Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə19/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   15   16   17   18   19   20   21   22   ...   132

 

70

S n



t dünyası  

“Əliabad  kəndində  darvaza”,  Naxçıvan 

mənzərələrindən  “Ədilağa  gölü”,  “İlandağ”, 

“Ağrı  dağı”,  “Qızlar  bulağı”,  “Naxçıvanda 

şəlalə”, “Əshabi-kəhf dağı”, “Nəhəcir dağı” və 

Naxçıvan əhalisinin etnoqraik xüsusiyyətlərini 

əks etdirən konkret obrazlara həsr olunmuşdur. 

Bildiyimiz  kimi,  Bəhruz  bəy  Kəngərli 

ailəsinin maddi ehtiyacını ödəmək üçün əsasən 

“Naxçıvan yadigarı” adlı albomlar hazırlayar, 

onları şəhərə gələn qonaqlara və yerli əhaliyə 

satarmış.  Vaxtı  ilə  Naxçıvanın  bir  çox 

evlərində  olan  bu  albomlar  sonradan 

müxtəlif  ünvanlara  səpələnmişdir. 

Onlardan  yalnız biri hazırda qalmaqda, 

Azərbaycan Milli İncəsənət Muzeyində 

qorunub saxlanılmaqdadır.

Naxçıvandakı  Bəhruz  Kəngərli 

Muzeyinin  daimi  ekspozisiyasında  isə 

görkəmli  rəssamın  58  orijinal  əsəri  – 

o cümlədən 33 ədəd sulu boya, 5 ədəd 

yağlı boya, 4 ədəd tuş, 7 ədəd karandaş, 

9    ədəd  isə  kömürlə  çəkilmiş  əsərləri 

nümayiş  etdirilir.  Rəssamın  məişət 

janrında  çəkdiyi  “Elçilik”  əsəri  isə 

1962-ci  ildə  Naxçıvan  Ölkəşünaslıq 

Muzeyinin  (indiki  Naxçıvan  Dövlət 

Tarix  Muzeyi)  fondunda  qeydiyyata 

alınmış,  akademik  Kərim  Kərimov 

tərəindən yazılmış “Bəhruz Kəngərli” 

monoqraiyasında foto şəkli verilmişdir. 

Sonrakı  illərdə  bu  əsər  adı  çəkilən  muzeyin 

fondundan müəmmalı şəkildə yoxa çıxmışdır. 

Bəhruz  bəy  Kəngərlinin  yaradıcılıq 

yolu nə qədər qısa olsa da, o, demək olar ki, 

bütün  janrlarda  özünü  sınamış,  bu  sahələrin 

hər  birində  yaradıcı  potensialını  sərgiləməyə 

bilmişdir.  Bunu  onun  çoxsaylı  süjetli  tablo, 

portret, mənzərə, natürmort, hətta animalistik  

janrda  (“Ördək”,1921  və  “Ov  itləri”,1922) 

yaratdığı əsərləri təsdiqləyir.  

1962-ci  ildə  sənətşünas  K.Kərimovun 

yazdığı “Bəhruz Kəngərli” kitabında rəssamın 

çoxsaylı əsərləri arasında ilk dəfə “Naxçıvan 

çaparı”  əsərinin  adı  çəkilmiş,  illüstrasiyalar 

sırasında  onun  ağ-qara  fotosu  verilmişdir. 

Ölçüsü  və  texnikası  göstərilməyən  bu 

kompozisiya  K.Kərimov  tərəindən  çəkildiyi 

il  məlum  olmayan  əsərlərin  sırasına  daxil 

edilmişdir.  Kitabda  həmin  lövhənin  Moskva 

Dövlət Tarix Muzeyinin fondunda qorunduğu 

göstərilib.  Əlavə  edək  ki,  1962-ci  ildən 

başlayaraq bu günə kimi B.Kəngərli haqqında 

işıq  üzü  görən  bütün  məlumatlarda  həmin 

əsərin  mövcudluğu  və  Moskva  muzeyində 

olması  göstərilməkdədir.  2014-cü  ildə 

“Naxçıvan  çaparı”nın  rəngli  şəklini  kitaba 

daxil etmək məqsədilə rəsmi şəkildə Moskva 

muzeyinə  müraciət  etdik.  Həmin  məktubda 

əsərin  rəngli  fotosunun  Bakıya  göndərilmısi 

xahiş olunurdu. Lakin məlum oldu ki, Moskva 

Dövlət  Tarix  Muzeyində  B.Kəngərlinin  belə 

bir əsəri... ümumiyyətlə yoxdur.

Deyilənə  görə  30  il  ömür  sürən  rəssam 

bütün yaradıcılığı boyu 2000 minə qədər əsər 

yaratmışdır. İndiki halda onun yalnız dörddən 

biri  –  510  ədədi  muzeylər  tərəindən  alınıb 

B.Kəngərli irsi Bakı muzeyinin

ekspozisiyasında.



71

   


        

S n


t dünyası  

qorunduğu halda, qalan 1490 əsərin taleyi hələ 

də naməlum olaraq qalmaqdadır.  

Rəssamın şəxsi kolleksiyalarda saxlanan 

bir-neçə əsərinin adı bizə məlum olsa da, bü-

tünlükdə  onun  ayrı-ayrı  adamlarda  qalmaqda 

olan əsərləri haqqında hələ də dəqiq məluma-

tımız  yoxdur.  Bəhruz  bəyin A.Qazıyevin  xa-

tirələrində adı çəkilən “Hamamda”, “Ziyarətə 

gedənlər”,  “Kürt  yatmış  toyuq”,  “Müsəlman 

ailəsində  qış  kürsüsü”,  “Molla  məktəbində”  

və s. əsərlərinin sonrakı taleyi isə məlum de-

yildir. 

Rəssamın  bir  çox  mənbələrdə 

adlarına  rast  gəlinən  və  əmisi  İrza  ağa, 

babası Murtuza ağa, əmisi oğlu Hüseyn 

ağa  Kəngərlinski    və  b.  həsr  etdiyi 

portretlərin  də  yerini  müəyyən  etmək 

mümkün  olmamışdır.  Bəlkə  də  adları 

dəqiq göstərilməyən (“Papaqlı kişi”,1913; 

“Qoca kişinin portreti”,1920-ci illər;”Kişi 

surəti”,1919; 

“Tatar(Azərbaycanlı) 

surəti,1920-ci illər; “Kişi portreti”,1922; 

“Gənc  kişinin  portreti”,1921;  “Qoca 

kişinin portreti”,1922 və s.) portretlərdə 

həmin adamlardan hansısa təsvir olunub?

Bütün bu acınacaqlı faktlara baxmayaraq 

görkəmli  rəssamın  itkin  düşmüş 

əsərlərinin  izinə  düşmək,  bəziləri 

haqqında  tarixi  mənbələrdən  az  da  olsa 

məlumatlar  əldə  etmək  mümkündür.  Belə 

ki,  keçən  əsrin  əvvəllərində  Bakıda  çıxan 

“İqbal”,  “Tərcüman”  və  rus  dilində  çıxan 

“Кaspi”  qəzetlərinin  yazdığına  görə,  1914-

cü il iyun ayının 14-də Bəhruz bəy Kəngərli 

hələ tələbə ikən Naxçıvan şəhərində ilk fərdi 

satış-sərgisini  təşkil  edib.  Bu  sərgidə  tələbə 

rəssamın  çoxlu  sayda  natürmort,  mənzərə, 

portret  və  məişət  janrında  çəkdiyi  əsərlər 

nümayiş  etdirilib.  O  dövrdə  çıxan  bir  sıra 

qəzetlərin yazdığına görə, sərgilənən əsərlərin 

böyük əksəriyyəti tamaşaçılar tərəindən satın 

alınıb (“İqbal” qəzeti, 16 iyun 1914-cü il, № 

679;  “Kaspi”  qəzeti,  17  iyun  1914-cü  il,  № 

33;  “Tərcüman”  qəzeti,  24  iyun  1914-cü  il, 

№  136). Alınan  əsərlərdən  “Qazı  bəy  dağı”, 

“Qürub  mənzərəsi”,  “Müsəlman  xanımı 

çarşabda”,  “Ayın  tutulması”,  “Sail”,  “Ağrı 

dağı”,  “Gecə  mənzərəsi”,  “Rəqs  edənlər”, 

“Müsəlman ailəsində qış kürsüsü” və Bəhruz 

bəyin  avtoportretləri  haqqında  bilgi  verilsə 

də  digər  əsərlər  haqqında  heç  bir  məlumat 

verilmir. 

K.Kərimovun  rəssamın  yaradıcılığına 

həsr  olunmuş  kitabında  (1962)  1921-ci 

ilin  fevral  ayının  15-də  Naxçıvan  İnqilab 

Komitəsinin  təşəbbüsü  ilə  Bəhruz  bəy 

Kəngərlinin  500-ə  qədər  əsərinin  nümayiş 

olunduğu böyük bir sərginin təşkil edildiyindən 

bəhs  edilir.  Bu  sərgidəki  əsərlərdən  250 

ədədi  rəssamın  razılığı  ilə  lotereya  biletinin 

uduşu  üçün,  250  ədədi  isə  sərbəst  satış  üçün 

nəzərdə  tutulmuşdur.  Lotereya  oyunu  əsasən 

Naxçıvan  və  İrəvan  şəhərlərinin  vətəndaşları 

arasında  keçirilmiş  və  uduşa  qoyulan  bütün 

əsərlər  satılmışdır.  Qalan  250  əsərdən  isə 

Bəhruz Kəngərli Muzeyi.

Naxçıvan şəhəri.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə