Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə27/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   23   24   25   26   27   28   29   30   ...   132

103

   


        

Portretl r

qəbulunda  oldum,  baxdı  şəklə,  bəyəndi, 

incəsənət  muzeyinə  göstəriş  verdi  ki,  əsərə 

baxıb alsınlar. Çox sevindim. Sevindim ki, el 

ağsaqqalı  Mirzə  Heydər  bəylə  xalq  rəssamı 

Bəhruz Kəngərlinin üzbəüz olduqları bir neçə 

saatda  yaranmış  bu  sənət  incisi  hamımızın 

olmaq üçün 80 il sonra sanki təzədən doğuldu, 

onunla mədəniyyətimiz bir az da zənginləşdi. 

Sevindim ki. həyata qayıdan, hamının olmağa 

gələn  əsəri  ilə  Bəhruz  Kəngərli  bir  daha 

özü  haqqındakı  sükutu,    sevmədiyi  sükutu, 

məngənəsində  21  il  çırpınsa  da,  heç  vaxt 

ruhunu təslim etmədiyi, dəfələrlə məğlub 

qoyduğu  s-ü-k-u-t-u  bir  daha  dağıtdı... 

Tez sevinibmişəm!...

Lap  həmin  məşhur  “Əhməd 

haradadır?”  ilmindəkinə  bənzəyən 

əhvalatdır.  Əhməd  Əliyev  adlı  oğlunu 

axtaran  yaşlı  ata-ananın  qabağına  fərsiz 

Zülümov onlardan da qoca, tamam ayrı 

bir Əhməd Əliyevi çıxarır. O qoca Əhməd 

Əliyev valideynlərinin lap çoxdan Allah 

rəhmətinə  getdiyini  söyləyərək  görüşə 

getməyə  nə  qədər  müqavimət  göstərsə 

də,  Zülümov  təkid  edir  ki,  sənə  yalnış 

məlumat  veriblər,  ata-anan  ölməyib, 

öz  ayaqları  ilə  gəliblər,  səni  axtarırlar. 

Taleyin işidir. Bəxt üzünə gülməmiş, acılı 

həyat yaşamış rəssam Bəhruz Kəngərlinin 

yalnız nanəcib unutqanlıq deyil, başqa cürbəcür 

əcaib  münasibətlər  də  ölümündən  çox  sonra 

belə  müşayiət  etməliymiş.  Lakin  haqqında 

bəhs  edəcəyim  pis  hadisəni  qəzavü-qədərin 

boynuna  yıxmaq  qətiyyən  düz  çıxmadı.  Bu 

halda  günahkar  bizik.  Bəhruz  Kəngərlinin 

qədirbilməz soydaşları, haqq itirən nəvələri”.

Əziz  oxucu,  tələsmə,  indi  birlikdə 

vəd  etdiyimiz  bu  əhvalatın  ən  maraqlı  və 

gözlənilməz  məqamlarına  şahidlik  edəcəyik. 

Rafael  müəllim  “Əhməd  haradadır?”  ilmini 

də  elə  belə  yada  salmayıb.  Gəlin  sözü  yenə 

də  ona  verək:  “Naxçıvanlı  Mirzə  Heydər 

Nəsirbəyovun  Bəhruz  Kəngərli  çəkən 

portretini  mənə  nəvəsi  Xürrəm  Rüstəmov 

gətirmişdi:  “Bu  rəsmi  Naxçıvanda  evimizdə 

gözümü dünyaya açdığım andan görmüşəm”,– 

demişdi.

Xürrəmin  maddi  ehtiyacı  vardı,  amma 

portreti  mənə  gətirməkdə  məqsədi  yalnız 

həmin ehtiyacı deyildi. Daha yüksək istəkləri 

də  vardı.  Bir  tərəfdən,  ehtiyat  eləyirdi  ki, 

Naxçıvanda yaşayan, artıq çox qocalmış anası 

vəfat edər, o gedib yetişənəcən babasının son 

yadigarı olan şəkil qarışıqlıqda itər, tələf olar, 

digər tərəfdən də düşünürdü ki, bu nadir əsər 

muzeydə yerini tapsa həm muzey zənginləşər, 

həm də Bəhruzun, onunla yanaşı isə babasının 

xatirəsi  daha  artıq  əbədiləşər.  Həm  Bəhruz 

Kəngərliyə, həm də babasına xüsusi heyranlıqla 

baxan bu sadə adamdan “Yaxşı, hansı qiymətə 

satmaq  istəyirsiniz?”  soruşanda  elə  sevgisinə 

mütabiq  olan  və  kinolarda  eşitdiyi,  bizim 

tərələr üçün fantastik bir qiymət söyləmişdi: 

“50  min  dollar”.  Başa  salmışdım  ki,  mənəvi 

baxımdan deyiləndən qat-qat yüksək qiymətə 

layiq olsa da, bu əsərin bütün məziyyətləriylə 

və  Azərbaycan  muzeylərinin  məhdud 

imkanlarıyla müəyyənləşən qiyməti təxminən 

2-3 min dollardır. 50 mindən dərhal 2-3 minə 

düşmüşdü, buna da şükür demişdi. Mədəniyyət 

naziri Polad Bülbüloğlu nazirliyin kasıblığına 

baxmayaraq, imkan aramışdı, portretin alınması 

üçün  6  milyon  manat  vəsait  ayrılmasını 

tapşırmışdı.  Muzey  əvvəlcə  əsəri  həvəslə 

qəbul  etmişdisə  də,  elə    alqı-satqı  məsələsi 

gerçəkləşəndə  naməlum  səbəblərdən  qəilcə 

sövdədən imtina etmiş, bayaqdan müsbət olan 

ikrindən  kəskin  şəkildə  daşınmışdı.  Sanballı 

bir  komissiyanın  mötəbər  imzalarıyla  1998-

ci  il  oktyabrın  7-də  (N  01-47)  ekspert  rəyi 




 

104


Portretl r

düzəltmişdilər ki, bu əsərin Bəhruz Kəngərliyə 

dəxli yoxdur – müəllif  Keterşimovdur! (Tarix 

bu  soyadlı  rəssam  tanımır!).  Buna  bəlkə  də 

dözmək olar. Gülməlisi və bəlkə də ağlamalısı 

budur ki, üstəlik portreti onlara təqdim etmiş 

Xürrəmə də səhv etdiyini, şəkildəkinin onların 

doğmaca babası yox, bir naməlum dağıstanlı 

olmasını qandırmağa çalışmışdılar.

“Ekspertizaya  təqdim  olunan  qraik  əsər  sarı 

xətləri  olan  kağız  üzərində  yağlı  karandaşla 

icra olunmuşdur. Sağ küncün yuxarı hissəsində 

su  nişanları  izləri  var.  Ultrabənövşəyi 

şüalarla  aparılmış  tədqiqat  göstərir 

ki,  sonra  əsərə  heç  bir  müdaxilə 

olmamışdır. 

...Yuxarıda  təsviri  verilən  qraik 

vərəqi  təqdim  edənin  dediyinə  görə, 

bu əsərin müəllii Bəhruz Kəngərlidir. 

Lakin muzeyin ekspert komissiyasının 

keçirtdiyi  tədqiqat  və  ekspertiza  onu 

təsdiq etməyə əsas verir ki, göstərilən 

əsər  B.Kəngərlinin  fırçasına  məxsus 

deyildir.  İcra  üslubu,  kompozisiya  və 

detallarının  təsviri  onun  yaradıcılıq 

üslubu üçün xarakterik olmadığına görə 

ekspert  komissiyası  ultrabənövşəyi 

şüalar vasitəsi ilə ekspertiza keçirməyi 

məqsədəuyğun  saymışdır.  Tədqiqat 

nəticəsində aydın olmuşdur ki, aşağıdan 

sağ  küncdəki  imza  B.Kəngərliyə 

məxsus  olmayıb  B.B.Keterşimov  soyadlı 

müəllifə aiddir. Belə ki, istər imza, istərsə də 

rəsm eyni əllə icra olunmuşdur”.

Rəyin  altındakı  imzaların  da  hər  biri 

nüfuzlu,  hörmətli  İbrahim  Zeynalov,  Rasim 

Əfəndiyev,  Asəf  Cəfərov,  Arif  Ələsgərov, 

Natiq Səfərov, Elmira Qasımova.       

Polad  Bülbüloğlu  necə  inanmasın  bu 

rəyə?    Mən  –  sıravi  sənət  həvəskarı  bu  cür 

peşəkarların belə qəti rəyinə necə inanmayım?

Amma  and-aman  edən,  “Axı  bu  şəkli 

rəhmətlik  Bəhruz  bəy  anamın  gözünün 

qabağında çəkib” deyən Xürrəmə də inanmaya 

bilmirdim...

Odur  ki,  həmin  portreti  və  rəyi  yanaşı 

qoyub ultrabənövşəyi şüalarsız bir də diqqətlə 

nəzərdən  keçirməyi  qərara  aldım.  Rəydəki 

bir  para  məntiqsizliklər  şübhələndirdi  məni. 

Yazırlar  ki,  əsər  karandaşla  çəkilib.  Düz 

yazırlar. Yazırlar ki, əsər Bəhruzun fırçasından 

çıxmayıb.  Bunu  da  düz  yazırlar.  Karandaşla 

çəkilmiş bir əsər, əlbəttə ki, fırçadan çıxmaz. 

Onu da təsdiq eləyirlər ki, imza da, rəsm də eyni 

əldən çıxıb. Xub! Bu da düz. Bəs o Keterşimovu 

haradan kəşf ediblər? Axı mən rəssam olmasam 

da, gözümün xüsusi itiliyi ilə seçilməsəm də, 

ultrabənövşəyi  şüam  olmasa  da  görürəm  ki, 

portretin  altında  açıq-aşkar  “Kenqerlinski” 

yazılıb. Bunu rəyə imza atanların biri görməsin, 

ikisi hiss etməsin, üçü başqa cür oxusun... Yəni 

hamısımı  eyni  vaxtda,  eyni  cür  “çaşıblar?” 

tanınmış  xalq  rəssamlarımız,  alimlərimiz 

–  ümid,  inanc  yerimiz  olan  ekspertlərimiz 

hətta  ultrabənövşəyi  şüaların  köməyindən 

yararlanandan  sonra  da  “Kenqerlinski”ni 

“Keterşimov”  görürlərsə,  belə  heyrətləndirici 

Bəhruz bəy Kəngərlinin

“Keterşimov” kimi oxunan imzası.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə