224
Ölm
zlik
Bəhruz Kəngərlinin yaşadığı dövrdə Naxçıvan şəhərində rəsm qalereyası və sərgi salonları
olmadığına görə, böyük sənətkar yaratdığı əsərləri tamaşaçılara öz mənzilində nümayiş etdirməyə
məcbur idi. Akademik Məmmədcəfər Cəfərovun xatirələrində belə bir qeyd vardır: Bəhruz bir dəfə,
1919-cu ildə Naxçıvanda, Puşkin küçəsində, yol kənarında balaca bir otaqda əsərlərinin sərgisini
düzəltmişdi. O, qapının ağzında dayanıb yoldan ötənləri çağırırdı ki, onun sərgisinə baxsınlar.
Qısa müddətdə əsaslı təmir edilən və bərpa olunan bu binada Bəhruz Kəngərlinin 52 orijinal
əsəri, 300-dən artıq eksponat, yağlı boya ilə işlənmiş rəsm əsərləri nümayiş etdiriləcəkdir.
Möhtərəm prezident, bütün bunlar müstəqil dövlətimizdə mədəniyyətə, tarixi irsə göstərilən
yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Bütün bunların səbəbkarı Sizsiniz. Bu
tarixi yerdə böyük sənətkarın adına layiq muzeyin yaradılması və zəruri eksponatlarla təmin
edilməsi Azərbaycan mədəniyyətinin hamisi olmağınızın daha bir ifadəsidir. Azərbaycan təsviri
sənətinin inkişafına, mədəni irsin qorunmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin
minnətdarlığımızı bildiririk.
Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinovun
muzeyin açılışında çıxışı
225
Ölm
zlik
Az¬rbaycan Respublikası�
nı�
n
¬m¬kdar r¬ssam�
ı
Telman Abdinovun çı�
xı�
¼�
Möhtərəm cənab prezident!
Bu gün Sizin qarşınızda çıxış etməklə özümü xoşbəxt sayır və qürur hissi duyuram.
Cənab prezident, ümumi evimiz olan Azərbaycan müstəqilliyimizin ilk illərində səriştəsiz
dövlət rəhbərləri tərəindənb dağılmaq təhlükəsi qarşısında qalmışdı. Xalqın ümidi Naxçıvana,
əvəzedilməz şəxsiyyətə, uzaqgörən siyasəti ilə dünyanı valeh edən möhtərəm cənab Heydər Əliyevə
bağlanmışdı. 1993-cü ildə xalqın tələbi ilə Sizin Azərbaycana ikinci qayıdışınız xalqın gələcəyə
ümidini özünə qaytardı. Mən Ulu Tanrıya dua edərək Sizə uzun ömür, cansağlığı arzulayıram.
Sizin yenidən Azərbaycan rəhbərliyinə qayıdışınız ölkəmizi məhv olmaq təhlükəsindən xilas
etdi. Bununla bərabər, Siz 1970-1980-ci illərdə başladığınız quruculuq missiyasını yenidən davam
etdirdiniz. Bu gün bu quruculuq Sizin rəhbərliyiniz altında Naxçıvanda da davam etdirilir. Qədim
Naxçıvan torpağı günbəgün gözəlləşir, həyatımızın bütün sahələrində yeni-yeni nailiyyətlər əldə
olunur.
Sizin diqqət və qayğınız nəticəsində mədəniyyətimiz də inkişaf edir, tarixi şəxsiyyətlərin
həyatı haqqında məlumatları gələcək nəsillərə çatdırmaq üçün yeni-yeni muzeylər açılır.
Bildiyimiz kimi, hər bir şəhər özünün zəngin muzeyləri ilə tanınır, şöhrətlənir. Muzeylər
bizim ulu keçmişimizi əks etdirir.
Bu gün Naxçıvanda Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Cəmşid Naxçıvanskinin,
Heydər Əliyevin muzeyləri, Xalça muzeyi, Açıq səma altında muzey, Ədəbiyyat muzeyi, Şəhidlər
muzeyi fəaliyyət göstərir. Açılışına toplaşdığımız muzey də Sizin mədəniyyətimizə və Bəhruz
Kəngərli irsinə olan münasibətinizin bəhrəsidir.
Möhtərəm cənab prezident, mədəniyyətimizin inkişafına və mədəniyyət xadimlərinə
göstərdiyiniz qayğıya görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Allahdan arzu edirəm ki,
Sizə uzun ömür, cansağlığı versin. Sağ olun.
227
Ölm
zlik
Az¬rbaycan Respublikası�
nı�
n
Prezidenti Heyd¬r
¬
liyevin nitqi
Əziz dostlar!
Əziz bacılar, qardaşlar!
Hörmətli xanımlar və cənablar!
Mən iki-üç gündür ki, Naxçıvandayam. Doğrusu, təsəvvür edə bilməzdim ki, mənə belə bir
imkan yaranacaqdır. Çünki Naxçıvana gəlmək məsələsi ortaya çıxanda, birinci növbədə, Olimpiya
İdman Kompleksinin açılışı haqqında söhbət getdi. Ancaq başqa planlar hələ gündəlikdə deyildi.
Sonra isə mən Naxçıvana gəlmək haqqında qərar qəbul edərkən, düşündüm ki, bir çox başqa işlər də
var, onlarda da iştirak etmək lazımdır, insanlarla daha çox görüşmək lazımdır. Naxçıvanın torpağı
– daşı, havası, səması hamısı mənim üçün əzizdir. Mən bunlardan ötrü darıxıram. Amma bunlardan
da çox naxçıvanlılar üçün darıxıram.
Dünyada insanlar müxtəlifdir. Dövlət xadimləri də, siyasi xadimlər də, alimlər də, yazıçılar
da, cürbəcür sənət sahibləri də müxtəlifdir. Az olar ki, onlar bir-birinə bənzəsinlər. Bu da təbiidir,
belə olmalıdır. Ona görə hər bir insanın özünəməxsus xüsusiyyətləri var. Əgər insan doğrudan da
öz xüsusiyyətləri ilə xalqına, millətinə, Vətəninə daha çox fayda gətirə bilərsə, daha çox iş görə
bilərsə, əlbəttə, onda bu xüsusiyyətləri qiymətləndirmək və qoruyub saxlamaq lazımdır.
Mənim həyatımın böyük tarixi var. Bunu bilirsiniz. Müxtəlif dövrlərdə mənim həyatım üçün
yaranmış vəziyyətlər və mənim gördüyüm işlər var. Hamısı eyni deyil, hərəsinin öz yeri var. Ancaq
mənim üçün hamısı qiymətlidir. Ola bilər, içimdən, kökümdən gələn, genetik quruluşumdan gələn
bir şeydir ki, mən doğulduğum, yaşadığım torpağı həmişə, gənclik dövrümdən o qədər sevmişəm
ki, hər dəfə bu torpağı, bu yeri, bu insanları xatırlayanda düşünürəm ki, bunlar mənim üçün
hamısından əzizdir.
Naxçıvana gəlişim məndə çox müxtəlif hissiyyatlar yaradır. Bunların sevindirici cəhətləri
də var, məyusedici cəhətləri də var. Ancaq əgər hamısını birlikdə götürsəm, görürəm ki, bu
hissiyyatların çoxu mənim üçün, birincisi, əziz olubdur və mənim həyatımda öz rolunu oynayıbdır.
İkincisi də, nə qədər uzaq dövrdən olsa da, mənimlə yaşayıb və yaşayır.
Ona görə də mən fıkirləşdim ki, Naxçıvana gələrkən bir az sərbəst imkanım da olsun, insanlarla
görüşüm, söhbət edim, keçmiş günləri yadımıza salaq. Çox planlarım var idi. Onun hamısını yerinə
yetirə bilmirəm. Deyirəm, bəlkə gedim çayxanada oturum – vaxtilə, 1990-cı illərdə mən burada
müxtəlif adamlarla çayxanada oturmuşam – yaxud bazara gedim. Mənim bu xasiyyətim həmişə
var, bazara gedirəm. Çünki bazar həmişə hər bir yerin müəyyən qədər aynasıdır. İndi görüm, əgər
mümkün olsa, bunları edəcəyəm. Amma edə bilməsəm də, bunlar ürəyimdə qalacaq ki, gələn dəfə
edim.
Biz dünən çox səmərəli iş gördük. Azərbaycan ordusunun Naxçıvandakı hissəsi ilə şəxsən