Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə56/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   52   53   54   55   56   57   58   59   ...   132

 

224


Ölm

zlik


Bəhruz Kəngərlinin yaşadığı dövrdə Naxçıvan şəhərində rəsm qalereyası və sərgi salonları 

olmadığına görə, böyük sənətkar yaratdığı əsərləri tamaşaçılara öz mənzilində nümayiş etdirməyə 

məcbur idi. Akademik Məmmədcəfər Cəfərovun xatirələrində belə bir qeyd vardır: Bəhruz bir dəfə, 

1919-cu ildə Naxçıvanda, Puşkin küçəsində, yol kənarında balaca bir otaqda əsərlərinin sərgisini 

düzəltmişdi. O, qapının ağzında dayanıb yoldan ötənləri çağırırdı ki, onun sərgisinə baxsınlar. 

Qısa müddətdə əsaslı təmir edilən və bərpa olunan bu binada Bəhruz Kəngərlinin 52 orijinal 

əsəri, 300-dən artıq eksponat,  yağlı boya ilə işlənmiş rəsm əsərləri nümayiş etdiriləcəkdir. 

Möhtərəm prezident, bütün bunlar müstəqil dövlətimizdə mədəniyyətə, tarixi irsə göstərilən 

yüksək  dövlət  qayğısı  nəticəsində  mümkün  olmuşdur.  Bütün  bunların  səbəbkarı  Sizsiniz.  Bu 

tarixi  yerdə  böyük  sənətkarın  adına  layiq  muzeyin  yaradılması  və  zəruri  eksponatlarla  təmin 

edilməsi Azərbaycan mədəniyyətinin hamisi olmağınızın daha bir ifadəsidir. Azərbaycan təsviri 

sənətinin inkişafına, mədəni irsin qorunmasına göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin 

minnətdarlığımızı bildiririk. 

Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinovun

muzeyin açılışında çıxışı



225

   


        

Ölm


zlik

Az¬rbaycan Respublikasın

  ¬m¬kdar r¬ssamı 

Telman Abdinovun çı¼ 

  

Möhtərəm cənab prezident!

Bu gün Sizin qarşınızda çıxış etməklə özümü xoşbəxt sayır və qürur hissi duyuram.

Cənab  prezident,  ümumi  evimiz olan Azərbaycan müstəqilliyimizin ilk  illərində səriştəsiz 

dövlət  rəhbərləri  tərəindənb  dağılmaq  təhlükəsi  qarşısında  qalmışdı.  Xalqın  ümidi  Naxçıvana, 

əvəzedilməz şəxsiyyətə, uzaqgörən siyasəti ilə dünyanı valeh edən möhtərəm cənab Heydər Əliyevə 

bağlanmışdı. 1993-cü ildə xalqın tələbi ilə Sizin Azərbaycana ikinci qayıdışınız xalqın gələcəyə 

ümidini özünə qaytardı. Mən Ulu Tanrıya dua edərək Sizə uzun ömür, cansağlığı arzulayıram.

Sizin yenidən Azərbaycan rəhbərliyinə qayıdışınız ölkəmizi məhv olmaq təhlükəsindən xilas 

etdi. Bununla bərabər, Siz 1970-1980-ci illərdə başladığınız quruculuq missiyasını yenidən davam 

etdirdiniz. Bu gün bu quruculuq Sizin rəhbərliyiniz altında Naxçıvanda da davam etdirilir. Qədim 

Naxçıvan torpağı günbəgün gözəlləşir, həyatımızın bütün sahələrində yeni-yeni nailiyyətlər əldə 

olunur. 


Sizin  diqqət  və  qayğınız  nəticəsində  mədəniyyətimiz  də  inkişaf  edir,  tarixi  şəxsiyyətlərin 

həyatı haqqında məlumatları gələcək nəsillərə çatdırmaq üçün yeni-yeni muzeylər açılır. 

Bildiyimiz  kimi,  hər  bir  şəhər  özünün  zəngin  muzeyləri  ilə  tanınır,  şöhrətlənir.  Muzeylər 

bizim ulu keçmişimizi əks etdirir. 

Bu gün Naxçıvanda Hüseyn Cavidin, Cəlil Məmmədquluzadənin, Cəmşid Naxçıvanskinin, 

Heydər Əliyevin muzeyləri, Xalça muzeyi, Açıq səma altında muzey, Ədəbiyyat muzeyi, Şəhidlər 

muzeyi  fəaliyyət  göstərir. Açılışına  toplaşdığımız  muzey  də  Sizin  mədəniyyətimizə  və  Bəhruz 

Kəngərli irsinə olan münasibətinizin bəhrəsidir. 

Möhtərəm  cənab  prezident,  mədəniyyətimizin  inkişafına  və  mədəniyyət  xadimlərinə 

göstərdiyiniz qayğıya görə Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Allahdan arzu edirəm ki, 

Sizə uzun ömür, cansağlığı versin. Sağ olun. 

                    

  



 

226


Ölm

zlik


Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

muzeyin açılışında çıxış edərkən


227

   


        

Ölm


zlik

Az¬rbaycan Respublikası

Prezidenti Heyd¬r 

¬

liyevin nitqi

Əziz dostlar!

Əziz bacılar, qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Mən iki-üç gündür ki, Naxçıvandayam. Doğrusu, təsəvvür edə bilməzdim ki, mənə belə bir 

imkan yaranacaqdır. Çünki Naxçıvana gəlmək məsələsi ortaya çıxanda, birinci növbədə, Olimpiya 

İdman Kompleksinin açılışı haqqında söhbət getdi. Ancaq başqa planlar hələ gündəlikdə deyildi. 

Sonra isə mən Naxçıvana gəlmək haqqında qərar qəbul edərkən, düşündüm ki, bir çox başqa işlər də 

var, onlarda da iştirak etmək lazımdır, insanlarla daha çox görüşmək lazımdır. Naxçıvanın torpağı 

– daşı, havası, səması hamısı mənim üçün əzizdir. Mən bunlardan ötrü darıxıram. Amma bunlardan 

da çox naxçıvanlılar üçün darıxıram.

Dünyada insanlar müxtəlifdir. Dövlət xadimləri də, siyasi xadimlər də, alimlər də, yazıçılar 

da, cürbəcür sənət sahibləri də müxtəlifdir. Az olar ki, onlar bir-birinə bənzəsinlər. Bu da təbiidir, 

belə olmalıdır. Ona görə hər bir insanın özünəməxsus xüsusiyyətləri var. Əgər insan doğrudan da 

öz xüsusiyyətləri ilə xalqına, millətinə, Vətəninə daha çox fayda gətirə bilərsə, daha çox iş görə 

bilərsə, əlbəttə, onda bu xüsusiyyətləri qiymətləndirmək və qoruyub saxlamaq lazımdır.

Mənim həyatımın böyük tarixi var. Bunu bilirsiniz. Müxtəlif dövrlərdə mənim həyatım üçün 

yaranmış vəziyyətlər və mənim gördüyüm işlər var. Hamısı eyni deyil, hərəsinin öz yeri var. Ancaq 

mənim üçün hamısı qiymətlidir. Ola bilər, içimdən, kökümdən gələn, genetik quruluşumdan gələn 

bir şeydir ki, mən doğulduğum, yaşadığım torpağı həmişə, gənclik dövrümdən o qədər sevmişəm 

ki,  hər  dəfə  bu  torpağı,  bu  yeri,  bu  insanları  xatırlayanda  düşünürəm  ki,  bunlar  mənim  üçün 

hamısından əzizdir.

Naxçıvana  gəlişim  məndə  çox  müxtəlif  hissiyyatlar  yaradır.  Bunların  sevindirici  cəhətləri 

də  var,  məyusedici  cəhətləri  də  var.  Ancaq  əgər  hamısını  birlikdə  götürsəm,  görürəm  ki,  bu 

hissiyyatların çoxu mənim üçün, birincisi, əziz olubdur və mənim həyatımda öz rolunu oynayıbdır. 

İkincisi də, nə qədər uzaq dövrdən olsa da, mənimlə yaşayıb və yaşayır.

Ona görə də mən fıkirləşdim ki, Naxçıvana gələrkən bir az sərbəst imkanım da olsun, insanlarla 

görüşüm, söhbət edim, keçmiş günləri yadımıza salaq. Çox planlarım var idi. Onun hamısını yerinə 

yetirə bilmirəm. Deyirəm, bəlkə gedim çayxanada oturum – vaxtilə, 1990-cı illərdə mən burada 

müxtəlif adamlarla çayxanada oturmuşam – yaxud bazara gedim. Mənim bu xasiyyətim həmişə 

var, bazara gedirəm. Çünki bazar həmişə hər bir yerin müəyyən qədər aynasıdır. İndi görüm, əgər 

mümkün olsa, bunları edəcəyəm. Amma edə bilməsəm də, bunlar ürəyimdə qalacaq ki, gələn dəfə 

edim.


Biz dünən çox səmərəli iş gördük. Azərbaycan ordusunun Naxçıvandakı hissəsi ilə şəxsən 


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə