215
R
ssam haqqında fikirl r
B
əhruz Kəngərlinin əsərlərində xətlər və cizgilər deyil, sərbəst və cəsarətlə birbaşa təsvir
səthinə vurulmuş rənglərin ahəngi əsas həlledici rol oynayır. Sulu boya ilə çəkilməsinə
baxmayaraq onun qraik əsərləri bədii-estetik tutumuna görə yağlı boya ilə işlənmiş
boyakarlıq əsərlərindən geri qalmır. Bəhruz Kəngərlinin əsərlərinə xas olan bu xüsusiyyətlər
Azərbaycan rəssamlığına yeniliklər bəxş edib. Formanın plastikliyi, xətti və hava perspektivi, fəza
dərinliyi, işıq, kölgə və rəng keçidləri, incə rəng nüansları və s. realist boyakarlığın əsasını təşkil
edən bu ifadə vasitələri də Azərbaycan incəsənətinə ilk dəfə Bəhruz Kəngərli tərəindən gətirilib.
ÜLVİYYƏ HƏMZƏYEVA
Azərbaycan Respublikasının əməkdar rəssamı,
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sədri
K
əngərli hələ gənc yaşlarında təbiəti həssas qəlblə sevməyi, onun gözəlliklərini dərindən
duymağı bacarırdı. Doğma Naxçıvan təbiətindən vəcdə gələrək çəkdiyi “İlandağ”, “Meşə”,
“Yaz sabahı”, “Qürub” adlı mənzərələrində o, vətənin böyük məhəbbətlə sevən sənətkar
olduğunu göstərir. Mənzərələri kiçik ölçüdə çəkmək adətiydi, ancaq bu balaca şəkillər tamaşaçını
sıxmır, əksinə, onda genişlik, hüdudsuzluq təsəvvürü yaradır. Bəhruz təkcə təbiətdən aldığı ötəri
zövqə uymur, həm də həyatda rast gəldiyi ani dəyişikliklərə diqqət yetirir, təbiətin ən adi bir
vəziyyətində belə, məna görür, bu mənanı ovqatına uyğun şəkildə ifadə eləyir.
İNTİQAM MEHDİZADƏ
Jurnalist
216
R
ssam haqqında fikirl r
M
ənzərələrində olduğu kimi, portret əsərlərində də realizm ənənələrinə sadiq qalan
Bəhruz Kəngərli, bu janrı istər məzmun, istərsə də forma cəhətdən zənginləşdirməyə
nail olmuşdur. Bu portretləri əsasən iki qrupa bölmək olar. Onlardan birini sulu boya ilə
çəkilmiş müxtəlif yaşlı uşaqların və müasirlərinin, digərini isə erməni təcavüzü nəticəsində Qərbi
Azərbaycandan Naxçıvana pənah gətirmiş qaçqınların portretləri təşkil edir. Dəyişgən xarakterləri,
onların səciyyəvi üz cizgilərini inandırıcı təsvir edən rəssamın müşahidə qabiliyyətinə heyran
qalmaya bilmirsən.
SAMİR SADIQOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
221
Ölm
zlik
O
na ayrılan çox qısa ömür payında hər kəsi şaşırda
biləcək yaradıcılıq məhsuldarlığı sərgiləyən və
müxtəlif janrlarda yaratdığı çoxsaylı əsərləri ilə
sənətin ölməzlik zirvəsini fəth edən Bəhruz bəy Kəngərlinin (1892-
1922) adı vəfatından bu günə kimi Azərbaycan məkanında hər kəsin
dilində hörmətlə çəkilməkdədir. Təbii ki, bu ölməzliyi ona sənətinin
doğma Naxçıvan çərçivəsini aşması, elinə-obasına, onsuz da məşhur
olan Kəngərlilər nəslinə qürurverici başucalığı gətirməsi bəxş etmişdir.
Zaman-zaman onun adının əbədiləşdirilməsi, bədii irsinin təbliği
istiqamətində görülən işlər də ona dövlətimizin, qədirbilən xalqımızın
öz sənətkar oğluna ehtiramının ifadəsidir. Qeyd edək ki, Bu məsələlərin
qaldırılmasında və həllində Naxçıvan Muxtar Respublikası Ali Məclisi
çox səmərəli fəaliyyət göstərmişdir.
Bu mənada Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
1971-ci ildən fəaliyyət göstərən sərgi salonuna 2000-ci ildə rəssamın
adının verilməsi müstəqillik dövründə onun xatirəsinə göstərilən ən
yaddaqalan hadisə olmuşdur, desək, yanılmarıq.
Müstəqillik illərində “Bəhruz Kəngərlinin bədii irsi xalqımızın
milli sərvətidir” deyən Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəssamın xatirə muzeyi açılmışdır.
Müstəqillik dövründə rəssamın məzarı abadlaşdırılmış və orada 1989-
cu ildə onun abidəsi (müəllii xalq rəssamı Hüseynqulu Əliyevdir)
ucaldılmışdır.
2001-ci ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri cənab Vasif Talıbovun 22 may 2001-ci il sərəncamı ilə Bəhruz
Kəngərli muzeyinin yaradılması qərara alınmışdır. Bir il sonra – 18
iyun 2002-ci il tarixdə isə həmin muzeyin təntənəli açılışı olmuşdur.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev həmin
mərasimdə iştirak etmişdir. Həmin mərasimi Naxçıvan MR Ali
Məclisinin sədri Vasif Talıbov açmışdır.
Ölm¬zlik
223
Ölm
zlik
Möhtərəm Prezident!
Bu gün Azərbaycan mədəniyyətinin ən qədim nümunələrini özündə əks etdirən Naxçıvan
torpağında daha bir mədəniyyət obyektinin – Bəhruz Kəngərli muzeyinin açılışına toplaşmışıq.
1970-ci ilə qədər Naxçıvanda iki muzey – tarix-diyarşünaslıq və ədəbiyyat muzeyləri fəaliyyət
göstərirdi. Sizin Azərbaycana rəhbərliyinizin birinci və ikinci dövründə Naxçıvanda, rayonların
hamısında tarix-diyarşünaslıq muzeyləri, Cəmşid Naxçıvanskinin ev muzeyi, Hüseyn Cavidin
ev muzeyi, rəsm qalereyası, Məmməd Səid Ordubadinin ev muzeyi, Yusif Məmmədəliyevin ev
muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, Xalça muzeyi, Açıq səma altında muzey və Xatirə
muzeyi yaradılmışdır.
Heydər Əliyev: O qədər muzey adı saydın ki, deyirəm, Naxçıvanda bu qədər muzey olmaz,
yəqin, Azərbaycandakılardır.
Vasif Talıbov: Bunlar Sizin dövrünüzdə Naxçıvanda açılan muzeylərdir. Bu gün isə Sizin,
Azərbaycan mədəniyyətinin böyük təəssübkeşi və hamisinin xeyir-duası ilə görkəmli rəssam
Bəhruz Kəngərlinin muzeyi fəaliyyətə başlayır, qapılarını tamaşaçıların üzünə açır.
Bəhruz Kəngərli XX əsr Azərbaycan boyakarlıq sənətinin görkəmli nümayəndələrindən biridir.
Azərbaycan təsviri incəsənət tarixində realist portret və mənzərə yaradıcılığının əsasını qoymuş,
rəssamlığa yeni ictimai məzmun gətirmiş, onu forma və təsvir vasitələri ilə zənginləşdirmişdir.
Tilisdə xüsusi rəssamlıq təhsili alan Bəhruz Kəngərlinin yaradıcılığı rus boyakarlıq məktəbinin
ənənələrini davam etdirən mühitdə formalaşsa da, o, tamamilə milli ruhda və üslubda yaratmış,
milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. Xəlqilik və insanpərvərlik, realizm və
Vətənə sonsuz məhəbbət Kəngərli yaradıcılığının əsasını təşkil edir.
Rəssamın yaradıcılığından qırmızı xətlə keçən “Qaçqınlar” portretlər silsiləsi 1918-1920-ci
illərin canlı salnaməsidir. Erməni zülmündən baş götürüb qaçan, didərgin ömrü yaşayan insanları,
erməni daşnaklarının törətdikləri qırğınları, deportasiyanı Bəhruz Kəngərli realist sənətçi müşahidəsi
və fırçası ilə əks etdirmiş, millətin üzləşdiyi faciəni gələcək nəsillərə çatdıra bilmişdir.
Qısa ömür yaşayan rəssam “Nuhun qəbri”, “Atabəy məqbərəsi”, “İmamzadə”, “Atababa
günbəzi”, “Ədilağa gölü”, “İlanlı dağ”, “Qızlar bulağı” kimi əsərlərini “Naxçıvan yadigarları”
adlandırdığı bir albomda toplamışdır. Bütün bunlar böyük vətəndaşlıq qeyrəti göstərən yaradıcı
dühanın bizə əmanət qoyub getdiyi xəzinədir, yadigarlardır. O dövrdə müvaiq mədəniyyət ocağı
olmadığından, rəssamın çox qısa müddətdə yaratdığı iki minə yaxın portret, mənzərə və digər rəsm
əsərləri sonralar əldən-ələ düşərək itib-batmış, onların 500-ə yaxını dövrümüzə gəlib çatmışdır. Bu
əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyində fondda saxlanılır.
Naxç
�van Muxtar Respublikasıı�
Ali M¬clisinin S¬dri
Vasif Tal�
bovun ç�
x�
¼�