Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə20/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   16   17   18   19   20   21   22   23   ...   132

 

72

S n



t dünyası  

neçəsinin  satıldığı  barəsində  yenə  də  heç  bir 

məlumat verilməmişdir. Onu da qeyd edək ki, 

əsərlərinin satışından əldə edilən gəlirin üçdən 

bir  hissəsi  rəssamın  təşəbbüsü  ilə  Naxçıvan 

şəhər uşaq evinə (yetimxanaya) bağışlansa da, 

Bəhruz bəy Kəngərliyə çatacaq məbləğ təşkilat 

komitəsi üzvləri tərəindən mənimsənilmişdir. 

Bununla  əlaqədar    rəssamın  Hərbi  –  Dəniz 

Ko missarı  Ə.Qarayevə  ünvanladığı  diləkcə 

hazırda Naxçıvan Dövlət Arxivində saxlanılır. 

Bəhruz  bəy  Kəngərlinin  əsərlə-

rinin  izinə  düşərkən  onun  Naxçıvan 

teatrındakı  çoxşaxəli  fəaliyyətini  də 

unutmamalıyıq.  1912-ci  ildən  1922-

ci  ilə  kimi  böyük  rəssam  bu  teatrın 

səhnəsində 

oynanılan 

müxtəlif 

tamaşalara iri həcmli pannolar işləmiş, 

səhnə  tərtibatı  və  geyim  eskizləri 

hazırlamışdır.  Lakin  bu  pannolar, 

geyim  eskizləri  və  dekorasiyalar 

zaman  keçdikcə  teatrın  arxivindən  it-

bata  düşmüş,  günümüzə  kimi  gəlib 

çatmamışdır.

Ayrıca  onu  da  qeyd  etməliyik 

ki,  Bəhruz  bəy  Kəngərlinin  yaxın 

qohumlarında  olan  əsərləri  və  şəxsi 

əşyaları  muzeylər    tərəindən  alınıb 

fonda  təhvil  verilsə  də,  onun  bədii 

irsinin böyük bir qismi  özlərini muzey 

əməkdaşları kimi təqdim etmiş naməlum 

adamlar 


tərəindən 

mənimsənilmişdir. 

Rəssamın  Rusiyaya  yaşamağa  yollanan  kiçik 

qardaşı  Rüstəmin  də  ora  özü  ilə  çoxlu  rəsm 

əsəri  apardığı  deyilsə  də,  onun  İkinci  dünya 

müharibəsindən  sonra  yaşadığı  ehtimal 

olunan Valuysk şəhərinin muzeylərinə yazılan 

məktublar cavabsız qalıb...

Rəssam  sağlığında  doğma  Naxçıvan 

şəhərində  bir-neçə  dəfə  fərdi  sərgisini  təşkil 

etmişdir. Adil  Qazıyev  öz  xatirələrində  onun 

üç  sərgisinin  keçirildiyini  qeyd  etmişdir. 

Təəssüf  ki,  bu  sərgilərin  hansı  illərdə  təşkil 

olunduğunu  göstərməmişdir.  Məlum  faktlara 

əsasən  ilk  böyük  sərginin  1914,  son  sərginin 

isə 1921-ci ildə baş tutduğunu söyləmək olar. 

Yəqin ki, iki sərgi arası üçüncü sərgi keçirilib. 

Amma müxtəlif xatirələrə əsasən demək olar 

ki,  o,  evlərində  və  kirələdiyi  kiçik  yerlərdə 

də  vaxtaşırı  özünün  satış-sərgilərini  təşkil 

etmişdir. 

Sovet  dönəmində  Bakıda  onun  bir-neçə 

fərdi sərgisi keçirilmişdir. Onlar 1947, 2002 və 

2012-ci illərdə baş tutmuşdur. Rəssamın 1958-

ci  ildə  Moskvada,  2002  və  2012-ci  illərdə 

doğma Naxçıvan şəhərində əsərlərinin sərgisi 

açılmışdır. 

Bəhruz Kəngərli Muzeyinin

ekspozisiyası.



73

   


        

R sml r


B

əhruz  bəy  Kəngərlinin  bə-

dii  irsində  onun  bütün  yara-

dıcılığı  boyu  müxtəlif  rəsm 

texnikalarında yaratdığı əsərlərin özünəməxsus 

yeri  vardır.  Onun  xüsusilə  də  tələbəlik  

illərində  kömürlə  ərsəyə  gətirdiyi  rəsmlərdə 

nümayiş etdirdiyi səy və yüksək sənətkarlığın 

qarşılığında  demək  olar  ki,    gənc 

rəssamın rəsmə böyük sevgisi olmuşdur. 

Bəlkə  də  hələ  Naxçıvanda  ikən,  yəni, 

atasından evlərində dərs alıb, rəssamlığa 

sevgisini müxtəlif kitab və jurnallardakı 

şəkillərin  üzün  köçürməklə  ifadə  edən 

Bəhruz bəyə təsviri sənətdə rəsmetmənin 

əhəmiyyətini  izah  edən  yoxdu.  Amma 

Tilisdə    vəziyyət  bambaşqaydı.  Burada 

məktəbdə  ünsiyyətdə  olduğu  hər  kəs, 

xüsusilə  də  ona  təsviri  sənətin  bədii-

texniki  sirlərini  aşılayan  görkəmli 

rəssamlar  rəsmetmənin  əhəmiyyətini 

vurğulamaqdan  usanmazdılar.  Təhsil 

günləri  bir-birini  əvəz  etdikcə  Bəhruz 

bəy ona rəsmetmə barəsində deyilənlərin 

həqiqət olduğuna bir daha əmin olurdu. 

Odur  ki,  rəsmetməni  cilalayacaq  bütün 

yaradıcı  işləri  görməyə  çalışırdı.  Onun  bu 

günümüzə gəlib çatan və içərisində  üç yüzdən 

çox  qaralama  və  eskizlər  toplanmış  albomu 

ilə tanışlıq da göstərir ki, gənc rəssam demək 

olar  ki,  hər  gün,  başqa  sözlə  desək,  davamlı 

olaraq yaradıcılıq imkanlarının reallaşmasında 

ona  yardımçı  ola  biləcək  rəsmetməyə  xüsusi 

diqqət  yetirmişdir.    Bu  albomda  demək  olar 

ki,  müəllimləri tərəindən tələbələr qarşısına 

yerinə  yetirilməsi  bir  tədris  vəzifəsi  kimi 

qoyulmuş bütün naturaların, eləcə də məşhur 

gips  iqur  və  başların  qaralama  eskizinə  rast 

gəlmək mümkündür. Gənc rəssamların istifadə 

etdikləri  gips  naturalarla  tanışlıq  göstərir 

ki,  dünyanın  ən  məşhur  təhsil  ocaqlarında 

rast  gəlinən  nümunələrdən  Tilis  rəssamlıq 

məktəbində  də  tələbələr  tədris  prosesində 

istifadə etmişlər. 

Müxtəlif  rəsm  texnikalarında  icra 

olunmuş  bu  bitkin  rəsmlər,  qaralama  və 

eskizlər  gənc  rəssamın  bütün  yaradıcılığını 

R¬sml¬r

B.Kəngərli. “Baş əzələləri”. 1913.



 

74

R sml r



B.Kəngərli. “Gips baş”. 1913.


75

   


        

R sml r


B.Kəngərli. “Antik heykəl”. 1913.


 

76

R sml r



B.Kəngərli. “Apollon”. 1915.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə