Øß Ã Ð Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım



Yüklə 3,03 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü3,03 Mb.
#76859


Øß Ã

Ð

Doğma, canım-varlığım qədər

sevdiyim Azərbaycanım

mənim qibləgahımdır

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

qapısı

    Azərbaycan  Respublikasının

Prezidenti İlham Əliyevin 2017-ci

il 19 oktyabr tarixli Sərəncamı ilə

Azərbaycanda energetika sahəsində

səmərəli fəaliyyətinə görə  bir qrup

şəxs təltif edilmişdir. Təltif olunanlar

arasında Naxçıvan Muxtar Respub-

likası Dövlət Energetika Xidmətinin

işçiləri də vardır.



Kərimov Ələkbər Mehdi oğlu

Məmmədov Rövşən Məmməd oğlu

Zeynalov Sahib Səfərəli oğlu

“Tərəqqi” medalı ilə təltif edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın

19-da Ukrayna Baş nazirinin birinci müavini, iqtisadi inkişaf və

ticarət naziri Stepan Kubivin rəhbərlik etdiyi nümayəndə heyətini

qəbul edib.

* * *

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham



Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın

dəvəti  ilə  D-8  Zirvə  görüşündə  xüsusi  qonaq  qismində  iştirak

etmək üçün İstanbula gəlib.

* * *


Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyev  İstanbulda  İran  İslam  Respublikasının  Birinci  vitse-

prezidenti Eshaq Cahangiri ilə görüşüb.

    Oktyabrın  19-da  muxtar  res-

publikanın istilik sistemi olmayan

təhsil, səhiyyə və mədəniyyət müəs-

sisələrinə 2017-2018-ci illərin pa-

yız-qış mövsümü üçün tələb olunan

mal-materialın paylanılması təmin

edilib.

    Xəbər verdiyimiz kimi, 2017-ci

il avqustun 26-da Naxçıvan Muxtar

Respublikası Ali Məclisində muxtar

respublikada  2017-2018-ci  illərin

payız-qış  mövsümünə  hazırlıq  və

qarşıda duran vəzifələrlə əlaqədar

müşavirə keçirilib. Müşavirədə Nax-

çıvan Muxtar Respublikası Maliyyə

Nazirliyinin qarşısına bir sıra tap-

şırıqlar  qoyulub.  Verilən  tapşırığa

görə Maliyyə Nazirliyi istilik sistemi

olmayan  müəssisələrdə

payız-qış  mövsümündə

tələb  olunan  mal-mate-

rialın alınması üçün lazı-

mi maliyyə vəsaitinin ay-

rılmasını, həmçinin dövlət

müəssisələrində enerji da-

şıyıcılarından istifadə za-

manı  borc  qalığının  ya-

ranmamasını  diqqətdə

saxlamalıdır. 

    Müşavirədə verilmiş tapşırıqların

icrasının təmin edilməsi məqsədilə

Naxçıvan  Muxtar  Respublikası

 Nazirlər  Kabinetinin  2017-ci  il   

11  sentyabr  tarixli  Sərəncamına

əsasən  Naxçıvan  Muxtar  Respub-

likası Təhsil, Səhiyyə, Mədəniyyət

və Turizm nazirliklərinin Maliyyə

Nazirliyi ilə razılaşdırılmış təklif-

ləri  nəzərə  alınaraq  “Naxçıvan

Muxtar Respublikasının istilik sis-

temi  olmayan  müəssisələrində

2017-2018-ci illərin payız-qış möv-

sümü üçün tələb olunan yanacağın,

mal-materialların  bölgüsü”  təsdiq

edilib. Naxçıvan Muxtar Respubli-

kası  Maliyyə  Nazirliyi  tərəfindən

müəyyənləşdirilmiş bölgüyə uyğun

olaraq  mal-materialların  alınması

üçün lazımi vəsaitin ayrılması təmin

olunub. Dünən adıçəkilən sahələrə

aid müəssisələr onlar üçün ayrılmış

mal-materialları təhvil alıblar.

    Oktyabrın  19-da  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez ilə

görüşüb. 

    Ali Məclisin Sədri səfirin geniş tərkibdə muxtar respublikaya səfərini Fransa dövlətinin

Naxçıvana marağı və diqqəti kimi dəyərləndirdi, Azərbaycanın Naxçıvan Muxtar Respublikası

ilə  Fransa  Respublikası  arasında  elm,  təhsil  və  iqtisadi-ticarət  sahəsindəki  əlaqələrdən

danışdı. Muxtar respublikanın 38 təhsil müəssisəsində Fransız dilinin tədris olunduğunu və

Naxçıvan  Dövlət  Universitetində  Fransız  dili  ixtisasının  fəaliyyət  göstərdiyini  diqqətə

çatdıran Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən muxtar

respublikada aparılan tədqiqatların əhəmiyyətini vurğuladı, qarşılıqlı əlaqələrin davam et-

diriləcəyinə əminliyini ifadə etdi. 

     Səmimi qəbula görə minnətdarlıq edən xanım Orelia Buşez Naxçıvanla tanışlığın onda

dərin təəssürat yaratdığını diqqətə çatdırdı. Ölkələrimiz arasındakı dostluq münasibətlərinə

toxunan  səfir  Fransa-Naxçıvan  əlaqələrinin  inkişafının  və  muxtar  respublikada  Fransız

dilinin tədrisinin məmnunluq doğurduğunu bildirdi, əməkdaşlığın daha da genişləndiriləcəyini

vurğuladı.

    Son illər meliora-

siya və irriqasiya sis-

temlərinin normal is-

tismarının təşkili, su-

varma  şəbəkələrinin

genişləndirilməsi,  su

sistemlərində  təmir-

bərpa işlərinin görül-

məsi, içməli su təmi-

natının yaxşılaşdırıl-

ması sahəsində kom-

pleks tədbirlər görülmüşdür. Bu ilin

9 ayı ərzində Naxçıvan Muxtar Res-

publikası Dövlət Meliorasiya və Su

Təsərrüfatı Komitəsinin tabe təşki-

latları tərəfindən 194 kilometr beton

və  torpaq  kanal,  353  kilometr  ara

arxlar, 33 kilometr kollektor lildən

təmizlənmiş,  5  kilometr  yeni  açıq

drenaj  kanalı  qazılmış,  2  kilometr

yeni qapalı drenaj xətti, 53 kilometr

suvarma  boru  xətti  və  6  kilometr

yeni içməli su xətti çəkilmişdir.

    Naxçıvan Muxtar Respublikası

ərazisində suvarılan torpaq sahələ-

rinin genişləndirilməsi, yeni torpaq

sahələrinin əkin dövriyyəsinə daxil

edilməsi, su itkisinin qarşısının alın-

ması üçün Kəngərli rayonunun Bö-

yükdüz kəndi ərazisində 400 hektar

sahədə qapalı suvarma şəbəkəsinin

tikintisi  davam  etdirilərək  4050

metr əsas və 36 kilometr paylayıcı

boru  xətləri  çəkilmişdir.  Şəbəkə

üzərində  2  tənzimləyici  siyirtmə,

müxtəlif diametrli 67 paylayıcı si-

yirtmə, 368 supaylayıcı hovuz, 368

hidrant quraşdırılmışdır. 

    Yaşayış  məntəqələrini  və  əkin

sahələrini sel sularının zərərli təsi-

rindən  qorumaq  məqsədilə  Şərur

rayonunun  Arpaçay  selovunda   

6 kilometr, Babək rayonunun Nax-

çıvançay vadisində 7, Cəhriçay va-

disində  7,  Qahab  selovunda  isə

3 kilometr selə qarşı istiqamətlən-

dirici  bənd  tikilmişdir.  Babək  ra-

yonunun  Payız kəndində yenidən-

qurma  işləri  ilə  əlaqədar  olaraq

kəndin içərisindən keçən Cəhri ça-

yının hər iki sahilində  1500 metr

selə qarşı bənd çəkilmişdir.

    “Su  Təchizatı  və  Kanalizasiya

İnvestisiya Proqramı” layihəsi çər-

çivəsində Naxçıvan şəhərində çirkab

sutəmizləyici qurğunun tikintisi da-

vam edir. Şərur rayonunda tutumu

7500 kubmetr olan 1 və  hər birinin

tutumu 10 min kubmetr olan 2 su

anbarı  izolyasiya  olunmuş,  ətrafı

doldurulmuş  və  siyirtmə  quyuları

tikilmişdir. Layihə çərçivəsində Şərur

rayonunda, ümumilikdə, 58 kilometr

su xətti çəkilmiş, 1539 ev birləşməsi

aparılmışdır. Şahbuz rayonunda Şah-

buz şəhər çirkab sutəmizləyici qur-

ğunun  ətrafında  220  metr  istinad

divarı tikilmiş, hovuz ətrafında 180

metr  drenaj  xətti  çəkilmişdir.  Or-

dubad  rayonunda  isə  18  ədəd  su-

bartezian quyusu qazılmışdır.

  Naxçıvan Muxtar Respublikasında da meliorasiya və irriqasiya

sistemlərinin  təkmilləşdirilməsi  istiqamətində  ardıcıl  tədbirlər

görülür. 

    Muxtar  respublikada  yeni  tex-

nologiyaların tətbiqi və əhaliyə key-

fiyyətli poçt, rabitə, internet və te-

leradio  xidmətlərinin  göstərilməsi

bu  ilin  9  ayında  da  uğurla  davam

etdirilmişdir. 

    Ötən dövrdə Genişzolaqlı Asin-

xron Rəqəmli Abunəçi xətti texno-

logiyası  vasitəsilə  3  min  46  yeni

abunəçi internetlə təmin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Təh-

sil  Nazirliyinin  8  şəhər  və  rayon

Təhsil şöbələri və nazirliyə birbaşa

tabe olan 4 təhsil müəssisəsinin İda-

rələrarası Elektron Sənəd Dövriyyəsi

Sisteminə qoşulması üçün müvafiq

şəbəkə qurulmuş və avadanlıqlar is-

tifadəyə verilmiş, Naxçıvan Muxtar

Respublikası Nazirlər Kabineti ya-

nında İcbari Tibbi Sığorta üzrə Döv-

lət Agentliyinin internet səhifəsi ya-

radılaraq (its.naxcivan.az) serverdə

yerləşdirilmişdir.  Həmçinin  “Nax-

çıvan  İslam  Mədəniyyəti  –  2018”

internet  səhifəsinin  hazırlanması

işləri də başa çatdırılmışdır. 

    Şərur rayonunun Arpaçay və Çə-

mənli  kəndlərinin  hər  birində  bir

ədəd 384 yerlik NGN tipli və Babək

rayonunun Payız kəndində 384 nöm-

rəli NGN tipli yeni avtomat telefon

stansiyaları qurulmuşdur. Şərur ra-

yonunun Arpaçay, Babək rayonunun

Payız kəndlərində yeni poçt bölməsi

yaradılmış, Çəmənli kəndindəki poçt

bölməsi  yeni  binaya  köçürülmüş,

işçi kompüterlər MHM şəbəkəsinə

qoşulmuş  və  digər  lazımi  avadan-

lıqlarla təmin olunmuşlar.

    Naxçıvan  Muxtar  Respublikası

Rabitə və Yeni Texnologiyalar Na-

zirliyi ilə Çin Xalq Respublikasının

“Huawei” şirkəti arasında Ordubad

rayonu ərazisində Yeni Nəsil Telefon

Stansiyalarının qurulması ilə bağlı

müqavilə  imzalanmışdır.  Muxtar

respublika ərazisində köhnətipli av-

tomat  telefon  stansiyalarının  yeni

nəsil  NGN  tipli  avtomat  telefon

stansiyalarla əvəz olunması lahiyəsi

üzrə 4-cü mərhələyə start verilmiş-

dir. Mövcud avtomat telefon stan-

siyaların  nömrə  tutumlarının  artı-

rılması  nəticəsində  hesabat  döv-

ründə  1901  yeni  telefon  nömrəsi

istismara verilmiş, 58 min 253 metr

fiber-optik  kabel  xətti  çəkilmiş,

“Evədək optika” layihəsi çərçivə-

sində  50  fərdi  mənzil  fiber-optik

kabel xətti ilə təmin edilmişdir.

   Payız-qış mövsümünə hazırlıqla

bağlı rayon və kənd avtomat telefon

stansiyalarında  olan  generatorların

vəziyyəti yoxlanmış, təmirə ehtiyacı

olanlar təmir edilərək saz vəziyyətə

gətirilmişdir.



2

Y

azıçı Aqil Abbasın ssenarisi

əsasında çəkilən “Dolu” fil-

mində bir epizod var:

    Əsgərlərimiz  düşmənlə  meşəlik

ərazidə qeyri-bərabər döyüşə girirlər.

Erməni səngərlərində gizlənən tank

və digər zirehli texnikalar biz tərəfə

atəş aça-aça tez-tez mövqelərini də-

yişirlər. Həmin an filmin əsas qəh-

rəmanları “Drakon” və “Pələng” ara-

sındakı dialoq diqqətdən yayınmır:

“Bu BTR-lərdən 4-5-i bizdə olsaydı,

Əsgəranı çoxdan şumlamışdıq”.



Bu gün gərək

Hər anımız VətəN! – desin

B

əli, ötən əsrin 90-cı illərində

vətənpərvərliyimiz, milli ru-

humuz,  düşmənə  nifrətimiz  aşıb-

daşsa da, vahid komandanlıqda bir-

ləşən ordumuz, silah-sursat və tex-

nikamız yox idi. Həmin vaxt Nax-

çıvanda  yaşananlar  heç  də  Dağlıq

Qarabağ cəbhəsində yaşananlardan

geri  qalmırdı.  İşğalçı  Ermənistan

sərhədboyu hücuma keçərək qədim

diyarı  işğal  və  məhv  etmək  üçün

bütün qüvvələrini səfərbər etmişdi.

Lakin yenicə Moskvadan Naxçıvana

qayıdan  ulu  öndər  Heydər  Əliyev

bütün  naxçıvanlıları  öz  ətrafında

birləşdirdi.  Əhalinin  ümummilli

 liderə  böyük  etimad  və  inamı  hər

şeyi kökündən dəyişdi. İnsanlar sün-

gü-bıçaqla,  ov  tüfəngi  ilə  doğma

torpağın müdafiəsinə qalxdılar. Ulu

öndər  Heydər  Əliyev  Naxçıvanı,

Naxçıvan da Onu qorudu.

    70 il ürəyimizdə dalğalanan üç-

rəngli bayrağımız başımızın üstünə

qalxdı. Dövlət müstəqilliyimizin də

ilk addımları atıldı və həmişə arzu-

sunda olduğumuz ilk milli ordu qu-

rumumuz  – Naxçıvanda  ilk  milli

hərbi  hissə  yaradıldı.  Və  o  zaman

bizə böyük ruh verən ilk hərbi parad

da məhz Naxçıvanda keçirildi. Canlı

qüvvə  və  texnika  sarıdan  çox  zəif

olsaq da, bu paradda milli ruhumuz

bir daha coşmuşdu. “Ordumuz olsa

idi, ermənilər bir qarış torpağımızı

da  işğal  edə  bilməzdi”  prinsipinin

nə qədər məntiqli olduğuna bir daha

şahidlik etmişdik...

Qılıncımız, qalxanımız

VətəN! – desin

D

üz 25 il sonra səhər tezdən,

tarixi  bir  gündə  – 18  ok -

tyabr – Dövlət Müstəqilliyi Günündə

yuxudan  qalxıb  böyük  həyəcanla

hazırlaşıram. Çünki bir azdan vaxtilə

ulu  öndərin  Naxçıvanda  yaratdığı

ilk  milli  hərbi  hissənin  25-ci  il -

dönümü  qeyd  ediləcək,  möhtəşəm

hərbi parad keçiriləcəkdi.

    Budur, Naxçıvan şəhərinin  Heydər

Əliyev  prospektindən  Salvartı  zir-

vəsinə  uzanan  yol  sanki  Naxçıvan

dağlarının əzəmətindən, vüqarından

güc  alaraq  dalğalanır.  Böyük  izdi-

hamın gözü sıra meydanında dayanan

aslan ürəkli əsgər və zabitlərimizdədi.

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin Sədri cənab Vasif Talıbov,

Azərbaycan Respublikasının müdafiə

naziri  Zakir  Həsənov  zabit  və  əs-

gərlərimizi hərarətlə salamlayır, on-

ları  əlamətdar  bayramlar  münasi-

bətilə təbrik edir. Çıxışlardan sonra

keçirilən təlimlərdə döyüş qabiliy-

yətini əhəmiyyətli dərəcədə artıran

şəxsi heyət nizami addımlarla irəli-

lədikcə  ayaq  səsləri  ürəklərimizin

səsinə qoşulur. Sanki o an ətrafdakı

hər  kəsin  ürəyindən  əsgər  olmaq,

səngərdə dayanmaq keçir.

    Heydər  Əliyev  adına  Hərbi  Li-

seyin kursantları, xüsusi təyinatlılar,

kəşfiyyatçılar,  sərhədçilər,  moto -

atıcılar, rabitəçilər, qorxmaz şahin-

lərimiz bir-bir bizi salamlayır...

    Buluddağıdan topların, ov silah-

larının dövrü çoxdan bitib... Budur,

Əlahiddə Ümumqoşun Ordunun ar-

senalında  olan  ən  müasir  silah  və

texnikalar gözümüzün önündən keçir.

Onların səsi Ağrıdağdan Haçadağa,

Haçadağdan Murova qədər yayılıb.

Azərbaycan  Respublikası  Silahlı

Qüvvələrinin Naxçıvan Muxtar Res-

publikasındakı  Əlahiddə  Ümum -

qoşun Ordusunun birləşmə və his-

sələrinin  2  min  nəfərə  yaxın  şəxsi

heyəti,  160-dan  çox  hərbi  texnika

və silah sistemləri, o cümlədən  ondan

artıq döyüş vertolyotu və təyyarəsi

hərbi paradı izləyən minlərlə muxtar

respublika sakininin qəlbini riqqətə

gətirirdi.

    Ordumuzun mexanikləşdirilmiş,

motoatıcı, xüsusi təyinatlı, kəşfiyyat,

dağ  atıcı,  tank,  reaktiv  artilleriya,

hava hücumundan müdafiə və rabitə

bölmələrinin,  Daxili  Qoşunların

“Naxçıvan”  Əlahiddə  Əməliyyat

Briqadasının, “Naxçıvan” Əlahiddə

Sərhəd  Diviziyasının,  Naxçıvan

Muxtar Respublikası Fövqəladə Hal-

lar Nazirliyinin Mülki Müdafiə Ala-

yının şəxsi heyətləri nizami addım-

larla yeri-göyü titrədirdilər.

    Nə  yoxdu,  tank  əleyhinə  idarə

olunan “SPAYK” raket kompleksləri,

Azərbaycanda  istehsal  olunan  və

beynəlxalq sərgilərdə böyük maraqla

qarşılanan “Marauder” zirehli döyüş

maşınları,  pilotsuz  uçuş  aparatları,

reaktiv artilleriya kompleksləri, mi-

naatanlar,  tank  əleyhinə  toplar,

“Qrad”lar,  “Sakarya”,  “Qasırğa”,

“Smerc”  yaylım  atəşli  reaktiv  sis-

temləri, döyüş maşınları, zenit raket

kompleksləri, zirehli transportyorlar,

özüyeriyən tank əleyhinə kompleks-

lər,  müasir  tanklar  və  özüyeriyən

artilleriya qurğuları...

    “SU-25” döyüş təyyarələri, “Mİ-

17-1V” və “Mİ-35M” vertolyotları

ulu Naxçıvan səmasını fəth edərək

Azərbaycan  Silahlı  Qüvvələrinin

muxtar respublikadakı birləşmə və

hissələrinin  güc  və  qüdrətini  bir

daha nümayiş etdirdilər.

    Həmin  gün  həm  də  Əlahiddə

Ümumqoşun Ordunun yeni Təlim-

Tədris Mərkəzinin istifadəyə veril-

məsi ilə əlamətdar oldu.

    Prezidentimiz, Silahlı Qüvvələrin

Ali  Baş  Komandanı  cənab  İlham

Əliyevin  dediyi  kimi:  “Naxçıvan

ordusu  bu  gün  güclü  ordudur  və

Naxçıvan ordusunun hərbi texnika

ilə  təminatı  ən  yüksək  səviyyədə

təşkil edilir”.

Ölənlərin əvəzinə

Qalanımız VətəN! – desin

D

eyirlər, torpaq su ilə suva-

rılanda  palçıq,  qan  ilə  su-

varılanda VƏTƏN olur. Bu gün üs-

tündə gəzdiyimiz bu Vətəni öz qan-

ları bahasına qoruyan şəhidlərimizin

ruhu qarşısında baş əyirik. Bu tor-

pağı, bu Vətəni bir də ona görə se-

virik ki, o, bizə şəhidlərimizin əma-

nətidir.  Biz  onlarla  yaşayırıq,  biz

onlarla yaşadırıq, biz onlarla yaşla-

nırıq...  Böyük  türk  şairi  Məhmət

Akifin təbirincə desək:

    Basdığın yerləri “torpaq” 

    

deyərək keçmə, tanı: 

    Düşün altındakı minlərlə 

    

kəfənsiz yatanı!!!

    Müdriklər deyirlər ki, boş zaman

yoxdu, boşa keçirilmiş zaman var.

Bugünkü parad bir daha sübut etdi

ki, Naxçıvanda ötən 25 ilin bir anı

belə, boşa keçirilməyib, qədim diyar

başdan-başa tikilib-qurulmaqla, ye-

nilənməklə bərabər, həm də gücünə

güc  qatıb.  Əlincə  yenilməzliyi  qa-

zanıb, tarixinin ən mübariz ordusuna

sahib olub. 

    Düzdür, biz həmişə qurub-yarat-

mışıq, tikmişik, amma dəfələrlə iş-

ğalçılar Naxçıvanı yerlə yeksan edib,

külə döndəriblər...

    Deyirlər ki, QƏLƏBƏ – qələbə

mənimdir, – deyib Vətən üçün qan

tökənindir.

    İnanın, paradda şəxsi heyətə və

döyüş texnikalarına “dur” komandası

verilməsəydi,  onlar  qədim  şəhəri-

mizə – İrəvana qədər gedib çıxardılar.

Bax budur iş, budur yaratmaq eşqi,

budur  vətənpərvərliyin  Naxçıvan

nümunəsi.

VətəN! – desin

Qəlbimizin hər duyğusu,

hər vurğusu VətəN! – desin

A

z qalıb, çox az qalıb. Bu gün

parada çıxan zirehli texnika-

ların səsi Naxçıvana çox yaxın olan

Şuşada, Kəlbəcərdə, Xankəndidə, La-

çında da eşidildi. Çox keçməz, özləri

də orda görünərlər. Təki qəlbimizin

hər vurğusu, hər duyğusu Vətən desin.

Və bir də hər birimiz özümüzə əsgər

forması alıb onu geyinəcəyimiz günü

səbirsizliklə gözləyək...

Fərqi yoxdur, harda olaq,

Zamanımız, məkanımız

VətəN! – desin...

Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  Sədri

           Vasif  TALIBOV:

Müdriklər dövlətlərin qüdrətini onun ordusunun

qüdrəti ilə ölçürdülər. İtalyan filosofu və mütəfəkkiri Nikolo Makia-

velli özünün məşhur “Hökmdar” əsərində göstərirdi ki, “bütün döv-

lətlərdə hakimiyyətin əsasını yaxşı qanunlar və yaxşı ordu təşkil edir”.

Ümummilli liderimiz Azərbaycana hər iki rəhbərliyi dövründə dövlət

və ordu quruculuğu məsələlərini diqqətdə saxlamış, ordu quruculuğu

sahəsində təxirəsalınmaz tədbirlər həyata  keçirmişdir. 



3

    Oktyabrın  19-da  Naxçıvan

 Muxtar  Respublikası  Yazıçılar

Birliyinin III konfransı keçirilib. 

    Konfransa  Yazıçılar  Birliyinin

üzvü Akif İmanlı sədrlik edib. 

    Naxçıvan  Muxtar  Respublikası

Ali  Məclisi Aparatının  rəhbəri  Əli

Həsənov Naxçıvan Muxtar Respub-

likası Yazıçılar Birliyinin üzvlərinə

Ali Məclis Sədrinin salamlarını çat-

dırmış,  birliyin  III  konfransına  öz

işində uğurlar arzulayaraq demişdir:

Naxçıvan Muxtar Respublikası Ali

Məclisi  Sədrinin  diqqət  və  qayğısı

sayəsində muxtar respublikada Ya-

zıçılar Birliyinin fəaliyyəti, o cüm-

lədən ədəbiyyatımızın və mədəniy-

yətimizin inkişafı üçün əlverişli şərait

yaradılmışdır. Birliyin 2012-ci ildə

keçirilən  konfransında  Naxçıvan

Muxtar Respublikası Ali Məclisinin

Sədri Yazıçılar Birliyinə muxtar res-

publikada  ədəbi  prosesin  və  bədii

yaradıcılıq  işinin  gücləndirilməsi,

bədii tərcümənin, uşaq ədəbiyyatının

və  dramaturgiyanın  inkişaf  etdiril-

məsi, eləcə də kitab müzakirələrinin

təşkili ilə bağlı tapşırıqlar vermişdir.

Ötən 5 ildə Yazıçılar Birliyi bu isti-

qamətdə fəaliyyətini qurmağa çalış-

mış, bir sıra işlər görülmüş, tədbirlər

keçirilmişdir. Lakin etiraf etməliyik

ki, görülən işlər Ali Məclis Sədrinin

qarşıya qoyduğu tələblər səviyyəsində

deyil. Yazıçılar Birliyinin yeni seçi-

ləcək İdarə Heyəti işdə dönüş yarat-

malı, Naxçıvan Muxtar Respublikası

Ali Məclisi Sədrinin qarşıya qoyduğu

vəzifələr  əsas  fəaliyyət  istiqaməti

olmalı, bununla bağlı Tədbirlər Planı

hazırlanaraq icra edilməlidir.

    Yazıçılar Birliyinin İdarə Heyə-

tinin iclasları mövcud vəziyyəti əks

etdirməli, birliyin üzvlərinin, digər

ədəbi qüvvələrin əsərlərinin müzakirə

və təhlilləri aparılmalı, ədəbi tənqid,

bütövlükdə,  ədəbi  proses  diqqətdə

saxlanılmalıdır. Muxtar respublikada

yaradıcı  insanların  fəaliyyəti  üçün

imkanlar  böyükdür.  Bunun  nəticə-

sidir ki, çap olunmuş əsərlərin sayı

xeyli artıb. Lakin bu əsərlərə diqqət

yetirdikdə aydın görünür ki, yazıçı,

şair və dramaturqlarımız mövzu se-

çimində çətinlik çəkirlər. Dəfələrlə

deyilməsinə baxmayaraq, bu sahədə

problemlər  aradan  qaldırılmayıb.

Naxçıvan  Muxtar  Respublikasının

Yazıçılar Birliyi yaradıcı insanlara,

xüsusən də gənclərə köməklik gös-

tərməli,  onların  yaradıcılığını  isti-

qamətləndirməli,  ədəbiyyatda  və-

tənpərvərlik  mövzusuna  geniş  yer

verilməlidir. Kitabxanalarda və mət-

buat orqanlarında yeni nəşr olunan

əsərlərin təqdimatı keçirilməli, imza

və kitab müzakirəsi günləri, yazıçı-

larla görüşlər təşkil olunmalıdır.

     Qeyd  olunmuşdur  ki,  dünya

klassik lərinin  əsərlərindən  tərcümə

sahəsində  müəyyən  işlər  görülüb.

Lakin klassik şair və yazıçılarımızın,

eləcə də muxtar respublikanın müasir

ədəbi qüvvələrinin əsərlərinin xarici

dillərə tərcüməsi sahəsində fəaliyyət

hiss olunmur.  Yazıçılar Birliyi Bədii

Tərcümə Mərkəzinin fəaliyyətini güc-

ləndirməli,  tərcümə  işini  günün  tə-

ləbləri səviyyəsində qurmalıdır. Etiraf

edək ki, Naxçıvan ədəbi mühitində

uşaqlar  üçün  yazılan  əsərlər  azlıq

təşkil edir. Digər tərəfdən çap olunan

kitablar  çox  vaxt  uşaqların  maraq

dünyasına  uyğun  gəlmir.  Uşaqlar

üçün dram əsərlərinin yazılmasında

da çatışmazlıqlar vardır. Bunun nə-

ticəsində muxtar respublikanın uşaq

teatrlarının dram əsərlərinə olan tə-

ləbatı tam şəkildə ödənilmir. Bu acı-

nacaqlı vəziyyət tək uşaq dramatur-

giyasına yox, bütövlükdə dramatur-

giyaya aiddir. Naxçıvan Dövlət Mu-

siqili  Dram  Teatrının  hər  il  tərtib

olunan repertuarında muxtar respub-

lika dramaturqlarının əsərlərinin azlıq

təşkil  etməsi  bizi  düşündürməlidir.

Bu gün muxtar respublika rəhbərinin

himayəsi ilə tariximizə aid ciddi elmi-

tədqiqat  materialları  nəşr  olunur.

Muxtar respublika tarixinin qaranlıq

səhifələrinə aydınlıq gətirilir. Bunun

müqabilində Yazıçılar Birliyi üzvlə-

rinin tariximizi əks etdirən dram və

nəşr əsərlərinin yazılmasına laqeyd

münasibəti başa düşülmür.  Yazıçılar

Birliyi muxtar respublikada uşaq ədə-

biyyatı, eləcə də dramaturgiyanın və

nəşrin  inkişafı  istiqamətində  ciddi

tədbirlər görməlidir. 

     Ali Məclis Aparatının rəhbəri de-

mişdir  ki,  təşkilatçılıq  işi  gücləndi-

rilməli, elm və ali təhsil müəssisələri,

o cümlədən kütləvi informasiya va-

sitələri ilə yaradıcılıq əlaqələri davamlı

xarakter almalıdır. Yazıçılar Birliyinin

Gənclər Təşkilatı  gənclərlə  işi  güc-

ləndirməli, istedadlı gənclərin üzə çı-

xarılması istiqamətində tədbirlər gör-

məli, onların yaradıcılığını istiqamət-

ləndirməlidir.  Muxtar  respublikada

ictimai təşkilatlar əhatə etdikləri sahələr

üzrə yaradıcılıq müsabiqələri keçirirlər.

Yazıçılar Birliyi də bu sahədə fəaliy-

yətini  gücləndirməli, gənc istedadların

aşkara  çıxarılmasına  nail  olmalıdır.

Naxçıvan  Muxtar  Respublikası  Ali

Məclisi Sədrinin 2017-ci il 28 avqust

tarixli Sərəncamı ilə “Oxunması zəruri

olan kitabların Siyahısı” təsdiq edilib.

Bu, bir daha sübut edir ki, Naxçıvanda

kitab mütaliəsinin inkişaf etdirilməsinə

xüsusi  dövlət  qayğısı  var.  Yazıçılar

Birliyi də bu istiqamətdə fəaliyyətini

gücləndirməli, müzakirələr keçirilməli,

təhlillər aparılmalıdır. Həmçinin bir-

liyin üzvləri tarixi keçmişimizlə, milli

dəyərlərimizlə  bağlı  ədəbiyyatların

gənc  nəslə  çatdırılmasını,  onlarda

mütaliə mədəniyyətinin artırılmasını

diqqətdə saxlamalıdırlar.

    Vurğulanmışdır ki, Yazıçılar Bir-

liyinin  Mətbuat  Şurası  ilə  əlaqəsi

zəifdir. Bunun nəticəsidir ki, ədəbi

mühit mətbuatdan uzaqlaşıb. Muxtar

respublika  mətbuatında  ədəbi  nü-

munələrə az rast gəlinir. Bu səbəbdən

də qəzetlər oxunaqlı olmur.  Yazıçılar

Birliyi Mətbuat Şurası ilə əlaqələri

gücləndirməli, sanballı və günlə səs-

ləşən ədəbi nümunələrin, şair və ya-

zıçıların publisistik  çıxışlarının mət-

buatda dərc edilməsinə nail olmalıdır.

Yazıçılar Birliyinin muxtar respub-

likanın digər yaradıcılıq təşkilatları,

xüsusilə Bəstəkarlar Təşkilatı ilə də

yaradıcılıq əlaqələri təmin edilməli,

Naxçıvanı tərənnüm edən və müasir

dövrlə səsləşən sanballı mahnılar or-

taya  qoyulmalıdır.  Bu  gün  muxtar

respublika  rəhbərinin  himayəsi  ilə

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Bir-

liyi  müasir  çap  texnologiyaları  ilə

təchiz  olunub.  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisi  Sədrinin

tapşırığına əsasən nəşriyyatda kitab

çapı ilə əlaqədar qiymətlərə də ye-

nidən  baxılmış,  çap  məhsullarının

qiyməti xeyli aşağı salınmışdır. Buna

baxmayaraq, ziyalılarımızın nəşriy-

yatla  əlaqələri  zəifdir.  Naxçıvan

Muxtar Respublikası Yazıçılar Birliyi

muxtar respublikada yaşayıb-yaradan

yazıçı və şairlərin “Əcəmi” Nəşriy-

yat-Poliqrafiya Birliyi ilə əlaqələrini

gücləndirməlidir. 

    Yazılan hər bir əsər, nəşr olunan

hər bir kitab bu günümüzün tarixidir.

Bu baxımdan muxtar respublikanın

müasir tarixinə, aparılan genişmiq-

yaslı  quruculuq  tədbirlərinə  həsr

olunmuş əsərlərin yazılmasına diqqət

artırılmalıdır. Muxtar respublikanın

kəndlərində  yeni  kənd  mərkəzləri

tikilmiş,  zəngin  fonda  malik  olan

kitabxanalar və müasir iclas zalları

istifadəyə verilmişdir. Lakin Yazıçılar

Birliyi  bu  imkanlardan  lazımınca

faydalanmır. Birlik üzvlərinin kənd

mərkəzlərində oxucularla görüşləri

keçirilməli, kitab müzakirələri apa-

rılmalıdır. Qarşıdakı 5 il ərzində Ya-

zıçılar Birliyinin yeni tərkibi ciddi

çalışmalı,  Birliyin  Nizamnamə  tə-

ləbləri və buradan irəli gələn vəzifələr

diqqətdə olmalıdır. Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisinin  Sədri

cənab Vasif Talıbov Yazıçılar Birli-

yinin, bütövlükdə yaradıcı ziyalıla-

rımızın  fəaliyyətinə  mühüm  əhə-

miyyət verərək qarşıda konkret və-

zifələr qoymuş və demişdir: “Nax-

çıvan Muxtar Respublikasında ya-

radıcı ziyalıların öz imkanlarını or-

taya qoymaları üçün hər cür şərait

yaradılmışdır. Bu şəraitdən səmərəli

istifadə olunmalı, oxucuya, ictimai

fikrə təsir göstərən, xalqımızın milli

maraqlarına  cavab  verən  əsərlər

yaradılmalı, bədii əsərlər günümü-

zün salnaməsinə çevrilməlidir”.

    Əli  Həsənov  muxtar  respublika

rəhbərinin qarşıya qoyduğu vəzifə-

lərin  icrasında  Yazıçılar  Birliyinin

üzvlərinə, bütün yaradıcı ziyalılara

uğurlar arzulamışdır. 

    Sonra  Yazıçılar  Birliyinin  sədri

Asim Əliyevin hesabat məruzəsi din-

lənilib. Qeyd olunub ki, muxtar res-

publikada  yaşayıb-yaradan  şair  və

yazıçılara hərtərəfli diqqət və qayğı

göstərir. Ötən beş il ərzində Yazıçılar

Birliyi tərəfindən 12 ədəbi almanax

hazırlanıb  və  bu  almanaxlar  Ali

 Məclis  Sədrinin  qayğısı  ilə  çap

olunaraq oxucuların ixtiyarına verilib,

“Naxçıvan” jurnalının bir neçə nöm-

rəsi görkəmli şair və yazıçıların əsər-

lərinə,  onlar  haqqında  yazılan  mə-

qalələrə  həsr  olunub. Asim  Əliyev

Yazıçılar Birliyinin üzvləri adından

göstərilən  diqqət  və  qayğıya  görə

Naxçıvan Muxtar Respublikası Ali

Məclisinin  Sədrinə  minnətdarlığını

bildirib, göstərilən bu qayğının mü-

qabilində fəaliyyətlərini gücləndirə-

cəklərinə,  muxtar  respublikamızda

nəsr, dramaturgiya, uşaq ədəbiyyatı,

tərcümə, bədii publisistika sahəsin-

dəki nöqsanların tezliklə aradan qal-

dırılacağına,  teatrlarımızın  sanballı

əsərlərlə zənginləşdiriləcəyinə, milli

dəyərlərimizin, tarixi abidələrimizin

bədii əsərlərdə daha geniş təbliğ edi-

ləcəyinə söz vermişdir. 

    Hesabat məruzəsi ətrafında mü-

zakirələrdə Naxçıvan Muxtar Res-

publikası Yazıçılar Birliyinin üzvləri

İbrahim Yusifovun və Elxan Məm-

mədovun çıxışları dinlənilib. 

    Sonra konfransda 5 nəfərdən iba-

rət  idarə  heyəti  seçilib.  Naxçıvan

Muxtar Respublikası Yazıçılar Bir-

liyinin  üzvləri  Qafar  Qənbərov  və

Fərəc Fərəcov Asim Əliyevin yeni-

dən  Yazıçılar  Birliyinin  sədrliyinə

namizədliyini irəli sürüblər. Təklif

səsə qoyulub və qəbul olunub. 

    Konfransda  Naxçıvan  Muxtar

Respublikası  Yazıçılar  Birliyinin

Nəzarət-Təftiş  Komissiyasının  da

yeni tərkibi müəyyənləşib. Komis-

siyanın üzvlüyünə namizədlər səsə

qoyulub  və  qəbul  olunub.  İbrahim

Yusifov Nəzarət-Təftiş Komissiya-

sının sədri seçilib. 

    Sonra Naxçıvan Muxtar Respub-

likası  Yazıçılar  Birliyinin  III  kon-

fransının qərar layihəsi oxunub və

qəbul olunub. 

    Bununla  da,  Naxçıvan  Muxtar

Respublikası  Yazıçılar  Birliyinin   

III konfransı öz işini başa çatdırıb.

    Azərbaycan  Respublikasının

 Prezidenti  cənab  İlham  əliyevin

2004-cü  il  13  oktyabr  tarixli

 Sərəncamına əsasən hər il oktyabrın

20-si  ölkəmizdə  energetika  sahə-

sində  çalışanların  peşə  bayramı

günü kimi qeyd olunur.

    Azərbaycanda elektroenergetika-

nın inkişafına ümummilli liderimiz

Heydər Əliyevin rəhbərliyi ilə ötən

əsrin  70-ci  illərindən  başlanmış,

enerji sisteminin təkmilləşdirilməsi

sahəsində  mühüm  tədbirlər  görül-

müşdür.  Ümummilli  liderin  səyləri

və təşkilatçılığı sayəsində hər birinin

gücü 300 meqavatlıq 8 blokdan ibarət

olan Azərbaycan Dövlət Rayon Elek-

trik Stansiyasının istifadəyə verilməsi,

həmin dövrdə İran İslam Respublikası

ilə birgə tikilən 22 meqavatlıq Araz

SES,  330  kilovoltluq  Mingəçevir-

Abşeron hava elektrik verilişi xətləri,

yeni transformator yarımstansiyaları

enerji təhlükəsizliyinin təmin olun-

masına mühüm töhfə vermişdir. 

    Ötən əsrin 90-cı illərinin əvvəl-

lərində  blokada  şəraitində  yaşayan

Naxçıvan  ciddi  enerji  böhranı  ilə

üzləşən zaman ulu öndərin apardığı

danışıqlar nəticəsində 1993-cü ildə

İran İslam Respublikasından 42 me-

qavat, Türkiyə Respublikasından isə

63 meqavat elektrik enerjisi nəqlinə

başlanılmışdır. Bu dövrdən başlayaraq

muxtar respublikada müxtəlif gücə

malik olan transformator yarımstan-

siyaları quraşdırılmış, yüksəkgərgin-

likli elektrik verilişi xətləri çəkilmiş,

idxal  olunan  elektrik  enerjisinin

itkisiz  paylanması,  avadanlıqların

yüklənməsinin  qarşısını  almaq  və

enerji təchizatının etibarlılığını yük-

səltmək  məqsədilə  ardıcıl  tədbirlər

görülmüşdür.  Müstəqillik  illərində

də ümummilli liderimiz ölkəmizdə

enerji təhlükəsizliyinin təmin olun-

masını diqqət mərkəzində saxlamış,

bu  sahənin  maddi-texniki  təchizatı

xeyli gücləndirilmişdir.

     Bu  gün  ölkə  Prezidenti  cənab

 İlham  Əliyevin  rəhbərliyi  ilə

iqtisadiyyatın digər sahələri kimi,

elektrik enerjisi üzrə də proqramlar

hazırlanaraq uğurla icra edilir. Re-

gionların  sosial-iqtisadi  inkişafı

üzrə dövlət proqramlarının həyata

keçirilməsi iqtisadiyyatın hərəkət-

verici qüvvəsi olan elektrik enerjisi

sistemində də inkişafı təmin etmiş-

dir. Hazırda  muxtar  respublikada

bu sahədə ardıcıl tədbirlər görülür.

2006-cı  ildə  Naxçıvan  Qaz-Turbin

Elektrik Stansiyasında dizel yanacağı

ilə işləyən enerji turbinləri təbii qaz

ilə  işləmə  rejiminə  keçirilmiş,  220

kilovoltluq “Babək” yarımstansiya-

sında yenidənqurma işləri aparılmışdır.

Həmin  il  ümumi  gücü  87  meqavat

olan Naxçıvan Modul Elektrik Stan-

siyası və Heydər Əliyev Su Anbarı

üzərində  4,5  meqavat  gücündə  su

elektrik  stansiyası  istismara  veril-

mişdir. 2010-cu ildə isə 22 meqavat

gücündə Biləv Su Elektrik Stansiya-

sının, 2014-cü ildə Arpaçay Su Anbarı

üzərində 20,5 və 1,4 meqavat gücündə

2  su  elektrik  stansiyasının,  2015-ci

ildə  20  meqavat  gücündə  Günəş

Elektrik Stansiyasının tikilib istifadəyə

verilməsi və bu il stansiyanın gücünün

daha 2 meqavat artırılması Naxçıvanın

etibarlı  enerji  təminatına  səbəb  ol-

muşdur.  Bütün  bunların  nəticəsidir

ki, bir zamanlar yalnız idxal hesabına

elektrik enerjisinə olan tələbatını qis-

mən ödəyən Naxçıvanda bu gün daxili

istehsal hesabına ən ucqar dağ kəndi

belə,  fasiləsiz  və  dayanıqlı  elektrik

enerjisi  ilə  təmin  olunur.  Hazırda

muxtar respublikadakı 8 elektrik stan-

siyasının ümumi gücü 239,4 meqavat

təşkil edir. Görülən işlərin nəticəsidir

ki, muxtar respublikada günəş və su

elektrik stansiyalarında istehsal olunan

elektrik enerjisi ümumi istehsalın 60

faizindən çoxunu təşkil edir.

     Enerji təhlükəsizliyi sahəsində hə-

yata keçirilən tədbirlər əhalinin tələ-

batını ödəməklə yanaşı, həm də Nax-

çıvan  Muxtar  Respublikasında  iqti-

sadiyyatın  davamlı  inkişafını  təmin

etmişdir.  Buna  görə  də  enerji  təchi-

zatının  yaxşılaşdırılması  və  müasir-

ləşdirilməsi məsələsi daim diqqət mər-

kəzində saxlanılır. Muxtar respublikada

mövcud elektrik stansiyalarının, ya-

rımstansiya  və  elektrik  verilişi  ava-

danlıqlarının  təmiri  ilə  yanaşı,  yeni

elektrik stansiyalarının tikilib istifadəyə

verilməsi sahəsində də mühüm işlər

görülür. Hazırda Araz çayı üzərində

derivasiyatipli  36  meqavat  gücündə

Ordubad Su Elektrik Stansiyasının ti-

kintisi davam etdirilir. Culfa rayonunda

isə gələcəkdə külək elektrik stansiyası

tikintisinin texniki-iqtisadi əsaslandı-

rılması  üçün  ölçmə  işləri  aparılır.

Həmçinin gücü 14 meqavat olan Tivi

Su Elektrik Stansiyasının və 3,5 me-

qavat olan Qazançı Su Elektrik Stan-

siyası tikintisinin texniki-iqtisadi əsas-

landırılması hazırlanır.

    Muxtar respublikada istehsal olu-

nan elektrik enerjisinin istehlakçılara

fasiləsiz və keyfiyyətli çatdırılması

məqsədilə  yeni  transformator  ya-

rımstansiyaları tikilir, mövcud olanlar

yenidən qurulur. Son illər “Xal-xal”,

“Koroğlu”,  “Xalçaçılıq”,  “Şərur”,

“Naxçıvan”, “Ordubad”  və “Qıvraq”

transformator yarımstansiyaları müa-

sir şəkildə yenidən qurularaq istifa-

dəyə  verilmişdir.  Həmçinin  bu  il

Şahbuz  Rayon  Elektrik  Şəbəkəsi

üçün  yeni  inzibati  idarə  binası  və

yeni 35/10 kilovoltluq transformator

yarımstansiyasının açılışı olmuşdur. 

    Bu  gün  elektroenergetika  sahə-

sində  ixtisaslı  kadr  hazırlığına  da

xüsusi  diqqət  yetirilir.  Bu  sahədə

həyata keçirilən tədbirlərin nəticəsidir

ki,  muxtar  respublikada  elektrik

stansiyalarının  tikintisi  və  yenidən

qurulması,  elektrik  təchizatı  ava-

danlıqlarının quraşdırılması, bütöv-

lükdə, yerli mütəxəssislər tərəfindən

həyata  keçirilir.  Naxçıvan  Muxtar

Respublikası  Ali  Məclisi  Sədrinin

2015-ci  il  27  iyul  tarixli  “Ali  və

orta  ixtisas  təhsili  müəssisələrində

ixtisasların müvafiq təşkilatlara ha-

miliyə  verilməsi  haqqında”  Sərən-

camı bu sahədə mühüm nailiyyətlərin

əldə olunmasına şərait yaradır. Gənc -

lərin istehsal və iş sahələrinə cəlbi

onların təcrübi biliklərinin möhkəm-

ləndirilməsinə və peşəkar kadr kimi

yetişməsinə imkan verir. 

     Muxtar respublikanın energetikləri

elektrik enerjisindən səmərəli istifadə

olunması, enerji itkisinin minimum

səviyyədə saxlanılması və sərfiyyata

uyğun  enerji  dəyərinin  ödənişinin

təmin  olunmasında  səylə  çalışırlar.

Hazırda Naxçıvan şəhərində smart-

karttipli  sayğacların  quraşdırılması

davam etdirilir. Həmçinin əməkdaşlar

tərəfindən  elektrik  enerjisindən  sə-

mərəli istifadə edilməsi, israfçılığın,

elektrik  enerjisindən  qanunsuz  və

sayğacdankənar istifadə edilməsinin

qarşısının alınması məqsədilə  mü-

təmadi reydlər keçirilir. 

    Naxçıvan  Muxtar  Respublikası

Dövlət  Energetika  Xidmətinin  kol-

lektivi yaşayış məntəqələrinin, istehsal

və  xidmət  sahələrinin  dayanıqlı  və

fasiləsiz elektrik enerjisi ilə təchizatını

daim  diqqət  mərkəzində  saxlayır.

Energetika işçiləri bundan sonra da

muxtar  respublika  iqtisadiyyatının

inkişafına öz töhfələrini verəcəklər.




    Dünən  Naxçıvan  şəhərindəki  Əcəmi  seyrəngahında

uşaq incəsənət və bədii sənətkarlıq məktəblərində dərs

deyən müəllimlərin və rəsm ixtisası üzrə təhsil alan şa-

girdlərin iştirakı ilə ustad dərsi keçilib.

    Təbiət təsvirinə həsr olunmuş ustad dərsi başlan-

mazdan əvvəl Naxçıvan Muxtar Respublikası Mədə-

niyyət  və  Turizm  Nazirliyinin  aparıcı  məsləhətçisi

Leyla Əlimərdanova bildirib ki, ustad dərsi nazirliyin

tabeliyində  olan  uşaq  incəsənət  və  bədii  sənətkarlıq

məktəblərində rəsm ixtisası üzrə dərs deyən müəllimlər

və  həmin  ixtisas  üzrə  təhsil  alan  şagirdlər  üçün

rəssamlıq sənətinin tərkib hissəsi olan təbiət təsvirinə

həsr edilib.

    Sonra Naxçıvan Muxtar Respublikası Rəssamlar Bir-

liyinin  üzvləri,  Naxçıvan  Dövlət  Rəsm  Qalereyasının

direktoru  Hökümə  Məmmədli  və  Naxçıvan  Muxtar

Respublikasının Əməkdar rəssamı Həmzə Sadiqov rəs-

samlıq sənətində peyzaj təsvirinin incəliklərindən bəhs

edərək praktik olaraq ustad dərsi keçiblər. Müəllim və

şagirdlərə təsviri incəsənət tarixi haqqında da məlumat

verilib, ümumilikdə, ustad dərslərinin şagirdlərdə estetik

tərbiyəni, mənəvi-əxlaqi keyfiyyətləri inkişaf etdirdiyi

vurğulanıb.

     Sonda müəllim və şagirdlərin sualları cavablandırılıb.

     İkinci Azərbaycan Kənd İnvestisiya

Layihəsinin Naxçıvan Regional Əmə-

liyyatlar Ofisinin əhatə etdiyi Ordubad

rayonunun  Üstüpü  icmasının  tender

komissiyası icma qrupunun hazırladığı

“Elektrik sistemlərinin bərpası və ge-

nişləndirilməsi”  adlı  layihənin  icrası

məqsədilə  keçirilən  tenderdə  iştirak

etmək  iddiasında  olan  bütün  hüquqi

və  fiziki  şəxsləri  əməkdaşlığa  dəvət

edir.


     Tender komissiyasına aşağıdakı sə-

nədlər təqdim olunmalıdır:

     * Maraq məktubu

     * Nizamnamə

     * Maddi-texniki və insan resursları

barədə məlumat

     * Son illərdə infrastruktur tipli la-

yihələrdə iş təcrübəsinin olması

     *Maliyyə  vəziyyəti  barədə  arayış.

     Qeyd olunmuş sənədlər toplusunu

27 oktyabr 2017-ci il, saat 18

00

-a kimi



tender  komissiyasına  təqdim  etmək

lazımdır.

    Muxtar  respublikamızda  praktik  tibb  və

ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə

mütəxəssislərinin sertifikasiya prosesi davam

etdirilir.  Sertifikasiya  Ali  Məclis  Sədrinin

Naxçıvan Muxtar Respublikası Səhiyyə Na-

zirliyinin Əsasnaməsinə edilmiş əlavə və də-

yişikliklər haqqında fərmanına uyğun olaraq

həyata keçirilir. Məqsəd əhaliyə keyfiyyətli

səhiyyə xidmətinin göstərilməsi, praktik tibb

və  ya  əczaçılıq  fəaliyyəti  ilə  məşğul  olan

şəxslərin peşəkarlıq səviyyəsinin və peşə ya-

rarlılığının artırılmasından ibarətdir. 

    Oktyabrın 16-dan start götürən sertifikasiya

imtahanlarının növbəti mərhələsində orta tibb

işçiləri dörd gün ərzində öz bilik və bacarıq-

larını sınayıblar.

    Qeyd edilməlidir ki, muxtar respublikanın

səhiyyə sistemində sertifikasiya imtahanları

kompüterə verilmiş proqrama uyğun aparılır.

Bu  məqsədlə  Naxçıvan  Muxtar  Respublika

Xəstəxanasının  elektron  zalından  istifadə

edilir. Kompüter vasitəsilə proqrama uyğun

olaraq ümumi sual bankından 2 müxtəlif va-

riantda 60 test sualı və 5 klinik tapşırıq seçilir.

Bu, imtahanların aşkarlıq və şəffaflıq şəraitində

keçirilməsini  təmin  edir.  Mərkəzləşdirilmiş

qaydada, obyektiv və şəffaf surətdə keçirilən

sertifikasiya  tibb  işçilərinin  öz  üzərlərində

çalışmasına,  tibb  peşəsinin  məsuliyyətini

daha dərindən dərk etməsinə imkan yaradır.

    Naxçıvan  Muxtar  Respublikası  Səhiyyə

Nazirliyində  test  imtahanı  üçün  əvvəlcədən

suallar tərtib edilərək kompüterə yerləşdirilib.

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə

Dövlət Komissiyasının Naxçıvan Muxtar Res-

publikası Regional Bölməsi nümayəndəsinin

iştirakı ilə test bankından hər variant üzrə 60

sual  seçilərək  imtahanda  iştirak  edən  orta

tibb işçilərinə təqdim olunub, eyni zamanda

yazılı olmaqla, müsahibə mərhələsinin də su-

alları paylanılıb, cavablandırma qaydaları izah

edilib.  Məxfiliyin  gözlənilməsi  məqsədilə

müsahibə sual kartlarında imtahan verən tibb

işçisinin adı, soyadı yox, kod nömrəsi qeyd

olunub. Üç saat davam edən imtahanın gedişinə

imtahan-nəzarət komissiyası tərəfindən nəzarət

edilib.  İmtahan  suallarının  test  hissəsi  üzrə

cavab  kartlarının  yoxlanması  kompüterlə,

klinik hissəsi üzrə cavabların qiymətləndiril-

məsi isə mütəxəssislərin iştirakı ilə aparılıb.

    İmtahanlarda  161  orta  tibb  işçisi  iştirak

edib. 


    Həmin  dövrdə  bostan-tərəvəz

məhsulları  indiki  kimi  konservləş-

dirilməzdi. Ona görə də yalnız qu-

rutmaqla  qış  tədarükü  görülərdi.

Lobya,  badımcan  doğranaraq,  po-

midor isə bütöv halda qurudulardı.  

    Qış hazırlıqları içərisində yavan-

lıqlar da xüsusi yer tutur. Bu sahədə

də erkən yazdan müxtəlif işlər gö-

rülərdi. Pendir, şor, yağ ehtiyatı əsas

qida məhsulları hesab edilərdi. Ap-

rel-may  ayları  südün  ən  bol  vaxtı

sayılır. Bu zaman əldə edilən yağa

gül (çiçək) yağı deyərlər. Çünki bu

vaxtlar heyvanlar təzə-tər otlarla qi-

dalanırlar. Qoyunlar iyulun axırına,

keçilər isə sentyabrın əvvəlinə, bəzən

də axırına qədər sağılır. Dəymiş ot-

larla  bəslənən  mal-heyvanın  südü

yağlı  olduğu  üçün  bu  mövsümdə

tutulan pendir daha dadlı olur. 

    Quru məhsullar – noxud, mərci-

mək,  lobya,  yarma,  əriştə  və  sair

dağarcıqlarda saxlanılardı. Dağarcıq

qoyun  və  keçi  dərisindən  olardı.

Eymə  və  tuluğa  nisbətən  dağarcıq

daha  asan  başa  gəlirdi.  Bunların

hazır lanması  üçün  heyvanın  dərisi

“diri”, yəni arxa ayaqdan dəri açılıb,

corab kimi çevrilərək bütün çıxarı-

lardı. Dağarcığın dərisi aşılanmazdı. 

    Eymə hazırlamaq üçün, əsasən,

“qızıl  heyvan”  (Naxçıvanın    yerli

balbas sortu) və ya sibir dərisi se-

çilərdi. Eymə dərinin arpa unu, duz

və zəy vasitəsilə aşılanıb daha yum-

şaq şəklə salınması yolu ilə hazır-

lanardı.  Ona  qatıq  yığılar  və  bu,

“qara qatıq” adlanardı. Eymə bərk

əşyalar üzərinə qoyulardı ki, sızan

su altını palçıq etməsin. Eymə qatığı

“dəyməlidir”, əks halda yağ yaxşı

ayrılmaz. Vaxtaşırı eymə qatığı çal-

xanar,  yağı  götürüldükdən  sonra

ayran çürüdülüb, şor, qurut hazır-

lanar,  ya  da  ayran  kimi  istifadə

olunardı.    

    Qış  ərzağının  biri  də  qurutdur.

Qışda qovurma ilə hazırlanan qurut

xəngəli Naxçıvan mətbəxinin sevilən

yeməklərindəndir. 

    Əsasən,  avqust  ayında  yarma,

əriştə hazırlığına başlanardı. Yarma

yumşaq  ağ  buğdadan  hazırlanar,

buğdanı  qaynadıb  qurudar,  sonra

isə kirkirədə (əl dəyirmanı, əl daşı

və sair) üyüdüb xırdalayardılar. Əriş-

tənin  hazırlanması  bir  qədər  çətin

olduğu  üçün  qadınlar  iməci  topla-

yardılar. İşin tez olması üçün ən azı

dörd  nəfər  iştirak  edərdi.  Xəmiri

yayan,  kəsən,  dəstəkçi,  ipə  sərən.

Vaxtilə əriştə bıçaqla kəsilərdi. Əriş-

təni  kəsən  çalışardı  ki,  onlar  eyni

ölçüdə  olsun.  Bu  iş  xüsusi  səriştə

tələb etdiyi üçün “özünə umac ova

bilmir, özgəyə əriştə kəsir” məsəli

də elə buradan yaranmışdır. Kəsilən

əriştə  duzlanaraq  sacda  qovurulur,

qablara  doldurularaq  quru,  havalı

yerlərdə saxlanılır. 

    Avqust ayında kənd təsərrüfatında

da bəzi işlər görülərdi. Yayda biçilən

taxılın  küləşini  “quyruq  doğana”

qədər (5-6 avqust tarixlərində) quru

olduğu  üçün  yığışdırmazdılar.  Bu

dövrdən küləş götürülər, şum işlərinə

başlanardı. Sürülən torpaqlar gündə

qovurular, alaq otları məhv olardı. 

    Yorğan-döşək tökülüb, yunu ye-

nidən çırpılar, lazım olarsa, yeniləri

salınardı. Yorğanlar, əsasən, bu za-

man qırxılan quzu yunundan – gü-

zəmdən  düzəldilərdi.Təsərrüfatda

görüləcək digər işlər azaldığı üçün

qırxılan  yunları  əyirər,  kələfləyib

boyayardılar. İplərin boyanmasında

müxtəlif bitkilərdən istifadə edilərdi.

Qırmızı  rəngi  boyaqotundan,  sarı

rəngi zirinc kökündən, tünd-qəhvəyi

rəngi cəviz yarpağından və sairdən

hazırlayardılar. 

    Sentyabr ayında, əsasən, yer ha-

nası qurular, cecim, palaz toxuyar-

dılar. Yer hanası, adından da görün-

düyü kimi, yerdə uzadılardı. Hananın

eni 60-70 santimetr, uzunluğu 9-12

metr olardı. Toxunduqdan sonra par-

ça kəsilib, ən azı 3 ədəd yan-yana

tikilərdi.  Yer  hanasında  bir  adam

aşırma  oturub  toxuyardı.  Hana  lə-

vazimatları  içərisində  ağacdan  dü-

zəldilmiş üçayaq (çatma) toxucunu

günəşdən qoruyardı. Divar hanasın-

dan fərqli olaraq toxunan arğacları

“qılınc” adlanan taxta ilə döyüb bər-

kidərdilər. Qılınc 0,8-5 metr uzun-

luğunda, ipdöyən tərəfi nisbətən iti-

lənmiş şumal taxtadır. 

    Oktyabr  ayında  bəzi  meyvələr,

üzüm dərilib asılardı. Üzüm, əsasən,

milaxlarda asılırdı. Milağı düzəltmək

üçün el arasında atpıtrağı kimi tanınan

bitkinin  qurusundan  istifadə  edilir.

Yaxşı şəraitdə 1 metrdən artıq qalxan

bu bitkinin şaxələnən budaqları yün-

gül olmaqla yanaşı, çox yük götürür.

Sentyabr-oktyabr aylarında üzümdən

mövüc, kişmiş hazırlanır. 

    Alma-armudu  çox  zaman  evdə

böyük kisələrə (xarallara) doldurul-

muş buğdanın içərisində saxlayardılar.

“Almanı atdım xarala, qaldı sarala-

sarala”  mahnısının  yaranması  da,

yəqin ki, bununla bağlıdır. Onu da

qeyd edək ki, o vaxtlar toyu ancaq

payızda edərdilər. Ona görə də almanı

xarala qoyan nişanlı qız həsrətlə to-

yunu gözləyərdi. Toyu payızda edər-

dilər ki, həm toy edən ailələr, həm

də əhali toya qədər məhsulunu top-

lasın, artığını satıb pul əldə etsin. 

    Oktyabr ayında taxıl səpininə də

başlanardı. Bir el məsəlində deyilir

ki,  “durna  gəldi  çıx  şuma,  durna

getdi çıx tuma”. Burada yazda dur-

nalar gələn zaman yaz şumuna, pa-

yızda isə səpinə başlanmasına işa-

rədir.  Bir  çox  heyvanlar  və  quşlar

soyuq və istinin başlamasını əvvəl-

cədən duyurlar. Belə bir məsəl vardır:

“Suyu kəlin dırnağına verərlər”. Sə-

pilən  toxum  dərhal  suvarılmalıdır

ki, toxumu quş, qarışqa daşımasın.

Ona  görə  də  dəmyə  əkinlərini  bir

qədər gec səpirlər. 

    Noyabr ayında son qış tədarükü

olan qovurma qovurulur. Qovurma

inək, qoyun, keçi, ev quşlarının ətin-

dən  hazırlanır.  Bunun  üçün  qoyun

ətinə  daha  çox  üstünlük  verilərdi.

Təcrübəli adamlar övəc (3 yaşından

yuxarı qoyun) ətini daha yaxşı hesab

edirlər. Ət qovurulan zaman yaxın

qohumlardan bir neçəsi ciyərə qonaq

çağırılardı. Qovurmanın suyu müx-

təlif kəndlərdə “təngov”, “işgənə”,

“cığatay” adlanır. Təngovda bir qab

içinə 2-3 tikə qovurulmuş ət qoyu-

laraq qonşulara və qohumlara pay-

lanır. Qovurma saxsı və ya emallı

qaba  yığılır,  yağı  üzərinə  tökülür.

Yağ qovurmanın üzərinə çıxmalıdır

(basmalıdır),  əks  halda  yağsız  ət

iylənər. 

    Qışa  hazırlıq  işlərindən  biri  də

yanacaq tədarüküdür. Əvvəllər evləri

isitmək,  çörək  və  xörək  bişirmək

üçün müxtəlif yanacaq növlərindən

və  istilik  qurğularından  istifadə

edilər,  bunun  üçün  divarda  buxarı

düzəldilərdi.  Açıq  ocaq  sonradan

hörgüdə boru şəklində damın üzərinə

qədər hörülərdi. 

    Evləri isitmək, çörək, bəzən xörək

bişirmək üçün təndirlərdən istifadə

edilərdi. Evin ortasında olan təndir

yandırılar,  çölməkdə  olan  xörəyin

ağzı kip bağlanar, şişlə təndirin içə-

risinə qoyulardı. Lazım gəldikdə çö-

rək yapılardı. Təndirin odu söndükdən

sonra üzərinə kürsü qoyulardı. Kürsü

ailənin sayına görə düzəldilmiş, nis-

bətən alçaq stoldur. Stolun üzərinə

kürsü yorğanı salınar, böyük cecim,

palaz atılardı. Bu cür təndirlər, əsasən,

“qaradam” adlanan böyük otaqlarda

olardı.  Bu  otaqların  pəncərəsi  ol-

mazdı. Buraya işıq üstdəki bacadan

düşər, tüstü də həmin bacadan çıxardı. 

     Digər otaqlarda divarlar qaralmasın

deyə, kiçik çalalar qazılar, içərisinə

hazır köz tökülərdi. Arxeoloji abidə-

lərdə hələ Eneolit dövründə evlərin

ortasında  təndir  olduğu  təsdiqlənir. 

    Qışa  ərzaq  tədarükü  ənənələri-

mizlə bağlı Babək rayonunun Sirab

kəndində  yaşayan  90  yaşlı  Dilbər

Əliyeva ilə həmsöhbət olduq. “Düz-

dür,  indi  bir  çoxları  həmin  məh-

sulları dükandan almağa üstünlük

verir, ancaq ev şəraitində hazırlanan

nemətin  yerini  heç  nə  vermir”,         –

deyən Dilbər nənə bildirdi ki, əv-

vəllər  qışa  hazırlıq  çox  çətin  idi:

“Bilmirdik qışda isinmək üçün odun

tədarük edək, ya qidalanmaq üçün

banka-balon  bağlayıb,  ot-alaf  qu-

rudaq. İndi, şükürlər olsun, daimi

yanacağımız var. O sarıdan rahatıq.

Ərzaq tədarükünü də əvvəlki kimi

aparırıq. Amma  rahat  və  qayğısız

formada. İndi qışda da təzə, həm də

dadlı meyvə-tərəvəz, ət və ət məh-

sulları tapılır. Buna baxmayaraq, qış

tədarükü  el  adəti  kimi  bu  gün  də

kəndlərimizdə yaşadılır”.

    Dilbər nənə bildirdi ki, dadına

doyulmayan və Naxçıvana məxsus

olan qovurmanı hər il, demək olar

ki, hər ailə tədarük edir. Oktyabrın

sonu, noyabrın əvvəllərində, əsasən,

erkək  heyvan  ətindən  edirik  qo-

vurmanı.  Əriştə  kəsmək  qış  təda-

rükü kimi bu gün də davam etdirilir.

Bu il havalar arada sərinlədi. Qışın

tez düşəcəyindən təlaşlanıb bir ay

əvvəldən  də  əriştə  kəsənlər  oldu.

Ancaq əriştəni, əsasən bu ayda kə-

sərlər. Tutmalar, şorabalar, mürəb-

bələr hazırlayırıq. İndi kəndimizdə

xidmət mərkəzi fəaliyyət göstərir.

Tədarük etdiyimiz, təsərrüfatımızda

yetişdirdiyimiz  məhsulları  orada

satışa da qoya bilirik. İndiki dövrdə

də  çörəyimizi  təndirdə,  öz  unu-

muzdan bişiririk. Bu, çox dadlı və

faydalıdır.  Amma  onu  da  deyim

ki, kəndimizdə bir neçə çörək sexi

də fəaliyyət göstərir. Bu il də doğma

diyarımızda qış tədarükü vaxtında

və lazımınca aparılır. Muxtar res-

publikamızda  əhalinin  ərzaq  təh-

lükəsizliyinin təmin olunması isti-

qamətində  atılan  addımların  nəti-

cəsidir ki, hər il yeni-yeni istixana

kompleksləri,  soyuducu  anbarlar

qurulur.  Bu  da  qış  mövsümündə

belə, əhalini təzə kənd təsərrüfatı

məhsulları ilə təmin edir. Həm də

ucuz  qiymətə.Bununla  yanaşı,  ta

qədim zamanlardan yay-payız ay-

larında  öz  halal  zəhməti  ilə  min

bir məhsul yetirməklə qış azuqəsi

toplayan naxçıvanlılar özünəməxsus

qış tədarükü ənənələrini də qoruyub

yaşadırlar. 

                             



4

Qeydiyyat №: 575

əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “təbriz” küçəsi 1.

telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

    Xalqımıza məxsus məişət adət-ənənələrindən biri də qışa ərzaq təda-

rükünün görülməsidir. əvvəllər qış tədarükü bir qədər çətin və məşəqqətli

olardı. Xüsusən qışa un tədarükü görülərdi. Bu tədarük bir neçə mər-

hələdən keçərdi. əkin-biçindən əldə edilən taxıl əvvəlcə yuyulardı. Bu,

çox  ağır  və  vaxt  aparan  proses  idi.  Qohum-qonşudan  palaz  toplayıb

üstünə buğda sərər, 2-3 gün ərzində qurudardılar. Buğdanı hissə-hissə

teşt və ya məcməyilərə tökər, başqa qarışıqlardan təmizləyərdilər. Bundan

sonrakı iş isə buğdanı üyütmək idi. Kəndlərdə olan su dəyirmanlarında

növbə tutular, hər kəs ailəsi üçün un ehtiyatı görərdi. 

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə