Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə28/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   24   25   26   27   28   29   30   31   ...   132

105

   


        

Portretl r

üzündən  oxuya  bilməmək  qabiliyyətinə 

(daha  doğrusu,  qabiliyyətsizliyinə)  necə  mat 

qalmayasan! (Lap təəccüblüsü budur ki, rəyin 

sonuna  Bəhruz  bəyin  incəsənət  muzeyində 

saxlanan  başqa  bir  əsərin  küncündəki  elə 

bu  portretdəki  imzaya  oxşayan,  amma  daha 

aydın  yazılmış  başqa  dəst-xəttinin  də  əksini 

əlavə ediblər. Orada da rəssam “Kenqerlinski” 

imzasını  işlədib.  Demək,  əsərlərini  müxtəlif  

tərzdə  imzalamış  rəssamın  soyadını  bütöv 

yazmaqla imzaetmə vərdişi də varmış. Allahdan 

olan kimi mahir “ekspertlər” xətalarını gendən 

baxanın  rahatca  tuta  bilməsi  üçün  elə 

özləri hiss etmədən əlavə əşyayi-dəlil də 

veriblər).

Vaxtilə  Rüstəm  Mustafayev  adına 

İncəsənət  Muzeyimizdən  qeyb  olmuş 

əvəzsiz  sənət  inciləri  –  Rembrandtın, 

Dürürin, Pussenin, Karraçinin əsərlərinə 

eşitdiyimə  görə  elə  bu  ekspertlər 

heyətindəkilərin bir neçəsi daşdan keçən 

mütəxəssis  rəyi  veriblərmiş  ki,  itən 

əsərlər  orijinal  yox,  surətlərdir.  Həmin 

əsərlər okeanın o tayında ABŞ-da alverçi 

əlində tutulanda bəlli oldu ki, sən demə, 

mütəxəssislərimiz “yanılıblarmış” – qeyb 

olanlar surət-ilan deyilmiş.

...Yolunu  yeni  başlayanın,  ilk 

addımlarını atanın məhz yeni başladığını, 

gənc  olduğu  üçün  yazılmamış  bir  qanunla 

səhv etmək, yanılmaq ixtiyarı da olur. Amma 

daimi  yox,  müvəqqəti.  Bərkdən-boşdan 

keçib  püxtələşmək  üçün.  Lakin  saç-saqqal 

ağartmış  peşəkarın,  “mütəxəssis”  adlananın, 

münsilik  səlahiyyəti  verilənin  qəsdən,  ya 

bilməməzlikdən səhv etməsi bağışlanılmazdır. 

Bir  dəfə  səhv  edibsə,  daha  oturub  onun 

ikinci  dəfə  səhv  etməsini,  səhvindən  nəticə 

çıxarmasını  gözləmək  yersizdir.  Beləsi,  ya 

belələri  ikinci  dəfə  yanılmaq  imkanından 

təxirə salınmadan məhrum edilməlidir!

... Şəklin dəyərini, tarixi mənasını duyaraq 

alınmasını vacib saymış nazirin göstərişindən 

sonra portreti qəbul etmək istəmirdilər – bu öz 

işləridir. Ancaq yazıq Bəhruz bəy Kəngərlinin 

təqsiri  nəydi  ki,  onu  Keterşimov  etdilər? 

Heydər  bəy  Nəsirbəyovun  təqsiri  nəydi  ki, 

onun  azərbaycanlılığını  danmaq  günahını 

boyunlarına götürdülər?”

Yeri  gəlmişkən  deyək  ki,  Rafael 

müəllim  o  vaxt  bu  portretdəki  imzanın 

fotosunu  oxuduğunuz  kitabın  müəllilərindən 

birinə  –  Ziyadxan  Əliyevə  də  göstərmişdi. 

O,  da  göstərilən  familiyanın  Bəhruz  bəy 

Kəngərliyə  aid  olduğunu  təsdiqləmişdi. 

Təbii ki, o vaxt yuxarıda adı çəkilən məşhur 

muzey oğurluğunun günahkarlarını ifşa etmək 

yönündə  atdığı  addımlara  görə  muzeydə 

bilərəkdən    “ixtisara”  salınmış  Z.Əliyevin 

ikrini nəzərə almazdılar. Bu yerdə əlavə edək 

ki,  elə  dünya  şöhrətli  rəssamların  muzeydən 

oğurlanan  əsərlərinin  Rasim  Əfəndiyev  və  

Mürsəl  Nəcəfovdan  fərqli  olaraq,  orijinal 

olmasını  deyən  də  o  vaxt  məhz  Z.Əliyev 

olmuşdu...

Akademik  R.Hüseynovun    reallığı  əks 

etdirən bu qeydləri çox təəssüf ki, bu gün də 

aktualdır. Belə ki, tərkibi yeniləşsə də həmin 

komissiya  üzvləri  hansı  səbəbdənsə  hələ  də 

əsərlərin  müəllilərini  müəyyənləşdirməkdə 

“çətinlik” çəkirlər...

Bəhruz  bəy  Kəngərlinin  yaratdığı 

çoxsaylı portretlər arasında  biri öz tutumuna 

görə  qalanlarını  üstələyir,  desək,  yanılmarıq.  

Belə ki, bu portretdə  dünyanın çox məşhur din 

xadimi – peyğəmbərlərdən biri təsvir olunub. 

Hələ  Tilisdə  oxuyarkən  ərsəyə  gətirdiyi  bu 

obraza rəssamın sonralar  təkrar-təkrar müraciət 

etməsi  zamanında  bu  portretə  Naxçıvan 

mühitində  böyük  marağın  olmasından  xəbər 




 

106


Portretl r

verir. Bu əsərin  o vaxtlar cəmisi 22 yaşı  olan 

gənc  rəssamın  yaradıcılığında  yer  alması 

haqqında  müxtəlif  mülahizələr  mövcuddur. 

Ancaq onların ən etibarlısı qardaşı qızı Sabirə 

Kəngərlinin  1999-cu  ildə  dilə  gətirdikləridir. 

Əlavə  edək  ki,  bu  portretin  akvarellə 

işlənmiş  variantı  uzun  illərdir  ki,  onun  şəxsi 

kolleksiyasında saxlanılmaqdadır. O, qeyd edir 

ki, Bəhruz bəyin bu portreti işləməsinə səbəb 

atası Şirəli bəyin Təbriz səfəri və orada yaşayan 

bir yəhudi mənşəli rəssamla tanışlığı olub. Belə 

ki,  şəxsi  işləri  ilə  əlaqədar  Təbrizdə 

olarkən orada rəssamlıqla məşğul olan 

yəhudiyə  oğlunun  istedadından  söz 

açıb və onun Tilisdə rəssamlıq təhsili 

aldığını söyləyib. Müsəlman bir gəncin 

rəssamlıqla məşğul olması  xəbərindən 

təsirlənən  yəhudi də öz növbəsində  onu 

sınağa çəkmək istəyir. Bu  məqsədilə  o, 

nə vaxtsa işlədiyi məşhur din xadiminin  

portretini Bəhruz bəy tərəindən üzünün 

çıxarılması üçün Şirəli bəyə verir. Şirəli 

bəy Naxçıvana dönəndən sonra oğlunu 

yəhudi rəssamın “tapşırığı”  barəsində 

məlumatlandırır. O da qısa bir müddətdə 

həmin  əsərin  “Naxçıvan  variantı”nı 

hazırlayır və atası Təbrizə növbəti səfəri 

zamanı onu özü ilə aparır.  Görüş zamanı 

Şirəli  bəy  oğlunun  çəkdiyi  portreti 

göstərəndə  yəhudi  rəssam  təəccübünü 

gizlədə bilmir. Onun tərif və təqdir dolu ikri 

isə  çox  qısa  olur:  “Əgər  apardığın  portreti 

nişanlamasaydım, yəqin ki, indi qarşımdakı iki 

işdən hansının mənim olduğunu ayırd etməkdə 

çox  çətinlik  çəkərdim!”    O,  sonra  dəfələrlə 

Şirəli  bəyə  oğlunun  böyük  istedad  sahibi 

olduğunu  vurğulayır,  onun  gələcəkdə  böyük 

rəssam olacağına inamını ifadə edir...

Bu  misraları  oxuyanlar  üçün  yəqin  ki, 

ümumiyyətlə,  kimliyi sona qədər bilinməyən və 

bu mənada haqlı suallar doğuran peyğəmbərin 

portretinin çəkilməsi üçün   təbrizli rəssamın 

hansı  qaynaqdan  istifadə  etməsi  faktının  özü   

maraqlı  ola  bilər.  Apardığımız  axtarışların 

nəticəsində  həmin  qaynağı  aşkarlaya  bildik. 

Məlum oldu ki, təbrizli yəhudi rəssam portreti 

çəkərkən alman rəssamı  H.Gedanın   işlədiyi 

qravürdən  istifadə  etmişdir.    Məlumat  üçün 

bildirək  ki,  H.Gedan  XIX  əsrdə  yaşayıb  və 

onun  Leypsik  şəhərində  Avropanın  məşhur 

nəşriyyatları  ilə  əlaqəsi  olan  böyük  qravür 

emalatxanası  olub.  Ona  sifarişlərin  yerinə 

yetirilməsində daha  40 usta kömək edib. Bir 

qayda olaraq  o, portretlərin başını, köməkçiləri 

isə  bədənin  qalan  hissələrini  işləyərmiş.  İldə 

təxminən  200-dən  çox  belə  əsər  yaradan 

H.Gedan  peyğəmbərin  haqqında  söz  açılan 

portretini  təxəyyülü  əsasında  ksiloqraiya 

H.Gedan. “Peyğəmbər”. XIX əsr.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə