Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə10/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   6   7   8   9   10   11   12   13   ...   132

41

   


        

Uşaqlıq ill ri

1 noyabr 1908-ci ildə Şirəli bəy yenidən 

Naxçıvan  qəza  polis  idarəsində  2-ci  dərəcəli 

dəftərxana  xidmətçisi  vəzifəsinə  təyin 

edilmiş, 16 gün sonra isə Naxçıvan qəza polisi 

idarəsində  IX  dərəcəli  ştatdankənar  polis 

məmuru vəzifəsinə keçirilmişdir. 

Şirəli  bəy  1911-ci  ilin  noyabrınadək  bu 

vəzifədə çalışır.  22 sentyabr 1911-ci ildə isə 

Naxçıvan qəza polis idarəsinin rəisinə müraciət 

edərək  tutduğu  vəzifədən  azad  olunmasını 

xahiş edir. 

Şirəli  bəy  polis  sistemindən  azad 

edildikdən sonra demək olar ki, heç bir 

yerdə  çalışmamış,  ömrünün  axırınadək 

övladlarının  tərbiyəsi  ilə  məşğul 

olmuşdur”. 

Öz  növbəmizdə  bu  deyilənlərə 

əlavə olaraq bildirmək istəyirik ki, Şirəli 

bəy  dövrünün  tanınmış  hərbçilərindən 

biri olan Murtuza ağanın oğlu idi. Şirəli 

bəy rus və fars dillərini mükəmməl bilən, 

Avropa  və  Şərq  ədəbiyyatına  yaxından 

bələd  olan,  açıqikirli  bir  ziyalı  kimi 

tanınmış, yuxarıda da qeyd olunduğu kimi 

müxtəlif məsul vəzifələrdə çalışmışdır. 

Bəs  Bəhruz  bəyin  doğma  və  ögey 

anaları kimdir? 

Bu  sualın  cavabını  tapmaqda 

bizə  yenə  də  tarixçi-alim  Fəxrəddin 

Cəfərovun  yazdıqları  yardımçı  oldu:  “Arxiv 

sənədlərindən  aşkar  oldu  ki,  rəssam  Bəhruz 

Kəngərlinin  doğma  anası  Əziz  xanım 

olmuşdur.  O,  polkovnik  İsmayıl  ağa  Novruz 

ağa oğlu Kəngərlinin qızıdır. Nədənsə, Bəhruz 

Kəngərli  haqqında  yazılan  məqalələrdə  və 

monoqraiyalarda  onun  doğma  anası  kimi 

analığı Şirin xanımın adı çəkilmişdir. 

Şirin  xanım  Vəzirova  1886-cı  ildə 

Naxçıvan  şəhərində  anadan  olmuşdur. 

Naxçıvan  şəhər  qız  məktəbində  təhsil  almış, 

1900-cu ildə Şirəli bəylə ailə həyatı qurmuş, 

Bəhruzu  öz  doğma  övladı  kimi  sevərək 

tərbiyəsi ilə məşğul olmuşdur. 30 dekabr 1906-

cı ildə qızı Tahirə, 18 yanvar 1910-cu ildə isə 

ikinci qızı Mənsurə dünyaya gəlmişdir”.

Lakin  bütünlükdə  Kəngərlilər  ailəsində 

uşaqların  sayı  heç  də  bu  qədər  olmamışdır. 

Daha  dəqiq  desək,  onların  sayı  daha  çoxdur. 

Bunu  şərtləndirən  səbəb  isə  Şirəli  bəyin 

vəfatından sonra (bizim qənaətimizcə o, 1915-

1920-ci  illər  arasında  vəfat  etmişdir)  Şirin 

xanımın  ikinci  dəfə  ərə  getməsi  olmuşdur. 

Azərbaycanın bir çox bölgələrində yayılmış bir 

adəti Şirin xanım da yaşamalı olmuşdur. Ərinin 

vəfatından sonra dul qalan qadın özgəsinə yox, 

qohumlarından birinə ərə getmişdir. 

Başqa  sözlə  desək,  üç  uşaqla  başsız 

qalmış  ailənin  ağırlığını  Şirəli  bəyin  qardaşı 

Qədir  ağa  öz  üzərinə  götürmüşdür.  Onun 

Şirin  xanımla  izdivacından  üç  uşaq  dünyaya 

gəlmişdir. Bunlar oğlanları Davud və Rüstəm, 

eləcə də qızı Gültacdır. 

Bu  yerdə  rəssamın  doğma  anası  Əziz 

xanımla    bağlı  bizə  məlum  olan    digər 

məlumatları da nəzərinizə çatdırmaq istərdik. 

Öncə deyək ki, onun rəsmi adı Əziz olsa da, 

qohumları  öz  aralarında  ona  “Ərik  xanım”, 

bəzən  də  “Əzizə  xanım”  deyə  müraciət 

edərmişlər. 

Əziz 


xanım 

dövrünün 

sayılıb-

seçilən  hərbçilərindən  İsmayıl  ağanın 

qızı,  eyni  zamanda  Naxçıvanın  tanınmış 

xeyriyyəçilərindən  Şahbaz  ağanın  doğmaca 

bacısı olmuşdur. O, Bəhruz dünyaya gəldikdən 

2 ay sonra vəfat etmiş, beləliklə, körpə uzun 

müddət  (təxminən  13  yaşına  qədər)  ana 

nənəsinin himayəsi altında böyümüşdür. 

Bəhruz  bəy  Kəngərlinin  bioqraiyası 

ilə  əlaqədar  sona  qədər  aydınlaşdırılmayan 

məsələlərdən  biri  onun  doğulduğu  tarixlə 



 

42

Uşaqlıq ill ri



bağlıdır.  Belə  ki,  M.Nəcəfovun  tərtib  etdiyi 

kataloqda  (1947)  və  yazdığı  kitabda  (1957) 

onun 10 yanvarda doğulduğu qeyd olunmuşdur. 

K.Kərimovun müəllii olduğu monoqraiyada 

da  bu  tarix  10  yanvar  kimi  göstərilmişdir. 

2005-ci ildə nəşr olunmuş kataloqda (mətnin 

müəllii N.Həbibov) isə rəssamın 22 yanvarda 

doğulduğu  göstərilmişdir.  Bu  tarix  müəllii 

X.Əsədovanın müəllii olduğu kitab (2013) və 

kataloqda (2012) da təkrarlanmışdır. 

Yuxarıda  qeyd  olunanların  heç  biri  ilə 

razılaşmayan  tarixçi-alim  F.Cəfərov 

isə  Naxçıvan  MR  Dövlət  Arxivində 

saxlanan  sənədə  istinad  edərək  çox 

fərqli bir tarixin rəssamın doğum günü 

olduğunu bildirir. 

O,  yazır:  “Lakin  arxivimizdəki  

sənədlərdən  birində  Şirəli  bəy 

Kəngərlinin  xidmət  kitabçasının  ailə 

tərkibi  haqqında  14-cü  bölməsində 

yazılır  ki,  Bəhruz  Kəngərli  28  fevral 

1892-ci  ildə  Şirəli  bəyin  birinci 

nigahından  anadan  olmuşdur.  Belə 

çıxır ki, əvvəlki, yəni 10 və 22 yanvar 

anadanolma tarixləri müxtəlif müəllilər 

tərəindən təkrarlanmışdır”.

Sovet dönəmində işıq üzü görən və 

ən etibarlı informasiya mənbəyi sayılan 

Azərbaycan  Sovet  Ensiklopediyasının 

V  cildində  də  yuxarıdakı  tarixlərdən 

biri – 10 yanvar qeyd olunmuşdur. 

Əslində  bu  13  günlük  fərq  və  gah  o 

rəqəmə,  gah  da  digərinə  istinad  edilməsi 

Zaqafqaziyada  Qriqori  təqviminin  tətbiq 

olunması ilə bağlıdır və əslində müəllilər onu 

10(22) kimi qeyd etməliydilər.  

Bəhruz  bəyin  özü  isə  doğum  gününün 

yuxarıda  qeyd  olunan  tarixlərdən  heç  birinin 

olmadığını  öz  əli  ilə  yazdığı  yazısında 

təsdiqləmişdir.  O,  bunu  1911-ci  ildə  çəkdiyi 

“Avtoportret”in arxasında etmişdir. Rus dilində 

yazılmış mətnin orijinalı belədir: “  

 

 

 



 

 

 



-

. Э


 

 

 



,  . . 

 

  К



  (

 

 



 

     



-

   



 1911 

   


 

 

 18 



 

,   


 1 

 1892 


   

 

    



 

 

Э



 

:  ……  



 1918 


”.

Bu yerdə onu da əlavə edək ki, portretin 



bağışlandığı  Nəcəf  Ağa  Sultanov  rəssamın 

yaxın dostlarından biri olmuşdur. 

Beləliklə, biz sizə rəssamın doğum günü 

ilə  bağlı  mövcud  olan  bir-neçə  variantı  – 

müəllif mövqeyini təqdim etdik. Başqa sözlə 

desək, yazmağı bizdən, nəticə çıxarmağı isə bu 

dəfə sizdən...

İndi  isə  gəlin  Bəhruz  bəyin  uşaqlıq 

illərinə  qayıdaq,  onun  duyulası  dərəcədə 

dramatik davam edən ömür yoluna işıq salmağa 

çalışaq. Əvvəlcə,  onun  hələ uşaq vaxtı anasını 

itirdiyini vurğulamaq istərdik.  

Ana qayğısından məhrum olmuş Bəhruz 

bəyin ağır xəstələnməsi, əvvəlcə sol qulağının 

tutulması,  sonradan  tamamilə  kar  olması  

qarşılığında oxuduğu rus-tatar məktəbini tərk 

etməyə məcbur olması onun yenicə başlanan 

Şirin xanım.

1917.

Şirin xanım.

1940-cı illər.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə