Bəhmən Əliyev-Ayvazalı
108
paltar аtılır. Əsasən aşağı kastaların bayramı sayılan Holi məhsul-
darlıq bayramıdır, phalqun (fevral-mart) ayında keçirilir. Bayram
haqqında çoxlu əfsanələr vardır. Bu bayram Krişnanın demon Pu-
tananı məhv etməsinə həsr olunur və qışı simvolizə edir.
Başqa bir əfsanəyə görə, “Holi” bayramı Şivanın sevgi tan-
rısı Kamunu yandırmasına həsr olunmuşdur. Cənubi Hindistanda
bu bayram günü oxunan mahnıların bəziləri Ratinin öz xanımı
haqqında ağılardır. Bayramın əsas xüsusiyyətlərindən biri ədəbsiz
mahnıların oxunması, rəngli su ilə bir-birini islatmaq, hay-küylü
kütləvi izdihamın hərəkətidir.
Holi günlərində küçələr rəqs edən, müxtəlif mahnılar oxu-
yanlarla dolub daşır. Belə bayram üsulu Pəncab üçün daha xarak-
terikdir. Bayram iştirakçılarının paltarları göy qurşağı kimi rəng-
lənir. Bu günlərdə qadınlar evdə oturmağa çalışırsa da, onlar da
bayramda iştirak edir, öz qardaşlarını, yaxın kişi qohumlarını su
ilə isladırlar. Holi bayramında qocalar əylənirlər, uşaq və qadınla-
rın su hücumlarına itaətkarlıqla tab gətirirlər. Həmin gün müxtəlif
oyunlar oynanılır, sadəlövhlər kələksiz yalanla aldadılır.
Madrasın bəzi vilayətlərində kişi və qadınlar arasında zarafat-
yana döyüş təşkil olunur. Qadınlar bir dəstə sünbül götürüb ağaca
çıxırlar. Kişilər bu dəstəni almaq üçün çalışırlar, qadınlar kişilərə
qarşı dururlar. İndorada tacirlər Nathuramanın (yerli tanrı) 12
metrlik böyük heykəlini gil və küləşlə bəzəyirlər. Təsvirin utandı-
rıcı açıqlığına görə, hökumət şurası onu qadağan etmiş, lakin çox-
lu müraciətlərdən sonra, imzatoplamadan sonra müəyyən şərtlərlə
Nathuramanın təsvirinin gəzdirilməsinə icazə verilmişdir.
Bayramın beşinci günü odla bağlı qışın basdırılması anlamına
gələn əsas mərasimdən sonra milli knyazlıqlarda sərdarlar, məmur-
lar rəngli toz atır, meydanları rəngli su ilə sulayırlar. Ranqpançami
adlanan bu adət ailələrdə bayramın sonuncu mərasimi sayılır.
“Mahaşiva Ratra” bayramı “maqha” (yanvar-fevral) ayında
keçirilir. Bayramla eyni zamanda Şivanın şərəfinə oyaq qalma və
Hindistan etnoqrafiyası
109
oructutma gecəsi başlayır. Buna görə də bayram Şivaratra (ma-
ha-böyük deməkdir) adlanır. Oruc tutanlar gündüz vaxtı özlərini
yeməklə “mükafatlandırırlar”, çünki bundan sonra oruc mərasimi
başlayır. Əfsanəyə görə Şivaratra (Şivaratri) bayramının keçiril-
məsi ovçunun orucunu və oyaq qalma bilmədən pozması ilə bağ-
lıdır. Bundan sonra ovçu heyvanları sevmiş və Şivaya ibadət edən
müqəddəsə çevrilmişdir. Bu çevrilmənin əsas tarixi isə aşağıdakı
kimidir: Lubhdhaka adlı bir avam ovçunu borc sahibləri tutaraq
Şivanln məbədinə həbs edirlər. Məbəddə bağlı qapılar arxasın-
da qalanda o eşidir ki, Şivanın pərəstişkarları tanrının adını tək-
rar edirlər, o, bu ilahinin mənasını başa düşməyə çalışır. Şivaya
ibadət edənlər ovçunun borcunu verdiklərindən onu azad edirlər.
Azadlığa çıxan ovçu yenidən ov dalınca meşəyə gedir. Yarpaqları
Şivaya qurban verilən bel ağacının yarpaqları arasında gizlənir.
Ovçu tərpəndikcə yarpaqlar linqaların (fallos) üstünə tökülür. Bu
isə çox dindar əməl sayılır. Bundan başqa həyəcanlanan ovçu bir
neçə dəfə Şiva tanrısının adını çəkir. Özü başa düşməsə də bu
onun böyük mənəvi xidməti olur. Axşam vaxtı ağaca dişi, boğaz
maral yaxınlaşır. Ovçu nişan alanda maral ona yalvarır, deyir ki,
ondan sonra daha bir maral gəlir, onu öldürə bilər. Əgər buna razı
deyilsə, o, yuvasına getsin, körpəsini doğub, yoldaşlarına tapşı-
rıb, geri qayıtsın və bundan sonra ovçu onu öldürsün. Dişi ma-
ral onu da deyir ki, Şivanın təsviri önündə rəqs etməyə laqeyd
yanaşdığına görə, tilsimlənib, bunun nəticəsində marala çevrilib
və qara marala çevrilmiş asurla yaşamağa məcbur olub. Şivanın
adının təkrarlanması nəticəsində ovçu heyvanlara qarşı məhəb-
bətlə yanaşır və maral geri qayıdacağına and içdikdən sonra onu
buraxır. Lubdhaka Şivanın adını çəkərək yenidən bel ağacına
çıxır, gündüz və gecə heç nə yemir. Gecəyarısı, acından vəziyyəti
pisləşəndə ona bir erkək maral yanaşır. Bu maral da öz yoldaşını
axtarırmış. Ovçunun onu nişan aldığını görüb yoldaşını görmə-
miş onu öldürməməsi üçün yalvarır. Ovçu onu da buraxır. Birinci
Bəhmən Əliyev-Ayvazalı
110
maral yuvasına dönür, balalayır. İkinci dişi maral və qara maral
görüşürlər. Bundan sonra qara maral dişi maralları yuvada qoya-
raq, öldürülmək üçün ovçunun yanına qayıtmaq istəyir. Amma
marallar buna razı olmurlar. Hər üçü ovçunun yanına gələrək ilk
olaraq hansının öldürülməli olduğunu soruşurlar. Şivanın adını
zikr etməklə, onun şərəfinə oyaq qalmaqla ovçunun günahları yu-
yulduğundan o, yemək naminə canlıları öldürməyin günah oldu-
ğunu dərk edir. Ovçu vəz oxuyaraq maralları buraxır. Həmin anda
müqədds arabada Şivanın elçiləri gəlirlər və ovçunu Şiva-lokuya
(Şiva ölkəsi) aparırlar.
“Şivaratra” hindilərin ən vacib bayramlarından biridir. Bu
bayram günü çayların sahillərində yarmarkalar təşkil olunur,
minlərlə insan bu yarmarkalara gəlirlər. Yarmarkalarda mahnı
oxunur, rəqs edilir.
“Qaneşa-Çaturti” bayramı Bhadparad ayının (avqust-sent-
yabr) dördüncü (çaturthi) günü keçirilir. Həmin gün gildən Qa-
neşin fiqurları hazırlanır, onlara sitayiş olunur. Hər evdə Qaneş
heykəlinin yanına su qоyulur. Puna, Madras və Bombеy “Qaneşa
Çaturti” bаyrаmın mərkəzləri sаyılır. Məbədlər bəzənir və ev-
lərdə Qaneş heykəllərinin qarşısında ibadət edirlər. Gün boyun-
ca havayа fişənglər atılır. Bayram günü Qaneş heykəlləri çayda,
çöldə və ya dənizdə batırılır. Gil heykəlləri çiçəklərlə bəzəyir,
başlarının üstündə musiqi sədaları altında, rəqslərin müşayiəti ilə
aparırlar. Sahildə gil fiquru yerə qoyur, ayinlər keçirir, sonra onu
suya buraxırlar. Gil fiquru suda axıtdıqdan sonra həmin yerdən
gil və ya qumu sinilərdə, yaxud Qaneşin heykəlini gətirdikləri
qutularda apararaq taxıl anbarlarında, ərzaq saxlanılan otaqlarda
saxlayırlar ki, növbəti ildə bol məhsul olsun. “Qaneşa-Çaturti”
günündə ayın görünməsi uğursuz əlamət sayılır, həmin gün ayı
görən tilsimləndiyini düşünür.
Əfsanəyə görə, Krişna nahaqdan Prasenanın ölümündə gü-
nahkar bilinmiş, eyni zamanda ayı gördüyü gün Sımantakunu
oğurlamışdır. Bu günah (ayı görmək) yalnız növbəti gün and iç-
Dostları ilə paylaş: |