Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə48/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   44   45   46   47   48   49   50   51   ...   132

187

   


        

Süjetli kompozisiyalar

ekspozisiyada göstərilmək əvəzinə, fondlarda 

saxlanıb.  Elə  bu  səbəbdən  də  əsər  geniş 

ictimaiyyətə yaxşı tanış deyil. 

Əksər  əsərlərində  olduğu  kimi  bu  süjet 

də  Bəhruz bəyin müşahidələrinin nəticəsidir. 

Tez-tez  doğma  şəhərin  müxtəlif  guşələrini 

gəzib-dolaşan  rəssamı  bu  motiv  cəlb  etməyə 

bilməzdi.  Doğrudan  da  üst-üstə  sıralanmış 

al-əlvan  parça  toplarının  qarşısında    tünd 

geyimli  dükançının  təsviri    çox  cəlbedicidir. 

Parça  ölçən  dükançının  iqurunu  bilərəkdən 

kompozisiyanın  sağ  tərəinə  çəkən  rəssam, 

onun  iqurunu  soldakı  parça  bolluğu 

ilə  müqayisədə  kifayət  qədər  duyulan 

etmişdir. Əsərin yaranma tarixinə əsasən 

demək olar ki, Bəhruz bəy onu tələbəlik 

illərində  işləyib  və  bunu  elə  qraik 

kompozisiyanın  ümumi  bədii  tutumundan  da 

duymaq mümkündür. 

Bütünlükdə götürdükdə  yaradıcılığı boyu 

müxtəlif  janrlarda  əsərlər  yaratmağa  meylli 

olan rəssamın süjetli kompozisiyalarının sayı 

bəlkə  də  azdır.  Əsasən  portret  və  mənzərə 

janrlarında  əsərlər  yaratmağa  üstünlük  verən 

rəssama  bunu  irad  tutmaq  əlbəttə  düzgün 

olmazdı.  Belə  ki,  o,  öz  sənətkar  “mən”ini 

təkcə  bir  janrla  da  təsdiqləyə  bilərdi.  Etiraf 

edək  ki,  gənc  rəssam  bunu  yaradıcılığı  boyu 

ərsəyə gətirdiyi irili-xırdalı əsərin hər birində 

nümayiş  etdirə  bilmişdir.  Başqa  sözlə  desək, 

Bəhruz bəy Kəngərli süjetli kompozisiyalarsız 

da böyük – çoxəsrlik tarixə və bədii ənənələrə 

malik olan Azərbaycan təsviri sənətində dərin 

izi olan sənətkardır, desək, yanılmarıq...



B.Kəngərli. “Dükanda”. 1913.


 

188


Teatr-dekorasiya s n ti


189

   


        

Teatr-dekorasiya s n ti

1883

-cü  ilin  martında    gör-



kəm li  zi yalı  –  yazıçı-

pub lisist,  tədqiqatçı  və 

təşkilatçı, ictimai xadim Eynəli bəy Sul tanov 

tərəindən  əsası  qoyulmuş  və  hə min  illərdə 

Qur ba nəli  Şərif zadə,    Mirzə  Ələk bər  Süley-

manov,  Rəhim  Xəli lov,  Nəs rullah  və  Fərə-

cullah  Şeyxovların,  son ralar  isə  Cəlil 

Məm mədquluzadə, Məm məd tağı Sidqi, 

Əbülqasım  Sul tanov,  Məhəmməd  ağa 

Şahtaxtılı,  Mirzə  Əliməmməd  Xəlilov, 

Mirzə Cəlil Şürbi, Mirzə Məmməd Za-

manbəyov və başqa qabaqcıl maarifpər-

vər  ziyalılar  tərəindən  formalaşdırılıb 

inkişaf  etdirilən  Naxçıvan  Teatrı  XX 

əsrin  əvvəllərində  yeni  mərhələyə  qə-

dəm  qoymuş,  burada  teatr-dekorasiya 

rəssamlığı  sahəsində  də  ilk  addımların 

atılmasına  başlanmışdı.  Azərbaycanda 

bu sənətin təşəkkülü və davamlı şəkildə 

inkişafı  səhnə  tərtibatı  sahəsində  də  is-

tedadını sərgiləyən Bəhruz bəy Kəngər-

linin adı ilə bağlıdır. Bununla belə unut-

mayaq ki, 1908-ci ildə ilk dəfə Bakıda 

tamaşaya  qoyulan    “Leyli  və  Məcnun” 

operasının səhnə tərtibatını Əli bəy Hüseyn-

zadə vermişdi. 

Məlumdur  ki,  1883-cü  ildən  1912-ci 

ilə  kimi  Naxçıvan  Teatrında  peşəkar  rəssam 

olmadığına görə səhnə tərtibatı həvəskar ak-

tyorlar  tərəindən  verilirdi.  Ona  görə  də  bu 

tərtibatlar  çox  sadə  və  primitiv  xarakter  da-

şıyırdı.  1912-ci  ildən  etibarən  Naxçıvan  Te-

atrında bu sahədə fəaliyyətə başlayan Bəhruz 

Kəngərli  burada  böyük  xidmət  göstərmiş, 

tamaşalara milli koloritdə zəngin səhnə tərti-

batı  vermiş,  tamaşaların  ruhunu  əks  etdirən, 

forma  və  məzmun  vəhdətilə  seçilən  dekora-

siyalar, müxtəlif rəng çalarlarında gözəl pər-

dələr, geyim eskizləri və səhnənin cazibəsini 

artıran  pannolar  hazırlamışdır.Bu  yerdə  xa-

tırladaq ki, Şirəli bəyin yaxın qohumlarından 

olan,  Naxçıvan Teatrının banisi və yorulmaz 

hamisi Eynəli bəy Sultanovun, həmçinin qar-

daşı  Qədir ağa Kəngərlinskinin məsləhəti və 

təkidi, Hüseyn Cavid, Cəlil Məmmədquluza-

də,  Məmmədtağı  Sidqi,  Əliqulu  Qəmküsar, 

Qurbanəli Şərifzadə, Rza Təhmasib, Əziz Şə-

rif, Əli Xəlilov və digər müasirlərinin, dost-

larının xeyir-duası ilə Tilisə yollanan Bəhruz 

bəy orada çox fərqli mühitlə qarşılaşır.  Tilis 

mühiti – gənc rəssamın Cəlil Məmmədqulu-

Teatr-dekorasiya s¬n¬ti

“Ölülər” tamaşasının aişası.

1920-1922-ci illər.



 

190


Teatr-dekorasiya s n ti

zadə  və  Eynəli  bəy  Sultanovla  təması,  rəs-

sam İ.Rotter və O.Şmerlinqlə yaradıcılıq ün-

siyyəti  onun  demokratik  ruhlu  rəssam  kimi 

formalaşmasına çox kömək edir. Bəhruz bəy 

Tilisdə  tez-tez  Rza  Təhmasibin  “Müsəlman 

Artistləri İttifaqı”nın (başqa bir adı isə “Au-

ditoriya” idi) teatr truppası ilə birgə oynadı-

ğı rollara tamaşa edər və teatr rəssamlığı işilə 

çox ciddi maraqlanardı. Bəzən o, baxdığı bu 

tamaşalara  aid  öz  ikirlərini  söyləyər,  bura-

dakı  obrazlara  aid  qaralamalar  cızar,  müna-

sib dekorasiyalar və geyim eskizləri çəkərdi. 

Görkəmli fırça ustasının teatr rəssam-

lığına olan sonsuz həvəsini və ecazkar 

əl  qabiliyyətini  hamıdan  yaxşı  bilən 

Rza Təhmasib 1912-ci ildən –  Naxçı-

van Teatrına gəldikdən sonra, 1912-ci 

ilin  yayında  tətildə  olan  Bəhruzu  da 

bu  teatra  dəvət  edir.  Beləliklə,  Bəh-

ruz  bəy  Şirəli  bəy  oğlu  Kəngərlinin 

Naxçıvan  Teatrında  Azərbaycanın  ilk 

professional  teatr  rəssamı  kimi  yara-

dıcılığı başlayır. Bəhruz Kəngərliniun 

Naxçıvan Teatrına gəlişi haqqında Əli 

Xəlilov  “Naxçıvan  Teatrının  tarixi” 

kitabında  yazır:  “Bu  illərdə  məşhur 

rəssam,  naxçıvanlı  Bəhruz  Kəngərli 

Tilisdə  Rəssamlıq  Məktəbində  təhsil 

alırdı.  Bəhruz  yay  tətilində  Naxçıva-

na  gələndə  Rza Təhmasibin  məsləhə-

tilə  bir  sıra  teatr  dekorları  –  iki  otaq, 

meşə, dağ, ayrı-ayrı ağac şəkilləri, kolluqlar, 

qayalar çəkdi. Vəsait yoxluğundan teatr dai-

mi rəssam saxlaya bilmədiyi üçün bu dekor-

lardan  sonralar  teatrın  oynadığı  bir  çox  ta-

maşa  və  müsamirələrdə  də  istifadə  edilirdi. 

20-ci  illərin  əvvəllərində  Azərbaycanda  iki 

görkəmli  rəssam  məşhur  idi.  Bunlardan  biri 

məşhur və hörmətli rəssamımız Əzim Əzim-

zadə, digəri isə gənc rəssam Bəhruz Kəngərli 

idi”.Bəhruz  Kəngərli teatrda çalışdığı zaman 

Naxçıvanda  “Xeyriyyə”  məktəbinin  nəzdin-

də “El güzgüsü” adlı Dram Cəmiyyəti təşkil 

edilir və 1917-ci ilin may ayında Cəlil Məm-

mədquluzadənin  “Ölülər”  əsərinin  tamaşası 

ilə  fəaliyyətə  başlayır.  Əslində  həmin  vaxt-

da Naxçıvan Teatrı bu ad altında fəaliyyətini 

davam  etdirmişdir.  Bu  tamaşanın  rejissoru 

və  Keli  İsgəndər  rolunun  ifaçısı  Rza  Təh-

masib,  rəssamı  isə  Bəhruz    Kəngərli  olmuş-

dur.  “Ölülər”  tamaşası  rəssama  hələ  1915-ci 

ildən  tanış  idi.  Naxçıvan  Teatrında  ilk  dəfə 

1915-ci  ildə  oynanılan  “Ölülər”  tamaşasının 

səhnə  tərtibatı,  dekorları  və  geyim  eskizləri 

üzərində çalışarkən B.Kəngərli  deyirmiş ki: 

“Bu  əsər  Naxçıvan  şəraitində  yaradılmış  və 

Mirzə  Cəlilin  əsərdə  təsvir  etdiyi  surətlərin 

çoxu  naxçıvanlıdır.  Tamaşa  Naxçıvan  şəra-

itində  aparılır.  Ona  görə  tamaşa  real  olmaq 

üçün  aktyorların  geyimlərini  (çuxa,  arxalıq, 

ayaqqabı və s.) Naxçıvanda olduğu kimi ya-

ratmaq  istəyirəm.  Təsvir  edilən  hadisələrin 

yerlərini  –  evləri,  qəbiristanlığı  Naxçıvanda 

olduğu  kimi  vermək  niyyətindəyəm”.  Bəh-

ruz bəy Kəngərlinin teatr fəaliyyətində onun 

“Pəri-Cadu”  (Əbdürrəhim  bəy  Haqverdiyev) 

tamaşasına verdiyi tərtibat (1912) da çox ma-

raqlı  olmuşdur.  Zamanında  bu  tərtibatı  ger-

Naxçıvan teatrının aktyorları. 1920.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə