Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə32/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   28   29   30   31   32   33   34   35   ...   132

 

116


Portretl r

B.Kəngərli. “Qız portreti”

(rəssamın bacısı Tahirə). 1913.

B.Kəngərli. “Qız surəti”

(rəssamın bacısı Mənsurə). 1922.


117

   


        

Portretl r



B.Kəngərlinin bacısı Gültac və ona həsr olunmuş rəsmlər. 1920-1921-ci illər.


 

118


Portretl r

şəkilin  arxasında  da  şəkillərin  sentyabr  və 

oktyabr ayında işləndiyi yazılıb. Görəsən mart 

ayında  vəfat  edən  uşağın  portretini  rəssam 

niyə yeddi ay sonra çəkib, özü də üç variantda? 

Görüntüyə əsasən demək olar ki, o, heç də iki 

aylıq  yox,  ən  azı  bir  yaşındadır.  Əlavə  edək 

ki,  Naxçıvan  muzeyində  həmin  vəfat  etmiş 

uşağın karandaşla çəkilmiş portreti var. Uşağı 

gözüyumulu təsvir edən bu əsərin üzərində də 

bu qızın  51 gün yaşadığı qeyd olunub...

Bəhruz bəyin qardaş və bacılarının bizim 

dövrə  gəlib  çatmış  fotoşəkillərinə 

əsasən  rəssamın  çoxsaylı  uşaq 

portretlərini  bilavasitə  doğmalarına 

həsr  etdiyini  təsdiqləmək  mümkün 

olmuşdur.  Bu  fotolarda  yaxınları 

nisbətən  yaşlı  olsalar  da,  onların  baş 

quruluşuna, əzalarına və üz cizgilərinə 

görə  kimlikləri  təsdiqlənmişdir.  Bu 

mənada  qəhvəyi-göyümtül  geyimli 

uşağın (“Oğlan portreti”. 1917. Kağız, 

sulu  boya.16x14,5sm)  qardaşı  Davud, 

qırmızı  köynəkli  oğlanın  (“Yatmış 

uşaq”.1921.  Kağız,  sulu  boya. 

6,3x8,4sm)  rəssamın  kiçik  qardaşı 

Rüstəm olduğu müəyyənləşdirilmişdir. 

Ən  kiçik  bacısı  Gültacın  körpəlik 

təsvirlərini  digər  bir-neçə  əsərdə 

(“Yatmış uşaq”. 1920-1921. Kağız,sulu 

boya.  6,4x3sm;  “Yuxudan  oyanmış 

uşaq”.  1921.  Kağız,  tuş,  qara  sulu  boya. 

6x3sm;  “Yatmış  uşaq”.  1921.  Kağız,  sulu 

boya.  9,3x7sm  və  “Yatmış  uşaq”.  1920-ci 

illər. Kağız, sulu boya. 15,5x12,4sm) görmək 

mümkündür.

Yəqin  ki,  Bəhruz  bəy  evlərindəki  digər 

uşaqları da unutmayıb. Lakin onların rəsmləri 

bizim dövrə gəlib çatmadığından haqqında heç 

bir söz demək mümkün deyildir. Bununla belə 

rəssamın qraik irsinə saldığımız “nüfuzedici” 

B.Kəngərli. “Oğlan portreti”

(rəssamın qardaşı Davud). 1917.



119

   


        

Portretl r



B.Kəngərlinin 51 gün yaşamış bacısına həsr etdiyi əsərlər. 1919.


 

120


Portretl r

işıq onun bacılarına – Tahirə və Mənsurəyə həsr 

etdiyi qaralama rəsmini üzə çıxarmağa imkan 

verdi. Karandaşla çəkilmiş bu rəsmlərdən biri 

–  Mənsurənin  portreti  rəssamın  “Azərbaycan 

tipləri”  adlanan  albomundadır.  Məhz  51 

səhifəlik  albomdakı  336  eskiz  xarakterli 

rəsmdən  biri  onun  bacısı  Mənsurənin  qısa 

müddətdə  çəkilmiş  portretidir.  Naxçıvan 

muzeyində  saxlanan  bir  rəsmdə  isə  Tahirə 

təsvir  olunub.  Karandaşla  çəkilmiş  rəsm  real 

bədii həlli ilə diqqət çəkir. 

Həyat  elə  gətirib  ki,  Tahirə  və 

Mənsurə bacıları həm də quda olublar. 

Belə  ki,  Tahirənin  nənəsinin  adını 

daşıyan qızı - Şirin xanımla Mənsurənin 

rəssam oğlu Xanlar ailə həyatı qurublar 

və hal-hazırda Bakıda yaşayırlar. 

Rəssamın 

uşaq 


portretləri 

barəsində  ikirlərimizi  yekunlaşdırar-

kən,  demək  istəyirik  ki,  bu  çoxsaylı 

portretlərin bilavasitə onun doğmalarına 

həsr  olunduğu  birmənalıdır.  Bu 

rəsmlərdə  təsvir  olunan  uşaqların 

çox  müxtəlif  pozalarda  təsvir  olun-

masına  rəğmən,  demək  olar  ki,  onlar 

Kəngərlilərin  evində  –  davamlı 

müşahidələrin  nəticəsində  çəkilmişdir. 

Bunu  isə  yalnız  həmin  uşaqlara  çox 

yaxın  adam  həyata  keçirə  bilərdi.  Bu 

mənada  Bəhruz  bəyin  qardaşlarını 

yatmış vəziyyətdə görüntüyə alması təbii qəbul 

olunur.  Uşaq  portretləri  arasında  Davudun 

rəssam qarşısında arzulanan poza almasını isə 

onun digər qardaşları arasındakı yaş fərqi ilə 

əlaqələndirmək olar...

Bəhruz  bəyin  zamanında  həm  təbliğat, 

həm də qazanc məqsədilə hazırladığı “Naxçıvan 

yadigarı”  albomlarında  müxtəlif  janrlarla 

yanaşı,  portretlər  də  yer  almışdır.  Rəssam 

tərəindən hazırlanan belə albomlar sayca çox 

olsa da, bu gün onlardan yalnız biri Azərbaycan 

Milli  İncəsənət  Muzeyində  qorunmaqdadır. 

Onlar  kiçik ölçülüdürlər. Elə Bakı muzeyindəki 

albomun  ölçüsü    (9,5x7,5  sm)  də  dediyimizi 

təsdiqləyir.  Albomdakı on doqquz rəsmin  ikisi  

portret janrında işlənib. Bu  rəsmlər toplusunun 

sonunda yer almış bu portretlərin birində əyni 

çuxalı, orta yaşlı kişi, digərində bəyaz saqqallı 

nurani qoca təsvir olunub. Hər iki portret real-

gerçəkçi bədii həlli ilə diqqət çəkir. Bunu sakit 

və işıqlı fon-yerlikdə təqdim olunmuş naməlum 

obrazların  onları  səciyyələndirən  cizgilərinin 

aydınlığı şərtləndirir...

İşıqlı-göyümtül  fon-yerlikdə  proil 

təsvir  olunmuş  qocanın  nurlu  siması  onun 

açıq  qəhvəyi-sarı  rəngli  əbası,  qara-qəhvəyi 

papağının  əhatəsində  aydın  və  cəlbedici 

görünür. 

B.Kəngərli. “Naturaçının portreti”. 1913.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə