Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə12/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   8   9   10   11   12   13   14   15   ...   132

 

46

Uşaqlıq ill ri



Bu  mənada  görkəmli  fırça  ustasının 

müasiri  olan  və  zamanında  Bəhruz  bəydən 

rəssamlıq 

sənətinin 

sirlərini 

öyrənən 


sənətşünas-rəssam  Adil  Qazıyevin  qeydləri 

maraq  doğurur:  “Hələ  kiçik  yaşlarından 

yatalaq xəstəliyindən sonra ağır eşidən Bəhruz 

ümumtəhsil  məktəbində  oxuya  bilməyib. 

O,  kiçik  yaşlarından  rəsmə  həvəs  göstərib. 

Kəngərli  uşaqlıq  dövrünə  aid  ən  adi  dəftər 

vərəqləri  üzərində  çəkdiyi  rəsmlərini  mənə 

göstərərdi”.

Rəssamı  öz  doğma  övladı  kimi 

sevən və əzizləyən analığı Şirin xanımın 

xatirəsi də səmimiliyi ilə diqqət çəkir: 

“Bəhruz  hər  gün  evə  gələndən  sonra 

kitablarını bir yana qoyub, bir karandaş 

və bir parça kağız götürər, o baş – bu 

başa gəzər, bağçaya çıxar, evə qayıdardı. 

Bir  azdan  görürdük  ki,  o,  kağızda 

nəyinsə şəklini çəkib. Əvvəllər nə mən, 

nə  də  atası  Bəhruzun  şəkil  çəkməsinə 

əhəmiyyət verməzdik. Hətta bəzən, biz 

hayıfsılanırdıq  ki, o, vaxtının çoxunu 

şəkil çəkməyə sərf edir. Amma sonralar 

atası onun istedadına inanmağa başladı, 

onun  üçün  Tilisdən  kağız,  karandaş, 

rəng  gətirtdi”  (K.Kərimov.  Bəhruz 

Kəngərli, 1962, səh.9).

Şirin xanımın bu xatirəsindən çıxış 

etsək və bura atasının atdığı addımları 

da əlavə etsək, deyə bilərik ki, Bəhruz bəyin 

rəssamlığa  həvəsinin  ciddiləşməsinə  və  peşə 

seçiminə  çevrilməsində  bilavasitə  ailəsi  əsas 

rol oynamışdır. Heç şübhəsiz bu prosesdə ona 

ilk  növbədə  dövrünə  görə  mütərəqqi  sayıla 

biləcək  rus-tatar  məktəbində  oxumasının  da 

müsbət rolu ola bilərdi. 

Amma  burada  o  vaxtlar  rəssamlıq 

təhsili  almış  hansısa  müəllimin  dərs  dediyini 

düşünmək  də  sadəlövhlük  olardı.  Buna 

baxmayaraq  belə    tip  məktəblərdə  rəsm 

fənninin  tədris  olunmasınınn  qar şılığında, 

burada  keçirilən  dərsin  keyiyyətindən  asılı 

olmayaraq onun istedadının üzə çıxarılmasına, 

ruhunda gəzdirdiyi rənglərə olan sevginin daha 

da güclənməsinə təsiri  də istisna deyil.

  Bununla  belə,  qənaətimizcə  Bəh ruz 

bəyin yaradıcı kimi formalaşmasında əsrlərin 

qovşağında yenicə təşəkkülünə qədəm qoyan 

milli mətbuatın duyulası rolu olmuşdur. 

Bu  sırada  ilk  növbədə  1906-cı  ildən 

həmyerlisi 

Cəlil 


Məmmədquluzadənin 

redaktorluğu  ilə  nəşr  olunmağa  başlayan 

və  şəkilli  illüstrasiyaları  ilə  azyaşlı  Bəhruz 

bəyin  marağına  səbəb  ola  biləcək  “Molla 

Nəsrəddin”  məcmuəsinin  adını  çəkmək 

lazımdır. İlk nömrəsindən başlayaraq həm də 

öz  dövrünün  “bədii  güzgü”sünə  çevrilən  bu 

jurnalın  cəmiyyəti  dünyaya  və  onun  təzadlı 

hadisələrinə açıq gözlə baxmağa çağırması onu 

çox məşhurlaşdırmış, hamı üçün çox maraqlı 

bir qaynağa çevirmişdi. 

“Molla  Nəsrəddin”in  Naxçıvanda  ilk 

abunəçilərindən olan Şirəli bəyin ailəsində bu 

jurnalı çox sevirdilər. Onun hər yeni sayını ən 

çox  gözləyən  isə  yəqin  ki,  artıq  gördüklərini 

dəyərləndirməyi, 

ağı-qaradan 

seçməyi 


bacaran  Bəhruz  bəy  idi.  Çünki,  bu  jurnal 

sözün əsl mənasında onun ruhunda gəzdirdiyi 

rəssamlıq  həvəsini  –  yaratmaq  missiyasının 

gerçəkləşməsi  yönündə  qətiyyətli  bir  addım 

olmuşdu. 

Beləliklə,  onun  məktəbdən  başlayan 

rəsm  çəkmək  həvəsi  evlərində  1906-cı  ildən 

başlayaraq artıq yeni bir mərhələyə daxil olur, 

desək,yanılmarıq. 

O,  jurnaldakı  gülməli  felyetonları  və 

düşündürücü  məqalələri  oxumaqla  yanaşı, 

rəssam Oskar Şmerlinq, İosif Rotter və Əzim 

Əzimzadənin  çəkdiyi  satirik  ruhlu  rəsmlərin 



47

   


        

Uşaqlıq ill ri

xoşuna  gələnlərinin  surətini  çıxarardı. 

Bunlar  o  dərəcədə  diqqətçəkən  olur  ki, 

valideynləri  ilə  yanaşı  atasının  dostları 

da  çəkilənləri  təqdir  edir  və  Bəhruz 

bəyin  gələcəkdə  rəssam  olacağı  barədə 

düşünməyə  başlayırlar.  Odur  ki,  onlar 

rəssam  olmaq  üçün  təkcə  şəkillərin 

üzünün  köçürülməsinin  az  olduğunu 

söyləyər, həm də naturadan rəsm çəkməyi 

tövsiyə edirlər. 

Beləcə, Bəhruz bəyin ev-məktəbdə 

təhsil  illəri  tamamlananda,  o,  həm  də 

qətiyyətlə  özünün gələcək peşə seçimini 

müəyyənləşdirmiş bir yeniyetmə idi...   

Yeri  gəlmişkən  deyək  ki,  gələcək 

rəssamın  öz  məşhur  sələlərini  təqlid 

etməsi  onun  sonrakı  yaradıcılığında  izsiz 

ötüşməyib.  Bu  gün  onun  bədii  irsini  təşkil 

edən çoxsaylı əsərlərin arasında onun şarj və 

karikaturalarına  da  rast  gəlinməsi  də  bunun 

təsdiqidir. 

Bəhruz  bəyin  ev  şəraitində Azərbaycan 

və rus dillərində sərbəst oxumağı və yazmağı 

öyrənməsi ilə yanaşı, onun kitab və jurnallarda 

gördüyü şəkilləri kağıza köçürməsini gələcək 

rəssamın  ilk  “yaradıcılıq  nümunələri”  də 

saymaq olar. 

Bu yerdə əlavə edək ki,  psixoloji təzadlar 

burulğanında çırpınan balaca oğlu üçün rəsm 

çəkməyin  yeganə  ikirdağıdıcı  məşğuliyyət 

olduğunu  görən  Şirəli  bəy  evlərinə  başqa 

şəkilli  kitab  və  jurnallar  gətirməkdə  davam 

edirdi.  Onlar  “Molla  Nəsrəddin”lə  yanaşı, 

həm də  rus dilində çap olunmuş nəşrlər idilər. 

Rus dilinə yaxşı bələd olan Bəhruz bəy məşhur 

rəssamlar haqqında  orada çap olunan yazıları 

çox  maraqla  oxuyar,  onların  yaradıcılığında 

müxtəlif  mövzu  və  janrların  yer  aldığına 

şahidlik edərdi. 

Bu  fərdi  hazırlığın  və  özünü 

maariləndirmənin  müsbət  təsiri  özünü 

Bəhruz  bəyin  professional  rəssamlıq  üçün 

önəmli sayılan naturadan rəsm çəkməyə sövq 

etməsində  göstərirdi.  Bu  da  Tilisə  gedib 

sevdiyi peşənin sirlərini öyrənmək arzusu ilə 

yaşayan Bəhruz bəy üçün çox vacib idi...  

Bir  müddət  keçəndən  sonra  Bəhruz  bəy  qəti 

olaraq rəssamlıq təhsili almaq qərarına gəlir və 

atasından  onu  Tilisə  oxumağa  göndərməsini 

xahiş edir. Şirəli bəy isə oğlunun eşitmədiyini 

nəzərə  alaraq,  onun  həm  də  doğma  evdən 

uzaq bir yerdə rəssamlıq təhsili ala biləcəyinə 

inanmadığından, tərəddüd edir. Lakin oğlunun 

onsuz da daşıdığı qüsura görə hələ də sarsıntılar 



Rus tatar məktəbi şagirdlərinin siyahısı. 1905-ci il.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə