Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə9/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   5   6   7   8   9   10   11   12   ...   132

 

38

Uşaqlıq ill ri



Şirəli bəy Kəngərli oğlu Bəhruzla.


39

   


        

Uşaqlıq ill ri

N

axçıvanda  –  1892-ci  ildə 



öz 

dövrünün 

qabaqcıl 

ziyalılarından  sayılan  Şirəli 

bəyin ailəsində dünyaya göz açan oğlana Şəmil 

(Bəhruz) adı veriblər.                                                                   

      Sonrakı adının – Bəhruzun mənası “xoş 

gün” olsa da, bütünlükdə taleyilə adı bir-birinə 

təzad təşkil edib. Belə ki, Bəhruzun ömür 

payına  ağrılı-acılı  cəmisi  30  il  düşüb, 

onun  da  çox  hissəsini  səsə  həsrətlə 

yaşayıb...

Bu  yerdə  qeyd  edək  ki,  onun  adı 

rəsmi sənədlərdə Şamil kimi qeyd olunsa 

(onun  oxuduğu  rus-tatar  məktəbinin 

1904-1905-ci  illərə  aid  rus  dilində 

yazılmış sənədlərində də onun adı Şamil 

Kəngərli  kimi  qeyd  olunmuşdur)  da,  o, 

bir  rəssam  kimi  əsasən  Bəhruz  adı  ilə 

tanınmışdır.  İstedadlı  rəssam  ”Bəhruz” 

adını  və  yaxud  da  ləqəbini  isə  Tilisdə 

oxuyarkən götürmüşdür.               

Bu  yerdə  onun  adının  yanında 

“bəy” sözünün yazılmamasına və bizim 

bu kitabı məhz bu səbəbdən “Bəhruz bəy 

Kəngərlinin  taleyi”  adlandırmağımıza 

aydınlıq gətirmək istəyirik. 

Öncə  deyək  ki,  Bəhruza  “bəy”  titulu 

daşımaq  hüququ  Kəngərli  bəylərinin  varisi 

kimi verilmişdir. 

Məlumdur  ki,  çar  Rusiyası  dövründə 

zadəgan  titullarını  təyin  etmək  üçün  xüsusi 

komissiyalar  fəaliyyət  göstərirdi.  Belə 

komissiyalardan biri də bəy komissiyaları idi. 

1867-ci ildə Naxçıvanda da bu komissiyalardan 

biri  fəaliyyət  göstərməklə  əsilzadə  nəslindən 

olanları  müəyyənləşdirərək  onlara  “bəy” 

titulu  daşımaq  hüququ  verirdi.  Belə  əsilzadə 

nəsillərdən  biri  də  Kəngərli  bəyləri  idilər. 

Bəhruz da “bəy” titulu daşımaq hüququ olan 

həmin  Kəngərli  bəylərinin  varislərindən  biri 

idi. Bunun üçün onun nəsil şəcərəsinə baxmaq 

kifayətdir. 

Bu  yerdə  qeyd  edək  ki,  1947-ci  ilə 

kimi  müxtəlif  nəşrlərdə  rəssam  ictimaiyyətə 

“Bəhruz  bəy  Kəngərli”  kimi  təqdim 

olunmuşdur.  Vəfatının  25  illiyinə  həsr 

olunmuş  sərginin  kataloqunun  üz  qabığında 

və titul vərəqində onun adının yanında “bəy” 

sözü  yazılsa  da,  M.Nəcəfovun  yazdığı  ön 

sözdə  onun  adı  sadəcə  “Bəhruz  Kəngərli” 

kimi qeyd olunmuşdur. Bu xoşagəlməz ənənə 

uzun müddət davam etmiş və hətta ölkəmizin 

müstəqillik qazandığı illərdə  ona həsr olunmuş 

kitab və kataloqlarda da rəssamın halalca bəy 

titulu ona qaytarılmamışdır. 

 Odur ki. biz müəllilər qələmə aldığımız 

bu kitabın elə adında mayası haramla yoğrulmuş 



U޼aqlı¯q ill¬riİ

Rəssamın anadan olduğu ev. Naxçıvan,

Sabir küçəsi, dalan 1., ev 1.


 

40

Uşaqlıq ill ri



bir siyasi sistemin ondan haqsız olaraq aldığını, 

gec də olsa rəssama qaytarmağa qərar verdik. 

Tədqiqatçı  alim  F.Cəfərovun  araşdırmalarına 

rəğmən  demək  olar  ki,  Azərbaycan  Dövlət 

Tarix Arxivində  Bəhruz  bəy  Kəngərlinin  ulu 

babası Məhəmməd Sultan haqda 1808-ci ildə 

şahzadə Abbas  Mirzənin  imzaladığı    fərman 

saxlanılır.  Həmin  fərmandan  aydın  olur  ki, 

Məhəmməd  Sultan  İran  ordusunda  hərbi 

xidmətdə  olmuşdur.  O,  Kəngərli  tayfasının 

qolları  olan  Kəc  və  Bilicilərin  1813-1816-

cı  illərdə  hakimi  olmuş  və  hərbi 

fəaliyyətinə  görə  İran  hökumətindən 

pul təminatı – pensiya almışdır. 

  Məhəmməd  Sultan  1826-1828-

ci  illər  Rusiya-İran  müharibəsindən 

sonra  bir  müddət  Marağa  xanlığında 

yaşamışdır. O, Marağada çox qala bil-

məmiş,  ata-yurdu  Naxçıvana  qa yıt-

mışdır.  Elə  həmin  illərdə,  yəni  1828-

1829-cu  illər  rus-türk  müharibəsində 

iştirak etmiş və Rusiya ordusunun giziri 

rütbəsini almışdır. 

Əvvəldə də qeyd etdiyimiz kimi, 

Bəhruz bəy Kəngərlinin babası Murtuza 

ağa Şirəli bəy oğlu dövrünün tanınmış 

hərbçilərindən  olmuşdur.  Sənədlərdə 

onun  ştabs-rotmistr  hərbi  rütbəsində 

olduğu yazılmışdır. Murtuza ağanın üç 

oğlu olmuşdur: Şirəli bəy, İrza ağa və 

Qədir ağa.  Ulu babası Hacı Lütfəli Sultan isə 

birinci  Kalbalı  xanın  hakimiyyəti  dövründə 

Naxçıvan  xanlığının  qoşun  rəisi  vəzifəsində 

çalışmışdır.  Bəhruz  bəy  Kəngərlinin  ata  və 

ana  tərəfdən  olan  hər  iki  babası  Naxçıvan 

xanlarının daşıdıqları hüquqa malik idilər...  

Naxçıvan  Muxtar  Respublikası  Dövlət 

Arxivində  toplanmış  sənədlər  Kəngərlilər 

ailəsi  barəsində  dəqiq  məlumat  almağa 

imkan  verir.  Bu  yerdə  gəlin  tarixçi-alim 

Fəxrəddin Cəfərovun 

yazdıqlarına 

mü-

ra ciət  edək:  “Şirəli 



bəy  Murtuza  ağa 

oğlu  Kəngərli  11 

mart  1864-cü  ildə 

Nax çıvan  şəhərində 

anadan 

olmuşdur. 



Nax  çıvan  qəza  mək-

tə bini  bitirən  Şirəli 

bəy 1878-ci ildə Tilis 

gim naziyasına  daxil 

olaraq 8 iyun 1883-cü ildə gimnaziyanın 6-cı 

kursunu bitirmiş və ona 425 №-li şəhadətnamə 

verilmişdir. 

Şirəli  bəyin  xidmət  dəftərçəsində 

göstərildiyi kimi, o, 1883-1886-cı illərdə hərbi 

qulluqda olmuşdur. 1886-cı ilin avqust ayından 

1897-ci  ilin  sentyabr  ayınadək  onun  hansı 

yerdə işləməsi barədə xidmət kitabçasında heç 

bir məlumat yoxdur. 

  Xidmət  kitabçasında  göstərildiyi  kimi, 

o, öz ailəsini Naxçıvan şəhərində va li deyn lə-

rindən  miras  qalmış  dükanının,  habelə  Nax-

çıvan  qəzasının  Kültəpə  və  Teyvaz  kənd-

lə rindəki  meyvə  bağlarının  gəliri  hesabına 

do landırırmış.

1897-ci  ilin  13  sentyabrında  Şirəli 

bəy  Kəngərli  Naxçıvan  Ədalət  Məhkəməsi 

hakiminin qərarı ilə məhkəmə dəftərxanasında 

birinci  dərəcəli  mülki  qulluqçu  vəzifəsinə 

təyin olunur. Şirəli bəy 24 iyun 1898-ci ildən 

1899-cu  ilədək  Naxçıvan  Ədalət  Məhkəməsi 

katibinin  köməkçisi  vəzifəsində  işləmiş  və 

12  mart  1900-cu  ildə  öz  xahişi  ilə  tutduğu 

vəzifədən azad edilmişdir. 

Yenə  uzun  bir  müddət,  yəni  12  mart 

1900-cu  ildən  1  noyabr  1908-ci  ilə  kimi  heç 

bir  qulluqda  işləməmiş,  yuxarıda  deyildiyi 

kimi,  öz  şəxsi  təsərrüfatında  çalışmış,  dükan 

və  təsərrüfatından  gələn  gəlir  hesabına 

yaşamışdır. 



Əziz Şərif.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə