Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə52/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   48   49   50   51   52   53   54   55   ...   132

203

   


        

Portret cizgil

 

 ri


imza  edər  və  xüsusi  dəftərdə  əsərin  tarixini, 

sıra nömrəsini yazardı.

O, tablolarını böyük səliqəylə işləyir və 

otağının  divarlarını  onlarla  bəzərdi.  Böyük 

otaqda  rəssamın  elə  bil  ki,  daimi  sərgisi 

düzəlmişdi.  Burada  küncdə  balaca  bir  miz 

də  vardı.  Üstü  tirmə  ilə  örtülmüş  bu  mizin 

üzərində hər cür bədii əl işləri: misdən, kaşıdan, 

saxsıdan  ibarət  bəzəkli  qab-qacaq,  toxuma 

corablar,  pul  kisəsi  qoyulmuşdu.  Rəssam  el 

sənəti nümunələrini yüksək qiymətləndirərdi.

O  zaman  Bəhruz  əsərlərini  yaratmaq 

üçün  heç  bir  yerdən  maddi  kömək 

gözləyə  bilməzdi.  Yorulmadan  çəkdiyi 

mənzərə,  surət  və  məzmunlu  əsərləri 

onun  üçün  qismən  gəlir  mənbəyi  idi. 

B.Kəngərli  məhz  bu  məqsədlə  bəzən 

öz  əsərlərinin  surətlərindən  ibarət  kiçik 

albomlar  düzəldərdi.  Belə  albomları  o, 

“Naxçıvan yadigarı” adlandırardı...”

Adil 

Qazıyevin 



xatirələrində 

rəssamın  portret  cizgilərini  tamamlaya 

bilən, onun sənətdəki başlıca yaradıcılıq 

prinsipini  –  realist  sənətə  münasibətini 

əks  etdirən  ikirlərə  də  rast  gəlmək  

mümkündür : “Mən Bəhruz Kəngərli ilə 

1919-cu  ildə  Naxçıvanda  tanış  oldum. 

Bəhruz bizim şəhərdə xüsusi təhsil almış 

və  peşəkar  yaradıcılıqla  məşğul  olan 

yeganə rəssam idi. Mən də o vaxtlar rəsmə həvəs 

göstərirdim. Bir dəfə valideynimin məsləhətilə 

öz şəkillərimi Bəhruza göstərdim. Bu şəkilləri 

mən  kitablardan  və  çap  olunmuş  şəkillərdən 

(reproduksiyalardan)  köçürmüşdüm.  Bəhruz 

mənim  çəkdiyim  şəkillə  diqqətlə  baxdıqdan 

sonra  dedi:  “Sən  şəkil  böyütmədən  əl  çək, 

naturadan  baxıb  çəkməsən  bir  şey  öyrənə 

bilməyəcəksən...” Bundan sonra Bəhruz məni 

tez-tez  özü  ilə  mənzərə  çəkməyə  aparırdı. 

İşlədiyimiz zaman o, mənə faydalı məsləhətlər 

verirdi.  Bir  müddətdən  sonra,  aramızda  bir 

neçə  yaş  təfavüt  olmasına  baxmayaraq,  biz 

dost olduq...”

Rəssamın  gerçəkçi  sənət  barəsində  bu 

ikirləri  də  çox  şeydən  xəbər  verir:  “Mən 

gördüyüm  bu  qəribə  aləmi  rənglərlə  təsvir 

edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni 

ola bilmir. Mən çalışıram elə rəsm çəkim ki, o 

həmin şeyin eyni ola bilsin”.

Yaradıcı  adamların  yaratdıqlarında 

həm də özünü ifadə etmələri  təftişə ehtiyacı 

olmayan  aksiomdur.  Odur  ki,  Bəhruz  bəy 

mənzərələrində  çoxlarına  nikbin  görünsə  də, 

o,  çoxqatlı tutuma malik  əsərlərində həm də 

suallıdır.  Naxçıvanlı  fırça  ustasını  görkəmli 

mənzərə ustası Səttar Bəhlulzadə ilə müqayisə 

edən ədəbiyyatşünas alim M.Cəfər onun təbiət 

motivlərində özünü göstərən portret cizgilərini 

belə  səciyyələndirir:  “Bəhlulzadə  təbiətə, 

varlığa,  naturaya  sadiq  olması,  gerçəkliyi 

mühaizə  etməyə  göstərdiyi  səyi  ilə  öz 

unudulmaz sələi Bəhruz Kəngərlini xatırladır. 

Ancaq  yaradıcılıq  idealı,  ilhamı  etibarı  ilə 

bu  iki  sənətkar  tamamilə  fərqlənirlər.  Mən 

Bəhruz  Kəngərlini  görmüşdüm,  o,  həmişə 

dalğın,  kədərli  idi.  Onu  həmişə  qaşları 

çatılmış,  düşüncəli  görərdim.  Onda,  sənəti 

qiymətləndirilməyən,  ancaq  öz-özünü  yaxşı 

anlayan,  qiymətləndirən  bir  sənətkar  qüruru 

vardı.  Heç  kəsə  qarışmaz,  daim  tək  gəzərdi. 

Ancaq  yoxsul,  ayaqyalın  uşaqları,  qaçqınları 

görəndə  dayanar,  onları  danışdırıb,  dinləmək 

istərdi.  Bu  da  mümkün  olmadıqda  onların 

arxasınca gözdən itirincəyə qədər baxar, sonra 

yenə başını aşağı salıb yoluna davam edərdi. 

Hiss  edərdin  ki,  o  insanı,  həyatı  çox  sevir, 

ancaq zəmanəsindən narazı, qəzəblidir. 

İnqilabdan əvvəl Bəhruz yaradıcılığında 

da belə idi. Mənzərələrində öz ağır zəmanəsinin 

dərdini  təbiətə  danışar,  təbiəti  də  öz  ikirləri, 




 

204


Portret cizgil ri

B.Kəngərli. “Avtoportret”. 1920.


205

   


        

Portret cizgil

 

 ri


hissləri  ilə  həmahəng  olmağa,  bu  ağır  dərdə 

şərik  olmağa  çağırardı.  Gah  kədərlənər, 

gah  qəzəblənər,  təbiəti  də  kədərləndirib, 

qəzəbləndirərdi.

Sovet 

Azərbaycanının 



yetişdirdiyi 

Bəhlulzadə təbiətə xoşbəxt günlərdən danışır, 

təbiəti də bu xoşbəxtliyə şərik olmağa çağırır. 

Bəhruzun 

mənzərələrində 

təbiət 


sənətkarın  qəmlərini,  ələmlərini,  insanların 

faciəsini gizli-gizli danışa bilməsi üçün yeganə 

bir sığınacaq guşə idi. Təbiət onun həmdərdi 

idi.  Bəhlulzadənin  mənzərələrində  isə  təbiət, 

qüdrətli  insan  iradəsinin  təsiri  ilə  azad 

nəfəs  alır.  Sanki  gün-gündən  çiçəklənib 

gözəlləşir.  Təbiət  Bəhlulzadə  üçün, 

eyni  zamanda,  ümumi  ruh  yüksəkliyini 

ifadə edən bir vasitədir. Bəhruz təbiətin 

qoynunda özünü həmişə tək, müdaiəsiz 

hiss edirdi. Bəlkə elə buna görədir ki, onun 

mənzərələrində insan təsviri görünmür... 

Bəhlulzadə isə təbiətin qoynunda bir an 

belə olsun özünü yalnız, müdaiəsiz hiss 

etmir. 

Hamı  bilir  ki,  bu  fərq  iki  sənətkar 



arasında  olan  fərq  deyil,  iki  müxtəlif 

epoxa arasında olan fərqdir”...

M.Cəfər  Bəhruz  bəyin  onu  daima 

izləyən təzadlı yaradıcılıq yaşantıları ilə 

yanaşı,  onun  insani  keyiyyətlərini  də 

vurğulamaqla, onun portret cizgilərini bir qədər 

də  aydınlaşdırmağa  kömək  edir:  “Bəhruz  bir 

dəfə (1919-cu ildə) Naxçıvanda, indiki Puşkin 

küçəsində  ,  yol  kənarında,  balaca  bir  otaqda 

əsərlərinin  sərgisini  düzəltmişdi.  O,  qapının 

ağzında  dayanmış,  yoldan  keçənləri  çağırırdı 

ki,  gedib  onun  sərgisinə  baxsınlar.  Bəhruz 

“kasıb  oxumuşlardan”  sayılırdı.  Həqiqətdə 

də,  rəssamın  güzəranı  çox  ağır  keçirdi. 

Əsərlərini alan yox idi. Bu sərgi sübut etməli 

idi  ki,  avamların  zənn  etdiyi  kimi  Bəhruz 

yoxsul  deyildir.  Hamıdan  varlı,  dövlətlidir. 

Ancaq o gün böyüklərdən, yaşlılardan heç biri 

sərgiyə baxmaq istəmirdi. Yəqin ki, onlar fala 

baxdırmağa, istixara eləməyə, dua yazdırmağa 

tələsənlərdi.  Bu  arada  bir-neçə  uşaq  küçədə 

oynaya-oynaya 

rəssama 

yaxınlaşdılar. 

Onlar  Bəhruzun  hamıdan  dövlətli  olduğunu 

bilməsələr  də,  “mehriban  şəkil  çəkən  dayı” 

olduğunu  bilirdilər.  Bəhruz  onları  mülayim 

baxışları  ilə  qarşıladı.  Həmişə  azca  titrəyən 

səsi  ilə  uşaqları  dilə  tutub  sərgiyə  apardı.  O 

bir-bir  əsərlərini  göstərib  həvəslə  uşaqlara 

izahat verirdi və arada bir gülümsəyib deyirdi: 

“Əl vurmaq olmaz, olmaz əl vurmaq”. 

Mən, həmişə üzü tutqun, qaşları çatılmış 

olan rəssamı birinci dəfə burada gülümsəyən 

gördüm.  Ancaq  bu  gülüş  də  kədərli  idi.  Elə 

bil Bəhruz uşaqlara deyirdi: “Görürsünüz də, 

uşaqlar, sənəti başa düşən, insanı başa düşən 

azdır!..”

Yazıçı-şair  Toiq  Mahmudun  “Uzaqda 

dağlar  görünür”  povestində  və  şair  Adil 

Babayevin  “Yarımçıq  şəkil”  pyesində  də 

rəssamın  obrazını  tamamlayacaq  mənəvi-

psixoloji  dəyərlər  kifayət  qədərdir.  Düzdür, 

yazılanlar bilavasitə yazıçı və şair təxəyyülünün 

nəticəsidir. Amma  nəzərə  almaq  lazımdır  ki, 

onlar nə qədər təxəyyülünün məhsulu olsa da, 

müəllilərin müxtəlif mənbələrdən topladıqları 

faktların  əsasında  yazılıb.  Buna  əmin  olmaq 

üçün  hər  iki  ədəbi  nümunəni  kitaba  daxil 

etmişik... 

Bəhruz bəyin bacısı Mənsurənin rəssam 

oğlu  Xanlar  Məmmədov  (Corat)  danışır  ki, 

naxçıvanlı fırça ustasının tələbə yoldaşı olmuş  

Lado Qudiaşvili ilə 1974-cü ildə baş tutan bir-

neçə  saatlıq  görüşündə  də  dayısı  barəsində 

xoş  sözlər  eşidib.  Məşhur  gürcü  rəssamı 

azərbaycanlı  dostunu  yoldaşlıqda  sədaqətli, 

daima  yaradıcılıq  axtarışlarına  meylli  olan 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə