Bəhmən Əliyev-Ayvazalı
24
hind ədəbiyyatını tədqiq edən bütün səlahiyyətli və qərəzsiz tə-
dqiqatçıların beynində heç bir şübhə qalmır ki, hinduizmdə mo-
noteizm bir növ ən əzəmətli tipə aiddir”.
Hind filosofu Rancan Mohapatra yazır: “Fəlsəfi cəhətdən
hinduizm dualist deyil, dini baxımdan monoteistdir. Hinduizm
fəlsəfəsi tanrı, ruh və kainatin təməldən dualist olmadığını irəli
sürür, müəyyən fərqləndirmələr yalnız ad və şəkillər kimi ortaya
çıxır. Ancaq son gerçəkliyə inanc kimi bütün bu fərqləndirmələr
cəhalətdən irəli gəlir. Hinduizm çoxsaylı tanrıları qəbul etmə-
sinə baxmayaraq, onları həqiqətdə tək tanrının fərqli təzahür-
ləri sayır. Brahma, Vişnu və Şiva şəklindəki hinduizm üçləməsi,
yaratma, qoruma və yox etməyi əmrində tutan baş tanrının üç
təzahürü kimi qəbul edilir. Bununla yanaşı, hindu monoteizmi
müxtəlif inanç və kultların fərqli tanrılarını inkar etməz, onları
bir tanrının təzahürləri sayır”.
Brahmaya sitayiş təlimi əsasında monoteizm və 330 (və ya
milyon) tanrı hinduizmin daxili ziddiyyəti kimi görünsə də, bu
hal cəmiyyətin özünün mürəkkəb və ziddiyyətli strukturu ilə sıx
bağlıdır. Hind alimi S.Radhakrişnan yazır: “Düşünən hindus
tanrıların qarmaqarışıqlığından yüksək varlığın sükutuna doğ-
ru getməyə çalışır, lakin kütlənin gözləri hələ də göylərə zillə-
nib. Hindli üçün kütlələrin politeizmi və yuxarı təbəqələrin tək-
tanrıçılığı eyni təzahür, reallıqdır”.
Hinduizmdə mənəvi və ritual başlanğıc seçilmişlərin və əhali
kütləsinin inancında fərqliliklərə gətirib çıxarır. Tanrı və insanlar
arasında vasitəçi ilahi nüfuza malikdir, bu rolda ruhani brahman
çıxış edir. Son dövrlərədək Vedaların öyrənilməsi və şərhi, upa-
nişadların izahı birmənalı olaraq brahmanların səlahiyyətlərinə
daxil idi, aşağı varnalar bununla məşğul ola bilməzdilər. Müasir
dövrdə isə vəziyyət köklü surətdə dəyişmişdir. Veda və şruti sa-
yılan bütün əsərlər həm sanskritdə, həm də hind dillərində aşa-
ğı kastaların üzünə açıqdır və hər bir icmanın öz ruhanisi ortaya
Hindistan etnoqrafiyası
25
çıxmışdır. Lakin əhali kütləsinin dini praktikası ciddi şəkildə də-
yişməmişdir. Onlar üçün inanc mənbəyi olaraq “smiriti”yə aid olu-
nan əsərlər-“Puranalar”, “Mahabharata”, “Ramayana” eposları,
Krişna haqqında müxtəlif nağıllar (“Krişna kathi”) qalır. Belə he-
sab olunur ki, xalq hinduizmi arilərinin qərbdən şərqə, cənuba doğ-
ru yayılması zamanı formalaşmışdır. Bu prosesdə Veda panteonuna
33 (və ya 333) tanrı ilə yanaşı, yerli tayfa tanrıları daxil olmuş, əv-
vəlki adları ilə qalsalar da, bir yerə toplanaraq ümumhind xarakteri
daşımağa başlamışdır. Lakin bu tanrılarla bağlı etnik rəngarənglik
hələ də qalır. Məsələn, Durqapuca (Durqa tanrısına ibadət) məra-
simini Qərbi Benqaliyada və Hindistanın digər ştatlarında yaşayan
benqallar payızın sonunda keçirirlər.
Tanrı Caqannath, qardaşı Balabhadra və bacısı Subhad-
ranın döyüş arabası ilə yürüşünü Orissa ştatının Puri şəhərində
təntənə ilə qeyd edirlər, bu tanrılar oriya xalqının tanrıları sayılır-
lar. Muruqan tanrısına Hindistanın cənubunda yaşayan tamillər
ibadət edirlər.
Onam bayramı Cənubi Hindistandakı Kerala ştatında keçiri-
lir. Fil başlı Qaneş tanrısına Maharaştada ibadət olunur. Bu gün
Maharaştra hindliləri Qaneş tanrısının onların regional dini ruhu-
nu ifadə etdiyinə inanırlar. Bundan başqa, maharaştralılar Vitho-
be, Mhasobe, Tuldze-Bhavani və s. tanrılara sitayiş edirlər. An-
dhra-Pradeş ştatında yaşayan teluqu xalqının əsas tanrısı isə Ve-
nateşvardır. Ümumiyyətlə, yerli tanrıların ümumi panteonda təm-
sil olunması hindiuizmin elastikliyi, çevikliyi sayılır. Məsələn,
Durqa Şivanın arvadı, daha dəqiq desək, qadın başlanğıcıdır.
Caqannath, Vithoba və Venkateşvar isə Vişnu tanrısının hipos-
tazıdır (cəmidir). Qaneş Şiva və Parvatinin oğlu, Khandoba və
Muruqan Şivanın hipostazıdır. Dravid tanrısı sayılan Şiva qey-
ri-ari tanrısı olsa da, tədricən Veda panteonuna daxil edilmişdir.
Hindistanın elmi dövriyyəsində Veda ədəbiyyatı, “Purana”,
“Upanişad”, epik poemalara əsaslanan tanrılar panteonu və
Bəhmən Əliyev-Ayvazalı
26
ritual praktikası “böyük hinduizm ənənəsi” adlandırılır. Regio-
nal və lokal tanrılarla bağlı kultlar isə “kiçik ənənə” adlandırı-
lır. Bəzən isə “tayfa ənənəsi” fərqləndirilir.
Dini ənənələr arasında sərhədlər kifayət qədər şərti olsa da
yerli və veda ənənələri arasında bir təbəqə yaranmışdır, müt-
ləq tanrı Brahma öndə olmaqla “trimurti” (hind tanrı üçlüyü)
formalaşmışdır. Bu üç sifətli vahid varlığın movcudluğunun
qəbul edilməsi deməkdir. Onlardan Brahma dünyanın yaradı-
cısı, Vişna qoruyucu, Şiva dağıdıcı (yoxedici) kimi çıxış edir.
Hinduizmdə görə, tanrı əzabvеrici qüdrət, müqəddəs sеvginin
qaynağı sayılır. Bu dini təlimdə üçləmə tanrı – aləm birliyi
(pantеizm) olmaqla yanaşı, vedalara əsaslanan təktanrı inan-
cı da vardır. Hindistanda çox az məbəd Brahma tanrısı ilə bağ-
lıdır, o, bir sıra hallarda qırmızı və ya sarı rəngli, dörd əlli, dörd
qollu tanrı kimi təsvir olunur. Brahmanın arvadı və ya qadın
başlanğıcı Sarasvati sayılır.
Rancan Mohapatra bildirir: “Hindusların tanrısı hər yerdə və
hər zaman hazır, hər şeyə gücü yetən, sonsuz, çox mərhəmətli və
mücərrəd varlıqdır. Onun ruhu bütün kainati əhatə etmişdir. O,
bütün formaların və adların üstündədir. O, ruhların ruhudur, biz
onda yaşayır, onun sayəsində varıq, onsuz hiç bir şey mövcud ola
bilməz. Bizim fərqli tanrılara ibadət etməyimiz zehnimizi, diqqə-
timizi cəmləşdirmək və onların bizdəki tanrısal təbiətinə sahib
olmaq üçündür”.
Hinduizmə görə insan 3 ayrı yoldan qurtuluşa gеdə bilər.
Birincisi əməllər (yəni qurbanlarla bağlı), ikincisi еlm və mə-
rifət (yəni, ilahi həqiqəti tanımaqla), üçüncüsü isə insanın şəxs
şəklində canlandırılan bir tanrını sеvməsi və özünü ona təslim
еtməsi ilə olur. Hinduizmdə qurbanlar önəmli yеrdə durur, ən bö-
yük qurbanlıq isə “Soma” qurbanıdır.
Müxtəlif bütlər çətin qavranılan tanrının xarakterinin, ya da
tanrısal enerjinin simvollarıdır. Vedanta bir çox tanrıya ibadəti
Dostları ilə paylaş: |