Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə23/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   19   20   21   22   23   24   25   26   ...   132

 

90

Portretl r



alan,  yaradıcılıqlarında  və  tədris  prosesində 

bilavasitə  əldə  etdikləri  bilik  və  bacarığı 

tələbələrinə  öyrədən  müxtəlif  millətlərdən 

olan  müəllimlərlə  təmasın  nəticəsinin  fərqli 

olacağını düşünmək də, yəqin ki, sadəlövhlük 

olardı.  Düşünürük  ki,  əgər  Bəhruz  bəydə 

mürəkkəb  tutumlu  miniatür  dünyası  və  onun 

bədii-texniki  imkanları  barəsində  dərin 

məlumat  olsaydı  və  yaxud  da  bu  üslubda 

işləyən bir rəssama rast gəlsəydi, onun əsərləri 

tamamilə  fərqli  tutumda  ola  da  bilərdi.  Yeri 

gəlmişkən  müqayisə  üçün  deyək  ki, 

Bəhruz  bəyin  ömrünün  sonlarında 

Bakıda  açılmış  rəssamlıq  məktəbində 

rus-sovet  bədii    ənənələri  əsasında 

təhsil  görən  azərbaycanlı  gənclər, 

artıq  on  il  sonra  rəngkarlıq  əsərlərini 

miniatür  üslubundan  yaradıcılıqla 

faydalanmaqla  ərsəyə  gətirmişdilər. 

Çünki,  bu    sirli-soraqlı  olduğu  qədər 

də,  elə  bir  maraqlı  və  cəzbedici  sənət 

qaynağıdır  ki,  əsl  sənətin  mahiyyətini 

başa  düşənlərin  onun  cazibəsinə 

düşməməsi  sadəcə  mümkünsüzdür. 

Bütün bunlarla təmasa imkanı olmayan 

Bəhruz bəyin Tilisdə klassik ənənələrə 

yiyələnməklə,    çox  qısa  müddətdə 

yaratdığı  əsərləri  ilə  yaradıcı  rəssam 

olduğunu  və  bu  səbəbdən  də  realist-

gerçəkçi sənətin bədii ifadə imkanlarını 

duyulası  dərəcədə  genişləndirməsi  də  onun 

daima  axtarışda  olduğunu  sərgiləyir.  Onu 

da  etiraf  edək  ki,  yağlı  boya  ilə  çəkilmiş 

lövhələrindən  fərqli  olaraq,  sulu  boya  ilə 

işlənmiş əsərlərində Bəhruz bəy demək olar ki, 

özünəməxsusdur.  Elə  rəssamın  bu  günə  kimi 

bənzərsiz  qalmasına  rəğmən  demək  olar  ki, 

onun əsərlərindəki yaxıların axıçı ritminə bəxş 

etdiyi  ekspressiya  ilə  özünəməxsusluq  əldə 

etməsi Azərbaycan təsviri sənətində yenidir.

Portret 

janrının 

Bəhruz 

bəyin 


yaradıcılığında  xüsusi  yer  tutmasını  onun 

bədii  irsindəki  çoxluq  da  təsdiqləyir.  Onun 

qəhrəmanları  sırasında  əsasən  müasirlərinə, 

o  cümlədən  ən  müxtəlif  yaşlı,  fərqli  taleli 

insanlara rast gəlmək mümkündür. Etiraf edək 

ki,  kifayət  qədər  müxtəlif  xarakterlərə  bədii 

görkəm  verən  gənc  rəssam,  bilavasitə  uşaq 

portretlərinin çəkilməsində böyük sənətkarlıq 

nümunəsi sərgiləməyə nail olmuşdur. Əslində 

onun digər yaş təbəqəsinə aid olunan insanların 

bədiiləşdirilməsində göstərdiyi professionallıq 

da  adi  gözlə  belə  görünəndir.  Onları  şərh 

edərkən siz özünüz də buna əmin olacaqsınız...

Rəssamın  tələbəlik  illərində  icra  etdiyi 

tapşırıq-portretlərdə,  xüsusilə  də  onun 

Naxçıvana qayıdandan sonra çəkdiyi müstəqil 

portretlərdə  özünəməxsus,  bir  çox  hallarda 

başqalarında müşahidə olunmayan bədii ifadə 

vasitələrinə  rast  gəlmək  mümkündür.  Əgər 

rəssamın bir albomda toplanmış qısamüddətli, 

hazırlıq  xarakterli    cizgi  rəsmlərini  nəzərə 

almasaq, onda müstəqil xarakterli portretlərin 

ümumi  sayının  iyirmiyə  çatdığını  söyləmək 

olar.  


İçərisində  üç  yüzdən  çox  kiçik  ölçülü 

və  müxtəlif  xarakterli  rəsmlərin  içərisindəki 

portretləri  səciyyələndirməli  olsaq,  onda 

onlarda  bu  sahədə  ilk  təcrübə  toplayan  gənc 

rəssamın  özünün  gerçəkçi-realist  bədii 

vərdişlərin  özünəməxsus  ifadəsini  müşahidə 

etdiyimizi  deyə  bilərik.  Belə  rəsmlərin 

ölçülərinin  kiçik  olması  qarşılığında  Bəhruz 

bəyin  müxtəlif  bədən  quruluşlu  naturalara 

və  dəyişgən  xarakterli  insanlara  onları 

fərqləndirəcək səciyyəvi əlamətlər verə bilməsi 

onun  professional  vərdişlərə  yiyələnməsinin 

dərəcəsini  sərgiləyir.  Onun  işlətdiyi  xətlərin 

müxtəlif qalınlıq almaqla iqurun görünüşünə 

cəlbediciliklə yanaşı, inandırıcılıq bəxş etməsi 



91

   


        

Portretl r

bilavasitə  bunun  görüntüsü  sayıla  bilər. 

Rəssamın ixtisas müəllimi O.Şmerlinqi, tələbə 

yoldaşları Qudiyev (Qudiaşvili) və Ratiyevanı 

əks etdirən qısamüddətli portretləri əldə olunan 

vərdişlərin  gerçəkləşdirilməsi  baxımından 

diqqət  çəkir.  Rəssamın  1911-ci  ildə  kömürlə 

çəkdiyi “Avtoportret” əsəri onun qraik irsində 

önəmli  yer  tutur,  desək,  yanılmarıq.  Şaquli 

kompozisiyada  xəyala  dalmış  vəziyyətdə 

görüntüyə  alınan  rəssamın  obrazı  real-

gerçəkçi tutumuna görə göz oxşayır. Bu yerdə 

həmin  avtoportretin  foto  əsasında  (rəssam 

bunu  rəsmin  arxasındakı  qeyddə  yazıb) 

işləndiyini  vurğulamaqla,  müəlliin  iş 

prosesində  onun  ümumi  görüntüsünü 

duyğulandırıcı bədiiliyə yönəldə bildiyini 

etiraf etmək lazımdır. 

İri ölçülü qraik portretlərin arasında 

tələbə-rəssamın  müxtəlif  kişi  və  qadın 

portretlərinin, eləcə də gips antik büst və 

iqurları  əks  etdirən  rəsmlərinin  klassik 

ənənələrin  tələblərinə  müvaiq  çəkildiyi 

kifayət  qədər  görünəndir.  Bu  mənada 

onun “Apollonun büstü” (1913), “Qədim 

antik heykəl” (1913), “Laokoon” (1911-

1915),  “Qandallı  qul”  (1911-1915), 

“Apollon” (1915), “Antik heykəl” (1915), 

eləcə  də  bilavasitə  naturadan  çəkilmiş 

insan  portretlərini  –  “Qadın  portreti” 

(1913-1914),  “Azərbaycanlı  qadın”  (1913), 

“Papaqlı kişi” (1913), “Kişi portreti” (1914), 

“Naməlum  qadın  portreti”  (1914)  və  “Qoca 

kişi” (1914) kimi əsərlərinin adını qeyd etmək 

olar. Uzun müddət ailə kolleksiyasında qorunan 

bu rəsmlərin hamısı kömürlə çəkilib. Ehtimal 

etmək  olar  ki,  Tilis  rəssamlıq  məktəbindəki 

tədris prosesində  bu texnikaya daha üstünlük 

verilirmiş. Əgər haradasa monoxrom-birrəngli 

rəsm texnikasının keçidlərin yumşaq, daha incə 

çalarlarla ifadəsinə yol açdığının nəzərə alsaq, 

onda rus bədii ənənələrinə əsaslanan bu tədris 

ocağında  tələbələrin  kömürlə  işləmələrinə 

üstünlük verilməsinin səbəblərini başa düşmək 

o qədər çətin deyildir. Etiraf edək ki, hər bir 

rəssamın  ağ-qara  rəngdən  və  yaxud  da  ağ-

qara cizgilərdən istifadə ilə inandırıcılığın əldə 

olunmasına  üstünlük  verməsi  müstəqil  seçim 

olsa da, Bəhruz bəyin klassik-akademik bədii 

tutumun  əldə  olunmasında  kömürə  üstünlük 

verməsi yəqin ki, səbəbsiz deyildi. Bunu sona 

qədər izah etmək mümkün olmasa da, hər halda 

ağ-qara keçidin yumşaq ifadəsində əldə olunan 

ustalıq  özünü  rəngkarlığa  həsr  etməyə  qərar 

vermiş rəssamlar üçün gözəl sınaq ola bilərdi. 

Bu yerdə əlavə edək ki, çox vaxt rəssamların 

rənglə 


gerçəkləşdirməyə 

hazırlaşdıqları 

obrazları  və  yaxud  motivləri  məhz  ağ-qara 

B.Kəngərli. “Papaqlı kişinin portreti”. 1913.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə