Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə62/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   58   59   60   61   62   63   64   65   ...   132

 

268


Ölm zlik


269

   


        

Ölm zlik


Tədbir iştirakçılarının muzeylə tanışlığı.


 

270


Ölm zlik

insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri 

Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla 

fəxr  etməliyik.  Fəxr  etməliyik  ki,  Azərbaycan  xalqının  belə  böyük  istedada  malik  insanları 

olubdur”.

 

Ali  Məclisin  Sədri  demişdir:  Əgər  Əcəmi  Naxçıvani  Azərbaycan  memarlıq  sənətində 



yeni  bir  məktəbin  əsasını  qoymuşdursa,  görkəmli  fırça  ustası  Bəhruz  Kəngərli  də Azərbaycan 

rəssamlığında  realizm  məktəbini  yaratmışdır.  Onun  sənəti  daim  yaşayan  sənətdir,  yaradıcılığı 

rəssamlıqda  yeni  məktəbdir.  Naxçıvan  şəhərində  Bəhruz  Kəngərli  adına  Rəssamlar  Parkının 

istifadəyə verilməsi və abidəsinin ucaldılması da Bəhruz Kəngərli yaradıcılığına və şəxsiyyətinə 

göstərilən ehtiramın daha bir ifadəsidir. Belə bir tarixi gündə “Naxçıvan – bəşəriyyətin beşiyi” 

Üçüncü Beynəlxalq Rəsm Festivalının keçirilməsi məmnunluq doğurur. 

 

Festivala  mühüm  əhəmiyyət  verdiyini  bildirən Ali  Məclisin  Sədri  qonaqları  salamlamış, 



Bəhruz  Kəngərli  abidəsinin  açılışında  və  “Naxçıvan  –  bəşəriyyətin  beşiyi”  rəsm  festivalında 

iştiraklarına görə onlara təşəkkürünü bildirmişdir. 

 

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının 



Yeni yazılmış "Bəhruz bəy Kəngərli taleyi" kitabının maketinin

Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova təqdimatı.


271

   


        

Ölm zlik


Əməkdar  rəssamı  Ülviyyə  Həmzəyeva  çıxış  edərək  demişdir  ki,  2013-cü  ildə  Naxçıvan 

Muxtar  Respublikası  Rəssamlar  Birliyi  yeni  bina  ilə  təmin  olunmuş,  rəssamlara  hər  cür  şəraiti 

olan  emalatxanalar  verilmiş,  onların  albom-kataloqları  nəşr  olunmuşdur.  Gənc  rəssamların 

formalaşması  da  diqqətdə  saxlanmış,  Naxçıvan  Dövlət  Universitetində  təsviri  incəsənət  və 

rəsmxətt,  Naxçıvan  Müəllimlər  İnstitutunda  təsviri  incəsənət  müəllimliyi  ixtisasları  açılmışdır. 

Görkəmli  şəxsiyyətlərin  Azərbaycan  mədəniyyəti  xəzinəsinə  daxil  olan  zəngin  bədii  irsinin 

xalqımızın  milli  sərvəti  kimi  qorunması  və  gələcək  nəsillərə  çatdırılması  sahəsində  də  mühüm 

işlər  görülür.  Naxçıvan  Muxtar  Respublikası Ali  Məclisi  Sədrinin  2015-ci  il  14  noyabr  tarixli 

Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması 

Bəhruz Kəngərli irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək 

dəyərin daha bir ifadəsidir. Ülviyyə Həmzəyeva rəssamlıq sənətinin inkişafına göstərdiyi diqqətə 

görə  muxtar  respublika  rəssamları,  eləcə  də  beynəlxalq  rəsm  festivalının  bütün  iştirakçıları 

adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Rəssamlar İttifaqının katibi, Xalq rəssamı, 



professor  Ağəli  İbrahimov  demişdir  ki,  Bəhruz  Kəngərli  zəngin  yaradıcılıq  yolu  keçmişdir. 

Naxçıvan MR Ali Məclisinin Sədri

Vasif Talıbov B. Kəngərli muzeyində festival iştirakçıları ilə söhbət edərkən.


 

272


Ölm zlik

Onun  əsərləri  Azərbaycan  rəssamlıq  sənətinin  dəyərli  nümunələridir.  Ölkəmizdə  görkəmli 

rəssamın  yaradıcılığına  daim  yüksək  qiymət  verilmiş,  yubileyləri  qeyd  olunmuş,  sərgiləri 

açılmışdır. Naxçıvan şəhərində rəssamın adını daşıyan Rəssamlar Parkının istifadəyə verilməsi, 

abidəsinin ucaldılması rəssamlar tərəindən minnətdarlıq hissi ilə qarşılanır. Artıq üçüncü dəfədir 

ki,  Naxçıvanda  beynəlxalq  rəsm  festivalı  keçirilir.  Hər  il  bu  festivalda  iştirak  edən  rəssamların 

sayının artması da qədim diyarda sənətə verilən qiymətin nəticəsidir. Muxtar respublika inkişaf 

edir,  müasir  görkəm  alır.  Artıq  tarixiliklə  müasirliyin  vəhdətində  inkişaf  edən,  gözəlləşən 

Naxçıvan şəhərinin özü də sənət əsərini xatırladır. 

 

Naxçıvan  Muxtar  Respublikası Yazıçılar  Birliyinin  sədri,  şair Asim  Əliyev  çıxış  edərək 



demişdir:  Bu  gün  qədim  diyarımızda  Bəhruz  Kəngərli  adına  Rəssamlar  Parkının  və  görkəmli 

rəssamın abidəsinin açılışı muxtar respublikamızın hər bir ziyalısını ürəkdən sevindirir. Portret və 

mənzərə janrında, tarixi mövzuda yaratdığı ölməz əsərləri ilə qədim diyarımızın sənədli tarixini 

yaradan  Bəhruz  Kəngərli  bu  gün  yenidən  doğulur.  Bəhruz  Kəngərli  qarış-qarış  gəzib-dolaşdığı 

yurdumuza bu gün bir rəssam kimi yenidən qayıdır. Sonra Asim Əliyev Bəhruz Kəngərliyə həsr 

etdiyi “Bəhruz ömrü” şeirini oxumuşdur:

 

Zamanın ağrıları dağ idi ürəyində,

 

Gözü nələr görürdü, qəlbi nələr çəkirdi...

 

Vətənin ağrısını, dərdini, sevincini

 

Bir boylu çinar kimi ürəyinə “əkirdi”.

          

          Nəfəsiydi bu torpaq-rənglərdən, boyalardan

 

Ona ilmə vururdu-xalılar toxuyurdu.

 

Nəğməli bülbül kimi səhərdən axşamadək

 

Hər gülə, hər çiçəyə nəğmələr oxuyurdu.

 

Yurdundan, yuvasından qaçqın, köçkün düşənlər

 

Onun tablolarında canlı qəhrəman idi.

 

Bu qanlı cinayətə dağ da, daş da dözməzdi,

 

Bu dərdə dözən ancaq yenə də insan idi.

 

 

Tarix yaradırdı o, ölməz fırçası ilə,

 

Onun əsərlərində zamanın özü vardır.

 

Necə varsa çəkmişdi bir vaxt Nuhun qəbrini

 

Ucaltdıq Nuh türbəsin-Bəhruz da bəxtiyardır.

 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə