Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə31/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   27   28   29   30   31   32   33   34   ...   132

113

   


        

Portretl r

də tarixi-etnoqraik ab-havasını yaşadan əsərdə 

Bəhruz bəy bir daha kiçik ölçülü portret ustası 

olduğunu  təsdiqləmişdir.  Onun  göyümtül-

mavi fon-yerlikdə təqdim etdiyi şirniyyatçının 

obrazı  həm  də  portretin  digər  detallarının  – 

ayrıntılarının  gerçəkçi-cəlbedici  işlənilməsi 

ilə  diqqət  çəkir.  Onun  iri  papağı,  ləbbadəsi, 

həna  qoyulmuş  saqqalı  və  uzun  bığları    o 

dövr  adamlarına  xas  insani  məziyyətləri  əks 

etdirdiyindən  əsər  xüsusi  əhəmiyyət  kəsb 

edir... 

Bəhruz  bəy  “Qoca  kişinin  portreti” 

əsərində  də  eyni  sənətkarlıq  nümunəsi 

sərgiləmişdir,  desək,  yanılmarıq.  Əlavə 

edək ki, 1920-ci illərdə ərsəyə gətirilmiş 

bu  portret  də  kiçik  ölçülüdür.  Belə  ki, 

sulu  boya  ilə  çəkilmiş  bu  əsərin  ölçüsü 

6,8x3,8  sm-dir.  Bununla  belə  gənc 

rəssam  qocanın  yaşına  müvaiq  olan 

psixoloji  yükü  kifayət  qədər  cəlbedici 

və yaddaqalan tutumda göstərməyə nail 

olmuşdur.  Qoca  kişinin  işıqlı  yerlik-

fondan  qara  papaq  altından  tamaşaçıya 

zillənmiş baxışları və hənalı saqqalı, eləcə 

də portretin yaddaqalanlığına yönəli digər 

detalların    real  təqdimatı  ilk  növbədə 

müəlliin yüksək sənətkarlığından xəbər 

verir. Bəhruz bəy həm bu portretləri, həm 

də  digər  janrlarda  işlədiyi  kiçik  ölçülü 

əsərləri  ilə  özünün  bənzərsizliyini  bir  daha 

təsdiqləmişdir. Odur ki, qətiyyətlə  Bəhruz bəy 

Kəngərlini  Azərbaycan  rəssamlığında  kiçik 

formatlı  əsərlərin  böyük    və  bənzərsiz  ustası 

saymaq olar. 

Rəssamın  portret  yaradıcılığında  uşaq 

portretləri  xüsusi  yer  tutur,  desək,  həqiqəti 

söyləmiş  olarıq.  Onların  ümumi  sayı  30-a 

çatır.  Sulu  boya  ilə  çəkilmiş  bir  əsər  istisna 

olmaqla,  demək  olar  ki,  qalanları  zamanında 

“Yatmış uşaq” təsviri kimi səciyyələndiriliblər. 

Çox  təəssüf  ki,  kitablarda  həmin  adı  bəlli 

olan  portretin  də  yaranma  tarixi    düzgün 

göstərilməmişdir.  Muzeydə    “Oğlan  portreti” 

kimi  qeydə  alınmış  bu  əsərin  rəsmi  sənəddə 

1917-ci ildə çəkildiyi qeyd olunmuşdur.  Həm 

M.Nəcəfovun  (1947),  həm  də  K.Kərimovun 

(1962)  yazdığı  kitabda  bu  tarix  1919-cu 

il  kimi  göstərilmişdir.  Əgər  M.Nəcəfov 

əsəri  sadəcə  “Uşaq  portreti”  adlandırıbsa,  

K.Kərimov  onu  “Rəssamın  qardaşının 

portreti”  kimi  təqdim  edib.  Mətndən  məlum 

olur  ki,  əsərdə  təsvir  olunan  rəssamın  kiçik 

qardaşı  Rüstəmdir.  Müəllif  onun  sonrakı 

taleyindən də söz açaraq, onun Böyük Vətən 

müharibəsində  həlak  olduğunu  göstərir. 

Lakin kitab üzərində işləyərkən Bəhruz bəyin 

hazırda  yaşamaqda  olan  qohum-əqrəbası  ilə 

görüşlərimiz  yuxarıdakı  məlumatın  yalnış 

olduğunu  təsdiqlədi.  Düzdür,  həmin  əsərdə 

rəssamın  ögey  qardaşlarından  biri    təsvir 



B.Kəngərli. “Tatar kişinin portreti”. 1920.


 

114


Portretl r

olunub.  Amma  bu  Rüstəm  yox,  Davuddur. 

Rüstəmin  Böyük  Vətən  müharibəsi  illərində 

cəbhədə həlak olması barəsində K.Kərimovun 

yazdıqları  da  həqiqətə  uyğun  deyil.  Belə  ki, 

onun 1945-ci il dekabr ayının 25-də Belqorod 

vilayətinin  Valuysk  şəhərindən  göndərdiyi 

məktuba  qoyduğu  fotoşəkilin  arxasındakı 

yazı  onun  müharibədən  salamat  çıxdığını 

göstərir.  Anasına  və  bacısı  Tahirəyə  xatirə 

olaraq  göndərdiyi  fotoşəkilin  arxasında  o, 

dostu  (şəkildəki  duyulan  mehribançılığa 

rəğmən  demək  olar  ki,  bu  qadın  ya 

Rüstəmin  istədiyi  qadın  və  yaxud  da 

həyat  yoldaşıdır)  Mariya  Naumenko 

ilə  təsvir  olunduğunu    qeyd  edib.  Bu 

fotonun ən maraqlı cəhəti Rüstəmin öz 

adını Boris Şirəliyev kimi yazmasıdır.   

Vətəndən  uzaqlarda  bəy  nəslindən 

olan  Rüstəmin  özünü  Boris  Şirəliyev 

kimi tanıtması təbii suallar doğursa da, 

bütünlükdə  başa  düşüləndir.  Bu  “başa 

düşülənliyin”  məğzində  ilk  növbədə 

otuzuncu  illər  repressiyası  zamanı 

Kəngərlilər nəslinin də təqiblərə məruz 

qaldığı  durur.  Onların  əksəriyyəti 

ailəliklə həm müharibədən əvvəl, həm 

də müharibə illərində keçmiş SSRİ-nin 

müxtəlif yerlərinə sürgün olunmuş, bir 

çoxları  isə  vəziyyətdən  çıxış  yolunu 

xaricə köçməkdə tapmışdılar. Odur ki, 

Rüstəmin “Boris Şirəliyev”ə dönməsi, Bəhruz 

bəyin isə elə bolşeviklərin gəlişindən sonra bəy 

nəsli  nümayəndələrinə  həsr  etdiyi  portretlərə 

müxtəlif  qeyri-müəyyən  adlar  verməsi  də 

buradan irəli gəlmişdir...

Bu  yerdə  əlavə  edək  ki,  Bəhruz  bəy 

heç  də  Rüstəmi  unutmayıb  və  zamanında 

çəkdiyi  uşaq  portretləri  qalereyasında  onun 

da əksi mövcuddur. Hazırda Azərbaycan Milli 

İncəsənət Muzeyində  qorunan “Yatmış uşaq” 

(1921)  əsərində  bilavasitə  Rüstəm    təsvir 

olunmuşdur.  Qırmızı  geyimli  oğlan  uşağının 

Rüstəm  olduğunu  zamanında  rəssamın 

bacısı  Mənsurə  xanım  (tanınmış  fırça  ustası 

Xanlar  Coratın  (Məmmədov)  anası)  tez-



Rüstəmin anasına göndərdiyi foto və onun

arxasındakı yazı. 25.12.1945.


115

   


        

Portretl r

tez  unudulmamaq  üçün  özündən  cavan 

qohumlarına söyləyərmiş.

“Rəssamın qardaşının portreti” əsərində 

məhz  Rüstəmin  yox,  Davudun  təsvir 

olunduğunu təsdiqləmək bir o qədər də çətin 

olmadı. Belə ki, onun gənc yaşlarında çəkdirdiyi 

bir foto bu günümüzə gəlib çatmışdır. Elə ilk 

baxışda  onların  baş  quruluşundakı  oxşarlığı 

duymaq  olur.  Başqa  sözlə  desək,  qəhvəyi  – 

göyümtül  köynəkli  Davudun  1917-ci  ildə 

tarixiləşmiş  portretindəki  cizgilərlə  sonralar 

ağ-qara fotoda əbədiləşəcək əlamətlər arasında 

oxşarlıq danılmazdır. 

Rəssamın  1920-1921-ci  illərdə 

çəkdiyi  uşaq  portretindəki  (“Yuxudan 

oyanmış  uşaq”  və  üç  “Yatmış  uşaq” 

əsəri)  qız  isə  bacısı  Gültacdır.  Bu  qısa 

tutuşdurmalara  əsasən  demək  olar  ki, 

Bəhruz bəyin həqiqətən də Şirin xanımla 

əmisi  Qədir  ağanın  izdivacından  iki 

qardaşı  dünyaya  gəlib  (üçüncü  uşaq  isə 

Gültac  olub).  Davud  onların  böyüyü, 

Rüstəm isə kiçiyi olub. 

Bəhruz  bəyin  kiçik  uşaqlara  həsr 

olunmuş  əsərləri  arasında  1919-cu  ildə 

çəkilmiş  bir-neçə  akvarel  və  karandaşla 

işlənmiş  qraik  lövhə  mövcuddur. 

Zahirən  onlarda  təsvir  olunan  uşaq 

müəyyən  qədər  Rüstəmə  oxşasa  da, 

üzərindəki qeyddə burada qız uşağının təsvir 

olunduğu göstərilib. Bakı muzeyində saxlanan 

bu portretlərin üçü də “Yatmış uşaq” adlanır. 

Onlardan  birinin  üzərində  təsvir  olunanın 

yanvarın  23-də  anadan  olduğu,  martın  14-də 

vəfat etdiyi və 51 gün yaşadığı qeyd olunub. 

Müəllif  elə  burada  şəkilin  1919-cu  ilin  1 

oktyabrında  çəkildiyini  qeyd  edib.  O  biri  iki 

B.Kəngərli. “Yatmış uşaq”

(rəssamın qardaşı Rüstəm). 1921.

Rüstəm Kəngərli.




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə