KitabxanaşÜnasliq və İnformasiya №3



Yüklə 332,51 Kb.
Pdf görüntüsü
tarix26.09.2018
ölçüsü332,51 Kb.
#70456


KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

91



 

NİKOLAY RUBAKİNİN YARADICILIĞINDA  

BİBLİOPSİXOLOGİYA NƏZƏRİYYƏSİ VƏ KİTABXANAŞÜNASLIQ 

 

E.L.ƏJDƏROV 

Bakı Dövlət Universiteti 

 

Nikolay Aleksandroviç Rubakinin bibliopsixoloji elmi irsi dünya kitab-

xanaşünaslığın inkişafına böyük metodolojı  təsir göstərmişdir. Məqalədə 

N.A.Rubakinin bibliopsixolojı nəzəriyyəsi geniş şərh edilir. 

 

Beynəlxalq Bibliopsixoloqiya İnstitutunun yaradıcılarından biri olan Ni-



kolay Aleksandroviç Rubakinin (1862-1946) elmi irisində ifadə olunan “bib-

liopsixologiya” anlayışı iki sözdən ibarətdir - “biblio” və “psixologiya”. 

Əlbəttə, burada ilk növbədə kitabxanaşünaslıq kimi dərin bir elm sahəsi diqqət 

mərkəzinə gəlir. Azərbaycanda kitabxanaşünaslıq elminin banisi prof. A.Xələ-

fov kitabxanaya belə bir tərif vermişdir: “Kitabxana - elm, informasiya, mədə-

niyyət, təhsil-tərbiyyə müəssisəsi kimi çap əsərlərinin və digər informasiya 

daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli-ictimai istifadəsini təş-

kil edən, cəmiyyətin intellektual və  mənəvi potensialının inkişafına xidmət 

göstərən sosial institutdur” [1, 245]. 

Məntiqlə yanaşdıqda prof. A.Xələfov kitabxanaya verdiyi tərifdə ilkin 

olaraq “elm” sözünü təsadüfi qeyd etmir. Məhz elmin gücü ilə bütün sahələr-

də uğurlar əldə olunur. Kitabxana elmlər sisteminin ilkin mənbəyidir. Daima 

artan informasiya axını, sistemli olaraq məhz kitabxanalarda yerləşir və kitab-

xana işi fəaliyyəti vasitəsi ilə cəmiyyətin istifadəsinə verilir. 

Cəmiyyətin inkişaf tarixinə  nəzər saldıqda kitabxana işinin, kitabxana-

şünaslığın inkişaf xəttini və  səviyyəsini aydın görmək olar. Zaman-zaman 

daima yeniliklər və bununla əlaqəli müxtəlif yeni sahələr yaranır. Daha dəqiq 

desək, elmlər inteqrasiya və differensasiya etdikcə bu yeniliklər cilalanaraq 

daha yeni bir forma və  məzmun alır. Kitabxanaşünaslıq elmi də bu inkişaf 

tarixində fəlsəfə, tarix, sosiologiya, riyaziyyat, iqtisadiyyat pedaqogika, psixo-

logiya və s. elm sahələri ilə sıx əlaqədə inkişaf etməkdədir. Bu elm sahələrin-

dən biri də psixologiyadır. Bu barədə prof.A.Xələfov yazır: “Kitabxanaşünas-

lıq insan şüurunun formalaşmasında kitabın və mütaliənin rolunu öyrənərkən 

psixologiyanın elmi metodlarına  əsaslanır, onun elmi nəticələrindən

tövsiyələrindən geniş surətdə istifadə edir” [2, 256]. 

Yaşadığımız cəmiyyətdə istənilən bir fəaliyyət sahəsində daima insanlar 

arasında ünsiyyət əsas əlaqə, rabitə vasitəsidir. Bu ünsiyyət prosesində bir çox 

incə və mürəkkəb məqamlar üzə çıxır. İnsan və onun daxili aləmi, ətrafla mü-

nasibətləri və bu münasibətlərin xüsusiyyətləri psixologiya elminin tədqiqat 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

92



sahələrində üzə çıxır. Kitabxanaçı və oxucu, müəliflə oxucu, kitabxana və cə-

miyyət arasında  əlaqə ünsiyyət vasitəsi ilə yaranır. Bu mənada kitabxanaçı 

kadrların hazırlanmasında, kitabxana işi fəaliyyətində mövcud kollektivin təş-

kili və idarə olunmasında sözsüz ki, kitabxanaşünaslıq elmi psixologiya elmi-

nin metodlarından istifadə etməyə bilməz. Psixologiya və kitabxanaşünaslıq 

elminin bir-birinə olan inteqrasiyası da bu səbəbdən irəli gəlir. Prof.A.Xələfov 

isə bu prosesin qədim dövrlərdən başlandığını qeyd edir: “Psixologiya ilə 

kitabxana işi və kitabxanaşüanaslıq arasında əlaqə lap qədim dövrlərdən möv-

cud olmuş, getdigcə inkişaf edib təkmilləşmiş, xüsusi elmi fənn olan “Biblio-

psixologiya və ya “Kitabxana psixologiyası” kimi yeni fənnlər meydana gəlib 

formalaşmışdır” [2, 256]. 

“Bibliopsixologiya” terminin ikinci əhəmiyyətli tərəfi “psixologiya” sö-

züdür. Psixologiya klassik mənbələrdə  aşağıdakı kimi ifadə olunur: “Psixo-

logiya beyində obyektiv aləmin subyektiv surəti kimi əmələ gələn psixikanın 

faktları, qanunauyğunluqları və mexanizmləri haqqında elmdir” [4,19]. 

İlk baxışdan elə görünə bilər ki, bibliopsixologiya oxucu və müəllif psi-

xologiyasını araşdırır.  Əslində  məsələyə bu cür dar çərçivədə yanaşma səhv 

olardı, çünki oxucu və müəllif psixologiyası özü də  cəmiyyətdə baş verən 

məsələlərlə dialektik vəhdətdə əlaqəlidir. Aydındır ki, tarixin gedişində oxucu 

zövqləri, tələbatları, maraqları, sorğuları, dünyagörüşü prinsipləri dəyişirsə, 

bu da öz növbəsində, müəlliflik və bütün kitabxana işinin mexanizmini dəyi-

şir. Kitabxana işi öz fəaliyyətində  təkcə oxucu və müəlliflə bağlı  məsələləri 

əhatə etmir, onun təhsil, tərbiyyə, elmi informasiya təminatı və s. kimi funksi-

yaları da yerinə yetirir. Ona görə də bu və ya digər tərəflərin psixoloigyasını 

öyrənmək üçün bir başa kitabxana işi anlayışı ilə əlaqədar məsələlərin psixo-

logiyası öyrənilməlidir. Əgər bibliopsixologiyanın mahiyyətini oxucu marağı 

ilə eyniləşdirsək, bu bibliopsixologiyanın mahiyyətini dar çərçivəyə sala bilər. 

Fəlsəfi məntiqlə qoyulan məsələyə yanaşdıqda isə maraqlı bir tərəf üzə çıxır. 

İstər təbiətdə, istər cəmiyyətdə bütün proseslər daima nisbi olaraq hərəkətdə-

dir. Qeyd etdiyimiz fikrə istinad olaraq filosof Zeynəddin Hacıyevin fikrinə 

nəzər salaq: “Bizi əhatə edən dünyada hər şey daima hərəkətdədir” [5,169]. 

Məsələyə psixoloji aspektdən yanaşdıqda isə görmək olar ki, ümumi 

olaraq cəmiyyətdə baş verən bütün proseslərdə olduğu kimi, həmçinin kitab-

xana işi fəaliyyətində də psixi proseslər hər an, hər dəqiqə insanları müşahidə 

edir. Bu mənada bibliopsixologiya elminin tədqiqatçısı Nikolay Rubakin bib-

liopsixologiyanı iki istiqamətdə: daxili və vizual mənalarda izah edir: “Biblio-

psixologiyanın daxili mənası: Bu mənada bibliopsixologiya psixoloqiyanın bir 

qolu kimi çıxış edir. Bibliopsixologiya sərbəst mövcud olmaq hüququna ma-

likdir. Belə ki, pedaqoji psixologiya, hansı ki, onun obyektini uşağın psixolo-

giyası və tərbiyyəsi təşkil edir. Bu mənada psixologiyanın bir qolu kimi bib-

liopsixologiya müstəqil sahədir  [6,41]. 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

93



Vizual məna barədə fikir bildirməzdən  əvvəl qeyd edək ki, XIX-XX 

əsrlərdə yaşamış N.Rubakin bibliopsixoloji tədqiqatında “книжное дело” ifa-

dəsini işlətmişdir. Azərbyacan dilinə  tərcümə olunarkən bu ifadə “kitab işi” 

kimi səslənir. “Kitab işi” anlayışı ilə “kitabxana işi” anlayışını eyniləşdirmək 

səhv olardı. Kitab işi kitabın nəşri, yayılması, satışı, poliqrafiyası, nəşriyyat 

məsələlərini və s. əhatə edir. Əlbəttə, bu proseslər kitabxana işi fəaliyyətinin 

fonunda üzə  çıxır. Lakin N.Rubakin bu fikirləri ilə kitab və kitabxana işi 

anlayışlarına aydınlıq gətirir: “Bəs kitab işi nədir? Bu iş heç də sakitçilikdə 

gedən bir proses deyil, bu heç də kitab tozunun, kitab kütləsinin udulması da 

demək deyil, bunu kitablar yığını kimi də başa düşmək olmaz. Bu iş coşqun, 

yəni bu proses ictimai-sosial, mübariz atmosfera ilə yaranır. Axı bizim 

məqsədimiz cəmiyyətimizi bilikli, dərrakəli,  şüurlu etməkdir. Məgər kitab 

işini adi, ölü olan kitab yığını ilə eyniləşdirmək olarını? Ona görə  də  mən 

deyirəm: Bu iş həyatın özü və mübarizədir” [6, 608]. 

Kitab işini yüksək mənəvi dəyərlər çərçivəsində ortaya qoyan N.Ruba-

kin “kitabxana” ifadəsini geniş  və rasional analiz etmişdir: “Kitabxana - cə-

miyyətin gözəl bir gələcəklə təminatı üçün güclü bir silahıdır, bu təkcə elmi 

bilikləri yayan müəssisə deyil, həm də cəmiyyətin sosial əhval-ruhiyyəsini tə-

yin edən vasitədir.  Əgər bu işi kitab yerinə yetirirsə, onda nəyə görə 

ümumilikdə kitabxana-kitabların assossiyası bu işdə rol oynamasın?” [6, 608]. 

Aydın oldu ki, N.Rubakinin düşüncəsində “Kitabxana” sosial-ictimai 

şüurun formalaşmasında böyük rol oynayan vasitə kimi qiymətləndirilmişdir. 

O, bir kitabı müəyyən biliyi, elmi özündə  əks etdirən kitabxananın kiçik 

modeli kimi ortalığa qoyur və “nəyə görə də ümumilikdə kitabxana-kitabların 

asossiyası bu işdə rol oynamasın?” deyərək kitabxana işini diqqət mərkəzinə 

gətirmiş olur. Belə bir qənaətə gəlmək olar ki, “kitab işi” ifadəsini səsləndirər-

kən N.Rubakin kitabxana işinin fonunda tərkib hissə kimi rol oynayan prosesi 

nəzərdə tutur. Bu prosesdə  fərdin psixologiyası ön plana keçirsə, kitabxana 

işində isə cəmiyyətin psixologiyası diqqət mərkəzinə gəlmiş olur. 

N.Rubakinin dili ilə desək, vizual mənada bibliopsixologiya kitabxana 

işi və onunla bağlı məsələlərin psixologiyasını araşdıran elm kimi çıxış edir. 

Bu mənada N.Rubakin xüsusi olaraq qeyd edir ki: “Bibliopsixologiyanın 

vizual mənada xüsusi obyekti məhz kitab işi nəzərdə tutulur” [6, 41]. 

Cəmiyyətdə baş verən bütün psixi proseslərin tərkib hissəsi kimi “kitab” 

anlayışı bibliopsixoloji yanaşmada psixi prosesin son nəticəsi kimi qiymətlən-

dirilir. N.Rubakin isə qeyd edir: “Söz, ifadə, kitab, kitablar yığını, bütün 

ədəbiyyat, bu mənada reaksiyanı yaradan amil kimi çıxış edir. Elə bil ki, 

öyrənilən kollektivə  və  şəxsiyyətə  təsir edəcək amil, qıcıqlandırıcı-reaktiv 

rolunda çıxış edir” [6, 42]. 

Burada isə maraqlı və vacib olan bir cəhət ondadır ki, kitab da özündə 

cəm etdiyi məzmunla bərabər obyektiv aləmin tərkib hissəsi kimi çıxış edir. 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

94



Bir halda ki, fərd subyektdir, onu əhatə edən aləm isə həm obyekt, həm də qı-

cıqlandırıcı reaktivdir. İstənilən qıcıq mahiyyət etibarı ilə obyektiv aləmdən 

gəlir. Obyektiv aləmə cavab olaraq yaranan reaksiyaların kəmiyyət və keyfiy-

yət göstəricilərini reaksiya verənin xarakteristikası kimi ifadə edən N.Rubakin 

yazır: “Bibliopsixologiya elə  məhz kitab işinin psixologiyası barədə elmdir, 

tədqiq edilən reaksiyalar, xarici əlamətlər əsasında öyrənən elmdir” [6, 42]. 

Yəni daha dəqiq desək, bibliopsixologiya kitabxana işi fəaliyyətində baş 

verən bütün prosesləri reaksiyalar, xarici əlamətlər əsasında tədqiq edir. Digər 

tərəfdən istərdim qeyd edim ki, kitabın yaranması N.Rubakinin yanaşmasında 

belə ifadə olunur: “Hamıya aydındır ki, kitabın yaranması ilk öncə danışıq 

(şifahi nitq) vasitəsi ilə başlanır, hansı ki, sistemli olaraq yazılır və bu şəkildə 

kristallaşır-maddiləşir” [6, 46]. 

Aydındır ki, bu cür yanaşmada N.Rubakinin kitabın yaranma prosesini 

sadədən mürəkkəbə doğru inkişaf prinsipini əsas meyar tutaraq analiz etmiş-

dir. Burada ilkin səbəb kimi şifahi nitq əsas götürülür, həmçinin  şifahi nitq 

özlüyündə reaksiya yaradan-qıcıqlandırıcı rolunda çıxış edir. Bu reaksiya isə 

əslində psixi prosesdir. İnsan nitqi psixoloji cəhətdən psixi prosesdir. Deyilən-

lə əlaqədar olaraq aşağıdakı cümləyə bir daha nəzər salaq: “Psixika obyektiv 

aləmin subyektiv inkasıdır” [4, 15]. 

İnsanın daxili “mən” dünyasında  əks olunan obyektiv aləmin inkası 

kimi psixika özlüyündə zahiri-vizual tərəfdən nitqdə ifadə olunaraq özünü 

göstərir. Daha lakonik desək, bu cür səslənir, nitq psixikanın zahiri tərəfidir. 

Prof.Ə.Bayramovun fikirləri isə qeyd olunan mülahizəni daha da aydınlaşdı-

rır: “Dar mənada isə psixi proses dedikdə duyğu, qavrayış, hafizə, təfəkkür, 

nitq, təxəyyül və s. kimi idrak proseslərini nəzərdə tutacağıq” [4, 9]. 

Başqa bir tərəfdən şifahi nitq formasını dəyişərək yazıya, əlyazma for-

masına keçid alır. Əlyazma isə çap məsulu-nəşr formasına keçid alır. Psixoloji 

yanaşmada bu formalar qıcıqlandırıcı rolunu daşıyır. Kitabxanaşünaslıq istiqa-

mətində isə bu maddi daşıyıcı və mənəvi dəyərləri özündə əks etdirəcək infor-

masiya daşıyıcısı və s. funksiyalarını yerinə yetirmiş olur. N.Rubakin isə ma-

raqlı bir sualı ortaya qoyur: “Bu üç forma(nəşr, əlyazma, şifahi söz) arasında 

sərhəd varmı, birini digər ikisini öyrənmədən öyrənmək olarını?” [6, 47]. 

Şifahi nitq artıq yazı və nəşr formalarına keçdikcə psixi proses olan nit-

qin bir çox elementləri (intonasiya, deyiliş, vurğu, jestlər) öz mahiyyətini itir-

miş olur. Bütün bu prinsipləri nəzərə alaraq N.Rubakin yazır: “Nəşr və əlyaz-

ma əsərlərini psixoloji nöqteyi nəzərdən öyrənmək üçün yalnız bunu şifahi da-

nışıqdan ayırmadan öyrənmək lazımdır. Ona görə də bibliopsixologiyanın ob-

yekti-nəşr, əlyazma və şifahi danışıqlar sayılır.”[6, 47]. 

Hər hanısı bir nəşrin, kitabın yaranması, onun satışı, dövriyyəsi və s. ki-

tabxana işi fəaliyyətində cəm olunan bütün proseslər özlüyündə bir əmək pro-

sesidir. Nümunə olaraq özlüyündə əmək prosesi kimi mahiyyət daşıyan kitab 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

95



işi elə bir əmək prosesidir ki, burada insan əməyinin müxtəlif formaları ortaya 

çıxır. Bu proses zamanı isə istənilən kollektiv birləşərək vahid bir tam kimi 

fəaliyyət göstərir. Bu proses zamanı həm fərd, həm də kollektiv müxtəlif mə-

sələləri həll edir. Yəni bu əmək prosesi zamanı başlanğıcdan sona qədər hər 

bir fərddə müxtəlif psixi hallar müşahidə olunmaqdadır. Digər tərəfdən, bu 

əmək prosesi zamanı hər bir işçinin psixoloji vəziyyəti və ümumilikdə kollek-

tivin psixoloji halı mümkün deyil ki, məhsulda bir iz buraxmasın. Psixoloji tə-

rəfin işin gedişində  əsas göstərici kimi qiymətləndirən N.Rubakin qeyd olu-

nanları bu fikri ilə təsdiq edir: “İşçinin  psixologiyası və onun əməyinin psixo-

logiyası bu əməyin nəticəsində və məhsulda konkret bir iz qoyur”  [6, 48]. 

Əmək prosesi zamanı bütün işçilərin psixi vəziyyəti, bir-birinə olan psi-

xoloji münasibətləri, rəhbərliyin kollektivə münasibətləri psixoloji baxımdan 

əmək məhsuldarlığının ilkin göstəricilərindən biridir. Bütün bu məsələlərin 

fonunda N.Rubakin yazır: “Kitab işi beləliklə  əmək və əmək prosesidir. Kitab 

işinin psixologiyası isə bü cür əmək və prosesin psixologiyasıdır”  [6, 49]. 

Tarixilik prinsipi baxımından diqqət etdikdə aydın olur ki, XIX-XX əsr-

lərdə elmin inkişaf səviyyəsi ilə bugünkü yeniliklər arasında böyük fərq var. 

Bu gün artıq şifahi, əlyazma, nəşr tipi kimi klassik sayılan qıcıqlandırıcılardan 

fərqli olaraq elektron nəşr tipi yaranmışdır. Bu elektron daşıyıcıların oxucuda, 

istifadəçidə yaratdığı təsir də özünəməxsus xüsusiyyətə malikdir. 

Unutmaq olmaz ki, yaşadığımız həyat məkan, zaman, mühit kimi anla-

yışlarla daima hesablaşır. Həmçinin qoyulan məsələdə bu üç aspekti görmək 

olar. N.Rubakin bir əmək prosesi hesab etdiyi kitabxana işi prosesində hər bir 

işçini ayrılıqda, yəni daha dəqiq desək, işçinin işdə reaksiya və  hərəkətini 

aydınlığı ilə öyrənməyi zəruri hesab edir. Həmçinin işçilərin birlikdə öyrənil-

məsini də qeyd edir. Nəticədə isə N.Rubakin yazır: “Bibliopsixologiyanın işi, 

vəzifələri-kitab işi işçilərinin hərəkətlərinin məkan, zaman, sosial mühitin 

müxtəlif aspektlərində, vəziyyətlərində obyektiv öyrənilməsidir ” [6, 48]. 

Bibliopsixologiyanın mahiyyəti fərdin  ətraf mühitə-obyektiv aləmə  və 

obyektiv aləmin fərdə olan təsiri prosesində aydınlaşır. Obyektiv olaraq qeyd 

etmək olar ki, canlı insan istər oxucu, istər müəllif, istər kitabxanaçı-biblioqraf 

və s. istənilən bir şəxs ictimai-sosial mənsubiyyətindən asılı olmayaraq ətrafa 

verdiyi reaksiya əsasında, daha dəqiq desək, psixi münasibəti əsasında biblio-

psixoloji dəyəri ortaya çıxartmış olur.  Əvvəlcə bu dəyər söz şəklində yəni, şi-

fahi formada ortalığa çıxır. Sonra maddi formalara (əlyazma, nəşr, elektron)  

keçir. Bu dəyərlər insanın gündəlik həyatında daima onu müşahidə etməkdə-

dir.  Diqqətlə analiz etdikdə isə aydın olur ki, bu dəyərlər sabit formada qal-

mır, daima yeniləşərək dövriyyə edir. Nəticədə isə istifadə edilərək öz dəyəri-

ni itirir. Bu dəyərləri kitabxana işi fəaliyyətinin yaranmasında əsas amil kimi 

qiymətləndirmək olar. N.Rubakin bu məsələrin fonunda bibliopsixologiyanın 

məzmununa aşağıdakıları daxil edir: 1) Nəşr, əlyazma, şifahi dəyərlərin yaran-



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

96



ma prosesi; 2) Onların dövriyyəsi, sosial mühitə ötürülməsi və onlara istiqa-

mətləndirmə və cəlbolunma prosesləri; 3) Onların utilizasiyası prosesləri. 

Məntiqlə baxsaq bibliopsixologiyanın həcmi  əslində onun mahiyyətini 

tamlığı ilə aydınlaşdırır. Özlüyündə hər bir proses ayrılıqda geniş bir mövzu-

dur. Bu üç proseslə birlikdə öz həcmini və çəkisini təyin edən bibliopsixologi-

ya əslində mahiyyətini geniş mənada ifadə edir. Bibliopsixoloji nöqteyi-nəzər-

dən kitab və kitabxana işi məsələləri bir nöqtədə durmayan, daima hərəkətdə 

olan, dəyişən bir prosesdir. Bu prosesdə isə həm maddi, həm də mənəvi dəyər-

lər vəhdətdə hərəkət edirlər. Buna nümunə olaraq gündəlik həyatımıza müra-

ciət edək. Götürək istənilən bir N müəllifli kitabı. Bu zaman insan-müəllif fi-

kirləri və düşüncələrini obyektiv aləmdə gördüklərini dərk edib, müəyyən 

dünya görüşü prizmasında kağız üzərinə köçürdür. Sonra bu əlyazma nəşr ti-

pinə keçir. Nəşr tipinə keçənə qədər isə nəşriyyat işi işçilərinin birgə fəaliyyəti 

əsasında maddiləşərək kitab halına keçir. Sonra isə bu kitab kitabxanalara, 

elektron kitabxanalara, kitab bazarına daxil olaraq dövriyyə edir. Müəyyən 

zamandan sonra isə bu kitab müxtəlif səbəblərə əsasən dövriyyədən çıxır. Bib-

liopsixoloji yanaşmada isə bu göstərdiyimiz nümunədə hər bir hissə müəyyən 

psixi təsirlərlə müşahidə olunur. Bu prosesin daxilində isə bir neçə xüsusiyyəti 

N.Rubakin aşağıdakı kimi xarakterizə edir: “İstənilən bir kitabın trayektoriya-

sı  kəsik-kəsik olur. Əldən-ələ keçir, şəxsdən  şəxsə, sosial mühitə ötürülmə 

üçün müəyyən zaman tələb olunacaq. Müxtəlif keçidlərdən sonra  hər hansı 

psixoloji bir iz qalır. Ötürənin psixologiyası  qəbul edənin psixologiyasından 

müəyyən qədər fərqlənir.  İnsanın insana yanaşma psixologiyası, kollektivin 

insana, insanın kollektivə yanaşması özü özlüyündə  istənilən kitabın hərəkət 

trayektoriyasında bibliopsixoloji sement rolunu oynayır ” [6, 51]. 

N.Rubakinin qeyd olunan fikirləri müasir dövrdə kitab marketinqi, piyar 

texnologiyalarının nəzəri əsasını təşkil edir. Göründüyü kimi, ilk baxışdan adi 

səslənən bibliopsixologiya daxilən böyük və mürəkkəb olan sistemli prosesi 

özündə cəm edir. Lakin diqqəti N.Rubakinin yuxarıda qeyd etdiyi “ötürən” və 

“qəbul edən” ifadələrinə yönəltmək istərdim. Mahiyyətə vardıqca aydın olur 

ki, bibliopsixologiya fəlsəfənin dialektika qanunu olan “əksliklərin mübarizəsi 

və  vəhdəti” qanunu ilə müşahidə olunur. “Əksliklərin vəhdəti və mübarizəsi 

qanunu inkişaf prosesinin daxili mənbəyini və  hərəkətverici qüvvəsini açır” 

[5, 193]. Yəni informasiyalaşmış  cəmiyyətdə istənilən informasiya zamanın 

müəyyən kəsiyində daima dövrü olaraq bir mənbədən digərinə doğru istiqa-

mətlənməkdədir. Bir mənbə ötürən, digəri isə  qəbul edəndir. Eyni zamanda 

N.Rubakinin yanaşmasında bunu  müəllif və oxucu, danışan və dinləyən, kita-

bı satan və alan və s. formalarda görmək olur. Lakin bu məsələlərin fonunda 

N.Rubakin kitabın fiziki mənada ötürülməsi ilə kitabın məzmununun ötürül-

məsi məsələlərini ortaya çıxarır və belə bir fikirlə müraciət edir: “Dinləmək 

çox çətin bir əməkdir. Ondan çətini isə oxuma prosesidir. İndi isə bizim qarşı-



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

97



mızda sual var: Görəsən, bu cür ötürülmə və keçid proseslərində nəşr, əlyaz-

ma, şifahi sözün məzmunu pozulur, yoxsa pozulmur?” [6, 52]. 

Təbii  ki, bu sualın həlli böyük bir prosesin yekunu deməkdir. Böyük bir 

əmək prosesinin psixologiyasını öyrənən bibliopsixogiya elmində N.Rubakin 

bu prosesin iştirakçısı olan istənilən bir şəxsi “işçi” tituluna layiq görür.  Belə 

ki, o, bu məsələ ilə bağlı qeyd edir: “Deməli, nəşr, əlyazma, şifahi sözün öz 

trayektoriyası boyunca hərəkəti prosesi zamanında iştirak edən bu və ya digər 

şəxsləri biz “kitab işinin işçiləri” adlandıracağıq. Onların sırasına müəllif, 

oxucu, yığıcı, redaktorlar, kitab satıcıları və s. daxil etmək olar” [6, 52]. 

Bu fikirlərdən belə  qənaətə  gəlsək ki, N.Rubakin kitab işinin işçiləri 

sırasına “kitabxanaçı”nı daxil etmirsə,  əlbətdə bu qeyri-məntiqli hesab 

olunacaq. Çünki bir halda ki, nəşr,  əlyazma,  şifahi sözün öz trayektoriyası 

boyunca hərəkəti zamanı  işitrak edən hər bir şəxsi nəzərdə tutursa, aydın 

məsələdir ki, bu hərəkət trayektoriyası həm kitabxanadan, həm də orada fəa-

liyyət göstərən kitabxanaçıdan yan keçə bilməz. 

Göründüyü kimi, böyük bir əmək prosesi olan kitab və kitabxana işində 

iştirak edən istənilən fərdi N.Rubakin diqqətdən kənarda qoymur və məsələyə 

obyektiv yanaşır. O, insanı qeyd olunan məsələlərdə ön plana çəkir: “Biblio-

psixoloji nöqteyi nəzərdən istənilən bir dəyərin öz trayektoriyası boyunca 

hərəkətində ən vacib məsələ insanın insana olan yanaşma psixologiyasıdır ki, 

bu isə böyük əhəmiyyət kəsb edir. Bütün kitab işi(kitabxana işi) bu cür yanaş-

malardan yığılır, cəmlənir, ibarət olur ” [6, 51]. 

Qeyd edilən fikrə istinadən demək olar ki, kitabxana işi fəaliyyəti zama-

nı insan faktoru bibliopsixoloq üçün ön plana keçir. Bu amil isə bibliopsixolo-

giyanın əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Eyni zamanda etriaf edək 

ki, bibliopsixologiyanın dirəklərindən biri olan “kitabxana işi” fəaliyyətində 

insan faktoru əsas diqqət edən tələb edən məsələlərdən biridir. Məhz kitabxa-

na işi işçilərinin və  rəhbərliyinin cəmiyyətlə qarşılıqlı  fəaliyyəti  əsasında 

kitabxana sosial institut statusuna malik olur. Cəmiyyətin mənəvi dəyərlərini 

sivil dərəcəyə çatdırmağa xidmət edən kitabxana işi fəaliyyətində hər bir şəxs 

böyük və bütöv bir canlı prosesin vacib bir hissəsidir. Hər bir fərdin-insanın 

bu işdə göstərdiyi münasibət bibliopsixologiya üçün əsas tədqiqat obyektidir. 

Beləlikə, N.Rubakinin dili ilə desək, bibliopsixologiya həm də özlüyün-

də böyük bir əmək prosesi olan kitabxana işi fəaliyyətinin psixologiyasını öy-

rənən elmdir. Bu baxımdan bibliopsixologiyanı  ətraflı araşdırdıqca bir çox  

məsələlər üzə çıxır. Ona görə də demək olar ki, kitabxanaşünaslığın müxtəlif 

fəaliyyət sahələrində bibliopsixologiyanın tədqiqatlarına xüsusi ehtiyac vardır. 

 



KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASİYA 

№ 



         

 

 

 

 

 

2010 

 

98



ƏDƏBİYYAT 

 

1. Xələfov A.A. Heydər  Əliyev və Azərbaycanda kitabxana işi. Bakı: 

Azərnəşr, 2006. 312 s. 

2. Xələfov A.A. Kitabxanaşünaslığa giriş: Dərslik. Bakı, 2001. 400 s. 

3. Xələfov A.A. İnformasiya cəmiyyətinin formalaşmasında kitabxanala-

rın vəzifələri // Kitabxanaşünaslıq və biblioqrafiya. Bakı, 2005. №2.152 s. 

4. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya: Dərslik. Bakı, 2009. 620 s. 

5.  Hacıyev Z. Fəlsəfə: Dərslik. Bakı: Adiloğlu, 2001. 639 s. 

6. Рубакин Н.А. Библиологическая психология. Москва: Академичес-

кий Проект. Трикста, 2006. 800 с. 

 

THE BIBLIOPSICHOLOGICAL THEORY  



IN NİKOLAY RUBAKİN,S CREATİVİTY  AND LIBRARY STUDY 

 

E.L.AZHDAROV 

 

SUMMARY 

 

 Nikolay Rubakin's bibliopsihological heritages is the scientific heritage 

of all the library society and world culture. The article considers Nikolay 

Rubakin's theory from bibliopsihological point of view. The beginning of the 

XIX century – the development of library science pushes N.A.Rubakin to deep 

analysis of readers psychology, library work and practice. The author makes 

an attempt to reflect a part of N.A. Rubakin's rich scientfic heritage. 

 

БИБЛИОПСИХОЛОГИЧЕСКАЯ  ТЕОРИЯ В  ДЕЯТЕЛЬНОСТИ 

НИКОЛАЯ РУБАКИНА И БИБЛИОТЕКОВЕДЕНИЕ 

 

Э.Л.АЖДАРОВ 

 

РЕЗЮМЕ 

 

Библиопсихологическое  наследие  Николая  Рубакина - это  научное 

наследие всего библиотечного общества и мировой культуры. В статье 

рассматривается  библиопсихологическая  теория  Н.Рубакина.  Начало 

XIX века, развитие библиотековедческой науки подталкивает Н.Рубаки-

на на глубинной анализ психологии читателя, книжного дела и библио-

теческой практики. Была попытка отразить, часть большого научного 

наследиия Н.Рубакина. 

 


Yüklə 332,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə