Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə36/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   32   33   34   35   36   37   38   39   ...   132

 

130


"Qaçqınlar" silsil

e

si



yeniyetmənin ruhuna hopmuş intiqam hissini 

qabartmağa, onun həm də narahat – nüfuzedici 

baxışlarına ötürülməsini şərtləndirmişdir...

“Yaylıqlı  qız”  (1920),  “Qaçqın  İmran 

çanta  ilə”  (1921),  “Qaçqın  oğlanın  portreti” 

(1921),  “Gənc  qadının  portreti”  (1921)  və 

s.  portretlərdə  də  rəssam  gerçəkçi  bədii 

vasitələrlə  Naxçıvanda  rastlaşdığı  qaçqın 

uşaqların  yaddaqalan  obrazlarını  yaratmağa 

nail olmuşdur. 

Bəhruz  bəy  Kəngərlinin  “Qaçqın lar 

arabada”  (1921)  əsərində  isə  yurd-

yuvasını 

itirmiş 


soydaşlarımızın 

Naxçıvana  gəlişi  təsvir  olunub. 

Mənzərə  ilə  əlaqəli  təqdim  olunmuş 

motiv cəlbedici və yaddaqalandır.

“Gənc  qızın  portreti”  (1920), 

“Əyləşmiş  qadın”  (1920),  “Ayaqyalın 

qadın”  (1920).  “İki  qadın  iquru” 

(1920),  “İki  qaçqın  qız”  (1920)  və 

“Yaycı  kəndindən  qaçqın  oğlan” 

(1921)  əsərlərində  isə  Bəhruz  bəy 

kompozisiyaların  formatını  bilərəkdən 

dəyişdirmişdir. Belə ki, əgər bir qədər 

yuxarıda  adlarını  çəkdiyimiz    və 

qısa  şərhini  verdiyimiz  portretlərdə 

obrazlar  daha  yaxından  görüntüyə 

alınmışdılarsa,  indi  haqqında  söz 

açmaq istədiyimiz əsərlərdə isə qaçqın 

yeniyetmələr bütöv – ayaqdan başa kimi 

təsvir  olunublar.    Yuxarıda  vurğuladığımız 

kimi  rəssamın  obrazları  bu  formatda  təqdim 

etmək istəyi, həm də onların yalın ayaqlarını 

göstərmək  niyyətindən  irəli  gəlmişdir.  Bu 

vurğulama – niyyət ilk növbədə ölüm təhlükəsi 

altında  doğma  ocaqlarını  tələm-tələsik  tərk 

etməyə  məcbur  olmuş  insanların  zamanında 

gərginliyə  bələnmiş  yaşantılarla  baş-başa 

qaldıqlarına  bədii  işarə  kimi  qəbul  olunur. 

Rəssamın sulu boya texnikasına özünəməxsus 

münasibətini  əks  etdirən  yaxı  oynaqlığının 

belə  portretlərə  duyulası  ekspressiya  bəxş 

etdiyi  də  birmənalıdır.  Bu  portretlərdə 

müxtəlif  xarakterli  çöhrələr  istisna  olmaqla, 

kompozisiyanı  təşkil  edən  qalan  hissələr 

oynaqlığı hiss olunan yaxılarla örtüldüyündən 

obrazların fərdi yaşantıları aydın duyulur.

Bəhruz  bəyin  1920-ci  ildə  çəkdiyi  “İki 

qadın iquru”nu Naxçıvan mənzərəsi fonunda 

təsvir etməsini də müəlliin əsərə əhatəlilik və 

məkan  konkretliyi  vermək  istəyi  kimi  qəbul 

etmək  olar.  Möhtəşəm  İlandağın  və  hündür 

minarəli məscidin qarşısında görüntüyə alınan 

qadınların  fərqli  yaşantılara  bələndiklərini 

duymaq da çətin deyil.  Belə ki, onlardan biri 

geniş açılmış gözlərini tamaşaçıya zilləsə də, 

digəri  rəssamın  onların  göstərdiyi  diqqət  və 

qayğıya  baxmayaraq  baxışlarını  naməlum 

istiqamətə  yönəltməklə,  hələ  də  itirdiklərinin 

həsrətində olduğunu sərgiləməkdədir. Bu yerdə 

deyək ki, ölçü etibarilə bir o qədər də böyük 

olmayan  (13,9x18,2  sm)  bu  qraik  əsər  ilk 

baxışda  portret  janrının  tələbələrinə  müvaiq 

görünsə də, bədii-estetik və psixoloji tutumuna 

görə süjetli tablo təsiri bağışlayır. Təbii ki, bunu 

B.Kəngərli. “İki qadın iquru”. 1920.



131

   


        

"Qaçqınlar" silsil

e

si

şərtləndirən  başlıca  səbəb,  kompozisiyaya 



daxil edilmiş iqurların və müxtəlif ayrıntıların 

məna-məzmun 

daşıyıcılığının 

məhdud 


çərçivədə  qalmamasıdır.  Bu  önəmli  bədii 

məziyyətin rəssamın “Ayaqyalın qadın” (1920), 

“Qaçqınlar” (1921), “İki qaçqın qadın” (1920), 

“Oturmuş oğlan” (1920) və “Əyləşmiş qadın” 

(1920) lövhələrində müşahidə olunmaması da 

göstərir ki, bununla dolayısı həm də janrların 

qovşağına nail olan müəllif bütünlükdə əsərin 

təsirliliyinə nail ola bilmişdir. 

    Rəssamın  iri  planda  təqdim  etdi-

yi  qaçqın  portretlərində  də  onun  insan 

psixologiyasına  nüfuzetmə  bacarığına 

malik olduğunu görmək mümkündür. Bu 

mənada  onun  “Qaçqın  oğlan”  (1920), 

“Avşar  kəndindən  qaçqın  qız  Cümsün” 

(1921),  “Cavan  oğlan”  (1921),  “Qaçqın 

qız” (1921), “Canfədalı kəndindən qaçqın 

oğlan”  (1920),“Cavan  oğlanın  portreti” 

(1920), “Qırmızı yaylıqlı qız” (1920) və 

digər portretlərinin adını çəkmək olar. 

  “Qırmızı  yaylıqlı  qız”  lövhəsində 

obraz  tərəindən  yaşanan  özünəməxsus 

psixoloji yaşantının ifadəsində rəssamın 

nümayiş  etdirdiyi  sənətkarlıq  sözün  əsl 

mənasında  heyranedicidir.  Yeniyetmə 

qızın geyimindəki səliqəsizliyin ekspres-

siv tutumu qarşısında onun aydın baxışlı 

çöhrəsi  kifayət  qədər  cəlbedici  və  mənalıdır. 

Doğrudan  da  bu  qızın  çöhrəsindəki  ovqatın 

kövrəkliyini  duymamaq  çətindir.  Onun  niga-

ran baxışları ilə “qaçan” dodaqlarının qovşa-

ğının duyulanlığı ilə rəssamın obrazın ümumi 

tutumunun  yaddaqalanlığını  əldə  etmişdir, 

desək, yanılmarıq...

Bəhruz  bəyin  1920-ci  ildə  yaratdığı 

“Canfədalı kəndindən  qaçqın oğlan” lövhəsi 

də  psixoloji  yaşantılarının  qabarıqlığına  görə 

diqqət çəkir. Portret üçün seçilmiş yerlik-fondan 

başlayaraq geyimində geniş tətbiq olunan yaxı 

oynaqlığı,  portretin  təsirliliyinə  xidmət  edən 

bədii-texniki  “pauza”larla  taleyinə  qaçqınlıq 

taleyi  yazılmış  yeniyetmənin  obrazının 

zənginliyini  şərtləndirmişdir.  Geyimi  ilə 

papağının tünd rəngləri arasından tamaşaçıya 

tuşlanmış  işıqlı  çöhrəsində  ümidsizliklə 

gələcəyə  inam  qoşalaşdığından  əsərin  təzadlı 

duyğular aşılaması hiss olunandır...

Rəssamın  “Avşar  kəndindən  qaçqın  qız 

Cümsün” əsərində isə obrazın olub-keçənlərlə 

barışmaq  istəmədiyi  duyulandır.  Bu  yerdə 

deyək ki, başı örtüklü bu qaçqın qızın qətiyyətli 

baxışları  ilə  intiqam  hissiylə    yaşadığını 

sərgiləməsi də onu başqalarından  fərqləndirən 



B.Kəngərli. “Ayaqyalın qadın”. 1920.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə