Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə59/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   55   56   57   58   59   60   61   62   ...   132

 

232


Ölm

zlik


sizi görürəm, öz xatirələrimi sizə söyləyirəm və sizinlə birlikdə bu gözəl günü bölüşdürürük.

Mən  sizin  hamınıza  cansağlığı  arzu  edirəm.  Bəhruz  Kəngərlinin  muzeyinin  açılması 

münasibətilə sizi təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu, təkcə sizin 

üçün, bizim üçün deyil, bütün Azərbaycan xalqı üçündür. Ümidvar olduğumu bildirmək istəyirəm 

ki,  siz  də,  Azərbaycanın  digər  dəyərli  insanları,  elm  xadimləri,  mədəniyyət  xadimləri,  siyasət 

xadimləri, dövlət xadimləri də bizim tariximizi, tarixi irsimizi daim öyrənib yeni-yeni səhifələr 

meydana çıxaracaqlar. Bizim millətimizin zəngin tarixini nə qədər çox araşdırıb, aşağı laylardan 

çıxarıb təbliğ edə bilsək, Azərbaycan xalqının nə qədər böyük tarixə malik olduğunu göstərə bilərik 

və inanıram ki, biz sizinlə birlikdə bunu edəcəyik. Sağ olun.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri Vasif Talıbov muzeyin açılışında



233

   


        

Ölm


zlik

N

axçıvan  Muxtar  Respublikası Ali  Məclisi  sədri  cənab Vasif Talıbovun  “Bəhruz 



Kəngərlinin  adının  əbədiləşdirilməsi  haqqında”  2001-ci  il  15  fevral  tarixli 

sərəncamına  əsasən  yaradılan  və  18  iyun  2002-ci  il  tarixdə  ümummilli  lider 

Heydər  Əliyevin  iştirakı  ilə  açılışı  olan  Bəhruz  Kəngərli  Muzeyi  2013-cü  ildə  burada  aparılan 

yenidənqurma  işlərindən  və  müxtəlif  eksponatlarla  zənginləşdirildikdən    sonra    ictimaiyyətin 

istifadəsinə  verilib.  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  sədri  Vasif  Talıbov  açılış 

mərasimində iştirak edib. O, çıxışında bildirib ki, muzeyin 2002-ci ildə baş tutan açılışından sonra 

Bəhruz Kəngərlinin əsərlərinin və rəssama aid olan eksponatların toplanmasına başlanılıb. Ötən 

müddətdə muzey Bəhruz Kəngərli irsinin təbliği istiqamətində müəyyən işlər görüb. O, qeyd edib 

ki,  Bəhruz  Kəngərli  irsi  çox  zəngin  irsdir,  rəssamlıqda  yeni  məktəbdir.  “Bu  irsi  tam  külliyyatı 

formasında qorumaq, ictimaiyyətə təqdim etmək və gələcək nəsillərə çatdırmaq isə bizim üzərimizə 

düşən başlıca vəzifələrdən biridir”, – deyən Ali Məclisin sədri əlavə edib ki, 13 fevral 2012-ci ildə 

Azərbaycan  Respublikasının  prezidenti  İlham  Əliyev  Bəhruz  Kəngərlinin  120  illik  yubileyinin 

keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali 

Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilib. O, əlavə edib ki, tədbirlər planına əsasən, 

Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan 191 əsərinin surəti 

çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı 



B¬hruz K¬ng¬rli muzeyi 

Bəhruz Kəngərli muzeyi ilə tanışlıq


 

234


Ölm

zlik


Bəhruz Kəngərli muzeyi ilə tanışlıq


235

   


        

Ölm


zlik

Bəhruz Kəngərli muzeyi ilə tanışlıq


 

236


Ölm

zlik


Bəhruz Kəngərli Muzeyinin ekspozisiyası


237

   


        

Ölm


zlik

Bəhruz Kəngərli Muzeyinin ekspozisiyası


 

238


Ölm zlik

Bəhruz Kəngərli Muzeyinin ekspozisiyası


239

   


        

Ölm zlik


albom-kataloq şəklində buraxılıb. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt 

markası və xüsusi zərf  buraxılıb, Bəhruz Kəngərliyə aid sənədli ilm hazırlanıb və Bəhruz Kəngərli 

Muzeyinin yerləşdiyi bina yenidən qurulub. V.Talıbov həmçinin Bəhruz Kəngərli Muzeyinin tarixi 

binada yerləşdiyini bildirərək söyləyib ki, bu bina sovetlər dövründən əvvəl tikilib. İlk vaxtlar bina 

Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib. 

Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil 

almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ona görə də H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi 

üçün binaya xatirə lövhəsi vurulub və burada onun xatirə otağı yaradılıb”.

Tanışlıq üçün deyək ki, iki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində iki iş otağı, 

fond və dörd ekspozisiya zalı, ikinci mərtəbəsində isə dörd ekspozisiya zalı və “Heydər Əliyev 

xatirə otağı” yerləşir. 

Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühaizə olunur. Muzeydə 

rəssamın  341  rəsm  əsəri  var.  Bu  rəsm  əsərlərindən  58-i  orijinaldır.  Onların  arasında  rəssamın 

tamaşaçılara az tanış olan tələbəlik dövrü işləri ilə yanaşı, “Avtoportret”, “Çoban sürü ilə”, “Ov 

itləri”, “Naxçıvan gözəli”, “Naxçıvan toyu”, “Namaz” və s. kimi əsərləri vardır. 

Bəhruz bəy Kəngərlinin həyat və yaradıcılığı ilə bağlı müxtəlif fotoşəkillər, köhnə qəzetlərdə 

çap olunmuş məqalələrdən iqtibaslar görkəmli rəssamın  ömür yoluna işıq salmaqla, muzeydən 

alınan təəssüratı onun inandırıcılığına və yaddaqalanlığına kökləyir. 

Rəssamın  istifadə  etdiyi  məişət  əşyalarının  və  rəssamlıq  ləvazimatlarının  ekspozisiyada 

nümayişi də maraq doğurur. 

Respublikanın tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və 

tətbiqi sənət nümunələri də ekspozisiyadan alınan təəssüratı daha da zənginləşdirir. Bu mənada 

görkəmli heykəltəraş, xalq rəssamı Cəlal Qaryağdı və gənc tişə ustası Rahib Qarayevin hazırladıqları 

plastika nümunələrinin, əməkdar rəssamlar Telman Abdinov və  rəngkar İsmayıl Əliyevin çəkdikləri 

portretlərin, tətbiqi sənət ustası Vidadi Muradovun hazırladığı xovlu xalçanın adını çəkmək olar.  

Şair-dramaturq Adil Babayevin görkəmli rəssamın həyatına həsr etdiyi “Bəhruz” (“Yarımçıq 

şəkil”) pyesinin C.Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrında tamaşaya qoyulması 

barədə aişa, proqram və fotoşəkillərin ekspozisiyada yer alması isə xalqımızın öz sənətkar oğlunun 

xatirəsinə ehtiramını əks etdirir. 

Muzeydə “Ulu Kəngərli nəslinin övladları” adı altında nümayiş olunan eksponatlar da bura 

gələnlər    maraqla  qarşılayırlar.  Belə  ki,  burada  bu  məşhur  nəslin  dünəni  və  bu  günü  haqqında 

zəngin məlumat almaq mümkündür...




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə