Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə4/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   2   3   4   5   6   7   8   9   ...   132

13

   


        

K ng rlil r

Belə ki, bu ədalətsizlikdən 69 il sonra biz onun barəsində 

yazılan bu kitabda onu XIX yüzilliyin sonlarında doğma  yurdunda 

– ata evində çağrıldığı kimi – Bəhruz bəy olaraq təqdim etməyə 

qərar  verdik.  Ən  azı  ona  görə  ki,  bu  gün  yurdumuzda  onun 

bəyliyini  əlindən  alan  rejimin  əvəzinə  görkəmli  fırça  ustasının 

yaradıcılığına yüksək dəyər verən müstəqil dövlət  mövcuddur...

  Bu  yerdə  deyək  ki,  həm  sovet  dönəmində,  həm  də 

müstəqillik  illərində  rəssamın  həyat  və  yaradıcılığına  həsr 

olunmuş bir-neçə kitab işıq üzü görmüşdür. Amma çox təəssüf 

ki,  onların  hamısında  tarixi  faktların  müxtəlif  səbəblərdən-

informasiya  qıtlığından  və  səriştəsizlikdən  təhrif 

olunmasına yol verilmiş, rəssamın yaratdıqları bir çox sənət 

nümunələri  professionallıqla    təhlil  olunmamış,  düzgün  

dəyərləndirilməmişdir.  Çox  vaxt  ən  mötəbər  toplantılarda 

belə  onun  həyat  və  yaradıcılığı  ilə  bağlı  faktlar  düzgün 

təqdim olunmamışdır. Təbii ki, bu onları dilə gətirənlərdən 

çox, Bəhruz bəy Kəngərlinin yaradıcılığını tədqiq edənlərin 

ucbatından baş vermişdir. 1947-ci ildə rəssam barəsində ilk 

yazılanları sonrakı dövrlərdə  zaman-zaman təkrarlamaqla 

əsl həqiqəti üzə çıxarmaq təbii ki, mümkün olmazdı. Amma 

sənətşünaslarımızın müxtəlif nəsillərinin təmsilçiləri məhz 

bu yolla getmiş və rəssamla bağlı axtarışlar aparmaq və yeni 

məlumatların üzə çıxarılmasına çalışmaq əvəzinə, neçə-neçə 

faktların  itirilməsinə  imkan  vermişlər.  Əslində  bu  kitabın 

yazılmasını şərtləndirən başlıca səbəb də elə bu olmuşdur.

Bəhruz  bəy  Kəngərlinin  həyat  və  yaradıcılığına  sovet 

dönəminin  məşhur  azərbaycanlı  sənətşünaslarından    sonra 

yenidən müraciətimizi  həm də Azərbaycan xalqının ümummilli 

lideri Heydər Əliyevin 2002-ci ildə Naxçıvanda Bəhruz Kəngərli 

muzeyinin açılışında çox mənalı çıxışı, onun burada dilə gətirdiyi 

“Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim 

sənətşünaslar,  tədqiqatçılar  Bəhruz  Kəngərlinin  yaradıcılığını 

daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar” 



 

14

tövsiyyəsi olmuşdur.



Bu çıxışı özümüz üçün istiqamətverici saymaqla, müəllif olaraq  

dərk  etdik  ki,  qələmə  alınan  kitab  əvvəlkilərə  bənzəməməlidir. 

Özü də bütün mənalarda. Kitabla ətralı tanışlıqdan sonra  hər kəsin 

buna əmin olacağına şübhə etmirik. Belə ki, ideoloji asılılıqdan 

uzaq olan “Bəhruz bəy Kəngərli taleyi” kitabı  özündən əvvəlki 

nəşrlərdən doğrudan da çox fərqlənir. 

Kitabda Bəhruz bəyi və onun sənət dünyasını olduğu kimi 

təqdim  etməyə  çalışmaqla,  əldə  edilmiş  yeni  faktlar  əsasında 

onun həyat və yaradıcılığına tutulan özünəməxsus “bədii güzgü” 

ilə  yaddaşımızda  həmişə    otuz  yaşlı  qalacaq  rəssamın 

milli incəsənətimizin korifeyləri sırasında özünə əbədi yer 

qazanmasının  tarixi-estetik qatlarına işıq salınmışdır. 

  Etiraf  edək  ki,  gənc  rəssam  zamanında  təkbaşına 

bütöv bir yaradıcı nəslin görə biləcəyi işləri görə bilmişdir. 

Onun özünün iravanlıqdan uzaq bir durumunda yaratdığı 

“Qaçqınlar”  qraik  silsiləsi  bu  gün  duyulası  zaman 

distansiyasından  adi  professionallığın  ifadəsindən  daha 

əzəmətli,  vətənpərvər  sənətkar  –  vətəndaş  mövqeyinin 

təzahürü kimi qəbul olunur və dəyərləndirilir.

Ona  ayrılmış  30  illik  təzadlarla  dolu  ömür  payının 

cəmisi  7  ilini  müstəqil  yaradıcılığa  həsr  etməyə  imkan 

tapan  Bəhruz  bəy  Kəngərli  erməni  təcavüzündən  bəhs 

edən  “Qaçqınlar”ı  ilə  yurdun  ən  çətin  anlarında  XX  əsr 

Azərbaycan  təsviri  sənətinin  mənəvi  yükünü  daşımağa 

məhkum olan, amma bunu sona qədər edə bilməyən rəssamların 

üzünü  ağartdı,  desək,  yanılmarıq.    Belə  ki,  onun  bu  silsiləsi 

mənfur qonşularımızın əsl xislətini ifşa edən təkzibolunmaz bədii 

sənədlərdir...

Bəhruz bəy Kəngərli həm də Azərbaycan təsviri sənətində 

müxtəlif  janrların  təşəkkül  tapmasına  verdiyi  zəngin  töhfələrlə 

özünün  Azərbaycan  rəssamlıq  tarixində  bənzərsiz  olduğunu 

təsdiqləmişdir.




15

   


        

15

   



        

Onun  bu  janrların  hər  birində  öz  yaradıcı  “mən”ini 

təsdiqləməsi  ilə  yanaşı,  apardığı  maarifçilik  işi  ilə  rəssamlığı 

zamanında Naxçıvan, bütünlükdə isə Azərbaycan incəsənətinin 

əhəmiyyətli sahəsi kimi tanıtması gənc rəssamı bir fenomen kimi 

qəbul etməyə əsas verir... 

Yuxarıda  vurğuladığımız  kimi  Bəhruz  bəy  adı  çoxəsrlik 

Naxçıvan  tarixi  ilə  qoşa  çəkilən  məşhur  Kəngərlilər  nəslinin 

nümayəndəsidir.  Təbii  ki,  bu  danılmaz  şöhrəti  Kəngərlilər 

Naxçıvan,  bütünlükdə  isə  Azərbaycan  tarixinin  zəngin  və 

qürurverici səhifələrini bəzəyən oğul və qızlarının işıqlı əməlləri 

ilə qazanmışlar. Elə isə gəlin əvvəlcə bu nəslin tarixinə nəzər 

salaq...



K ng rlil r


17

   


        

K ng rlil r

A

raşdırmalara  əsasən  kən gər li-



lərin  qədim  türk  tayfalardan 

biri  olduğunu  söyləmək  olar. 

Onların  mənşəyi  və  məkanları  barəsində 

“Naxçıvan  ensiklopediyası”nda  oxuyuruq: 

“Kəngər” sözü Aral və Balxaş gölləri arasında 

yerləşən  Kənq  (“Avesta”da  –  Kənqxoy,  Çin 

mənbələrində Kənqyuy) dövlətinin 3-cü əsrdə 

hunlar  tərəindən  işğalından  sonra  ortaya 

çıxmışdır; həmin dövrdən yerli əhali ilə hunların 

qaynayıb  qarışmasından  təşəkkül  tapmış 

hunddilli  etnos  özünü  kəngər  adlandırmışdır. 

Kəngərlilərin  şimal  qonşuları  olan 

pəşəng  qəbilələri  də  hunlarla  qaynayıb 

qarışdıqlarına  və  Kəngərlilərlə  eyni 

dövlətdə  birləşdiyinə  görə  sonuncularla 

tayfa  ittifaqı  yaratmışdılar.  8-ci  əsrdən 

sonrakı  mənbələrdə  bu  tayfa  ittifaqına 

daxil  olan  etnoslar  daha  çox  peçeneq 

(yunanlarda – pazsınaq) adlandırılırdılar. 

Onlarla  Ural  çayı  ətrafında  yaşayan 

quzlar  (oğuzlar)  arasında  tez-tez 

münaqişə yaranırdı. 9-cu əsrin sonlarında 

ruslarla ittifaqa girən quzlar Kəngərliləri 

özünə  tabe  etmiş,  peçeneqləri  isə  öz 

yerlərindən  qərbə,  Don  çayı  sahillərinə 

doğru  qovmuşdular.  Çox  güman  ki, 

Kəngərlilərin  bir  hissəsi  hələ  4-5-ci 

əsrlərdə Şimali Qafqazdan Azərbaycana 

gələn  hunlara  qoşulmuşdur;  Kəngərlilərin 

həmin  dövrdən  sonra  Azərbaycanda, 

xüsusilə  də  Naxçıvan  ərazisində  yaşamaları 

barədə  məlumatlar  vardır.  9-10-cu  əsrlərdə 

Avrasiyanın  çöl  hissəsini  quraqlıq  bürüdüyü 

zaman  indiki  Cənubi  Qazaxıstan  ərazisində 

yaşayan  Kəngərlilər  xarəzmşahların  icazəsi 

ilə bu ölkəyə köçüb burada islam dinini qəbul 

etdikdən sonra müsəlman mənbələrində daha 

çox  “kənqli”  adı  ilə  tanınmışlar.  11-ci  əsrdə 

səlcuqlar İranı və Cənubi Qafqazı işğal edərkən 

kənqli tayfaları da bu yürüşlərdə iştirak etmiş 

və  oğuz-səlcuqların  tərkibində  Azərbaycana 

gəlmişlər.

Tarixçi-şair  Aqil  Kəngərlinin  nəslin 

mənşəyi  barəsində  yazdıqlarında    oxuyuruq: 

“Kəngərli nəsli 6000 illik tarixə malik olub, ilk 

dəfə adları Şumerlə əlaqəli çəkilib. Şumerlərin 

öz  adı  Kəngər  olub,  şumer  adını  isə  onlara 

akkadlar verib. Kəngərlər mixi yazını yaratmış, 

ilk  arabanı  düzəltmiş,  Orta  Asiyada  Kanq 

dövləti  (e.ə.  IV  əsr),  Azərbaycan  Salarilər 

dövləti (X əsr) və Naxçıvan xanlığının (XVIII 

əsr)  əsasını  qoymuşlar.  Bu  gün  Fars  körfəzi 

adlanan  ərazi  əsrlər  boyu  Kəngər  körfəzi 

adlanıb.  Naxçıvanskilər  məşhur  Kəngərli 

türk  tayfasının  bir  hissəsinə  çar  imperiyası 

dövründə verilən soyaddır.” 

Kəngərlilər 

Azərbaycan 

xalqının 

etnogezində iştirak etmiş, Səfəvilər dövründə 

ustaclı  tayfasının  tərkibində  ölkənin  siyasi 

həyatında  fəal  rol  oynamışlar.  17-ci  əsrdə 

Azərbaycan  vilayətinə  daxil  olan  Naxçıvan 

ulkası Kəngərlilərin irsi torpağı idi. 18-ci əsrin 

2-ci  yarısından  etibarən  Kəngərli  hakimləri 

yüksək  titullar  daşımış  və  Azərbaycanın  ən 

güclü  xanlarından  olmuşdur.  Tayfanın  xan 

Naxçıvan Muxtar Respublikasının

Kəngərli rayonu



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə