Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə17/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   13   14   15   16   17   18   19   20   ...   132

 

62

T



hsil ill

ri

Rəssamın fərdi sərgisi (1914) haqqında qəzet məqalələri: 1. “Tərcüman”; 2. “Kaspi”; 3. “İqbal”.



1

2

3


63

   


        

T

hsil ill ri



çəkçi-realist görüntülərə çevrildiyini, yaddaqalan 

bədii  tutum  aldığını  söyləməliyik.  Onun  gips 

portretləri  gerçəkləşdirməkdə  nümayiş  etdirdiyi 

sənətkarlığı xüsusilə vurğulamaq istərdik. Özü-

nün  insan  anatomiyasına  bələdçiliyini  çəkdiyi 

cizgi rəsmlərinin insan əzalarının düzgün mütə-

nasibliyinin  ifadəsində  nümayiş  etdirən  gənc 

rəssam, sonradan bu əzaların müxtəlif çalarlı ciz-

gilərlə elə bir görüntü almasına nail olmuşdur ki, 

bu halda təsvirin bədii-estetik məziyyət daşıyıcı-

lığı danılmazdır.  Elə canlı insan portretlərində də 

onun inandırıcılığı əldə etmək üçün tətbiq etdiyi 

bədii vasitələrin yüksələn xətt boyunca in-

kişaf etdiyini müşahidə etmək mümkündür. 

Gənc  rəssamın  tələbəlik  illərində 

Gürcüstanın  mənzərəli  guşələrində,  Qara 

dəniz sahillərində, eləcə də yay tətili zama-

nı  doğma  yurdun  gözoxşayan  guşələrində 

olması  onun  təbiətlə  təmasının  onu  gözəl 

mənzərə ustası kimi yetişməsinə təkan ver-

di, desək, yanılmarıq. 

Təbii  ki,  onun  tələbəlik  işləri  cəmisi 

iki janrı əhatə etmirdi. Bunu fırça ustasının 

başqa janrlarda işlədiyi əsərlər də təsdiqləyir. 

Çoxsaylı  tələbəlik  işləri  ilə  özünün 

həm də çalışqan olduğunu, məqsədinə doğ-

ru  davamlı  axtarışları  ilə  yetişməyə  səy 

göstərdiyini  sərgiləyən  Bəhruz  bəy  ona 

ayrılmış çox qısa ömür payının Tilis mər-

hələsini  uğurla  başa  vurduğunu  təsdiqləyir.  O, 

artıq 1914-cü ildə doğma Naxçıvanda açdığı ilk 

fərdi sərgisinin uğuru ilə XX əsr Azərbaycan təs-

viri sənətinin onun inkişaf tarixini şərələndirə-

cək bir yaradıcı qazandığını nümayiş etdirmişdi. 

Əslində  milli  mədəniyyət  tariximizi  zən-

ginləşdirən  bu  sərgi  yerli  rəssamın Azərbaycan 

məkanında təşkil etdiyi ilk sərgi idi. Odur ki, o 

dövrün mətbuatı da ona böyük maraq göstərmiş, 

sərginin açılışı münasibətilə məlumat dərc etmiş-

dilər. Rəssam haqqında “İqbal” (16 iyun 1914-cü 

il), “Kaspi” (17 iyun 1914-cü il) və “Tərcüman” 

(24 iyun 1914-cü il) qəzetlərində yer almış həmin 

yazılarda sərginin ekspozisiyasına daxil edilmiş 

əsərlər haqqında da məlumat vardır.

“Tərcüman” qəzetində yazı “Müsəlman rəs-

sam”, “İqbal” qəzetində “Naxçıvandan...”, “Kaspi” 

qəzetində isə “Müsəlman həyatından və mətbua-

tından...” başlıqları ilə çap olunmuşdur. Bütünlük-

də, çox da böyük həcmli olmayan bu  yazılarda ox-

şar cəhətlər olsa da, hər birində özünəməxsusluğu 

duymaq o qədər də çətin deyildir. 

“İqbal” qəzetində oxuyuruq: “Tilis rəssam-

lıq  məktəbinin  tələbəsi  Bəhruz  bəy  Kəngərlinski 

öz çəkdiyi bir çox şəkilləri iyun ayının əvvəlindən 

etibarən  sərgi-satışa  çıxarmışdır.  Tamaşa  etmək 

istəyənlər ona pulsuz baxa bilərlər. Cavan rəssa-

mımız  doğrudan-doğruya  gələcəkdə  mayeyi-ixti-

farımız olacaqdır. Çəkdiyi rəsmlər əhali tərəindən 

alınmaqdadır. Gənc rəssamın qələmə fırçaya aldıq-

larının öz həyatımızdan götürülmüş milli rəsmlər 

olması təqdirə layiq haldır. Burada ara bir əcnəbi 

həyatından  alınmış  təsvirlər  də  görünməkdədir. 

Naxçıvan yaxınlığında Əshabi-Kəhf dağı vardır ki, 

buraya hər il əhali seyr təmənnası ilə çıxıb orada 

tikilmiş məscidi ziyarət edirlər. Həmin dağı gözəl 

surətdə rəssam cənabları qələmə alıbdır. Tamaşaçı-

nın diqqətini cəlb edən rəsmlər bunlardır: “Qürub 

mənzərəsi”,  “Çarşablı  müsəlman  qadını”,  “Qazı 

bəy dağı”, “Həzrəti-Ömər və Məhəmməd əleyhis-

səlam”,  “Rəssamın    öz  şəkili”,  “Ayın  doğması”, 

“Sayil”, “Ağrı dağı”, “Rəqs edənlər” (qiyməti 25 

manat), “Müsəlman ailəsində qış kürsüsü” (Nax-

çıvan mahalında yayılıb), “Gecə mənzərəsi” və s. 

Bəhruz bəy cənablarının bundan da gözəl, bundan 

da artıq rəsm yaratmağa nail olmasını cənabi-Haq-

dan arzu ediriz”. 

“Tərcüman”  qəzetindəki  xəbərdə  də  Bəh-

ruz bəyin rəsmlərinin mövzusunu milli həyatdan 

götürdüyü vurğulanır. Yazıda tamaşaçılardan nü-

mayiş  olunan  əsərləri  satın  alanların  olduğu  da 




 

64

bildirilir. 



“Kaspi” qəzetində isə yerli əhalinin bu sər-

gini maraqla izlədiyi qeyd olunur. Yazıda əsərlər-

də başqa xalqların həyatının əksinə  yer verilsə 

də, Kəngərlinskinin öz yaradıcılığında müsəlman 

dünyasına daha çox yer ayırdığı bildirilir. Son-

da sərgiyə girişin pulsuz olduğu vurğulanmaqla, 

əsərlərin çoxunun artıq yerli həvəskarlar tərəin-

dən  alındığı  qeyd  olunur.  Təbii  ki,  gənc  rəssa-

mın hələ tələbəlik vaxtı həyatında baş verən bu 

uğurlu  başlanğıc  izsiz  ötüşmür.  Etiraf  edək  ki, 

“rəsm  çəkməyin  qadağalı  olması”  kimi  cəfəng 

ikri yayanların hələ də qaldığı müsəlman 

məkanında  baş tutan bu sərgi öz məzmun 

tutumuna görə, həm də xalq arasında ma-

arifçiliyin təbliği baxımından əhəmiyyət-

li idi. Odur ki, 20 yaşlı Bəhruz bəyin hə-

yatında baş verən bu hadisə, hələ tələbə 

ikən  həmyerliləri  arasında  rəssam  kimi 

tanınması  onun  ilhamını  daha  da  artırır, 

yeni-yeni yaradıcılıq axtarışlarına ruhlan-

dırır. 

Odur ki, bir il sonra bir qarın yeməyə 



əsərlər çəkməyə məhkum olsa da, sevgi-

lisini gül selinə bələməyi bacaran  Piros-

manini sona qədər dəyərləndirməyən Tif-

lisi  tərk  edib  doğma  Naxçıvana  qayıdır.  

Bu yerdə əlavə edək ki, Aslan adlı kişinin 

oğlu olan N.Pirosmani uzun illər ərzində 

gürcü kimi təqdim olunmasına baxmaya-

raq,  onun  doğulduğu  Mirzaani  kəndinin 

kilsəsində  onun  doğum  qeydiyyatına  xristian 

olmadığına görə rast gəlinməyib. Görünür N.Pi-

rosmaninin  türk  əsilli  olması  barəsində  çoxdan 

dolaşan söz-söhbətlər də elə buradan qaynaqla-

nır. Ehtimal etmək olar ki, azərbaycanlı gənc rəs-

sam Tilisdə olduğu illərdə onu görüb, haqqında 

danışılanları da eşidib. Adətən gənclərin bu cür 

sərbəst  həyat  tərzi  keçirən  yaradıcılara  marağı 

çox  güclü  olur.  Əminik  ki,  müxtəlif  sıxıntılara 

baxmayaraq  Tilis  duxanlarında  (meyxanaların-

da) gələcəkdə özünü şöhrətləndirəcək  əsərlərini 

yaratmaqda  davam  edən  Pirosmanidə  yaradıcı 

həyatı  əsl  sənətkar  kimi  yaşamaq    nümunələri 

kifayət qədərdi və bunlardan Bəhruz bəy də fay-

dalanmış,  özünün  sınaqlara  çəkilmiş  ömrünün 

şərələ yaşanmasında istifadə etmişdi...Bu yerdə 

deyək ki, əsrin əvvəllərində rəssam olmaq arzu-

su ilə Naxçıvandan çıxan Bəhruz bəylə bərabər 

buranı  İbrahim  Səi  (1898-1983)  və  Moskvada 

məşhur  “Qara  kvadrat”ın  müəllii  K.Maleviçin 

tələbəsi  olmuş  Əkbər  Kazımbəyov  (Əkbər  Ka-

zım Muğan) (1864-1972) da tərk etmişdi. Amma 

onların geri qayıdanı yalnız Bəhruz bəy Kəngərli 

oldu. Moskvada təhsil alanlar isə Türkiyəyə üz 

tutdular.  Onlar  bilirdilər  ki,  orada  rəssamlığın 

inkişafı  üçün  münbit  şərait  Naxçıvana  nisbətən 

xeyli yaxşıdır. Bunu Bəhruz bəyin özü  də bilir-

di, lakin Əcəmi ruhunun dolaşdığı vətənə qayıt-

mağa üstünlük verir.  Təbii ki, onu buna vadar 

edən təkcə daşıdığı iziki qüsur deyildi. Qənaə-

timizcə bunun başlıca səbəbkarı ruhunda gəzdir-

diyi missiyasını fəhmən duyması idi. Bu missiya 

qədim torpağın yenicə başlayan yüzillikdə sənət 

mənzərəsinin  bünövrəsini  qoymaq,  onun  tarixi 

tutumlu abidələrini və təbiətini vəsf etmək, bü-

tünlükdə, adını daşıdığı qürurverici bir nəslinin 

şərəini el-oba içində qorumaq idi, desək, yanıl-

marıq...


T

hsil ill ri



B.Kəngərli. “Dəniz. 1914.


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə