Hindistan etnoqrafiyası
111
məklə yuyula bilər. Buna görə də Qaneş gecəsi ayı görən kəslərə
qonşular gülür, istehza, lağ edirlər.
Rəvayətə görə, bir gün Qaneş Ayın ölkəsi olan Çandra-loku-
dan keçəndə yıxılır və Ay ona gülür. Qaneşin zahiri, davranışları
gülüş doğursa da, tanrıların iradlarına səbəb olsa da, heç kəs ona
gülməyə cəsarət etmirdi, lakin Çandra açıq şəkildə ona gülür və
qaydaları pozur. Qaneş bundan qəzəblənir və deyir ki, indən son-
ra Çandraya baxan hər kəs alçaldılmaya məruz qalacaq. Bunun da
nəticəsində üç dünyanın sevimlisi olan Çandra tanrısı bədbəxtlik
simvoluna çevrilmiş və insanlar ondan vəba kimi qaçmışlar. Bu
ayıba dözə bilməyən Çandra lotos çiçəyində gizlənir. Buna görə
də tanrılar Qaneşin yanına gedirlər. Brahma Qaneş-puca mərasi-
mi keçirməyi təklif edir. Bu ritualı yerinə yetirən tanrıları görən
Qaneş yumşalaraq deyir ki, Çandra özü bu mərasimi yerinə ye-
tirməlidir. Buna görə də pucanı öyrətmək üçün Brihaspati Çand-
ranın yanına göndərilir. Çandra bu ayini yerinə yetirdikdən sonra
Qaneş onun qarşısında peyda olur və Çandra ondan bağışlanma-
ğını istəyir. Başqa tanrılar da günahkarın bağışlanmasını xahiş
edirlər. Qaneş tilsimin bütün birbaşa nəticələrini aradan qaldırır.
Amma Çandranın ayıbını yaşatmaq üçün bildirir ki, Qaneş günü
ayı görən kəs tilsimlənəcək, bilərəkdən və ya bilməyərəkdən ayı
görən sonrakı gün lağa məruz qalacaq.
“Datta Cayantı” bayramı Dattatreinin (üç tanrı forması) ya-
ranmasına həsr olunmuşdur. Bu bayram marqaşirşa (noyabr-de-
kabr) ayının 15-ci günü keçirilir. Əfsanəyə görə , müdrik Narada
heç bir yerdə mübahisə olmaması və hamının sülh içində yaşama-
sından narahat olur. Bu vəziyyəti düzəltmək üçün o, Parvatinin
yanına yollanır və söhbət zamanı təsadüfən deyir ki, üç dünyada
müdrik Atrinin arvadı Anasunun dindarlığı və xeyirxahlığı heç
kəslə müqayisə edilə bilməz. Parvati həmişə özünü ən xeyirxah
saydığından Naradanın sözləri ona toxunur. Narada gedəndən
sonra Parvati birbaşa Şivanın yanına gedir və ondan Anasunu yol-
dan çıxararaq dindarlığını əlindən almasını istəyir.
Bəhmən Əliyev-Ayvazalı
112
Kaylas dağından Narada Brahma-lokuya yola düşür və Sa-
rasvatidə də Anasuya qarşı kin yaradır. Ondan sonra Narada Vay-
kuntuya gedir və Lakşminin öz ərinə Anasunu yoldan çıxarmaq
təklifini etməsinə nail olur.
Üç tanrı Brahma, Vişna, Şiva Atri adlanan məskənə gəlirlər,
üç yol ayrıcında görüşərək öz səyahətlərinin məqsədi haqqında
bir-birinə məlumat verir, birgə hərəkət etməyi razılaşdırırlar. On-
lar səyahət edən brahmanlar sifətində gəzərək sədəqə istəyirlər.
Anasuya onlara buğda verir, ancaq onlar hazır yemək istəyirlər.
Anasu onları yaxınlıqdakı bulağa dəstəmaz almağa göndərir və
özü yemək bişirir. Brahmanlar süfrəyə yaxınlaşırlar, xahiş edir-
lər ki, Anasu tamam soyunsun və onlara qulluq etsin. Anasuya
bir ləyəndə öz ərinin ayaqlarını yuyur, sonda həmin suyu brahman-
ların üstünə tökür, brahmanlar körpəyə çevrilir. Anasuya soyuna-
raq, onları döşündən əmizdirir, beşiyə qoyub yatızdırır. Tanrılar öz
əsl simalarına dönmək gücünü itirirlər, Anasunun yurdunda, onun
uşaqları kimi yaşayırlar. Sarasvati, Lakşmi və Parvati ərlərinin
belə gec gəlmələrindən narahat olaraq, onları axtarmaq üçün yola
çıxırlar. Üç yolun ayrıcında onları görən Narahada tanrıların Atri
yurduna doğru getdiklərini bildirir. Sarasvati, Lakşmi və Parvati
öz ərlərini beşikdə görürlər, Anasuya yalvarırlar ki, ərlərini onla-
ra versin. Anasu deyir ki, hərə öz ərini beşikdən götürsün. Ancaq
körpələr bir-birlərinə bənzəyirdilər, Lakşminin beşikdən Şivanı
götürməsi Anasu və tanrıların gülüşünə səbəb oldu. Narahat olan
Sarasvati, Lakşmi və Paravatı ondan ərlərini öz sifətlərinə qayıt-
ması üçün yalvarırdılar. Anasu deyir ki, onun da uşaqlar üzərin-
də hüququ var, çünki o xeyli vaxt uşaqları əmizdirib, qayğılarına
qalıb. Tanrılar onun yanında üç sifətli və altı qolu olan uşaq kimi
qalmağa razı olurlar. Bundan sonra Anasu yenidən öz ərinin ayaq-
larını yuyur, suyunu körpələrin üstünə tökür, tanrılar əz əvvəlki
formalarına qayıdırlar. Tanrılar öz vədlərinə sadiq qalaraq, bədən-
lərini birləşdirir, üç sifətli (üç başlı) Dattatrei yaranır. Ortadakı baş
Vişnaya, sağdakı Şivaya, soldakı Brahmaya aiddir.
Hindistan etnoqrafiyası
113
“Ramanavami” bаyrаmı “çaytra” (mart-aprel) ayının 9-cu
günündə keçirilir. Bu bayram Ramanın anadan olmasına həsr
olunmuşdur. Doqquz gün ərzində “Ramayana” dastanının oxun-
ması dindarların əsas işi sayılır. Bunun üçün məbədlərdən müqəd-
dəs mətnləri oxuyan pantidlər dəvət olunur, onlar dinləyicilərə əf-
sanələr danışır, onları əyləndirir. Bu mərasim “katha” adlandırılır.
Bir sıra bölgələrdə Ramanavami bayramı Yeni il kimi qeyd edilir.
Mart ayında qeyd edilən Ugadi bayramı isə Tulugunun Yeni ili
sayılır. Pəncabda isə Yeni il birinci Vaisaik ilə başlayır, bu da “Ba-
isaki” (13 aprel) məhsul bayramı ilə üst-üstə düşür. Benqal Nava
Varsha da bəzən bu dövrdə başlayır. Tamil Yeni ili də bu dövr
də başlayır. Assamda Yeni il Goru və mal- qaraya həsr olunmuş
Rahgoli Bihu bayramı sayılır. Kerali ştatında isə kani mərasimi
ilə əlamətdar olan Vishu bayramı keçirilir. Kani mərasimi bayram
günü gecə oyaq qalır, ibadət edirlər.
May ayında Keralanın Trichur əyalətində təşkil olunan “Po-
oram” festivalının ən maraqlı məqamı dəbdəbəli şəkildə bəzədil-
miş fillərin nümayişidir.
“Canmaştami” bayramı şravan (iyul-avqust) ayında, Kriş-
nanın doğum günü münasibəti ilə şən əhval-ruhiyyədə keçirilir.
Bu bayram bütün Hindistanda deyil, əsasən Krişna kultu yayılan
bölgələrdə, xüsusi ilə Krişnanın doğum yeri sayılan Mathurada,
еyni zаmаndа Aqra və Bombеydə böyük coşğuyla qeyd olunur.
“Vasant Panchami” bayramı “maqha” ayında Sarasvanın şə-
ninə keçirilir. Bu bayram xüsusi ilə Benqalda qeyd olunur. Həmin
gün xüsusi ilə mirzələr, yazıçılar, müəllim və tələbələr bilik tan-
rısı Sarasvatiyə sitayiş etməlidirlər. İnama görə, həmin gün yazı
yazmaq olmaz və bütün kitab, qələm, karandaş, mürəkkəb qabla-
rı və s. bir qutuda Sarasvatinin şəklinin qarşısına qoyurlar. Digər
bir inanca görə isə bu gün vacib sənədlərin yazılması üçün uğur-
lu gündür. Bayram günü iştirakçılar əsasən yaşıl paltar geyinirlər.
“Maqa” (yanvar-fevral) ayının yarısında Maharaşvati bayramı ke-
çirilir. Tanrı Şivaya həsr olunan bu gün oruc tutulur, ibadət edilir.
Dostları ilə paylaş: |