Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə15/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   11   12   13   14   15   16   17   18   ...   132

57

   


        

T

hsil ill ri



Zahirən bir o qədər də cəlbedici olmayan bu ti-

kili cəmiyyətin ixtiyarına veriləndən  və burada 

rəssamlıq  məktəbi  açılandan  sonra,  orada  ciddi 

memarlıq dəyişiklikləri aparılmasa da, əsas giri-

şin sol tərəindəki vitraj yerləşən divar çöl tərəf-

dən nazik səthlə örtülmüş və üzərində tələbələr 

tərəindən incəsənət mövzusunda divar rəsmi çə-

kilmiş, binaya nisbi də olsa  rəssamlıq ab-havası 

bəxş  edilmişdir.  Həmin  hissənin  tikilinin  daxi-

lindən görünən arxa tərəində yerləşən  üçhissəli 

vitraj isə bu günə kimi qalmaqdadır. Qeyd edək 

ki, binanın birinci mərtəbəsini sağ və sol 

tərələrdə  yerləşən  otaqlarla  əhatələnən 

böyük zal təşkil edir. İkinci mərtəbədəki 

otaqların planı  birinci mərtəbədə olanla-

rı təkrarlayır. Ancaq onların qarşısında – 

sağ və sol tərələrdən zalın üzərinə tərəf 

çıxarılan və otaqlara giriş – çıxışı təmin 

edən  keçid  –  eyvan  mövcuddur.  Mərtə-

bələri birləşdirən pillələr mərmərdən inşa 

olunmuşdur. 

Sayı iyirmiyə çatan və çox da bö-

yük olmayan bu otaqlarda vaxtilə Qafqa-

zın ayrı-ayrı guşələrindən gələn müxtəlif 

xalqların nümayəndələri rəssamlığın sir-

lərinə  yiyələnmiş  və  onların  əksəriyyəti 

millətlərinin  XX  əsrdə  rəssam  adını  qa-

zanmış nümayəndələrinin  birinciləri sıra-

sında olmuşlar. Biz bu məkanı dolaşarkən 

xəyalən ötən əsrin əvvəllərinə qayıdır, bir 

vaxtlar  bu  məkanda  azərbaycanlı  Bəhruz  bəy 

Kəngərli və Qeysər Kaşiyeva – Seyidbəylinin də 

burada təhsil almasından qürur hissi keçirirdik...

Oxucuların  əksəriyyəti  üçün  yeni    görünə 

biləcək  Qeysər  Kaşiyeva-Seyidbəylinin  (1893-

1972)  adını  təsadüi  çəkmədik.  Məlumat  üçün 

bildirək ki, Tilisdə dünyaya göz açan Qeysər xa-

nım Bəhruz bəydən əvvəl – 1907-1908-ci illərdə 

“Qafqaz  Zərif  Sənətləri  Təşviq  Cəmiyyəti”  nəz-

dindəki rəssamlıq məktəbində oxusa da, sonradan 

bizə  məlum  olmayan  səbəblər  üzündən  təhsilini 

sona  qədər  davam  etdirməmişdir.  R.Zommer  və 

O.Şmerlinqdən  sənətin  sirlərini  öyrənən  Qeysər 

xanımın  Azərbaycan  Milli  İncəsənət  Muzeyində 

müxtəlif janrlarda çəkdiyi əsərlər qorunmaqdadır...

Müəyyən  məsələlərə  aydınlıq  gətirdikdən 

sonra indi  Bəhruz bəyin Tilisdəki təhsil illərin-

dən söz açmaq olar. İlk növbədə onun sonradan 

kifayət  qədər  məşhurlaşacaq  bir-neçə  sənətkar-

la    eyni  vaxtda  təhsil  aldığını  qeyd  etməliyik. 

Bunların  ən  məşhuru  təbii  ki,  Lado  Qudiaşvi-

lidir  (1896-1980).  Tilisdəki  təhsildən  (1910-

1914)  sonra  Fransada  peşəsinin  kifayət  qədər      

püxtələşməsinə  nail  olan  L.Qudiaşvili  çox  tez 

bir zamanda gürcü təsviri sənətinin müasir bədii 

tendensiyalarla zənginləşdirilməsinə nail olmuş, 

milli incəsənətin korifeyi kimi əbədiyyət qazan-

mışdır.  Zamanında  “SSRİ  xalq  rəssamı”  fəxri 

adına və Sosialist Əməyi Qəhrəmanı adına layiq 

görülmüşdür.  Hazırda  Tilisdə  onun  memorial 

muzeyi fəaliyyət göstərir. 

Mixail  Çiaurelini  (1894-1974)  isə  Gür-

cüstanda daha çox kino rejissoru kimi tanıyırlar. 

Bizim Tilis arxivlərində çalışarkən onu rəssam 

kimi tanıdığımızı dilə gətirməyimiz yerli ziyalı-

ların çoxunun marağına səbəb oldu. Qeyd edək 

ki, 1912-1916-cı illərdə Tilis rəssam məktəbində 

təhsil alan M.Çiaureli daha sonra – 1922-1924-cü 

illərdə Almaniyada  heykəltəraşlıq  sənətinin  sir-

lərinə yiyələnmiş və qayıdandan sonra vətənin-

də bu sahədə fəaliyyət göstərmişdir. O, Leninin 

Gürcüstanda  ucaldılmış  ilk  abidəsinin  müəllii-

dir. Onun həyat yoldaşı – məşhur aktrisa Veriko 

Ançaparidzeni isə Azərbaycan tamaşaçıları gözəl 

tanıyırlar. Buna səbəb onun bizim “Onu bağışla-

maq olarmı?” kino-ilmində ana obrazını yarat-

masıdır.  Məşhur  aktrisa  Soiko  Çiaureli  də  on-

ların  övladıdır.  Mixail  Çiaurüeli  İ.V.Stalinin  ən 

çox sevdiyi rejissor olub. Zamanında “SSRİ xalq 

artisi” fəxri adına layiq görülmüşdür. 




 

58

T



hsil ill ri

Bəhruz bəy Kəngərlinin müəllim və tələbə yoldaşlarına həsr etdiyi qısamüddətli rəsmlər.


59

   


        

T

hsil ill ri



Ketevan Maqalaşvili (1894-1973) isə Tilis 

rəssamlıq məktəbində 1911-1915-ci illərdə oxu-

muşdur. Sonradan Moskva və Parisdə də təhsili-

ni davam etdirmişdir. Səmərəli fəaliyətinə görə 

“Gürcüstanın xalq rəssamı”  fəxri adına layiq gö-

rülmüşdür. 

Bəhruz  bəyin  oxuduğu  rəssamlıq  məktə-

bində  tələbənin  diplom  almasına  kifayət  edə-

cək dəqiq təhsil müddətinin nə qədər olduğunu 

demək çətindir. İlk növbədə əlimizdə onun təhsili 

haqqında sənədin olmaması bunu söyləməyə əsas 

verir. Elə onun sonradan məşhur sənətkarlar kimi 

tanınacaq  Lado  Qudiaşvili  (1910-1914), 

Mixail  Çiaureli  (1912-1916)  və  Ketovan 

Maqalaşvilinin  (1911-1915)    bu  məktəb-

də təhsil müddətinin dörd il olduğu halda, 

Bəhruz bəyin təhsilinin beş il davam etməsi 

də öz-özlüyündə suallar doğurur. 

Əslində onun elə Tilisə təhsil alma-

ğa  getməsi  tarixinin  məhz  1910-cu  il  ol-

masının özü də birmənalı deyildir. Bu ta-

rix müxtəlif mənbələrdə bir-birindən fərqli 

göstərilmişdir. Gəlin onlarla da tanış olaq 

və ümumi nəticəyə gəlməyə çalışaq. 

İlk dəfə Bəhruz bəy Kəngərlinin Tif-

lisdə nə vaxt təhsil alması haqqında məlu-

mat rəssamın vəfatının 25 illiyinə həsr edil-

miş  sərginin  (1947)  kataloqunda  yazılmış 

mətndə  M.Nəcəfov  tərəindən  verilmişdir. 

Mətndən məlum olur ki, Bəhruz bəy 20 yaşında, 

yəni, 1912-ci ildə məktəbə daxil olmuş və 1917-

ci  ildə  oranı  bitirmiş  və  müstəqil  yaradıcılığa 

başlamışdır.  

Onun 1957-ci ildə Bakıda “Azərnəşr” tərə-

indən nəşr olunan “Bəhruz Kəngərli” kitabında 

isə rəssamın məktəbə daxil olması ümumiyyət-

lə göstərilməmiş, yalnız onun beş illik təhsildən 

sonra  məktəbi  bitirdiyi  və  Naxçıvana  qayıtdığı 

göstərilmişdir. 

Rəssamın əsərlərinin 1957-ci ildə çap olun-

muş  kataloqunda  isə  M.Nəcəfov  ümumiyyətlə 

onun təhsil illəri barəsində məlumat verməmişdir. 

Halbuki kataloqların tərtibində bunlar olmalıdır. 

 

K.Kərimov  isə  1962-ci  ildə Azərbaycan 



SSR  Elmlər  Akademiyası  Nəşriyyatında  nəşr 

olunmuş  əhatəli  “Bəhruz  Kəngərli”  kitabın-

da rəssamın Tilisdə 1910-1915-ci illərdə təhsil 

aldığını qeyd etmişdir. Maraqlısı bu kitabın re-

daktorunun bu tarixlə razılaşmadığını bütün ya-

zılarında vurğulayan Adil Qazıyev olmuşdur. Əs-

lində, o, yuxarıda adları çəkilən müəllilərdən ən 

inanmalısıdır. Belə ki, o, Bəhruz bəy Kəngərlini 

şəxsən tanıyan və Naxçıvanda onda rəssamlığın 

sirlərini öyrənən adamdır. 

O, əvvəlcə Azərbaycan SSR Elmlər Akade-

miyasının Xəbərlərində (1949, №5) M.Nəcəfov-

la  birlikdə  yazdığı  “Naxçıvanlı  rəssam  Bəhruz 

B.Kəngərli. “Adil Qazıyev etüddə”. 1921.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə