Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə53/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   49   50   51   52   53   54   55   56   ...   132

 

206


Portret cizgil

 

 ri



insan  kimi  dəyərləndirib,  onun  bənzərsiz 

insani məziyyətlərindən söz açıb...

Gülüşü də kədərli olan gənc rəssam elə 

çəkdiyi  çoxsaylı  avtoportretlərində  də  dost-

tanışlarının  sözlə  “çəkdikləri”  qiyafədə    və  

mənəvi-psixoloji tutumdadır. 

Milli rəssamlığımızda ilk “Avtoportret”in 

yaradıcısı  olan  Bəhruz  bəyin  həm  də  Tilis 

rəssamlıq məktəbində əldə etdiyi ilk bilik və 

bacarıqların nümayişi olan 1911-ci il portretində 

ciddiliyi və dalğınlığı ilə diqqət çəkir. Sonralar 

kömürlə daha kamil əsərlər yaradacaq 

gənc rəssam “öz-özünə” baxışında daha 

çox  kompozisiyanın  real  və  inandırıcı 

alınmasına  köklənib.  İşıqlı  çöhrəsində 

yaşayıb-yaratmaq eşqi duyulan Bəhruz 

bəy  içində-ruhunda  gəzdirdiklərini 

gerçəkləşdirmək  niyyətlidir.  Portretdə 

sınaqlarla  dolu  həyatda  onu  nələrin 

gözlədiyi qabardılmasa da, onun ciddi, 

tamaşaçıdan yayınan baxışlarında gizli 

bir narahatçılıq duyulur...

Rəssamın  üç  il  sonra  üzünə 

tuşladığı  “bədii  güzgü”də  (1914) 

görünənlərdə əvvəlki portretlə müəyyən 

cizgi yaxınlığı duyulsa da, bütünlükdə 

bədii  tutumunda  fərq  duyulmaqdadır. 

Kömürlə 


işləməyin 

incəliklərinə 

bələd olan Bəhruz bəy portretdə bunu 

icra  sənətkarlığının  incə  keçidlərində 

nümayiş etdirə bilmişdir. Bu dəfə də nəzərini 

tamaşaçısından  qaçırmağa  üstünlük  verən 

rəssam  üz  cizgilərinin  aydınlığında  özünün 

düşüncələrə  bələnmiş  yaşantılarına  cəlbedici 

bir görkəm verməyə nail olmuşdur. Düzbucaqlı 

kompozisiyanı rəng həllinə görə yarıya bölən  

və ağ fon-yerliklə geyimin tünd çaları arasında 

təzad  yaradan  rəssam  bununla  da  portretin 

cizgilərinin təsirliliyini əldə etmişdir...

Bəhruz  bəyin  1920-ci  ildə  sulu  boya 

ilə  işlədiyi  “Avtoportret”  bütün  mənalarda 

əvvəlkilərdən fərqlənir. Hiss olunur ki, aradan 

keçən  altı  il  rəssamın  həyatında  duyulası 

izlər  buraxıb.  Bunu  üzünün  tükü  sona  qədər 

təmizlənməmiş  çöhrəsi,  onun  sakitliyinə 

narahatçılıq  qatılmış  baxışları  da  ifadə  edir. 

Başındakı  araxçın,  görməyə  adət  etdiyimiz 

uzun saçların yoxluğu da rəssamın yeni portret 

cizgiləridir,  desək,  yanılmarıq.  Elə  əsərin 

pastelsayağı – bir qədər “dumanlı” rəng həlli, 

fon-yerliyin  geyimlə  ahəngdar  qovşağı  da 

Bəhruz bəy Kəngərli yaradıcılığı üçün təzədir. 

Əksər  kiçikölçülü  əsərlərində  olduğu  kimi 

burada  da  obrazın  möhtəşəmliyi  nə  qədər 

duyulan  olsa  da,  bütünlükdə  nikbinlikdən 

uzaqdır... 

 Yuxarıda oxuduqlarınız, yəni, rəssamın 

sözlə və rənglə çəkilmiş portret cizgiləri bizi 

qane  edəcək  ədəbi-bədii  tutumda  olmasa  da, 

düşünürük ki, həyat sınaqlarına bəzən yaşına 

uyğun  olmayan  tərzdə  tab  gətirən,  ruhunda 

gəzdirdiyi  yaratmaq  missiyasını  yaxşı  başa 

düşən  bir  insan  haqqında  müəyyən  təəssürat 

yaradır...

Çox  qəribədir  ki,  müasirlərinin  sakit 

təbiətli  və  azdanışan  kimi  dəyərləndirdikləri  

Bəhruz  bəy  rənglərdə  və  cizgilərdə 

gerçəkləşən  sənət  dünyasında  kifayət  qədər 

sərtdir.  Dünyanın  gerçəkçi  qavrayışını 

sərt  realizm  prinsiplərinə  bələyən  rəssam, 

kətanda  və  vərəqlərdə  əyaniləşən  mənzərə 

və  portretlərində  çox  inandırıcıdır.  Onun 

ideallaşdırmadan və şişirtmədən uzaq olan bu 

əsərlərində rəssam məqsədli olaraq gerçəklikdə 

gördüklərini yaşatmaq, onun daşıdığı tutumun  

olduğu kimi gələcəyə ötürülməsinə meyillidir. 

Elə  bu  səbəbdən  də  onun  müxtəlif  janrlı 

əsərləri zamansızdırlar... 

İnsan  həyatının  mənasını  təbii  ki,  təkcə 

onun  uzunluğu  müəyyənləşdirmir.  Belə  ki, 




207

   


        

Portret cizgil ri

həyatda olan hər bir insanın əldə edə biləcəyi 

ən  böyük  qazanc,  onu  özünün  yoxluğundan 

sonra da xatırladacaq  əməllərə sahib olmasıdır. 

Bu mənada Bəhruz bəy çox xoşbəxtdir. Belə 

ki,  hələ  sağlığında  el-obada  kifayət  qədər 

tanınan  gənc  rəssam  demək  olar  ki,  milli 

incəsənətimizə  verdiyi  töhfələrə  rəğmən  öz 

layiqli  qiymətini  almışdır.  Qənaətimizcə,  o, 

həyatı  dərk  edən  andan  nə  edəcəyini  bilirdi. 

Onun  qulağının  eşitməməsi  də  onun  üçün 

maneə  yox,  bir  sınaq  idi  və  gənc  rəssam  da 

bu  sınaqdan  şərələ  çıxa  bildi.  Rəssamın  bu 

günə  kimi  fəth  etdiyi  “Bəhruz  bəy  Kəngərli 

zirvəsi”nin  əlçatmazlığı  da  sənətdə  və 

həyatda  qazandıqlarının  Tanrı  tərəindən  ona 

qaytarılması kimi dəyərləndirmək olar...



Naxçıvan mənzərəsi.




Kəngərlilər


211

   


        

R

ssam haqqında fikirl r



B

əhruz  Kəngərli  nadir  istedada  malik  olan  bir  insan  idi.  O,  Azərbaycan  xalqının 

professional  rəssamlıq  sənətində  ilk  rəssamdır.  Onun  əsərləri  Azərbaycan  rəssamlıq 

sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. 

Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olub. Hesab edirəm 

ki,  Azərbaycanda,  o  cümlədən  Naxçıvanda  sənətşünaslar,  tədqiqatçılar  Bəhruz  Kəngərlinin 

yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdır.

                                                        HEYDƏR  ƏLİYEV



                                          Azərbaycan xalqının ümummilli lideri

 

T



ilisdə  xüsusi  rəssamlıq  təhsili  alan  Bəhruz  Kəngərlinin  yaradıcılığı  rus  boyakarlıq 

məktəbinin ənənələrini davam etdirən mühitdə formalaşsa da, o, tamamilə milli ruhda və 

üslubda yaratmış, milli rəssamlığın inkişafında özünəməxsus rol oynamışdır. Xəlqilik və 

insanpərvərlik, realizm və Vətənə sonsuz məhəbbət Kəngərli yaradıcılığının əsasını təşkil edir.



VASİF TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri

Q

üvvətli bir istedad sahibi olan Bəhruz Kəngərli də (1892-1922) realist rəssam idi. O, 



Azərbaycanda  ilk  dəfə  olaraq  realist  mənzərələr  yaratmışdır.  Onun  əsərlərində  yerli 

kolorit güclüdür. Rəssamın “Qaçqınlar”, “Yatmış uşaqlar” adlı təsvirləri çox mənalı və 

qiymətlidir.

MİR CƏLAL

Əməkdar elm xadimi, professor

R¬ssam haqqnda fikirl¬r



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə