Bəhmən Əliyev-Ayvazalı
42
tədricən Delhiyə və ölkənin cənubuna da köçmüşlər. Sənətkar-
lıq, kiçik biznes, turistlər üçün hədiyyələr biznesi və s. ilə məşğul
olan tibetlilər bir neçə on il ərzində 150-dən çox məbəd və mo-
nastr, məktəblər yaratmışlar. Dalay Lama tərəfdarları hind bud-
distlərinin ictimai-siyasi həyatında aktiv iştirak edir, dünyadakı
buddistlərlə geniş əlaqə saxlayırlar.
Hindistanda buddistlərin əksəriyyəti (88 %) üçüncü kateqori-
yaya aiddir, onlar “neobuddist” adlandırılırlar, əsasən Maharaştra
ştatında yaşayırlar. Əhali sayına görə, 1951-ci ildə bu ştatda bud-
distlərin ümumi sayı 0,01 % olduğu (2487 nəfər), halda 1981-ci
ildə 6,3 %-ə (4 milyon nəfər) çatmışdır. “Neobuddistlər”in sayının
belə sürətlə artması “demoqrafik partlayış”la bağlı deyil, Hindis-
tan milli azadlıq hərəkatının liderlərindən olan Bhimrao Ramci
Ambedkarın (1892-1956) fəaliyyəti ilə əlaqədardır. Hindistan
Konstitusiyasının həmmüəlliflərindən olan Ambedkar “toxunul-
mazlar” institutunun əleyhinə ciddi şəkildə fəaliyyət göstərmişdir.
“Toxunulmaz”lara aid edilən “mahar”ların lideri kimi fəaliyyətə
başlayan bu filosof hinduizmdə ciddi islahatların aparılmasına,
bu dini təlimin “qaydalar dini”ndən, “prinsiplər dini”ə çevrilmə-
sinə çalışmışdır. O, kastalararası nikahların tərəfdarı kimi çıxış
etmiş, hind cəmiyyətinin bərabərlik və demokratiya əsasında qu-
rulmasını vacib saymışdır. Onun rəhbərliyi ilə maharlar nümayişə
çıxaraq “toxunulmazlar”a sərt münasibətin əksini tapdığı “Manu
qanunları”nı yandırmışlar. “Maharlar” yüksək kasta hindlilərinin
su quyuları, məbədə ziyarət, məbədlərdə yuyunmaq və s. ilə bağ-
lı ənənəvi qadağalarını pozmuşlar. Əsas diqqət “toxunulmaz”la-
ra münasibətdə psixoloji baryerləri aşmağa yönəldilmişdir. Bu
çıxışlar ciddi nəticə vermədiyindən Ambedkar “toxunulmazlar”
üçün ayrıca yaşayış yerlərinin yaradılmasını təklif etmişdir. Bu
utopik ideya sayılırdı, belə ki, “toxunulmazlar”ın öz arasında da
“daxili toxunulmazlar” vardır. Məsələn, Maharaştra “maharla-
rı” özlərini digər toxunulmazlarla müqayisədə yüksək sayırlar,
Hindistan etnoqrafiyası
43
“manq” və “bhanq” etnik qrupları “toxunulmaz” sayaraq onların
əlindən su və yemək almırlar.
Hindistan müstəqillik qazandıqdan sonra Ambedkar Konsti-
tusiyaya “toxunulmazlar” praktikasına son verən, bu əhali qrupu
üçün güzəştləri nəzərdə tutan maddələrin salınmasına nail olsa
da, tez bir zamanda əmin olmuşdur ki, yaxşı qanunların qəbulu
“toxunulmazlıq” anlayışını aradan qaldıra bilməz. O, daha ra-
dikal addım ataraq hinduizmdən başqa bir inanca keçməyi va-
cib saymışdır. Ambedkar bildirirdi ki, xristianlığın seçilməsi
Hindistanda Böyük Britaniyanın mövqelərini gücləndirər, “ha-
ricanlar”ın (toxunulmaz) qeyri-milliləşməsinə gətirib çıxara
bilər. İslamın seçilməsi isə ölkədə “müsəlman ağalığını” dirçəldə
bilər. Siqhizm və buddizm arasında tərəddüd edən Ambedkar so-
nuncunu seçmiş, ölümündən 2 ay əvvəl, 1956-cı ildə Buddanın
nirvanaya çatmasının 2500 illiyi qeyd edildiyi zaman o, əsasən
mahar xalqından ibarət 500 minlik ardıcılı ilə birlikdə Naqpurda
keçirilən mərasim zamanı buddizmi qəbul etmişdir. Bu aksiyadan
sonra bir neçə dəfə yeni dinə kütləvi şəkildə keçmə baş vermişdir.
Belə mərasimin iştirakçıları yeni dini təlimin-“neobuddizmin” 22
prinsipinə, simvoluna əməl edirlər. Ambedkarın formalaşdırdığı
təlim aşağıdakı kimidir: “Mən hind tanrılarına, atalara sitayiş et-
məyəcəm, brahmanlara mənim dini mərasimlərimi idarə etməyə
icazə verməyəcəm. Mən inanmıram ki, Rama, Krişna, Vişnu, Ma-
heş tanrıdırlar. Buddanın orta yolunu tuturam”. “Neobuddist”lər
siyasi maraqlarını qorumaq üçün Hindistan Respublika Partiyası-
nı yaratmışdır.
Hind siyasi leksikasına 1960-cı illərdə “dalit” (toxunulmaz,
istismar olunanlar) termini daxil olmuş, Mahatma Qandinin irəli
sürdüyü “haricanlar” (tanrı adamları) terminini sıradan çıxarmış-
dır. Həmin dövrdə Maharaştrada gənc neobuddist şairlər, yazıçı-
lar, ictimai xadimlər marathi dilində “dalitlər”in faciəvi vəziyyəti
barədə əsərlər yaratdılar. XX əsrin ortalarında, ikinci yarısında
Bəhmən Əliyev-Ayvazalı
44
“dalit”lərin dini inanclarında, siyasi, ictimai fəaliyyətlərində də-
yişikliklər baş vermişdir. Buna baxmayaraq, “neobuddistlər”in
ürəyində, fəaliyyətində hinduzm ritualları qalır, onlar Budda və
onun təlimindən daha çox Ambedkarın təlimini, prinsiplərini əsas
götürürlər.
Sual və tapşırıqlar:
1.Sidarta Qoutama Budda (е.ə. 563-483-cü illər) buddizmın
yaradıcısıdır.
2. Buddizm təlimi “Buddhacarita”, “Lalitavistara”, “Cata-
ka” “Tipitаk” kimi əsərlərdə əksini tаpmışdır.
3.Budda təliminin “dörd nəcib həqiqət” haqqında danışın.
4. Hindistanda “neobuddist” hərəkatının yaranması və inki-
şafı.
1.3.Caynizm
Caynizm Hindistanda e.ə. VI əsrdə ortaya çıxan dini axınlar-
dan biridir. Caynizmin yaradıcısı kşatrilərdən olan əfsanəvi Vard-
hamana (e.ə 599-527) olmuş, o, “tirthankar” (“varlığı okeanlar-
dan keçirən”) titulu almış, Cina və Mahavira (“böyük qəhrəman”)
adı qazanmışdır. Mahavira Benares vilayətində doğulmuş, 30 ya-
şında evini, ailəsini tərk edərək rahib kimi tərki-dünya olmuşdur.
Mahavira Vardhamananın nirvanaya qovuşması caynist təqvimin
başlanğıcı sayılır. Ehtimallara görə, “kşatri” (hökmdar, döyüşçü)
varnasından olan Mahavira və Budda eyni çağda, eyni məmləkətdə
yaşamışlar və bir-birinə bənzəyən inanc və təlimləri yaymışlar.
Caynizmə görə, Mahaviraya qədər 23 “tirthankar” olmuşdur,
onlar arasında birinci “tirthankar” Rişabha və onun oğlu Bahubali
(Qomateşvara) daha populyardır. Caynı müqəddəs yerlərində Ba-
hubalinin 250-dən çox heykəlini qoymuşlar. Onların ən böyüyü
Karnataka ştatında yerləşən 18 metrlik heykəldir.
Dostları ilə paylaş: |