437
İthaflar
Qəmküsar. Gedək, mənim də işim var. “Molla Nəsrəddin”ə göndərəcəyim təzə şeiri gərək
tamamlayam.
Qəmküsar. Hələlik, Şirin xala.
Şirin. Xoş gəldiz. Allah əmanəti. Tez-tez gəlin!
(Hamı çıxır. Şirin qapını örtür. Pəncərədən
getdikcə şiddətli yağan qara baxır). Yaxşı ki, bunlar var. Yoxsa balamın xiffətdən bağrı lap çatlayardı.
(Yenə külək uğuldayır). Harada qaldı bu? Özü də paltosunu geyməyib. Birdən soyuq dəyər.
Bəhruzun paltosunu götürüb qapıya tərəf getmək istərkən Bəhruz qolları üstündə, taqətsiz,
üst-başı cırıq, vücudu buza dönmüş bir uşağı içəri gətirir.
Bəhruz. Paltonu buna bürü, anacan.
Şirin. Paltonu niyə, bu saat yorğan gətirim. (Yan otağa keçir).
Bəhruz (taxta uzatdığı qızcığazın əllərini ovuşdurur). Buz kimidir. Saçları da buz bağlayıb.
(Şirin gəlir, qızı yun yorğana bürüyür) Çay gətir, ana.!
Şirin. Yox, ay bala, bunu gərək əvvəl qarla ovuşduraq.
Bəhruz. Nə deyirəm.
Şirin. Huşu özündə deyil. Yaman donub. Görəsən neçə vaxtdır bu çovğun içində çabalayır.
(Əllərini, ayaqlarını ovuşdurur). Qızım, qəşəng qızım!
Bəhruz (həyəcanla). Dinmir.
Şirin. Qorxma! Get bir az qar gətir.
Bəhruz. Bu saat (Həyətə çıxır).
Şirin. Yazıq qızcığaz... Ayaqları göm-göydür... Barmaqlarına bax, dağ basıblar ki... Görüm
Həzrət Abbas özü baisin qollarını qələm eləsin. (Bəhruz gəlir). Gətirdin? Ver bura! (Qarla qızın
əl-ayağını ovuşdurur).
Yasəmən. Qoymayın, öldürdülər! Ay ana, dədəmi döyürlər. Dədə, qov onların hamısını.
İstəyirsən mən də gəlim. Çomağını gətirim.
Bəhruz. Zavallı tiil.
Yasəmən (yenə sayıqlayır). Vay, sındırdılar, dədəmin qolunu. Ay ana, ay ana! Hardasan bəs?
Axı, mən təkəm, qorxuram.
Bəhruz. O sayıqlayır, ana!
Şirin. Ayılar. Qoy bir az da ovuşdurum.
Şirin yenə əl-qolunu ovuşdurur, saçlarından qarı, buzu təmizləyir. Qız yavaş-yavaş gözlərini açır.
Yasəmən. Kimsiz? Qorxuram mən sizdən!
Şirin. Qorxma, dərdin mənə! Bu bir qurtum çayı iç!
Yasəmən. İçmirəm, yox, içmirəm!
Şirin. Nədən qorxursan, qızım?
Yasəmən. Nədən? Bax, ondan,
onlardan (şəkilləri göstərir.)
Şirin. Onlar şəkildir, qızım. Bu əmi çəkib.
Yasəmən. Bu əmi? Mənim əmim yoxdur. Əmimi də, dədəmi də öldürdülər. Gecə yarı. Lopabığ
bir kişi öldürdü. Evimizdə öldürdü.
Şirin. Adın nədir, ay bala?
Yasəmən. Yasəmən.
Şirin. Adınla yaşa. Nə qəşəng adın var. Yaxşı, bu çaydan bir qurtum da iç, soyumamış
438
İthaflar
iç. (Qız əvvəlcə ehtiyyatla içir, sonra birdən bütün stəkanı başına çəkir). Haralısan, qızım?
Yasəmən. Zəngəzurlu. Bir həftədir ki, yol gəlirəm. Əvvəl beş uşaq idik. İkisini bir kənddə
saxladılar. Üçümüz xeyli yol gəldik. Ac, susuz. Balaca qardaşım dözmədi, öldü. Yoldaşım da dondu.
Bəhruz. Al, bacım. İsti-isti iç!
Yasəmən (çayı içir). Ömrün uzun olsun.
(Birdən ağlayır).
Bəhruz. Nə
oldu sənə, niyə ağlayırsan?
Yasəmən. Anam yadıma düşdü. Onu tövləyə salıb qonşularımızla bir yerdə yandırdılar.
Şirin. Bəs sizi kənddən kim çıxartdı, ay bala?
Yasəmən. Özümüz qaçdıq. Gecə yarı. Vallah, yolda elə qorxurdum ki... Yoldaşlarım öləndən
sonra az qalırdı bağrım çatlasın.
Bəhruz. Danış, danış...
Yasəmən. Səhər bu həyətə girəndə əvvəlcə təndirdə gizləndim. Daşlar isti idi. Belə yuxum
gəlirdi ki... Təzəcə huşa getmişdim ki, kişi səsi eşitdim. Sonra da küçə qapısı açıldı. Qorxub tez
çıxdım təndirin damına. Ora bərk soyuq idi. Paltarlarım buza döndü. Sonra da soyuqdan huşumu
itirmişəm.
Bəhruz (diz üstə çöküb, uşağın solğun sifətinə, kədərli gözlərinə baxır). Gözəldir. Kim bilir
bu körpə gözləri daha nə müsibətlər görüb?
Şirin. Bəhruz!
Bəhruz (öz-özünə danışırmış kimi). Onun sözləri ürəyimi parçalayır, ana! Evlər yanır, kəndlər
xarabazara çevrilir. Nə üçün? Məgər insanın məsud yaşamağa haqqı yoxdurmu? Niyə məni bir
cəngavər doğmadın, ana!
Şirin. Bəhruz!
İşıqlar sönür
SƏHNƏ QABAĞI
Ziyad. Salam, Mirbağır ağa!
Mirbağır ağa. Ay əleykümsalam, hara belə?
Ziyad. Ora, teatra.
Mirbağır ağa. İndiyəcən görməmisən?
Ziyad. Xeyr!
Mirbağır ağa. Nə əcəb?
Ziyad. Canım, mənim teatrda nə işim? Gül kimi məclisləri, kazinoları qoyub kim ora gedər?
İndi də dədəmə görə gedirəm.
Mirbağır ağa. Yaman bəzəyiblər. Dədəni də, Hacı Həsəni də, Hacı Baxşəlini də... Məni də.
Ziyad. Hə?
Mirbağır ağa. Bütün bu işlərin mayeyi-fəsadı, o məlun oğlu Mirzə Cəlilnən, kafər balası
Qəmküsardır. Şirəli bəyin oğlu Bəhruzu da tovlayıb qoşublar özlərinə.
Ziyad. Neynək. Biz papağı başımıza isti-soyuq üçün qoymamışıq. Onların böyük tikələrini
qulaqları boyda eləyəndə görərsən.
Mirbağır ağa. Ha, belə, ha! İndi
bildim ki, kişi oğlusan!
İşıq sönür.