Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə40/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   36   37   38   39   40   41   42   43   ...   132

147

   


        

M

e



nz

e

r



e

l

e



r

fenomenə çevrilməsini şərtləndirmişdir. Odur 

ki,  onun  əlavə  və  yersiz  epitetlərə    ehtiyacı 

yoxdur...

Bu  məcburi  izahatdan  sonra  Bəhruz 

bəyin  özünü  daha  qabarıq  və  hərtərəli  ifadə 

etməyə nail olduğu mənzərə yaradıcılığından 

söz açmaq istəyirik. 

İlk növbədə bu mənzərələrin bədiiliyi ilə 

yanaşı, həm də tarixi əhəmiyyət daşıdığını (Yeri 

gəlmişkən qeyd edək ki, Əli bəy Hüseynzadənin 

hələ  1905-1907-ci  ildə  çəkdiyi  “Bibiheybət 

məscidi”  də  bu  cür  əhəmiyyətə  malikdir. 

Belə  ki,  bu  məscid  otuzuncu  illərdə 

bolşeviklər  tərəindən  uçurulmuşdur) 

vurğulamağa  ehtiyac  duyuruq.  Belə  ki, 

bu  əsərlərdə  Naxçıvan  təbiətinin  tarixə 

qovuşmuş  onlarla  bənzərsiz  guşəsinin 

bədii  görkəmi  hifz  olunub.  Bu  da 

danılmazdır ki, zamanın axarında həmin 

şəhər  və  təbiət  mənzərələrinin  bir  çoxu 

yox olub. Odur ki, bu gün Əcəmi yurdu 

nə  qədər  yeniləşsə  də,  onun  vaxtilə 

Bəhruz  bəyin  ecazkar  fırçası  ilə  kətan 

və  kağız  üzərində  əbədiləşən  motivləri 

tarixi  tutuma  bələndiyindən  duyulası 

maraq  oyatmaqdadır.  Təbii  ki,  bütün 

mənalarda...

Bu  gün  zaman-zaman  xalqımıza 

qarşı  törədilən  erməni  təcavüzünə  dəlil 

axtarılan  bir  vaxtda  Bəhruz  bəyin  nəhayətsiz 

əhəmiyyətə  malik  məşhur  “Qaçqınlar”ı  ilə 

yanaşı  onun  1920-ci  ildə  çəkdiyi  “Naxçıvan. 

Sınıq  minarəli  məscid”  (onu    “Zədələnmiş 

minarəli  məscid”  də  adlandırırlar)  əsərinin 

də  daşıdığı  danılmaz  və  ifşaedici  tarixiliyi 

unutmaq  olmaz.  Doğrudan  da  işıqlı  havanın 

fonunda  təqdim  olunan  məscidin  təsviri 

cəlbedici və təsirlidir. Sulu boya ilə çəkilmiş 

əsər ilk növbədə özünün kompozisiya həllinə 

görə diqqət çəkir. Bunu məscidin görkəminin 

bütöv  yox,  onun  günbəzinin  və  minarəsinin 

görüntüyə  gətirməklə  təsvir  olunması  da 

sərgiləyir. Başqa sözlə desək, rəssamın başlıca 

məqsədi əsərdə ifadə olunan erməni xislətini-

düşmən  topunun  məscidin  minarəsində 

qoyduğu izi göstərmək olub.  Odur ki, günəşli 

səmanın nur ələdiyi mavi dağların ətəklərində 

qərarlaşan  şəhər  mənzərəsinin  indiki  halda 

dominantı  rolunu  oynayan  “yaralı”  məscid 

minarəsi  kifayət  qədər  yaddaqalandır.  Sulu 

boyanın  bədii-texniki  imkanlarına  kifayət 

qədər  bələd  olduğunu  işlədiyi  portretlərlə 

nümayiş etdirən Bəhruz bəy  daha çox tarixi 

tutum  daşıyan  bu  əsərində  həm  də  Naxçıvan 

şəhər  mənzərəsinin  özünəməxsusluğunu 

göstərməyə nail olmuşdur.

Rəssam  həmin  məscidin  bir  il  əvvəl 

çəkilmiş təsvirində ona fərqli rakursdan bax-

maqla,  dini  tikilinin  qonşu  evlərin  arasından 

yüksələn  zərif  minarəsinin  möhtəşəmliyini 

vurğulamaqla,  əsərin  baxımlılığını  əldə 

etmişdir.  

Rəssamın  özündə  tarixiliyi  yaşadan 

əsərləri  sırasında  onun  Naxçıvanın  az  qala 

rəmzinə  çevrilmiş  Möminə  xatın  türbəsinə 

həsr etdiyi əsərlər xüsusi yer tutur. O, Əcəmi 

təxəyyülünün nəticəsi olan bu abidəni müxtəlif 



B.Kəngərli. “Dağ mənzərəsi”. 1920.


 

148


M

e

nz



e

r

e



l

e

r



B.Kəngərli. “Naxçıvan. Minarəsi zədələnmiş məscid”. 1920.

B.Kəngərli. “Tərk edilmiş ev”. 1921.


149

   


        

M

e



nz

e

r



e

l

e



r

B.Kəngərli. “Naxçıvanda xarabalıqlar”. 1921.

B.Kəngərli. “Eylabat kəndində dağıdılmış darvaza”. 1921.


 

150


M

e

nz



e

r

e



l

e

r



nöqtələrdən  müşahidə  etməklə,  ona  yağlı 

və  sulu  boya  ilə  ərsəyə  gətirdiyi  irili-xırdalı 

lövhələrdə  yaddaqalan  bədii  tutum  verməyə 

nail  olmuşdur.  Rəssamın  “Mənzərə”  (1920), 

“Məqbərə”  (1920,  “Naxşçıvan  yadigarı” 

albomunda), “Atabəylər  türbəsi” (1919) və s. 

əsərləri bu qəbildəndir. 

Bəhruz bəy məqbərənin möhtəşəmliyini 

vurğulamaq  üçün  bir  neçə  əsərində  format 

kimi  üiqi  kompozisiyadan  istifadə  etmişdir. 

Bu  halda  abidəni  uzaqdan  müşahidə  edən 

rəssam  onun  onu  əhatələyən  tikili  və 

yaşıllıqlarla  müqayisədə  əzəmətini 

göstərə  bilmişdir.  1919-cu  ildə 

çəkilmiş  əsərdə  (“Atabəylər  türbəsi”) 

günəşli bir gündə məqbərəni görüntüyə 

gətirən  müəllif  yaranmış  işıq-

kölgənin  müqabilində  onun  memarlıq 

məziyyətlərini 

qabartmağa 

nail 

olmuşdur...



Rəssamın  yağlı  boya  ilə  işlədiyi 

“Möminə  xatın”  (1915-1920-ci  il-

lər)  əsə rinin  bədii  şərhində  isə  onun 

yaradıcılığı  üçün  səciyyəvi  olma-

yan  məqamları  müşahidə  etmək 

mümkündür.  Belə  ki,  o,  memarlıq 

tikilisinin  daşıdığı  ecazkarlığı  qabart-

maq  üçün  xırda  yaxılarla  hörgüdə 

işlədilən mavi kaşıların mövcudluğunu 

vurğulamış,  bununla  da  türbə  səthinin 

cəlbediciliyinə və oynaqlığına nail olmuşdur.  

İncəliklə işlənmiş əsərdə türbənin baş verdiyi 

vaxt  məlum  olmayan  sağa  əyilməsini  də 

duymaq mümkündür...

Bəhruz  bəyin  Naxçıvanın  iyirminci 

yüzilliyin  əvvəllərində  daşıdığı  və  bu  gün 

mövcud  olmayan  görüntülərinin  gələcək 

nəsillərə  ötürülməsində  mühüm  rolu  olmuş-

dur.  Həm  tələbəlik  dövründə,  həm  də  təhsil-

sonrası  illərdə  doğma  şəhərin  çoxlarına  adi 

görünən  müxtəlif  guşələrini  dolaşmaqdan 

usanmayan gənc rəssam onun bu gün hamının 

tarixi  tutumlu  qəbul  etdiyi  rəngkarlıq  və 

qraika  əsərlərini  yaratmağa  nail  olmuşdur. 

Bədii-texniki  tutumuna  görə  əsasən  dəzgah 

qraikasının  tələblərinə  uyğun  gələn  bu 



B.Kəngərli. “İmamzadə türbəsi”. 1919.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə