Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə64/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   60   61   62   63   64   65   66   67   ...   132

 

278


İthaflar

alınması  və  İkinci  Dünya  müharibəsinin  qələbə  ilə  başa  çatmasından  sonra,  yəni,  1947-ci  ildə 

– vəfatının 25 illiyi münasibətilə Bakıda fərdi sərgisinin təşkili Bəhruz bəy Kəngərli irsinə olan 

rəsmi və  müsbət münasibətin davamlı şəkil almasının başlanğıcını qoydu. Kifayət qədər görünən 

olan bu münasibət heç şübhəsiz yaradıcı insanlara da təsirini göstərdi. Ona həsr olunmuş çoxsaylı 

ədəbi nümunələrin, təsviri və tətbiqi əsərlərin yaradılması, adının əbədiləşdirilməsinə xidmət edən 

müxtəlif addımların atılması da bunun əyani göstəricisidir...

Naxçıvana həsr olunmuş çoxsaylı ədəbi nümunələrin, xüsusilə də müxtəlif məzmunlu şeirlərin  

Bəhruz bəyin adı çəkilmədən yazılması qeyri-mümkündür, desək, yanılmarıq. Ayrıca rəssama ithaf 

olunmuş şeirlər də az deyil. Bu mənada görkəmli söz xiridarı İslam Səfərli ilə yanaşı, müxtəlif  

müəllilərin yazdığı poetik nümunələrin adını çəkmək mümkündür. 

Bəhruz  bəyin  həmkarları  da  davamlı  olaraq  onun  xatirəsinə  ehtiramını  bildirməkdədirlər. 

Böyük  sənətkarın  obrazına  ilk  olaraq  müraciət  edən  vaxtilə  Naxçıvanda  onun  şagirdi  olmuş, 

sonradan  gözəl  sənətşünas  və  rəssam  kimi  tanınmış  Adil  Qazıyev  olmuşdur.  Həmin  portretin 

yaranma tarixçəsini xatırlayan Adil müəllim xatirələrində yazır: “Məni özünə yaxın bir həmkar 

hesab edən Bəhruz etüdə gedərkən həmişə sənətdən söhbət edərdi. Bir dəfə o mənə dedi: hər ölkənin 

keçmişdə sənət ustaları olmuşdur, onlar haqqında kitablar da yazılıbdır. İndi biz ikimiz də Naxçıvan 

rəssamıyıq. Hansımız bu dünyadan əvvəl gedərsə, digəri onun adını gərəkdir ki, əbədiləşdirsin. 

Onun bu arzusunu yad edərək mən 1942-ci ildə Bəhruzun surətini  yaddaşımın köməyilə işlədim. 

Bu, rəssamın 1921-ci ildəki simasını təsviri bir sənəd kimi əks etdirir”. 

Faner üzərində yağlı boya ilə çəkilmiş bu əsərdə rəssam bizə məlum olan bütün portretlərindən 

fərqli bir görkəmdədir. Burada başı papaqlı rəssam şəhər mənzərəsinin fonunda təsvir olunmuşdur. 

Etiraf edək ki, Adil Qazıyevin təfsirində rəssamın zahiri görünüşü yaşından da çox bir durumdadır. 

Bununla belə əsər onunla təmasda olan bir müəlliin təəssüratı, ona həsr olunmuş ilk portret kimi 

duyulası tarixi-bədii əhəmiyyət daşıyır. 

1947-ci ildə Bəhruz bəy Kəngərlinin vəfatının 25 illiyi münasibətilə  Bakıda təşkil olunan fərdi 

sərgisində istedadlı portret ustası Tağı Tağıyev gənc rəssamın portretini ictimaiyyətə təqdim etdi. 

Yaşayıb-yaratmaq eşqi ilə alışıb-yanan baxışlarını tamaşaçıya zilləmiş gənc rəssamın bu portreti 

ona həsr olunmuş əsərlərin arasında bədii tutumuna görə xüsusilə seçilir. Realist-gerçəkçi sənət 

prinsipləri ruhunda yaradılmış portret ilk növbədə inandırıcılığı, mənəvi-psixoloji məziyyətlərin 

yaddaqalan tərzdə ifadəsi ilə yadda qalır. 

Rəsmi sənədlərdə T.Tağıyevin bu portret üzərində 1943-1947-ci illərdə çalışdığı qeyd olunur. 

Qeyd  edək  ki,  rəssamın  Bəhruz  bəyin  obrazını  qanlı-qadalı  müharibə  illərində  müraciət  etməsi 

təsadüi olmamışdır. Belə ki, həmin dövrdə arxa cəbhədə çalışanlarda  düşmən üzərində qələbəyə 

inam yaratmaq üçün rəssam və heykəltəraşlar işıqlı əməlləri ilə Azərbaycan tarixini zənginləşdirən 

oğul-qızlarının obrazlarını işləməyər, insanları ruhlandırmağa çalışardılar. Belə obrazlar arasında 

Babək, Koroğlu və Cavanşir kimi xalq qəhrəmanları, Üzeyir Hacıbəyli, Bəhruz bəy Kəngərli kimi 

ziyalılar olmuşdur.   Rəssamın 1946-cı ildə çəkdiyi etüd xarakterli bir əsərin mövcudluğu da onun 

bu obraz üzərində davamlı olaraq çalışdığını göstərir. 

Respublikanın əməkdar rəssamı Telman Abdinovun çəkdiyi portretdə (2001) də Bəhruz bəyin 

yaddaqalan obrazı yaradılmışdır. Kompozisiyanın fon-yerlik hissəsində tünd rənglərdən istifadə 



279

   


        

İthaflar


edən müəllif bununla da gənc rəssamın nurlu çöhrəsinin cəlbediciliyinə, bütünlükdə əsərin uğurlu 

alınmasına nail olmuşdur. 

Müstəqillik illərində yaradılan Bəhruz bəy Kəngərli ünvanlı əsərlər sırasında rəngkar Nəvai 

Metin, İsmayıl Əliyev, Xaqan Bayramov, Sabir Qədimov, Günay Mehdizadə, Tünzalə Məmmədzadə, 

Bəhruz Kəngərli və b. kompozisiyalarının adını çəkmək olar. 

Ötən illər ərzində tişə ustalarımız da Bəhruz bəyin mənalı obrazının özündə hifz edən əsərlər 

yaradıblar. Bu mənada məşhur heykəltəraş, xalq rəssamı Cəlal Qaryağdının, eləcə də naməlum tişə 

ustasının və gənc heykəltəraş Rahib Qarayevin hazırladıqları plastika nümunələrini qeyd etmək 

olar. Hər üç əsərdə Bəhruz bəyin ruhunda gəzdirdiyi yaratmaq eşqinin yddaqalan plastik ifadəsini 

görmək mümkündür. 

Qraika  sahəsində  çalışan  sənətkarlarımızın  Bəhruz  bəy  Kəngərliyə  həsr  etdikləri  əsərlər 

də janr və ifadə rəngarəngliyi ilə seçilir. Tanınmış qraika ustalarından əməkdar rəssam Ülviyyə 

Həmzəyevanın, eləcə də Bayram Qasımxanlı, Yaşar Səmədov, Afər Səmədova, Elşən Sərxanoğlu, 

Rakif İsmayılov və b. ərsəyə gətirdikləri qraik nümunələrdə gənc rəssamın həyat və yaradıcılığına 

işıq salan məqamların  yaddaqalan biçimdə bədiiləşdirilməsini müşahidə etmək mümkündür. 

Bayram Qasımxanlı. “Bəhruz Kəngərlinin xatirəsinə

həsr olunmuş ex-libris”. 2014.



 

280


İthaflar

Xaqan Bayramov. “Bəhruz Kəngərli emalatxanada”. 2015.


281

   


        

İthaflar


Tağı Tağıyev. “Bəhruz Kəngərlinin portreti”. 1947.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə