183
Süjetli kompozisiyalar
sehirli səsinə qulaq asır və ortada şövqlə rəqs
edən qadına əl çalırlar. Məclisdə anaları ilə
toya gəlmiş azyaşlı oğlan uşaqlarından və
musiqiçilərdən başqa digər kişilərin olmaması,
əsərin bilavasitə qız toyuna həsr olunduğunu
bir daha sübut edir. Rəssam əsərdəki obrazların
hər birinin üzündəki xarakterik cizgiləri əks
etdirən – sevinc, kədər, düşüncə və s. ifadələri
ayrı-ayrılıqda böyük ustalıqla təsvir etmişdir.
Rəssamın bu tablosu XX əsrin əvvəllərində
Naxçıvanda fəaliyyət göstərmiş musiqi
qrupları, onların geyim tərzləri və ifa etdikləri
alətləri öyrənmək baxımından da
qiymətli sənət əsəri sayılır. Eyni zamanda
“Naxçıvan toyu” təkcə bədii dəyərlərinə
görə deyil, tabloda təsvir olunan qadın,
uşaq və kişi iqurlarının üzərlərindəki
milli geyimləri, yerə döşənmiş xalça və
kilimləri, taxçalardakı məişət əşyalarının
və digər avadanlıqlarının zənginliyi ilə
də, tədqiqatçıların diqqətini cəlb edən
etnoqraik əsər kimi xüsusi əhəmiyyətə
malikdir.
Bəhruz bəyin bu əsərini digərlə-
rindən fərqləndirən əsas cəhətlərdən
biri də, burada təsvir olunan insan
iqurlarının digər əsərlərə nisbətən daha
çox və dinamik pozalarda olmasıdır.
Adətən portret ustası kimi tanınan
rəssam, çəkdiyi əsərlərdə bir və ya iki passiv
pozalarda, əsasən – oturmuş, durmuş, yatmış
obrazlar təsvir etdiyi halda, “Naxçıvan toyu”
əsərində iyirmi beş qadın, altı uşaq və üç kişi
iqurunu bir araya gətirərək, həm də mürəkkəb
kompozisiya yaratmaq istedadını sərgiləmişdir.
Əsərin üzərində onun yaradılma tarixi yoxdur.
Bununla belə, onun bədii-estetik tutumunun
rəssamın digər janrda yaradılmış ən yaxşı
lövhələri ilə müqayisəsinə əsasən demək olar
ki, əsər tələbəlik illərində işlənmişdir...
Bəhruz bəy Kəngərli imzasının zaman-
sızlığını şərtləndirən səbəblərdən biri onun
yaradıcılığında qaçqınlar mövzusunun geniş
yer almasıdır, desək, yanılmarıq. Rəssamın
portret janrında yaratdığı əsərlərdən söz
açarkən onların bədii-estetik məziyyətlərindən
söz açmışdıq. İndi isə onun süjetli “Qaçqınlar
arabada” (1921) tablosunu şərh etmək istərdik.
Sulu boya ilə çəkilmiş bu kompozisiya onun
qaçqınlar mövzusunda ərsəyə gətirdiyi ən
iriölçülü (20x25,5 sm) əsərdir. Yeri gəlmişkən
deyək ki, başqa janrlı əsərlərlə müqayisədə
gənc rəssam qaçqınlar mövzusundakı işlərində
kağıza qızırqanmamışdır. Belə ki, həmin
portretlərin ölçüləri rəssamın digər insanlara
həsr olunmuş portret və mənzərələrdən
kifayət qədər böyükdür. Bəhruz bəyin
qaçqınlara ünvanlanmış digər əsərləri kimi
“Qaçqınlar arabada” lövhəsi də bilavasitə
onun müşahidələri nəticəsində çəkilmişdir.
Günün çox hissəsini açıq havada – təbiətin
qoynunda keçirən rəssam bu motivi şəhərdən
kənarda müşahidə edə bilərdi. Doğrudan
da qaçqın köçünü daşıyan arabanın kəndə
yönəli hərəkətində diqqəti cəlb edə biləcək
məqamlar kifayət qədərdir. Günəşli havada
B.Kəngərli. “Kişi kitab ilə”. 1921.
186
Süjetli kompozisiyalar
yaşıllıqla əhatələnmiş işıqlı torpaq yolda taxta
çarxlı arabanı arxasınca çəkən kəllərin ümumi
silueti duyulası dərəcədə cəlbedicidir. Arabaya
yüklənmiş ev avadanlıqlarının şux rəngi,
kəllərin diqqətçəkən qara rəngi və ifadəli
silueti, eləcə də heyvanları nizamlamağa
çalışan papaqlı kişinin hərəkəti kifayət qədər
duyğulandırıcı bədii tutum daşıdığından
kompozisiya yaddaqalandır. Əgər ayrı-ayrı
qaçqın obrazlarına münasibətdə rəssamın
gördüklərinə acıması nə qədər qabarıq
duyulursa, qaçqın köçünü təbiətlə
vəhdətdə təqdim edən müəllif bu dəfə
nikbin ruhlu, gələcəyə inamlıdır...
Rəssamın sulu boya ilə işlədiyi
“Qaçqınlar” (1921) lövhəsində də
qaçqınlıq həyatının yaşantılarının bədii
təqdimatı diqqətçəkəndir. Ön planda
köhnə tikilinin fonunda iki qaçqın qızı
görüntüyə gətirən rəssam, bununla da
iravan güzəranları ilə vidalaşmağa
məcbur olan soydaşlarımızın ağrılarını
rənglərin dili ilə göstərə bilmişdir.
Nigaran baxışlarını tamaşaçıya zilləyən
qaçqın qızların didilmiş geyimlərində
yaşananların izini həkk edən Bəhruz
bəy bununla da əsərin təsirli tutum
almasına nail olmuşdur...
1914-cü ildə Naxçıvanda təşkil
olunan ilk fərdi sərgisində həm də
dini tutumlu bir-neçə əsərini ictimaiyyətə
təqdim edən gənc rəssam sonrakı illərdə bu
mövzuda kompozisiyalar yaratmaqda davam
etmişdir. Onun məscidləri və dindarları əks
etdirən əsərləri də dediklərimizi təsdiqləyir.
Onun “Namaz” lövhəsi isə bu motivin
Azərbaycan təsviri sənəti üçün yeni olması
ilə diqqət çəkir. Əsərdə ibadətlə məşğul olan
dindar təsvir olunub. Sübh çağına təsadüf
edən bu namazın yol üstündə olan dindar
tərəindən icra olunduğuna tamaşaçısını
inan dırır. Çıxmaqda olan günəşin səmaya
yayılan şəfəqlərinin və ürəkaçan mənzərənin
fonunda görüntüyə gətirilən dindarın təsviri
bütünlükdə kompozisiyanın yaddaqalanlığını
şərtləndirmişdir...
Rəssamın digər təkiqurlu kompozisiyası
isə əmək mövzusundadır. “Kəndli oraq ilə”
(1921) adlanan bu əsərdə əmək meydanana
yollanan yaşlı kişi təsvir olunmuşdur. İşıqlı fon-
yerlikdə proil təsvir olunmuş isti rəngli geyimi
ətrafdakı yaşıllığın soyuq çalarları ilə təzad
təşkil etməklə, obrazın cəlbediciliyinin əldə
olunmasını, bütünlükdə isə kompozisiyanın
dinamikliyini şərtləndirmişdir...
Bəhruz bəyin sulu boya ilə çəkilmiş oxşar
kompozisiyalı “Oturmuş iqur” (A.Qazıyev
etüddə) (1921) və “Kişi kitab ilə” (1921)
lövhələrində də süjetli tablonun əlamətləri
duyulmaqdadır. Rəssam yaradıcılıq və mütaliə
ilə məşğul olan müasirlərinin obrazlarına
müraciət etməklə, yaşadığı dövrün mənəvi-
psixoloji ab-havasının müxtəliliyini yurdun
təbiəti ilə əlaqəli göstərməyə çalışmışdır.
“Çoban sürüsü ilə” (1921) lövhəsində
də Bəhruz bəy təbiətlə insanın vəhdətini
göstərməyə çalışmışdır. Sulu boya ilə çəkilmiş
bu kompozisiyada gənc rəssamın dünyaya
özünəməxsus baxışını səciyyələndirən bədii-
estetik xüsusiyyətlər öz əksini tapmışdır.
Ətəkləri dumana bürünmüş İlandağın əzəmətli
görüntüsü qarşısında görüntüyə gətirilən çoban
və onun qoyun sürüsü gənc Bəhruz bəyin bədii
şərhində cəlbedici lirik ovqatlıdır...
Sonda gənc rəssamın daha bir süjetli
kompozisiyasının adını çəkmək istərdik.
“Dükanda” (1913) adlanan bu əsər karandaşla
işlənib və hazırda Azərbaycan Milli İncəsənət
Muzeyində saxlanır. Görünür onun rəngkarlıq
nümunəsi olmamasındandır ki, çox vaxt