Bəhmən Əliyev-Ayvazalı
72
“Ancuman”larda martın 31-də parsların “camşedi- novruz” ad-
lanan bayramı keçirilir, bunun üçün “caşah” (şükran mərasimi)
təşkil olunur. Parslar Mumbayda çoxsaylı təhsil müəssisələrinə,
xəstəxanalara, dini “sükut qalalarına” , od məbədi “aqiara” ma-
likdirlər. Bombeydə 13 ailə-“khandiyar”lar dəfn adətlərini yerinə
yetirir, ölmüş parsların meyidlərini “sükut qüllələrinə” qoyurlar.
Od məbədləri arasında ən məşhuru Udvade şəhərində 1742-
ci ildə əsası qoyulmuş İranşo (Ataş behram) məbədidir, mərkəzi
ziyarətgah sayılır. Hindistan hökuməti Udvadanı dinindən asılı ol-
mayaraq hindlilər üşün 9 əsas ziyarət yerindən biri elan etmişdir.
Müasir dünyagörüşlü olmalarına baxmayaraq, kifayət qədər
qapalı icma sisteminə malik parslar başqalarını öz daxillərinə bu-
raxmamaqla yanaşı, heç bir başqa din mənsubu ilə nikah qurmurlar.
Onların arasında
gec evlənmə, qohumla evlənmə adəti yayılmışdır.
Qarışıq nikah günah sayılır, belə nikahdan olan uşaqlar pars sayıl-
mır, belələri “navcot” mərasimini yerinə yetirə bilməzlər. Sayları
sürətlə azalan parslar Avropa ölkələrinə köçməyə meyl edirlər.
Yəhudilik. Hindistanda yəhudilər üç dövrdə məskunlaşmışlar.
İlk dəfə e.ə. 175-ci ildə Qalileyadan gələnlər Bombeydə məskun-
laşmışlar. Onlar özlərini “bene israil” və ya “
ağ yəhudilər” adlan-
dırır, “təmizqanlı yəhudu” olduqlarını bildirirlər. Roma hökmdarı
Tito e.ə. Qüds şəhərindəki yəhudi məbədini dağıtdıqdan sonra
daha bir qrup yəhudi qaçqınları Keralanın Malabar sahillərindəki
Koçin şəhərində məskunlaşmış, yəhudi məhəlləsi qurmuşlar. On-
ların əsasını qoyduqları sinaqoqların bir çoxu hazırda fəaliyyət
göstərmir. Bu qrup yerli əhali ilə qaynayıb-qarışmış, “koçini yə-
hudilər” və ya “qara yəhudilər” adını almışlar. Onlar özlərini İb-
rahim peyğəmbərin birbaşa nəsilləri sayırlar. Kəlküttə şəhərində
XVIII əsrdə İraqdan köçmüş
“bağdadi yəhudiləri” yaşayır, onlar
digər yəhudi qruplarla müqayisədə daha yüksək statuslu sayır-
lar. Hindistanda 1940-cı illərdə 40 mindən çox yəhudi yaşayırdı,
1991-ci il siyahıyaalmasında isə 5618 yəhudi qeydə alınmışdı,
Hindistan etnoqrafiyası
73
hazırda isə onların sayı cəmi iki min nəfərdir. Saylarının belə
azalması yəhudilərin İsrailə köçməsi ilə əlaqədar idi.
XX əsrin ikinci yarısında Hindistanın
şimal şərqində iki yeni
yəhudi qrupu ortaya çıxdı. Manipur və Mizoram ştatlarının qo-
vuşuğunda yaşayan “meytheylər”dən 4300 nəfər 1972-ci ildə
özlərinin İsrail oğullarının 10 qolundan biri olduqlarını açıqladı,
bunun üçün Hindistan hökumətinə, Hind Yəhudi Şurasına müra-
ciət etdilər. Daha sonra Meqhala və Mizoram ştatlarında yaşayan,
sayları iki milyon nəfər olan “çinkuki” tayfasının nümayəndələri
özlərinin yəhudi olduqlarını bildirdilər. Hətta Mizoram ştatının
paytaxtı Aycal şəhərində Sion küçəsi yarandı. Bu qrupun özünün
ravvinləri, sinaqoqları vardır, Tora öyrədilir. “Çinkuki”lər özləri-
ni Manmasi və ya Manaşi (İosif Manassiyanın böyük oğlu) adlı
yəhudi peyğəmbərinin nəslindən sayırlar. Monqoloid irqinə aid
“çinkukilər” həyat tərzlərinə görə ətrafdakılardan fərqlənmirlər.
İsrail hökuməti onları yəhidi saymır və ölkəyə gəlmələrinə icazə
vermir. Lakin “çinkuki”lərin bəzi nümayəndələri Toranın öyrə-
dilməsi, yəhudilərin həyat tərzi ilə tanış olmaq üçün İsrailə dəvət
olunmuşdur. Həm coğrafi şəraitin əlçatmazlığı, həm də bölgədə
separatçı qrupların fəaliyyəti, Hindistan hökumətinin həssaslığı
bu tayfalarla əlaqə qurmağı çətinləşdirir.
Sual və tapşırıqlar:
1.Cənubi Hindistana ilk xristianlar I əsrdə gəlmişlər.
2. Apostol Foma haqqında məlumat ver.
3. Orta əsrlərdə Hindistanda xristianlığın yayılması portuqal
və ingilis kolonializmi ilə sıx bağlı idi.
4. Xristianların 70 %-i Kerala, Tamilnad, Andhre, Karnatak,
Qoa və Maharaştrada yaşayır.
5. “Xristian din xadimləri xristian hindlilərin eykümenist
hərəkata qoşulması üçün kilsənin “hindliləşməsi” ideyası ilə
çıxış edirlər”-cümləsini izah edin.
Bəhmən Əliyev-Ayvazalı
74
II FƏSİL
HİNDİSTAN CƏMİYYƏTİNİN
VARNA-CATİ QURULUŞU
M
odernləşmə baxımından əldə olunan uğurlarla
yanaşı, mürəkkəb tərkibi ilə seçilən Hindistan
cəmiyyəti ənənəviliyini qoruyub saxlayır. Bu
ölkədə çoxsaylı etnolinqivistik, etno-ərazi, irqi, dini, lokal icma,
korporativ, sosial-iqtisadi, status kateqoriyalar mürəkkəb şəkildə
bir-birinə çulğalanmışdır. Sosiumda hər bir komponent bir neçə
daxili identifikasiya göstəricisinə malikdir. Belə hal sosial mü-
nasibətlərdə çoxtərəfli konfiqurasiya ortaya çıxarır. Rəngarəng
identiklik, icma qapalılığı sosial inkişafın dərin ənənəvi forma və
modellərini əks etdirir. Maraqlıdır ki, hind cəmiyyətində dini-so-
sial qrupların qapalılığının müəyyən üstünlükləri vardır. Kasta
qaydaları adətən, şəxsi və ictimai gigiyenanın kortəbii dərk edil-
məsi, bütövlükdə isə tropik iqlimə adaptasiya olunmuş strategiya
kimi qəbul olunur.
Ənənəvi sosial münasibətlər özünü iyerarxik baxımdan sıra-
lanan, xarici əlaqələri sərt şəkildə məhdudlaşdıran endoqam ic-
malarda daha çox inkişaf etmişdir. Avropalı alimlər buna “kasta”
(cins, növ) adını vermişdir və bu anlayış XIX əsrin ortalarından
elmi baxımdam aktuallaşmışdır. Həmin dövrdə hind cəmiyyəti-
nin spesifik xüsusiyyətlərinin öyrənilməsi Böyük Britaniya kolo-
nial hakimiyyətinə praktiki baxımdan lazım idi.