Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə8/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   4   5   6   7   8   9   10   11   ...   132

 

36

R



ssamın dövrü v  mühiti

mədəniyyətimizdə digər yaddaqalan hadisələr 

də  baş  verdi.  1873-cü  ildə  Azərbaycanda 

professional teatrın yaranması, 1875-ci ildə isə  

ilk mətbuat orqanımız olan “Əkinçi” qəzetinin 

işıq üzü görməsi və müxtəlif ədəbi məclislərin 

mövcudluğu o dövrün mədəni məkanı, bütün-

lükdə isə xalqımızın mənəvi dünyasının zən-

gin ləşdirilməsinə, milli kadrların yaradıcı po-

ten sialının  nümayişinə  hesablanan  yeniliklər 

idi, desək, yanılmarıq. Əgər ölkə çərçivəsində 

gerçəkləşən  bu  yeniliklərin  zamanında  həm 

də  maddi-mənəvi  zən  ginliyi  ilə  ad 

çıxaran  və  “Şərqin  qa pısı”  adlanan 

Naxçıvandan yan keçdiyini düşünmək, 

yəqin ki, sadəlövhlük olardı.     

İnkişaf  tarixinin  daha  qədim  sə-

hifələrini  tanınmış  simaların  yara dı-

cılığı, eləcə də yaddaqalan ədəbiyyat və 

incəsənət hadisələri bəzəyən Naxçıvan 

yaradıcıları  XIX  əsrdə  də  ümummilli 

mədəniyyət saxlancımızı fərqli tutuma 

malik  yeni-yeni  işlərlə  duyulası 

dərəcədə zənginləşdirmişlər.

Qədim  tarixə  malik  olan  musiqi 

mə dəniyyətinin  XIX  əsrdə  yerli  aşıq 

(Aşıq  Dəhri,  Gülalı  Məmməd,  Aşıq 

Nabat, Sərraf Qasım və s.) və müğənnilər 

(Kəblə Baxşəli, Mandı Mələk, Məşədi 

Əbil, Gilan oğlu və s.) tərəindən uğurla 

davam etdirilməsi də Naxçıvanda digər 

sahələrdə baş verən mədəni hadisələrlə əlaqəli 

idi. Musiqi məkanında yeni formalara meylin 

güclənməsi,  məlum  ictimai  çıxışlardan  (xalq 

şənlikləri, toy mərasimləri, musiqi məclisləri) 

başqa açıq konsertlərin təşkili də bu sahədə baş 

verən müsbət dəyişikliklərin əyani göstəricisi 

idi. 


Həyat  və  yaradıcılığı  XIX  əsrə  təsadüf 

edən Heyran xanım və Qönçəbəyimin ərsəyə 

gətirdikləri  poeziya  nümunələri  ənənəvi 

məzmunla  yanaşı,  həm  də  yaşadıqları  dövrə 

və fərdi hiss-duyğularına tutulan sərt “güzgü” 

kimi daha  cəsarətli və mütərəqqi idilər.

Ordubadda  təşkil  olunmuş  “Əncüməni-

şüəra” ədəbi məclisi üzvlərinin şeirlərinin yeni 

məzmun  alması,  onun  daha  çox  maarifçilik 

ideyalarının  təbliğinə  köklənməsi,  tənqidi 

tutum  alması  da  həmin  əsrin  poeziyası  üçün 

yeni idi.

Maarif və təhsil sahəsində qədim ənə nə-

lərə  malik  olan  Naxçıvanda  Ehsan  xan  Kən-

gərlinin  naibliyi  dövründə  –  XIX  əsrin  30-

cu  illərində  ilk  dünyəvi  məktəbin  –  rus-tatar  

qəza məktəbinin açılması da əsrin yaddaqalan 

hadisələrindən  sayıla  bilər.  Elə  həmin 

yüzilliyin sonlarında Naxçıvanda  üsuli-cədid 

məktəblərinin  mövcudluğu  isə  artıq  təhsil 

ocaqlarının  zamanın  ruhunu  özündə  yaşadan 

yönə istiqamətlənməsinin göstəricisi idi.   

Bu  mənada  daha  sonralar  öz  dövrünün 

tərəqqipərvər  maarifçisi  və  pedaqoqu,  şairi 

və  publisisti  kimi  tanınan  Məhəmməd  Tağı 

Sidqinin  (1854-1903)  əqidə  dostu  Hüseyn 

Sultan Kəngərli ilə Ordubadda “Əxtər”(1892), 

Naxçıvanda  isə  “Tərbiyə”  (“Məktəbi-Tər-

biyə”,  1894)  məktəbini  təsis  etməsi,  bununla 

1883-cü ildə bu binada ilk dəfə Naxçıvanda

teatr tamaşası göstərilmişdir.



37

   


        

R

ssamın dövrü v  mühiti



əlaqədar  müasir  məzmunlu  dərsliklər  və 

uşaqlar  üçün  hekayələr  yazması,  eləcə  də 

teatr  tamaşalarının  təşkilatçısı  kimi  çıxış 

etməsi xalqının bu gününə və yetişməkdə olan 

nəslin işıqlı sabahına yönəli  unudulmaz ziyalı 

addımları olmuşdur, desək, həqiqəti söyləmiş 

olarıq.  

Həmin zaman kəsiyində nüfuzlu yazıçı-

publisist, teatr və ictimai xadim kimi tanınan 

Eynəli bəy Sultanovun (1866-1935) təşəbbüsü 

ilə  XIX  əsrin  son  rübündə  yaradılan  “Ziyalı 

məclisi”,  eləcə  də      “Müsəlman  incəsənəti 

və  dram  cəmiyyəti”  adlı  ədəbi-

mədəni  mərkəzi  Naxçıvanda  mədəni 

mühitin  canlanmasında  əhəmiy yətli  rol 

oynamışdır.  Həm  də  Naxçıvan  teatrının 

yaranmasında  böyük  xidmətləri  olan 

Eynəli  bəy  yuxarıda  adları  çəkilən 

ədəbi-mədəni 

məclislərin 

ətrafına 

öz  dövrünün  ziyalılarını  toplamaqla 

şəhərdə  maarifçilik  işinin  çox  maraqlı 

yöndə    canlanmasını  gerçəkləşdirmişdi. 

Bu  mənada  həmin  illərdə  onunla  birgə 

fəaliyyət  göstərmiş  əqidə  dostlarının  – 

yazıçı-dramaturq,  jurnalist  və  ictimai 

xadim  Cəlil  Məmmədquluzadə  (1869-

1932)  ilə  yanaşı,  Əliməmməd  Xəlilov 

(1862-1996), Sadıq Xəlilov (1864-1905), 

Nəsrulla  Şeyxov  (1863-1921),  Mirzə 

Şürbi (1874-1915), Əbülqasım Sultanov (1866-

1916) və Mirzə Süleymanov (1862-1921) kimi 

ziyalı, maarif və teatr xadimlərinin Naxçıvan 

teatrının yaranmasında və inkişafında mühüm 

xidmətləri  olmuşdur.  1883-cü  ildə  əsası 

qoyulan  teatrda  M.F.Axundzadənin  “Müsyö 

Jordan  və  dərviş  Məstəli  şah”  komediyası 

və  digər  əsərlərin  tamaşaya  qoyulması  ilə 

Naxçıvan teatrının yaranması rəsmiləşdi. Yeri 

gəlmişkən deyək ki, özünəməxsus yaradıcılıq 

ənənələri  olan  bu  sənət  ocağının Azərbaycan 

teatrının  təşəkkülündə  əhəmiyyətli  rolu 

danılmazdır. 

Yeni  əsrin  əvvəllərindən  o  zamanlar 

Qafqazın  əsas  mədəni  mərkəzlərindən 

sayılan  Tilisdə  fəaliyyət  göstərən  mətbuat 

orqanlarında  çalışan  Eynəli  bəy  Sultanovun 

Bəhruz  bəy  Kəngərlinin  bilavasitə  orada 

ixtisas  təhsili  almasında  da  müəyyən  rolu 

olmuşdur.  Heç  şübhəsiz  on  səkkiz  yaşlı 

Bəhruz bəyin Naxçıvandan  Tilisə üz tutması 

səbəbsiz  deyildi.  Əgər  bunun  birinci  səbəbi 

Naxçıvana  daha  yaxın  məsafədə  yerləşən 

böyük  şəhərlərdən  yalnız  Tilisdə  rəssamlıq 

sahəsində  təhsil  verə  biləcək  məktəbin 

olması idisə, bunu digər səbəbi  bu şəhərdə o 

vaxtlar  azərbaycanlıların mövcudluğunun hər 

addımda hiss olunmasıydı. Başqa sözlə desək, 

artıq  XX  əsrin  əvvəllərində  azərbaycanlı 

ziyalıların  da  fəaliyyət  göstərdikləri  “Şərqi-

Rus”,  “Zaqafqazye”,  “Kavkaz”  və  “Kaspi” 

qəzetlərinin  və  “Molla  Nəsrəddin”  satirik 

jurnalının  nəşr  olunduğu  Tilisdə  naxçıvanlı 

gənc  özünü  yad  hiss  etməyə  bilərdi.  Elə  bu 

mətbuat orqanlarında taleyini rənglər aləminə 

həsr etməyə qərar vermiş Bəhruz bəyin atası 

Şirəli  bəyin  çoxlu  dost  və  tanışları  vardı. 

Araşdırmalar  göstərir  ki,    o  vaxtlar  elə  bu 

amil  Şirəli  bəyi  müəyyən  iziki  qüsurları 

olan  oğlunun  evdən  ayrılmasına  və    hər 

halda  yad  sayıla  biləcək  şəhərə  üz  tutmasına 

inandırmışdı...



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə