Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə11/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   7   8   9   10   11   12   13   14   ...   132

43

   


        

Uşaqlıq ill ri

həyatında  növbəti    zərbələr  oldu, 

desək,  yanılmarıq.  Şirəli  bəyin  onun 

sağaldılması  yönündə  atdığı  addımlar 

da bir nəticə vermədi. Bundan sonra isə 

o,  taleyinə  yazılmış  qısa  ömür  payının  

iyirmi ilə qədərini səsə həsrət qaldı. Bu 

səbəbdən  də  Bəhruz  bəy  məktəbdən 

uzaqlaşdı. 

Heç şübhəsiz qəildən düşdüyü bu 

vəziyyət  balaca  Bəhruz  bəyi  çıxılmaz 

vəziyyətə  salmışdı.  Təbiətin  zəngin 

rəngləri  ilə  yanaşı,  onun  bənzərsiz 

səslərinə də  yenicə vurulmağa başlayan 

Bəhruz  bəy  ilk  anlar  nə  edəcəyini  də 

bilmirdi. Odur ki, vaxtının çoxunu evdə 

keçirməyə  üstünlük  verər,  cəmiyyət  içinə 

çıxmaqdan qaçardı. 

Həm  doğma  anasını,  həm  də  eşitmə 

qabiliyyətini  itirmiş oğlunu tuş gəldiyi gərgin 

psixoloji vəziyyətdən çıxarmağa çalışan Şirəli 

bəyi  onun  bütün  gününü  dörd  divar  arasında 

keçirməsi  çox  narahat  edirdi.  Ona  görə  də 

situasiyanın  yaxşılığa  doğru  dəyişməsi  üçün 

müxtəlif  yollar  arayırdı.  Çox  az  müddətdən 

sonra  Şirəli  bəy  obrazlı  desək,  axtardığını 

tapır.  Onun  evə  gətirdiyi  kitab  və  jurnallar  

balaca Bəhruz bəyi ovsunlayır. Beləliklə, onun 

sınaqlarla  zəngin  olan    ömür  yolunda  “yeni 

dövr”  başlanır.  Başqa  sözlə  desək,  yaşıdları 

məktəbdə müəllimlərdən dərs aldıqları halda, 

Bəhruz bəy  onu 30 yaşına kimi izləyən “alın 

yazısı” ilə qeyri-bərabər mübarizəyə başlayıb, 

ev  şəraitində  atasından  dərs  almağa  başlayır. 

Əgər  bu  prosesin  şahidi  olanların  bizim 

günümüzə  gəlib  çatan  xatirələrinə  əsaslanıb 

yazılanlara  tapınsaq,  onda  ata-balanın 

müəllim-şagird  kimi  ünsiyyətinin  uğurlu 

olduğunu söyləmək olar. 

Məhz  həmin  çətin  illərdə  lap  uşaq  yaş-

larından  böyük  həvəs  göstərdiyi  rəssamlıq 

Bəhruz bəyin ən sevimli məşğuliyyətinə çevrilir, 

desək, həqiqəti söyləmiş olarıq. Etiraf edək ki, bu 

məqamda    rəssamlıq  onun  üçün  nəinki  mənəvi 

dayaq, həm də maddi baxımdan onun gələcəyini 

təmin edə biləcək faydalı bir sənət idi...

Bu  yerdə  deyək  ki,  Bəhruz  bəy  Kən-

gər li  yaradıcılığına  həsr  olunmuş  kitab  və 

məqalələrdə  elə  rəssamın  məktəb  təhsili  ilə 

bağlı ikirlər də kifayət qədər müxtəlifdir. 

Bu  təzadlı  məlumatlara  münasibətini 

bildirən tarixçi-alim F.Cəfərov yazır: “Həmin 

yazılar da  Bəhruzun  “Xeyriyyə”  və  Naxçıvan 



Şirəli bəy Kəngərlinin xidmət dəftərçəsi. 1910-cu il.


 

44

Uşaqlıq ill ri



“Avtoportret”. 1911.


45

   


        

Uşaqlıq ill ri

şəhər  “Üsuli-cədid”  məktəblərində  oxuması 

göstə rilir.  Məsələn,  K.Kərimov  “Bəhruz 

Kəngərli”  kita bında  yazır:  “Şirəli  bəy  böyük 

oğlu Bəh ruzu o zaman dəbdə olan mollaxanaya 

deyil,  “Xeyriyyə”  adlanan  yeni  tipli  şəhər 

məktəbinə qoymuşdur”. K.Kərimov, ola bilsin 

ki, Bəh ruz Kəngərlinin “Xeyriyyə” məktəbində 

oxu masını hər hansı bir mənbə əsasında qeyd 

edib. Lakin əlimizdə olan sənədlərdən məlum 

olur  ki,  “Xeyriyyə”  məktəbi  Naxçıvandakı 

“Came”  məscidinin  nəzdində  1906-cı  ildə 

açılmışdır.  Bəhruz  isə  artıq  1906-cı  ildə 

xəstəliyinə görə qulaqlarının eşitməməsi 

səbəbindən mək təb dən uzaqlaşmışdır.

A.Axundov  isə  yazır:  “B.Kəngərli 

1892-ci  il  yanvarın  22-də  Naxçıvan 

şəhərində anadan olmuşdur. Atası Şirəli 

bəy  Kəngərli  dövrünün  mütərəqqi  elm 

adamlarından  hesab  olunurdu.  Bəhruz 

kiçik  yaşlarından  yatalaq  xəstələyinə 

tutulmuş və bu ağır xəstəlikdən qurtulsa 

da,  iziki  qüsura  –  eşitməzliyə  məruz 

qalmışdır.  Buna  görə  atası  onu  “Üsuli-

cədid”  məktəbindən  çıxarıb  təhsili  ilə 

özü  məşğul  olmuşdur”.  Qeyd  etmək 

istərdik ki, o dövrün təhsil və məktəblə 

bağlı  sənədlərini  araşdırdığımız  zaman 

belə  bir  məktəbin  olması  haqda  heç  bir 

sənədə  rast  gəlmədik.  Belə  ki,  “Üsuli-

cədid” məktəb adı deyil, ana dilində məktəblər 

açılmasına dair bir hərəkatdır. 

Araşdırılan  arxiv  sənədlərindən  o 

da  məlum  olur  ki,  Bəhruz  (Şamil)  10-11 

yaşlarında  1904-cü  ildə  Naxçıvan  şəhərində 

açılmış  “rus-tatar”  məktəbində  oxumuş  və 

xəstəliyi ilə əlaqədar məktəbdən çıxarılmışdır. 

Bəhruz  Kəngərlinin  “rus-tatar”  mək təbində 

oxumasını təsdiq edən sənəd lər dən biri 1904-

1905-ci  illərdə  köçürül müş  şagirdlərin  adlı 

siyahısıdır. Həmin siyahıda “Kəngərli Şamil”in 

adı  da  vardır.  Siyahıda  Naxçıvanın  görkəmli 

ziyalılarından Əziz Şərif,  Əli Qasımov, Həsən 

Əliyev, Seyfulla Kəngərli, Bəxtiyar Kəngərli, 

Abbas  Qasımov,  Əli  Vəliyev,  Ağa  Vəzirov, 

Nəcəf  Sultanov,  Əli  Xəlilov,  İbrahim  Nə-

sirbəyov, Cabbar Şeyxov, Həsən Qən bərov və 

başqalarının da adları vardır”. 

Bəhruz  bəy  Kəngərli  ilə  sonralar  görkəmli 

ədəbiyyatşünas  kimi  tanınacaq  Əziz  Şəriin 

uşaqlıq və sinif yoldaşı kimi çox yaxın əlaqələri 

olmuşdur. 

       Əziz Şərif  “Atam və mən” kitabında yazır: 

“Bazar,  12  fevral  1917-ci  il.  Rəssam    Bə h-

ruzgilə  getmişdim.  Olduqca  maraqlı  şəkilləri 

vardır. Mən “Molla Nəsrəddin” jurnalının tə-

zə dən nəşrə başladığına sevinir, naxçıvanlı rəs-

sam   Bəhruz Kəngərli ilə əlaqəni kəsmir, onun 

yaradıcılığı  ilə  maraqlanırdım.  Xəstə  yatdığı 

üçün  onu  evimizdə  qəbul  edə  bilməsəm  də, 

tez-tez yanına gedir, əsərləri ilə tanış olurdum”. 

Beləliklə,  Bəhruz  Kəngərlinin  Naxçıvan 

şəhərindəki “rus-tatar” məktəbində oxumasına 

heç bir şübhə qalmır”. 

Rəssamın uşaqlıq illəri haqqında xati rə-

lər  duyulası  dərəcədə  az  olduğundan  onların 

hər biri azca da olsa informasiya əldə etmək 

baxımından çox əhəmiyyətlidir.  

Rəssamın “Avtoportret”inin (1911)

arxasındakı müəllif qeydi.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə