Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə42/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   38   39   40   41   42   43   44   45   ...   132

155

   


        

M

e



nz

e

r



e

l

e



r

B.Kəngərli. “Payız mənzərəsi. Əshabi-kəhf dağı”. 1921.

bunun göstəricisidir. Təbii ki, az sonra əhha-

lisini cibində “Allahsız” kitabçası gəzdirməyə 

məcbur edən yeni hökumətdən bundan artığını 

gözləmək sadəlövhlük olardı...

Təəssüf  ki,  şöhrəti  bütün  dünyaya  ya-

yılmış  bu  məkana  qarşı  biganəlik  SSRİ-nin 

bütün  mövcudluğu  dövründə  davam  etmiş-

dir. Bunun nəticəsində məzar tamamilə dağıl-

mışdır. Yalnız  müstəqillik  illərində  Naxçıvan 

Muxtar  Respublikası    Ali  Məclisi  Sədrinin 

28  iyun  2006-cı  il  tarixli  “Nuh  Peyğəmbərin 

məzarüstü  türbəsinin  bərpa  edilməsi  haqqın-

da”  sərəncamına  əsasən  qədim    abidə 

tarixi  mənbələr  nəzərə  alınmaqla  bərpa 

olunmuşdur.  Aparılan  arxeoloji  qazaın-

tılar    nəticəsində  Naxçıvan  ərazisində-

ki  Köhnəqalada  Nuh  peyğəmbərin  dəfn 

olunduğu türbənin  əvvəlki yeri dəqiqləş-

dirilmiş, sonra isə onun üzərində Əcəmi 

ruhunda  məqbərə  ucaldılmışdır.  Zahiri 

görkəmi  Əcəmi  ruhunda  həll  olunmuş 

səkkizguşəli  türbə  üç  hissədən  –  sərda-

bədən,  yerüstü  məqbərədən  və  konus-

vari örtükdən ibarətdir. Bərpa zamanı kərpic, 

kaşı və müxtəlif naxış elementlərindən istifadə 

edilmişdir. 2008-ci ildən həmin məqbərə mu-

zey kimi fəaliyyət göstərir...

Rəssamın 

 

bənzərsizliyini 



və 

özünəməx-susluğunu  təsdiqləyən  bədii  irsin-

də onun doğma yurdun ürəkaçan təbiətini əks 

etdirən  əsərlər  xüsusi  yer  tutur,  desək,  yanıl-

marıq.  

Naxçıvan  təbiətinə  xas  “kişi 

gözəlliyini”  (bu  ifadə  xalqımızın  ümummilli 

lideri  Heydər  Əliyevə  məxsusdur)  çoxsay-

lı  əsərlərində  əbədiləşdirməklə  Azərbaycan 

mənzərə  janrının  inkişafına  əvəzsiz  töhfələr 

verən  Bəhruz  bəy  Kəngərli,  əslində    yurdun 

həmin gözoxşayan guşələrinə bədii münasibə-

tin  əsasını qoymuşdur. Təhsil illərində təsviri 

sənətin bədii-texniki vərdişlərinə kifayət qədər 

yiyələnən gənc rəssam yağlı və bu sulu boya 

ilə çəkdiyi təbiət motivlərində bir qayda ola-

raq özünün gördüklərindən heyrətlənməyi ba-

cardığını sərgiləyə bilmişdir. Heyrətdən doğan 

bu mənzərələr odur ki, duyulası zaman distan-

siyasından belə duyğulandırıcı baxılırlar.  Bu 




 

156


M

e

nz



e

r

e



l

e

r



B.Kəngərli. “Nuhun məzarı”. 1921.


157

   


        

M

e



nz

e

r



e

l

e



r

B.Kəngərli. “Naxçıvanda Nuhun qəbri”. 1919.

B.Kəngərli. “Naxçıvanda Nuhun qəbri”. 1919.

B.Kəngərli. “Nuhun qəbri”. 1920.

B.Kəngərli. “Nuhun qəbri”. 1921.

B.Kəngərli. “Nuhun qəbri”. 1916.

Nuhun qəbrində aparılan arxeoloji qazıntı.

2007.


 

158


M

e

nz



e

r

e



l

e

r



yerdə  deyək  ki,  bu  fərqli  ifadə  texnikasının 

bədii  təzahüründə  rəssam  həm  də  bütün  mə-

nalarda bənzərsizdir. Rəssamın bu özünəməx-

susluğunun  kiçik  ölçülü  əsərdə  nümayişi  isə 

sadəcə  heyran  edici  və  heyrət  doğurucudur. 

Onun sulu boya ilə çəkdiyi bir çox lövhələrin-

də (“Dağ mənzərəsi”. 1918. 8,2x6,8sm; “Qo-

vaq ağacı”. 1921, 7x6,2sm; “Mənzərə”. 1921. 

7,5x4,8sm; “Dağın zirvəsi”. 1918, 7,5x4,7sm; 

“Cənuba  görünüş”.  1921,  6,3x6sm;  “Əsha-

bi-kəhf”. 1921,5x7sm) bunu müşahidə etmək 

mümkündür. 

Rəssamın  sulu  boyada  tətbiq 

etdiyi  bədii-texniki  özünüifadə  yağlı 

boya  ilə  ərsəyə  gətirdiyi  bir  çox 

əsərlərində  kəskin  dərəcədə  fərqli  – 

özünəməxsus    şəkildə  seçilir.    Belə 

ki,  sulu  boya  ilə  yaratdığı  əksər 

əsərlərdə  detallaşdırmaya  meylli  olan 

Bəhruz  bəy,  yağlı  boyada  bundan 

duyulası  qədər  uzaqdır.  Ən  maraqlısı 

isə  onun  bunu  həm  çox  kiçik,  həm 

də  yaradıcılığı  üçün  səciyyəvi  olan 

formatlarda  tətbiq  etməsidir.  Düzdür, 

müəllif  bəzi  əsərlərində  (“Qarlı 

dağlar.  Ağrı  dağı”.1916;  “Mənzərə. 

Dağın  görünüşü”.1916;  “Möminə 

xatın  türbəsi”.1910-cu  illər)  özünün 

detallaşdırma  bacarığını  da  nümayiş 

etdirmişdir və bunun məqsədli olması da 

ehtimal olunandır. Amma belə əsərlər rəssamın 

zəngin  mənzərə  irsində  çox  azdır.  Onun 

bunun  əksini  həddindən  çox  kiçik  formatlı 

əsərlərində  gerçəkləşdirməsi  isə  sənətkarlıq 

baxımından  sadəcə şaşırdıcıdır.   Etiraf edək 

ki, dünya və Azərbaycan təsviri sənətində çox 

kiçik  məkan-format  çərçivəsində  təbiətə  bu 

cür şərti-ümumiləşdirilmiş münasibətə cəsarət 

edən  rəssama  demək  olar  ki,  rast  gəlmək 

mümkün  deyildir.  Xatırladaq  ki,  “Ağaclar”. 

1917. 5x3,5 sm; “Dağ mənzərəsi”. 1918. 4,5x6 

sm;  “Ağac”.  1917.  4,5x3,5  sm;  “Mənzərə”. 

1917. 6,2x7,6 sm; “Krımda Div dağı”. 1919. 

7x11  sm;    “Payız”.  1917.  7,5x5,5  sm;  “Dağ 

mənzərəsi”.  1919.  7,5x8,5sm;  “Mənzərə”. 

1918.  6x8,5sm  və  “Dəniz  sahili”.  1916. 

6x9sm  ölçüsündədir.  Bunlar  rəssamın  kiçik 

ölçülü  əsərlərinin  hamısı  deyil.  Onların  sayı 

daha çoxdur. Onun kiçik məkan çərçivəsində 

yağlı  boya  ilə  gerçəkləşdirdiyi  zərif-incə 

keçidlər  (“Ağaclar”  (etüd).  1917.  4,5x6,5sm; 

“Dağ  mənzərəsi”.  1918.10x12,5sm;  “Albalı 

ağacları”.  1916.  6x7,5sm;  “Qarlı  dağlar”. 

1916.  10x8sm;  “Mənzərə”.  1916.  6x8sm)  də 

Rəssamın bizim dövrə gəlib çatan və çox da 

böyük formatlı olmayan bir-neçə əsərini geniş 

yaxılarla işləməsini də zamanına və məkanına 

görə  yaradıcı  cəsarət  nümunəsi  saymaq  olar. 



Nuhun türbəsi.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə