278
İthaflar
alınması və İkinci Dünya müharibəsinin qələbə ilə başa çatmasından sonra, yəni, 1947-ci ildə
– vəfatının 25 illiyi münasibətilə Bakıda fərdi sərgisinin təşkili Bəhruz bəy Kəngərli irsinə olan
rəsmi və müsbət münasibətin davamlı şəkil almasının başlanğıcını qoydu. Kifayət qədər görünən
olan bu münasibət heç şübhəsiz yaradıcı insanlara da təsirini göstərdi. Ona həsr olunmuş çoxsaylı
ədəbi nümunələrin, təsviri və tətbiqi əsərlərin yaradılması, adının əbədiləşdirilməsinə xidmət edən
müxtəlif addımların atılması da bunun əyani göstəricisidir...
Naxçıvana həsr olunmuş çoxsaylı ədəbi nümunələrin, xüsusilə də müxtəlif məzmunlu şeirlərin
Bəhruz bəyin adı çəkilmədən yazılması qeyri-mümkündür, desək, yanılmarıq. Ayrıca rəssama ithaf
olunmuş şeirlər də az deyil. Bu mənada görkəmli söz xiridarı İslam Səfərli ilə yanaşı, müxtəlif
müəllilərin yazdığı poetik nümunələrin adını çəkmək mümkündür.
Bəhruz bəyin həmkarları da davamlı olaraq onun xatirəsinə ehtiramını bildirməkdədirlər.
Böyük sənətkarın obrazına ilk olaraq müraciət edən vaxtilə Naxçıvanda onun şagirdi olmuş,
sonradan gözəl sənətşünas və rəssam kimi tanınmış Adil Qazıyev olmuşdur. Həmin portretin
yaranma tarixçəsini xatırlayan Adil müəllim xatirələrində yazır: “Məni özünə yaxın bir həmkar
hesab edən Bəhruz etüdə gedərkən həmişə sənətdən söhbət edərdi. Bir dəfə o mənə dedi: hər ölkənin
keçmişdə sənət ustaları olmuşdur, onlar haqqında kitablar da yazılıbdır. İndi biz ikimiz də Naxçıvan
rəssamıyıq. Hansımız bu dünyadan əvvəl gedərsə, digəri onun adını gərəkdir ki, əbədiləşdirsin.
Onun bu arzusunu yad edərək mən 1942-ci ildə Bəhruzun surətini yaddaşımın köməyilə işlədim.
Bu, rəssamın 1921-ci ildəki simasını təsviri bir sənəd kimi əks etdirir”.
Faner üzərində yağlı boya ilə çəkilmiş bu əsərdə rəssam bizə məlum olan bütün portretlərindən
fərqli bir görkəmdədir. Burada başı papaqlı rəssam şəhər mənzərəsinin fonunda təsvir olunmuşdur.
Etiraf edək ki, Adil Qazıyevin təfsirində rəssamın zahiri görünüşü yaşından da çox bir durumdadır.
Bununla belə əsər onunla təmasda olan bir müəlliin təəssüratı, ona həsr olunmuş ilk portret kimi
duyulası tarixi-bədii əhəmiyyət daşıyır.
1947-ci ildə Bəhruz bəy Kəngərlinin vəfatının 25 illiyi münasibətilə Bakıda təşkil olunan fərdi
sərgisində istedadlı portret ustası Tağı Tağıyev gənc rəssamın portretini ictimaiyyətə təqdim etdi.
Yaşayıb-yaratmaq eşqi ilə alışıb-yanan baxışlarını tamaşaçıya zilləmiş gənc rəssamın bu portreti
ona həsr olunmuş əsərlərin arasında bədii tutumuna görə xüsusilə seçilir. Realist-gerçəkçi sənət
prinsipləri ruhunda yaradılmış portret ilk növbədə inandırıcılığı, mənəvi-psixoloji məziyyətlərin
yaddaqalan tərzdə ifadəsi ilə yadda qalır.
Rəsmi sənədlərdə T.Tağıyevin bu portret üzərində 1943-1947-ci illərdə çalışdığı qeyd olunur.
Qeyd edək ki, rəssamın Bəhruz bəyin obrazını qanlı-qadalı müharibə illərində müraciət etməsi
təsadüi olmamışdır. Belə ki, həmin dövrdə arxa cəbhədə çalışanlarda düşmən üzərində qələbəyə
inam yaratmaq üçün rəssam və heykəltəraşlar işıqlı əməlləri ilə Azərbaycan tarixini zənginləşdirən
oğul-qızlarının obrazlarını işləməyər, insanları ruhlandırmağa çalışardılar. Belə obrazlar arasında
Babək, Koroğlu və Cavanşir kimi xalq qəhrəmanları, Üzeyir Hacıbəyli, Bəhruz bəy Kəngərli kimi
ziyalılar olmuşdur. Rəssamın 1946-cı ildə çəkdiyi etüd xarakterli bir əsərin mövcudluğu da onun
bu obraz üzərində davamlı olaraq çalışdığını göstərir.
Respublikanın əməkdar rəssamı Telman Abdinovun çəkdiyi portretdə (2001) də Bəhruz bəyin
yaddaqalan obrazı yaradılmışdır. Kompozisiyanın fon-yerlik hissəsində tünd rənglərdən istifadə
279
İthaflar
edən müəllif bununla da gənc rəssamın nurlu çöhrəsinin cəlbediciliyinə, bütünlükdə əsərin uğurlu
alınmasına nail olmuşdur.
Müstəqillik illərində yaradılan Bəhruz bəy Kəngərli ünvanlı əsərlər sırasında rəngkar Nəvai
Metin, İsmayıl Əliyev, Xaqan Bayramov, Sabir Qədimov, Günay Mehdizadə, Tünzalə Məmmədzadə,
Bəhruz Kəngərli və b. kompozisiyalarının adını çəkmək olar.
Ötən illər ərzində tişə ustalarımız da Bəhruz bəyin mənalı obrazının özündə hifz edən əsərlər
yaradıblar. Bu mənada məşhur heykəltəraş, xalq rəssamı Cəlal Qaryağdının, eləcə də naməlum tişə
ustasının və gənc heykəltəraş Rahib Qarayevin hazırladıqları plastika nümunələrini qeyd etmək
olar. Hər üç əsərdə Bəhruz bəyin ruhunda gəzdirdiyi yaratmaq eşqinin yddaqalan plastik ifadəsini
görmək mümkündür.
Qraika sahəsində çalışan sənətkarlarımızın Bəhruz bəy Kəngərliyə həsr etdikləri əsərlər
də janr və ifadə rəngarəngliyi ilə seçilir. Tanınmış qraika ustalarından əməkdar rəssam Ülviyyə
Həmzəyevanın, eləcə də Bayram Qasımxanlı, Yaşar Səmədov, Afər Səmədova, Elşən Sərxanoğlu,
Rakif İsmayılov və b. ərsəyə gətirdikləri qraik nümunələrdə gənc rəssamın həyat və yaradıcılığına
işıq salan məqamların yaddaqalan biçimdə bədiiləşdirilməsini müşahidə etmək mümkündür.
Bayram Qasımxanlı. “Bəhruz Kəngərlinin xatirəsinə
həsr olunmuş ex-libris”. 2014.