Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə5/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   2   3   4   5   6   7   8   9   ...   132

 

18

K ng rlil r



nəslindən  olan  nümayəndələri  Naxçıvan 

tüməninin  hakimi,  bəy  nəslindən  olanları  isə 

hakimin vəkili kimi fəaliyyət göstərirdilər. İrsi 

başçı olan xan eyni zamanda Naxçıvanın xanı 

olmuşdur.  Yüksək  səlahiyyətli  məmur  olan 

vəkil  isə  xanın  adından  tayfa  köçərilərinin 

daxili  işlərini  tənzimləyirdi.  Xanlıqlar 

dövründə  Kəngərlilərin  bir  qismi  Qarabağa 

köçürülmüşdü. Ağdam və Tərtər rayonlarındakı 

Kəngərli kənd adları bununla bağlıdır. 1828-ci 

il  Türkmənçay  müqaviləsinə  görə  Naxçıvan 

xanlığı 


Rusiyanın 

himayəsinə 

keçsə  də,  Kəngərlilərin  ən  nüfuzlu 

nümayəndələri  1840-cı  ilədək  “Naib” 

titulu  ilə  vəzifədə  qalmışdılar.  Çar 

hökuməti həmin vaxtdan kəngərli naib 

və  varisləri  mülkədarlıq  hüququndan 

məhrum etmişdi. 19-cu əsrin ortalarında 

bir  sıra  qol  və  tirələrdən  ibarət  idilər. 

Kəngərlilər arasından bir sıra görkəmli 

ictimai-siyasi və hərbi xadimlər, elm və 

mədəniyyət xadimləri yetişmişdir.”

Lakin  Kəngərlilərin  mənşəyi  və 

mövcudluğu tarixi bu yığcam məlumatla 

məhdudlaşmır.  Digər  tarixi  mənbə  və 

tədqiqatlarda  da  bu  nəslin  bu  gün  hər 

kəsə  qürur  bəxş  edə  biləcək  qiymətli 

qeydlərə  rast  gəlmək  mümkündür. 

Tədqiqatçı  Tərifə  Kənqərlinskayanın 

topladığı məlumatlar bu mənada xüsusi 

diqqət  çəkir:  “Kənqərli  nəslinin  tarixi  çox 

qədimlərdən başlanır. Tarixçi alim, Azərbaycan 

Respublikası  Elmlər Akademiyasının müxbir 

üzvi  Mahmud  İsmayılov  onlar  haqqında 

məlumatları  hələ  Strabon  və  Böyük  Pliniyin 

əsərlərində, başqa sözlə desək, eramızdan əvvəl 

I və bizim eranın I əsrində  mövcudluğunu üzə 

çıxarmışdır. “Kitabi-Dədə Qorqud”da Kəngərli 

sözünə “Kanqalı” formasında rast gəlinir. “ 

Müəlliin  qeydlərinə  tapınsaq,  onda  

nəslin adına “Avesta”da (b.e.ə.VII əsr) Kanqh 

qalası,  hind  eposu  “Maxrabata”da  Kanqi 

formasında  rast  gəlindiyini  söyləmək  olar. 

Persiya  mənbələri  Kanqdezin  (fars  dilində 

“dez”-“qala”  mənasındadır),  Çin  qaynaqları 

isə Balxaş və Aral göllərinin arasında Karqın 

yerləşdiyini qeyd edirlər. 

Vaxtilə  Masallının  Bədəlan  kəndi 

yaxınlığında  XIII  əsrə  aid  Kanqlı  qalası 

da  mövcud  olmuşdur.  Zamanında  strateji 

baxımdan  əlverişli  yerdə  –  üç  tərəfdən  su 

ilə  əhatələnmiş  təpə  üzərində  qərarlaşan  bu 

qalanın  bu  gün    torpağa  gömülmüş  izlərinin 

mövcudluğu və  adının hələ də yerli əhalinin qan 

yaddaşında dolaşması da onun uzaq tarixinin 

şərəli  olmasından  xəbər  verir.  Mənbələr 

kəngərlilərin müxtəlif keyiy yətləri ilə yanaşı, 

onların əzmkar döyüşçü və bacarıqlı atlı, hücum 

və müdaiə texnikasına yaxşı bələd olduqlarını 

da vurğulayırlar. Görünür rus tarixçilərinin skif 

və peçeneq tayfalarının əsasını təşkil etdiyini 

vurğuladıqları  kəngərliləri  elə  bu  səbəbdən 

onları böyük həvəslə müxtəlif ölkələrdə hərbi 

xidmətə qəbul edirdilər. 



Kanqlı qalasının vaxtilə qərarlaşdığı yer.

Masallı. Bədəlan kəndi.


19

   


        

K ng rlil r

Tarixi  qaynaqlarda  482-ci  ildə  indiki 

Qərbi  Azərbaycanın  ərazisində  Kanqer 

dağlarından gəlmiş kəngərlilərin perslərlə 

vuruşduğu  və  məğlub  etdiyi  barədə  də 

məlumatlar mövcuddur. 

Daha bir maraqlı fakt isə 11-ci əsrə 

aiddir.  Belə  ki,  1071-ci  ildə  oğuzların 

başçısı  Alp  Aslan  Malazkird  şəhərinin 

yaxınlığındakı  Reqva  düzündə  Bizans 

imperatoru Roman Diogenin qoşunu ilə 

üz-üzə gəlmişdir. Vəziyyətin gərginliyini 

hiss  edən  Alp  Aslan  əvvəlcə  sülh 

danışıqlarına başlamaq istəmişdir. Ancaq 

bizanslar sayca üstün olduqlarına arxayın 

olub,  rəqibin  qarşısında  ya  vuruşmaq, 

ya  da  ki,  təslim  olub  atları  və  silahları 

təhvil  vermək  şərti  qoyurlar. Alp Aslan 

şuranı  toplayıb  vəziyyəti  müzakirə 

edir  və  müqavimət  göstərməyə  qərar  verir. 

Oğuzlar qeyri bərabər döyüşə başlayırlar və bu 

qarşılaşma bizanslar üçün gözlənilməz nəticə 

verir.  Roman  Diogenin  ordusundakı  çoxsaylı 

kəngərlilər oğuzların türk olduğunu bilib onlar 

tərəfə keçirlər. Döyüş bizansların darmadağın 

edilməsi ilə sonuclanır, imperator və onun həyat 

yoldaşı əsir alınırlar. Tədqiqatılar bu qələbənin 

bizans  torpaqlarının  oğuzların  nəzarəti  altına 

keçməsinin başlanğıcını qoyduğunu bildirirlər. 

Bu  döyüş  əslində  indiki  Türkiyə  dövlətinin 

yaranma  tarixinin  başlanğıcını  qoymuşdur, 

desək, həqiqəti söyləmiş olarıq. 

Türkiyəli  tarixçi  Faruq  Sümərin 

qənaətincə Şah İsmayıl Xətainin hakimiyyətə 

gəlməsində  də  kəngərlilərin  böyük  rolu 

olmuşdur.  Ümumiyyətlə,  Səfəvi  hökmdarları 

kəngərlilərin  döyüş  qabiliyyətlərini  yüksək 

dəyərləndirmiş,  onlardan  ibarət  xüsusi  hərbi 

dəstələri  yaratmışlar.  Zamanında  bu  dəstənin 

Şah İsmayıl  tərəindən Xorasana göndərilməsi 

də,  sərhədlərin  türkmənlərin  davamlı  şəkil 

alan  hücumlarından  qoruması  məqsədi 

daşıyırdı.  Bu  dəstələrə  elə  kəngərlilərin 

sırasından  komandanların  təyin  olunması  da 

səfəvi  hökmdarlarının  onlara  olan  inamının 

göstəricisi idi. 

Əgər  sonrakı  illərin  yazılı  mənbələrinə 

istinad etsək, onda Kəngərli nəslinin  xatırlan-

masına və dəyərləndirilməsinə fransız səyyahı 

Jan Şardenin (XVII əsr), türkiyəli səyyah Öv-

liya  Çələbinin  (XVII  əsr),  rus  yazıçısı Alek-

sandr Sergeyeviç Qriboyedovun (XIX əsr) və 

b. yazılarında rast gəlmək mümkündür. 

Rus  tarixçisi  Vasili  Nikiforoviç  

Qriqoryevin  “Nax çıvan  əyalətinin  statistik 

təsviri”  (1833)  kitabında  Kəngərli    nəsli 

haqqında  yaz dıq larını  da  xatırlatmaq  yerinə 

düşərdi: “Onlar möhkəm, dözümlü, əməksevər, 

uzun  müddət  aclığa  dözməyi  bacaran 



Naxçıvan xanlığının Dövlət və döyüş bayrağı.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə