Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə16/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   12   13   14   15   16   17   18   19   ...   132

 

60

Kəngərlinin yaradıcılığına dair” məqaləsində rəs-



samın Tilisdə məhz 1912-1917-ci ildə oxuduğu-

nu qeyd etmişdir. Adil Qazıyev (1906-1972) hələ 

sağlığında  “Qobustan”  jurnalında  çap  etdirdiyi 

“Xatirə  dəftərindən”  məqaləsində  isə  rəssamın 

təhsil  illəri  barəsində  belə  yazır:  “Bəhruz  Kən-

gərli  Tilisdə  təhsil  aldığı  1910-1915-ci  illərdə 

E.Sultanovun  vasitəsilə  “Molla  Nəsrəddin”  jur-

nalının redaktoru Mirzə Cəlillə tanış olmuşdur”. 

Onun  Azərbaycan  Dövlət  Ədəbiyyat  və 

İncəsənət  Arxivinin  fondunda  qorunan  sənəd-

ləri  arasında  rus  dilində  mətbuat  üçün 

nəzərdə  tutulmuş  bir  məqalənin  maki-

nada  yazılmış  surəti  saxlanılır.  Məqalə-

nin  3-cü  səhifəsində  o,  rəssamın  təhsil 

illəri  barəsində  məlumat  verib.  Burada 

Bəhruz  bəyin  1910-1917-ci  illərdə  (!!!) 

təhsil  alması  göstərilib.  Özü  də  burada 

müəllif tərəindən müəyyən dəyişikliklə-

rin  aparıldığı da görünür. Belə ki, A.Qa-

zıyev əvvəlcə bu tarixi makina yazısı ilə 

1912-1917-ci  illər  kimi  göstərmiş,  lakin 

sonradan mürəkkəblə “2” rəqəmini “0”la 

əvəzləmişdir. Beləliklə, rəssamın şagirdi 

müəlliminin Tilisdə 5 yox, 7 il təhsil al-

dığını təsdiqləmiş olmuşdur. İnansaq da, 

inanmasaq da, hər halda bu faktdır. Ola 

bilsin ki, A.Qazıyev makina ilə yazılmış 

təhriləri  (belə  işlər  çap  prosesində  çox 

olur)  düzəldərkən  “2”-ni  “0”-la  dəyişsə 

də, “7”-ni “5”-lə əvəzləməyi unutmuşdur...

Bəhruz bəy Kəngərlinin təhsil illəri ilə bağ-

lı  daha  fərqli  məlumatı  rəssamın  yaxınları  ver-

mişlər. Bu barədə K.Kərimovun yazdığı “Bəhruz 

Kəngərli”  (1962)  kitabında  qeydlər  vardır.  Bu-

rada oxuyuruq: ”Lakin rəssamın keçmiş məktəb 

yoldaşlarından əmisi oğlu Hüseyn Ağa Kəngər-

linski  və  dostu  Nəcəf Ağa  Sultanovun  (rəssam 

1911-ci  ildə  çəkdiyi  “Avtoportret”ini  1918-ci 

ildə  məhz  ona  hədiyyə  vermişdir)  dediklərinə 

görə, Bəhruz oxumaq üçün Tilisə 1908-1909-cu 

illərdə getmişdir. Tilisə getmələrini xatırlayaraq 

N.Sultanov qeyd edir ki, “Təxminən 1908-1909-

cu  illər  idi.  Şəmillə  birlikdə  biz  Tilisə  getdik. 

Orada mən “Bağçılıq məktəbi”nə, Şəmil isə rəs-

samlıq məktəbinə daxil olduq” (N.Sultanovun 17 

noyabr  1956-cı  ildə  yazdığı  bu  məktub  vaxtilə 

K.Kərimovda olmuşdur).

M.Nəcəfov,  K.Kərimov  və  A.Qazıyevin 

yazdıqları  ilə  qohumunun  yazdıqları  arasında 

mövcud  olan  təzad  kifayət  qədər  görünəndir. 

Kimə  inanmalı?  sualına  cavab  tapmaq  heç  də 

asan deyil. M.Nəcəfov və K.Kərimovun rəssam-

la ünsiyyətdə olmamasının qarşılığında, əvəzində 

A.Qazıyevin  Bəhruz  bəyin  tələbəsi,  N.Sultano-

vun isə onun yaxın dostu olması qəti ikir söy-

ləməyə imkan vermir. Hətta bu məqamda A.Qa-

zıyevdən  daha  çox,  N.Sultanova  inanmaq  olar. 

Belə ki, burada söhbət bilavasitə onun  özündən 

də gedir və təbii ki, bu şəxs özünün nə vaxt Tif-

lisə getdiyini yaxşı bilirdi və yəqin ki, səhv edə 

bilməzdi! Bununla belə onun özünün  vaxtı dəqiq 

göstərməməsi  də  müəyyən  şübhələrə  yol  açır, 

ona da sona qədər inanmamağa əsas verir. 

Bəhruz  bəy  Kəngərlinin  Bakıda  və  Nax-

çıvanda  toplanan  bədii  irsi  ilə  tanışlıq  göstərir 

ki, kifayət qədər çoxsaylı əsərləri arasında onun 

1911-ci ildən əvvəl çəkdiyi əsər yoxdur. Bu yer-

də əlavə edək ki, bunların hamısı, o cümlədən də 

yaradıldığı ili göstərilməyən əsərlərin çəkilişində 

nümayiş  olunan  professional  hazırlığa  rəğmən 

demək olar ki, onlar bilavasitə Bəhruz bəyin təh-

sil illərində işlənilib. Bu əsərlər arasında müəllim 

və tələbə yoldaşlarının (O.Şmerlinq, L.Qudiyev 

(L.Qudiaşvili), M.Ratiyeva və s.) da qısamüddət-

li rəsmlərinin yer aldığını nəzərə alsaq, onda bir 

daha azərbaycanlı rəssamın gürcü həmkarları ilə 

eyni  vaxtda  (1910-1915)  məktəbdə  oxuduğunu 

söyləyə bilərik. Bəhruz bəy Kəngərlinin  1914-

cü Naxçıvanda təşkil olunan fərdi sərgisi barəsin-

T

hsil ill ri




61

   


        

T

hsil ill ri



də  “Kaspi”, “İqbal” və “Tərcüman” qəzetlərində 

çap olunmuş xəbərlərdə də onun Tilisdə oxudu-

ğu qeyd olunub...

İndi isə gəlin “Qafqaz Zərif Sənətləri Təş-

viq Cəmiyyəti” nəzdində fəaliyyət göstərən Tilis 

rəngkarlıq  və  heykəltəraşlıq  məktəbindəki  təh-

sil prosesini göz önündə canlandırmağa çalışaq. 

Əvvəlcə burada müəllim kimi kimlərin fəaliyyət 

göstərdiyinə aydınlıq gətirmək istərdik. Təbii ki, 

burada həm yerli, həm də kənardan dəvət olun-

muş sənətkarlar fəaliyyət göstərirdilər. Bunların 

sırasında  “Molla  Nəs rəd din”  jurnalının 

məşhur rəssamı və həm də rəssamlıq mək-

təbinin uzun müddət direktoru olmuş O.Ş-

merlinq (1863-1938), heykəltəraş Y.Niko-

ladze  (1870-1936),  rəssam  G.Qabaşvili 

(1862-1936),  A.Mrevlişvili (1866-1933), 

pol şalı  Q.Qrinevski  (1869-1937)  və  al-

man Karl Zummer (1862-1938), eləcə də 

italyan rəs samı L.K.Lonqo, L.O.Prematsi, 

P.D.Şişkov, N.A.Kyui  və s. olmuşdur. 

Burada  tələbələrə  aşılanan  bə-

dii  vər diş lərin  yönümünə  gəldikdə  isə, 

demək lazımdır ki, Peterburq Rəssamlıq 

Akademiyasının himayəsində olan tədris 

ocağında akademik təhsilin verildiyi, rus 

realist-gerçəkçi  rəssamlığı  ənənələrinin 

öyrədildiyi  birmənalıdır.  Bu  gün  milli 

rəssamlıq  məkanında  baş  verən  təzadlı 

inkişafın, realizmin-gerçəkçiliyin və mil-

li mənəvi dəyərlərin bədii ənənələrini yeni çalar-

larla zənginləşdirməyi bacarmayanların rəssam-

lığı “müasirlik” adı altında şouya çevirmələrinin 

qarşılığında  o  vaxtlar  sənət  yollarında  kövrək 

addımlarını atanlara bədii vərdişləri klassik  tu-

tumda aşılamaq yəqin ki, çox düzgün addım idi. 

Bir az əvvələ gedərək deyək ki, elə əsrin əvvəl-

lərində fərdi sərgisini ictimailəşdirməyə cəsarət 

edən  gənc  Bəhruz  bəy  Kəngərlinin  (1914)  və 

Lado Qudiaşvilinin (1915) müxtəlif janrlı əsər-

lərində realist-gerçəkçi sənətin bədii ənənələrini 

özünəməxsus cizgi və çalarlarla yeniləşdirməyin 

mümkünlüyünü görmək mümkün idi. Onlardan 

biri  –  azərbaycanlı  Bəhruz  bəy  elə Tilisdə  qa-

zandıqları  bədii  vərdişlərlə  doğma  Naxçıvana 

qayıtsa  da,  tələbəlik  dostu  Lado  isə  bir-neçə  il 

doğma şəhərdəki gimnaziyada müəllimlik edən-

dən sonra sənətkarlığını daha da cilalamaq üçün 

uzaq Parisə üz tutdu  və deyək ki, o, çox tez bir 

zamanda şöhrəti Gürcüstan sərhədlərini aşan bir 

sənətkara çevrildi. 

Bəhruz  bəy  Kəngərlinin  bədii  irsini  təşkil 

edən    və  öz-özlüyündə  bədii  tutumuna  görə  bir-

neçə dövrə bölünən əsərlərinin arasında rast gəlinən  

çoxsaylı rəsmlər onun təhsil aldığı məktəbdə aparı-

lan tədris prosesinin məzmununu müşahidə etmək 

mümkündür. Təkcə elə rəssamın 1911-1913-cü il-

lərə aid edilən və içərisində 338 müxtəlif xarakterli 

rəsmin toplandığı albomu Tilis rəngkarlıq və hey-

kəltəraşlıq məktəbində realist-gerçəkçi ənənələrin 

bərqərar olduğunu təsdiqləyir. Onun təhsil illərin-

də çəkdiyi “Oturmuş qadın” (1911), “Avtoportret” 

(1911), “Kişi portreti” (1913), “Apollon” (1913), 

“Antik  heykəl”  (1913),  “Qadın  portreti”  (1914), 

“Qoca kişi” (1914), “Antik heykəl” (1915) və s. 

rəsmlərin mahiyyətinə görə tədris tapşırığı olması 

da adi gözlə belə görünəndir. Bəhruz bəy Kəngər-

linin  bizə  gəlib  çatan  bədii  irsi  arasında  1915-ci 

ildən  sonra  tədris  xarakterli  rəsmlərin  olmaması 

yuxarıda toxunduğumuz bir məsələyə də aydınlıq 

gətirməyə kömək edir. Bu rəssamın Tilisdə baş tu-

tan təhsilinin hansı illəri əhatə etməsi ilə bağlıdır. 

Deməli, onun təhsil dövrü 1915-ci ildə qurtarıb və 

Bəhruz  bəyin  bəzi  müəllilərin  iddia  etdiyi  kimi 

Tilisdə məhz 1912-1917-ci illərdə olması ikri öz 

təsdiqini tapmır. 

Əgər Bəhruz bəyin tələbəlik dövrü işlərini 

dəyərləndirməli olsaq, onda ilk növbədə onun ru-

hunda gəzdirdiyi yaratmaq istedadının müəllim-

lərinin faydalı göstərişləri  ilə özünəməxsus ger-




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə