunverici orqanlarında “geri qalmış si-
niflər”in nümayəndələrinin sayı 39 %-dən (1980), 47 %-ə (1999)
qədər artdığı halda brahmanların sayı müvafiq olaraq 18 %-dən 11
%ədək azalmışdır. Hindistanda ictimai vəzifələr əhalinin 50 %-dən
çoxunu təşkil edən 3 fərqli aşağı kasta arasında- hind qəbilə kökən-
li “adivasilər” 10 %, “dalitlər” 12,5 %, “digər aşağı kastalar” 27 %
olmaqla bölünmüşdür. Bəzi bölgələrdə yerli hökumətlərdə çalışan
aşağı kasta mənsublarının sayı isə 65 %-i keçir.
Son illərdə brahmanlar öz mövqelərini bərpa etmək üçün
fəaliyyətlərini intensivləşdirmişlər. Bunun üçün əvvəllər rəqabət
aparan brahman kastaları və alt-kastaları arasında əlaqələr quru-
lur. Təkcə Qucaratda brahmanların 84 altkastası vardır, bunlar
da öz növbəsində növbəti alt-kastalara ayrılmışdır. Alt kastalar
arasında birlik yaranması üçün brahmanlar arasında endoqam
nikahlar təbliğ olunur. Brahman altkastaları Ümumbrahman As-
sosasiyasına daxildirlər, bu təşkilat çərçivəsində nikah yarmar-
kaları keçirilir, burada gənclər valideynlərinin razılaşmaları ilə
deyil, bir-birini sevərək nikaha girə bilərlər. Bu assosiasiya üzv
brahmanlara kreditlər verir, yardım göstərir, müxtəlif brahman
altkastalarının yaxınlaşması üçün müxtəlif tədbirlər keçirirlər.
Brahmanlar “yeni brahmanizm” təliminə üstünlük verməyə baş-
lamışlar. Burada əsas ideal Paraşurama (Baltalı Rama), ali tanrı
Vişnunun altıncı təzahürü sayılır. Paraşurama brahmanlara məx-
sus mənəvi və sosial hakimiyyəti ələ keçirməyə çalışan özündən-
razı kşatrilər tərəfindən pozulan sosial nizamı bərpa etmək üçün
göydən yerə enmişdir. Əfsanəyə görə, Paraşurama üç dövrdə yed-
di dəfə kşatriləri məhv edərək, Kurukşetre gölünü onların qanı ilə
doldurmuşdur. Sonra hakimiyyəti brahmanlara vermişdir.
Brahmanlar sosial, iqtisadi və siyasi maraqlarını təmin etmək
üçün Hindistan Assosiasıyası və Paraşurama Fondu yaratmışlar.
Hindistan etnoqrafiyası
97
2005-ci ilin iyun-iyul aylarında bu assosasiya yürüş keçirərək 40
gün ərzində müqəddəs kasanı-“Paraşurama kaylaş” Qucarat şta-
tının əsas şəhərlərində gəzdirmişdir.
Müasir dövrdə təhsilin səviyyəsinin yüksəlməsi ilə əlaqədar
olaraq kastalararası münasibətlərdə yaranan ən maraqlı cəhətlər-
dən biri “təmiz” və “natəmiz” anlayışlarının xeyli dəyişməsidir.
İndi cəmiyyət insanın hakimiyyət, kommersiya strukturlarında
işləməsini daha çox qiymətləndirir, nəinki hər hansı kastaya aid
olmasına əhəmiyyət verir. Təhsil almış hindlilər arasında kas-
talararası, dinlərarası, beynəlxalq nikahlara tez-tez rast gəlinir.
Məsələn, Brahman Assosiasiyası Tamilnad ştatında brahman qı-
zın nikahına ona görə razılıq verib ki, “dalit” oğlan ali təhsillidir
və yaxşı işdə çalışır.
Son 60 ildə Hindistanda sosial vəziyyət orta və aşağı kas-
taların xeyrinə ciddi dəyişikliklərə uğramışdır. Bu, dövlət və
hökumət orqanlarına işə qəbulda, ali təhsil müəssisələrində işlə
təminatda, siyasi proseslərdə, xüsusi ilə qanunverici orqanlarda
daha çox diqqəti cəlb edir.
Sual və tapşırıqlar:
1.“Varna-cati” sisteminin dini-ideoloji əsaslarını izah edin.
2. “Varna-cati” sistemi hinduizmin “dharma”, “karma” və
“sansara” (ruhun transmiqrasiyası) kimi əsas konsepsiyaları ilə
sıx bağlıdır.
3. İnsanın məqsədləri: “kama” - hissi həzz; “artha” - sərvət;
“dharma” - əxlaqi borc; “mokşa” - maddi dünyanın əzabların-
dan xilas olma.
4. “Çaturvarna” və ya “çrama-dharma” (dörd “varna”nın
və həyatın dörd mərhələsi haqqında qanun) sosial təlimi
5.“Mandala komissiyası”nın fəaliyyəti və müasir dövrdə
Hindistanda kastaların vəziyyəti barədə təqdimat hazırla.
Bəhmən Əliyev-Ayvazalı
98
III FƏSİL
BAYRAMLARIN VƏ MUSİQİNİN HİND
CƏMİYYƏTİNDƏ ROLU
3.1. Bаyrаmlаr
H
ind yarımadasında bаyrаmlаr, mərasimlər, ri-
tuallar böyük əhəmiyyət daşıyır. Onların qeyd
olunması vaxtı o qədər üst-üstə düşür ki, onla-
rın mənbəyini, əhəmiyyətini dəqiq şəkildə izah etmək çətindir.
Müxtəlif xalqların, etnosların, dinlərin, təriqət və məzhəblərin
cəmləşdiyi Hindistanda bayramların çoxluğu tarixən burada
bərqərar olmuş rəngarəngliyin nəticəsidir. Hətta ayrıca vilayətin,
hər bir dini təriqətin, inancın bayramları vardır. Bəzən bir bayram
başqaları üçün heç bir əhəmiyyət daşımır, yaxud da bayramlar
bir-birinə qarışır. İlk baxışdan hamının eyni bayramı qeyd etdiyi-
ni düşünürsən.
Hindistanda əksər bayramlar fəsillərin dəyişməsi, əkinçi-
lik, maldarlıq, sənətkarlıq və s. sahələrlə bağlı olsa da zaman
keçdikcə dini motivlə zənginləşmiş, dini mahiyyət daşımağa
başlamışdır.
Bütün qədim dünyada olduğu kimi Hindistanda da fəsillərin
bir-birini əvəz etməsi bayramlar və mərasimlərlə müşayiət olu-
nur. Sevgi tanrısı Kamanın şərəfinə keçirilən, indi “Holi” adı ilə
tanınan yeni il bayramı (və ya məhsul bayramı) yaz gün bərabər-
ləşməsi zamanı başlayır, həmin gün evdə təmizlik aparılır, evin
ətrafı təmizlənir. Bütün kənd icmasının qoşulduğu bayram zama-
nı kasta fərqləri unudulur, insanlar küçələrə çıxaraq bir-birinin
üstünə toz səpir, yaxud rəngli su tökürlər. Bir zamanlar bu məhsul
Dostları ilə paylaş: |