Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə63/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   59   60   61   62   63   64   65   66   ...   132

273

   


        

Ölm zlik


 

Ömrünün illərini sovurmadı boşuna,

 

Qısa ömrünü belə yaşadı insan kimi.

 

Zamanın sınağından, çətin imtahanından

 

Çıxıb Bəhruz, yaşayır əsil qəhrəman kimi.

 

Türkiyənin FEMİN ART Beynəlxalq Assosiasiyasının üzvü, rəssam-yazıçı Hülya Sezgin tədbirdə 



çıxış edərək demişdir ki, bəşəriyyətin beşiyi olan Naxçıvan qədim tarixi, zəngin mədəniyyəti ilə 

bura gələn qonaqlarda böyük təəssürat doğurur. Naxçıvanın müasir inkişafı, tarixi, mədəniyyəti, 

burada  yaşayan  insanların  qonaqpərvərliyi  rəssam  və  yazıçı  kimi  müraciət  etdiyim  əsas 

mövzulardır.  Görkəmli  rəssam  Bəhruz  Kəngərlinin  adını  daşıyan  Parkın  və  onun  abidəsinin 

istifadəyə  verilməsinə  böyük  əhəmiyyət  veririk.  İnanırıq  ki,  gələcəkdə  bu  parkda  rəssamlar 

vətənpərvər sənətkar Bəhruz Kəngərli sənətindən ilham alaraq dəyərli əsərlər yaradacaqlar. Sənət 

dostluq, birlik və sülh deməkdir. Hər bir sənət əsəri tariximizi yaşadan, bu günümüzü gələcəyə 

çatdıran vasitələrdir. Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin üzərində yazıldığı kimi: “Biz 

gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

 

Gürcüstan-Azərbaycan Assosiasiyasının  rəhbəri Tamar  Lamparadze  demişdir:  “Naxçıvan 



–  bəşəriyyətin  beşiyi”  Üçüncü  Beynəlxalq  Rəsm  Festivalı  müxtəlif  ölkələrdən  olan  rəssamlar 

arasında  sənət  və  dostluq  simvoluna  çevrilmişdir.  Bu  festivalda,  eləcə  də  Bəhruz  Kəngərli 

adına  Rəssamlar  Parkının  açılışında  iştirak  etmək  mənim  üçün  böyük  məsuliyyət  deməkdir. 

Böyük Azərbaycan rəssamı Bəhruz Kəngərli Gürcüstanda da sevilir, onun yaradıcılığına yüksək 

qiymət  verilir.  Çünki  Bəhruz  Kəngərlinin  həyatının  bir  hissəsi  Tilisdə  keçmiş,  orada  təhsil 

almışdır. Naxçıvanlı rəssamlarla yaradıcılıq əlaqələrini gücləndirmək, qarşılıqlı olaraq festival və 

sərgilərdə iştirak etmək üçün bundan sonra da səylə çalışacağam. 

 

Sonra  Ali  Məclisin  Sədri  Bəhruz  Kəngərli  adına  Rəssamlar  Parkının  açılışını  etmiş, 



görkəmli  rəssamın  abidəsi  önünə  gül  qoymuş,  “Naxçıvan  –  bəşəriyyətin  beşiyi”  Üçüncü 

Beynəlxalq Rəsm Festivalının iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.

 

Parkda açıq havada rəssamların işləməsi üçün hər cür şərait yaradılmış, yaşıllıq zolaqları 



salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur. 

 

Ali Məclisin Sədri və tədbir iştirakçıları Bəhruz Kəngərli Muzeyinə də baxmışlar. 



 

Azərbaycan  Rəssamlar  İttifaqının  üzvü,  Xalq  rəssamı Arif  Hüseynov  qraika  üslubunda 

işlədiyi Bəhruz Kəngərlinin portretini muzeyə hədiyyə etmişdir.

 

Muzeylə tanışlıqdan sonra Ali Məclisin Sədri tədbirin iştirakçıları olan gənc rəssamlarla, 



Naxçıvan  Dövlət  Universitetinin  təsviri  incəsənət  və  rəsmxətt,  eləcə  də  Naxçıvan  Müəllimlər 

İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrlə görüşmüş, onlara 

Bəhruz Kəngərli yaradıcılığından bəhrələnmələri barədə tövsiyələr vermişdir. 






277

   


        

İthaflar


B

elə  deyirlər  ki,  ömrün  ən  böyük  qazancı  ömürdən 

sonrakı  həyatı  qazanmaqdır.  Yalnız  bunu  dərindən 

dərk  edənlər  bütün  çətinliklərə  və  məhrumiyyətlərə 

baxmayaraq ona doğru gedirlər. Çox qısa və çox zəngin yaradıcılığı 

ilə Azərbaycan təsviri sənət tarixində  silinməz iz buraxmış Bəhruz 

bəy Kəngərli məhz belələrindən olmuşdur, desək, yanılmarıq.

Bəhruz  bəy  ona  ayrılmış  cəmisi  30  illik  ömür  payında  sübut 

etdi ki, həyatın mənası heç də onun uzunluğu ilə ölçülməməlidir. Çox 

kiçik yaşlarında doğma anasını itirib yetimləşməyəndə də, səsə həsrət 

qalıb yazıqlaşmayanda da, iziki çatışmazlıqlarına baxmayaraq uzaq 

Tilisdə  yad  millətin  nümayəndələri  ilə  çiyin-çiyinə  sənət  zirvəsinə 

yüksəlməkdən  usanmayanda  da,  qayıdanda  isə  ona  hər  işdə  dayaq 

ola bilən atasını itirəndə də həyatdan küsmədi, onun imtahanlarından 

sınmadı... Ruhunda gəzdirdiyi, Allah-təalanın ona bəxş etdiyi  yaradıcı 

missiyadan  sona  qədər  istifadə  etməyə  çalışdı.  Yəqin  ki,  çox  qısa 

zaman kəsiyində çoxsaylı əsərlər yaratması da elə bunun göstəricisidir. 

Bu gün onun adının hər bir azərbaycanlı üçün   qürurverici səslənməsi 

isə onun həyatda qazana biləcəyi ən böyük mənəvi sərvətdir, desək, 

yanılmarıq.  Azərbaycanda  yaşayıb-yaradan  hər  bir  sənətkarın  onu 

unutmaması,  yeri  gələndə  böyük  rəssamı  və  özünü  yaşadacaq 

əsərlər ərsəyə gətirmələri təqdir olunası haldır. Daha çox “Unutsaq, 

unudularıq!” deyimindən qaynaqlanan bu bədii münasibət – ithalar 

demək olar ki, rəssamın vəfatından sonra başlamaqla, bu günümüzə 

kimi  davam  etməkdədir.  Düzdür,  ölkənin  sovetləşməsindən  dərhal 

sonra “bəy oğlu”na münasibət bu günkü kimi olmayıb. Bununla belə 

hələ 1921-ci ildə rəssamın  sağlığında – doğma Naxçıvanda böyük fərdi 

sərgisinin keçirilməsinin özü  yeni rejimin ona müsbət münasibətini 

əks  etdirirdi.  Baxmayaraq  ki,  bu  ekspozisiyada  qaçqınların  taleyinə 

də,  dini  abidələrn  dağıdılmasına  da  müəlliin  məni  münasibəti 

görünməkdəydi...

Rəssamın  vəfatından  sonrakı  illərin  bütünlükdə  keçmiş  SSRİ 

məkanı üçün kifayət qədər təzadlı keçməsinin qarşılığında ona olan 

“sərin” münasibətin səbəbini başa düşmək çətin deyil. 1928-ci ildən 

başlayaraq  onun  əsərlərinin  Azərbaycan  Dövlət  Muzeyi  tərəindən 

ݲthaflar



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə