Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə46/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   42   43   44   45   46   47   48   49   ...   132

177

   


        

Natürmortlar

məntiqlidir.  Belə  ki,  özünəməxsus  forma-

biçimə malik olan çıraq da, mürəkkəb qabı da 

belə  “qonşuluqda”  özünün  ifadəli  tutumunu 

daha təsirli şəkildə sərgiləyir...

  Rəssamın  bu  janrda  yaratdığı  və  elmə 

məlum  olmayan  bir  əsəri  isə  oxuduğunuz  bu 

kitab çapa hazırlanan zaman üzə çıxarılıb. Şəxsi 

kolleksiyada  saxlanan  “Qızılgüllər”  (1920-ci 

illər) əsəri faner üzərində yağlı boya ilə çəkilib. 

Bəhruz bəy digər çoxsaylı əsərləri kimi onu da 

kiçik formatda işləmişdir. Şaquli kompozisiyanı 

güldana  yerləşdirilmiş  qızılgül  dəstəsi  təşkil 

edir.  Ağ  və  qırmızı  güllərin  tünd  rəngli 

yarpaqlarla  qovşağını  neytral-bozumtul 

yerlikdə təqdim edən rəssam ona klassik 

natürmort tutumu verməyə nail olmuşdur. 

Əsərin  rəssam  tərəindən  təhsil  sonrası 

dövrdə ərsəyə gətirildiyi ehtimal olunur...

  Bəhruz  bəy  Kəngərlinin  mənzərə 

və  portretlərinə  nisbətən  sayca  az 

olan  natürmortlarında  təbii  ki,  rəssam 

özünəməxsusluğunu  vurğulayan  bədii-estetik 

məziyyətlər  mövcuddur.  Bu  da  ilk  növbədə 

onun  təsvirə  gətirdiyi  əşyalara  rəğbətini, 

gördüklərindən  heyrətlənmək  bacarığını 

sərgiləyə bilməsidir. Əşyalar bir qayda olaraq 

kompozisiyanın əsas məna-məzmun daşıyıcısı 

kimi  təqdim  olunmaqla,  həm  də  maddi-

mədəniyyət  nümunələrinə  gözəllik  qaynağı 

kimi  baxan  rəssamın  onlara  sevgisi  ifadə 

olunmuşdur.  Odur  ki,  rəssamın  bu  bədii  irsi 

sayca  az  olmasına  baxmayaraq  onun  zəngin 

yaradıcılığına özünəməxusluq və rəngarənglik 

bəxş edən əsərlər kimi qəbul olunurlar...



B.Kəngərli. “Çıraq”. 1921.


 

178


Süjetli kompozisiyalar

B.Kəngərli. “Naxçıvan toyu” (fraqment).

1911-1914.


179

   


        

Süjetli kompozisiyalar



S³jetli kompozisiyalar

B

ir  rəssam  olaraq  öz  sənətkar 



“mən”ini 

təsviri 


sənətin 

müxtəlif  janrlarında  təsdiq-

lə məyə  nail  olan  Bəhruz  bəy  Kəngərli, 

yaradıcılığı  boyu  ərsəyə  gətirdiyi  bir  çox 

əsərlərində  kompozisiyalara  daha  ətralı 

məna-məzmun  tutumu  verməyə  çalışmışdır. 

Təbii ki, bunu şərtləndirən başlıca səbəb 

əsərlərə  daxil  edilən  obrazların  çoxqatlı 

tutuma bələnmələridir. Bu mənada gənc 

fırça ustasının müxtəlif illərdə yaratdığı 

“Elçilik”  (1910-cu  illər),  “Naxçıvan 

toyu” (1910-cu illər), “Naxçıvan çaparı” 

(Tarixi məlum deyil), “Dükanda” (1913), 

“Qaçqınlar” (1920-ci illər), “Çoban sürü 

ilə” (1921), “İki qadın” (1920), “Namaz” 

(1916),  “İki  qaçqın  qız”  (1920)  və 

“Kəndli oraq ilə” (1921) əsərlərinin adını 

çəkmək olar. 

Bu  əsərlərin  əksəriyyəti  bir-

iqurlu,  ikiiqurlu  və  üçiqurlu  kom-

pozisiyalardan  ibarətdirsə,  “Elçilik”  və 

“Naxçıvan  toyu”  lövhələri  çoxiqurlu 

olmaları  ilə  digərlərindən  seçilir.  Hər 

iki  kompozisiyaya  diqqətlə  baxdıqda 

onların oxşar cəhətlərinin həddindən artıq çox 

olduğunu görmək mümkündür. Belə ki, elçilik 

və  toy  mərasimlərinin  keçirildiyi  interyer, 

evlərin döşənmə tərzi, tablolarda təsvir edilən 

qadınların  üz  oxşarlığı,  xarakterik  cizgiləri 

və  geyimləri,  taxçalardakı  məişət  əşyaları 

və  s.  detallar  olduqca  oxşardır.  Tablolardakı 

kompozisiyaların  məkan,  plan  görünüşü, 

iqurların  anatomik  quruluşu,  mütənasiblik 

ölçüləri, rəng effekti və kolorit, yaxı tərzi və 

işıq-kölgə  münasibətləri  də  eynidir.  Rəssamın 

bilavasitə  şəxsi  müşahidələrinin  nəticəsində 

yaradılan  “Elçilik”  və  “Naxçıvan  toyu”  əsər-

lərində onun milli adət-ənənələrimizə bələdçiliyi 

və  onlara  sevgi  və  ehtiramı  qabarıq  duyulur. 

Hər  iki  əsər  arasında  duyulası  yaxınlıqların 

mövcudluğuna  rəğmən  demək  olar  ki,  hər 

iki  əsər  rəssam  tərəindən  adət-ənənələrimizi 

özündə  hifz  edən  və  bir-birini  tamamlayan 

kompozisiya kimi düşünülmüşdür...



S³jetli kompozisiyalar

B.Kəngərli. “Namaz”. 1916.


 

180


Süjetli kompozisiyalar

B.Kəngərli. “Naxçıvan toyu”. 1911-1914.


181

   


        

Süjetli kompozisiyalar



B.Kəngərli. “Qaçqınlar arabada”. 1921.


 

182


Süjetli kompozisiyalar

Rəssamın  işlənmə  tarixi  dəqiq  məlum 

olmayan  “Elçilik”  əsəri  qədim  zamanlardan 

bəri  xalqımızın  zəngin  etnoqraik  adət-

ənənələri  içərisində  özünəməxsus  yeri  olan 

“qız istəmə”yə həsr  olunmuşdur. Etnoqraik 

tutumlu  bu  əsər  mükəmməl  kompozisiyası 

ilə  seçilir.  Kompozisiyanın  birinci  planında 

dörd  qadın  təsvir  olunmuşdur.  Geyimlərinin 

zənginliyi  duyulan  bu  qadınlar  xalılarla 

döşənmiş evin bir tərəində bardaş qurub çay 

süfrəsi  arxasında  söhbət  edirlər.  Qadınlardan 

ikisi  körpə  uşaqlıdır.  Onlardan  biri 

qucağındakı  uşağa  nəlbəkidəki  çayı 

içirdir.  Digəri  isə,  dizləri  üzərinə 

uzatdığı körpəni yırğalayaraq yatırmağa 

çalışır. Bütün bunların əsərlərində süni 

şişirtmələrdən  uzaq  olan  rəssamın 

yaratdığı  bu kompozisiyaya səmimilik 

bəxş etməsi birmənalıdır.

Bəhruz  bəy  “Elçilik”  əsərinin 

birinci  planında  tablonun  əsas 

iqurları  kimi  elçiliyə  gələn  qadının 

və  ev  sahibəsinin  obrazlarını  təqdim 

etmişdir.  Kompozisiyadan  göründüyü 

kimi  əsas  danışıq  məhz  bu  iki  qadın 

arasında  aparılır.  Rəssam  əsərin  əsas 

mahiyyətini  –  elçi  qadının  üzündəki 

xoş  ifadədə  cəmləşdirməyi  bacarsa 

da,  bununla  kifayətlənməmiş,  adət-

ənənələrimizə  sadiq  qalaraq  elçinin 

şirin  çayı  qarışdırması  ilə,  qızın  “hə”sinin 

alındığını göstərməyə çalışmışdır. Müəllif  bu 

sevinci  ikinci  qadının,  yəni,  ev  sahibəsinin 

üzündə  ifadə  etdiyi  təbəssümdə  də  onun 

razılığını  aydınca  hiss  etdirmişdir.  Əsərin 

əsas  obrazlarından  biri  sayılan  elçilənən  qız 

üçüncü planda, mətbəxdən evə açılan qapının 

arasında təsvir edilib. O, sinidəki şirin çayları 

digər qonaqlara gətirmək üçün hazır dayanıb 

anasının  işarəsini  gözləyir.  Kompozisiyanın 

ikinci planında isə iki azyaşlı qız iquru təsvir 

edib. Onlar evin sol küncündəki taxtın üstündə 

əyləşib diqqətlə qonaqlara qulaq asırlar...

“Naxçıvan  toyu”  əsəri  Bəhruz  bəy 

Kəngərlinin yaradıcılığında  çoxiqurlu yeganə 

kompozisiya  olmaqla  bərabər,  həm  də  sulu 

boya  ilə  işlənmiş  ən  böyük  formatlı  (25x31 

sm)  əsəridir.  Tabloda  yer  almış  iqurların 

əsasən  qadın  və  qızlardan    ibarət  olması, 

əsərin  qız  toyuna  həsr  olunduğunu  göstərir. 

Rəssam evin dörd bir küncündə dövrə vurub 

oturmuş və onların arxasında ayaq üstə durmuş 

qadınları  və  qızları  təsvir  etmişdir.  Onlar 

Şərq  üçlüyünün  –  kaman  və  qoşa  nağaranın 

müşayiəti ilə qaval çalıb oxuyan müğənninin 



B.Kəngərli. “Kəndli oraq ilə”. 1921.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə