Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə25/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   21   22   23   24   25   26   27   28   ...   132

95

   


        

Portretl r

adını çəkmək olar. Adları çəkilən portretlərin 

çoxu rəssamın məşhur “Qaçqınlar” silsiləsinə 

aidddir və onlar barəsində kitabda ayrıca söz 

açılır.


Lakin bunlar rəssamın portret sahəsində 

göstərdiyi  davamlı  fəaliyyətin  tam  siyahısı 

deyildir.  Kitabın  hazırlanması  prosesində 

aparılan  axtarışlar  çox  səmərəli  oldu,  desək, 

yanılmarıq.  Belə  ki,  şəxsi  kolleksiyalarda 

saxlanan  və  rəssama  həsr  olunmuş  nəşrlərdə 

yer  almamış  bir-neçə  portretin  mövcudluğu 

üzə çıxdı. Onların hamısı bədii dəyərinə görə 

Bəhruz bəyin çəkdiyi ən yaxşı portretlərin 

sırasında durmağa layiqdirlər. Bu əsərlər 

də rəssamın digər bir çox portretləri kimi 

kömürlə  işlənilmişdir.  “Şirin  xanımın 

portreti”,  “Mirzə  Heydər  Nəsibəyovun 

portreti”, “Əsəd ağa Kəngərli” və “Nazlı 

xanım Tahirova (Nəcəfova)” əsərləri bu  

qəbildəndir. 

Etiraf edək ki, bu əsərlərin hər biri 

xüsusi əhəmiyyət kəsb edir. Başqa sözlə 

desək,  bu  sənət  nümunələri  həm  bədii, 

həm də tarixi önəm daşıyıcılarıdır. Bunu 

şərtləndirən başlıca səbəb  ecazkar Bəhruz 

bəy Kəngərli fırçası ilə bədii görüntüyə 

alınan  və  bununla  həm  də  obrazlaşan 

bu  şəxslərin  reallıqda  mövcudluğu 

və  dövründə  Naxçıvan  mühütündə 

və  rəssamın  həyatında  özünəməxsus  yer 

tutmalarıdır...

“Şirin  xanımın  portreti”  əsəri  adından 

da  göründüyü  kimi  rəssamın  analığına  həsr 

olunub.  Qraik  portret  üçün  kifayət  qədər 

uğurlu  sayıla  biləcək  miqyasda  və    ölçüdə 

(70x60  sm)  şəkilmiş  bu  əsərdə  Şirin  xanım 

gülərüz tutumda təsvir olunub. 

Onun  realist-gerçəkçi  sənət  nümunəsi 

olduğunu  və  Bəhruz  bəyin  Naxçıvana 

qayıdandan sonra işləndiyini nəzərə alsaq, bu 

görüntünün  bədiiləşdirilməsinə  baxmayaraq 

Şirin  xanımın  dəqiqliyi  şübhə  doğurmayan 

portreti  (onun  bizim  dövrə  fotosu  gəlib 

çatmayıb)  olduğunu  söyləyə  bilərik.  Bu 

yerdə  deyək  ki,  bu  əsərlə  Şirin  xanımın  bu 

vaxta  qədər  “Azərbaycanlı  qadın”  (1913) 

adı  ilə  tanınan  portreti  arasında  oxşarlığın 

mövcudluğu  da  bunu  vurğulamağa  əsas 

verir.  Heç  şübhəsiz  bədii  tutumuna  və  icra 

sənətkarlığına  görə  sonrakı  illərdə  yaradılan 

əsər əvvəlki portreti üstələyir. Belə ki, burada 

gənc  rəssamın  həll  etməyə  çalışdığı  yaradıcı 

vəzifə və onun müsbət nəticəsi adi gözlə belə 

görünəndir. Şaquli kompozisiyada onun təşkil 

edən  detalları  görüntünün  bütövlüyünün  əldə 

olunmasına yönəldən rəssam bunu çox böyük 

ustalıqla  həyata  keçirmişdir.  Bu  yöndə  Şirin 

B.Kəngərli. “Tilisli gürcü”. 1914.



 

96

Portretl r



B.Kəngərli. “Şirin xanımın portreti”. 1917.


97

   


        

Portretl r



B.Kəngərli. “Nazlı xanım Tahirova (Nəcəfova)”. 1916.


 

98

Portretl r



xanımın təbii gözəlliyinin və bütünlükdə onun 

üzünün    diqqətçəkənliyinə  nail  olmağa  səy 

göstərən Bəhruz bəy qadının başındakı örtüyün 

və geyimin işıqlı rənglərdən təşkil olunmasını 

əldə etməklə, obrazın qara saçlarla əhatələnmiş 

çöhrəsinin  qabarıqlığına  nail  olmuşdur. 

Monoxrom  rənglərin  incə  keçidləri  ilə  bər-

bəzəklərlə  zənginləşmiş  geyim  atributlarının 

kifayət  qədər  zəriliyini  əldə  edən  rəssam, 

ümumilikdə Şirin xanımın klassik – təntənəli 

portretlərin  estetikasına  cavab  verən  obrazını 

ərsəyə gətirmişdir... 

“Nazlı xanım Tahirova (Nəcəfova)” 

əsəri 1916-cı ildə çəkilib. Bu əsərin üzə 

çıxarılmasında  xidmətləri  birmənalı 

olan  tarixçi-alim  Musa  Quliyevin 

mətbuata açıqlamasına görə Nazlı xanım 

Tahirova  (Nəcəfova)  Naxçıvanın  ilk 

ziyalı qadınlarından olub. Bu xanımın 

varislərinin  dediyinə  görə  Bəhruz  bəy 

həmin  rəsm  əsərini  Nazlı  xanıma  toy 

hədiyyəsi olaraq təqdim etmişdir. Bunu 

rəssamın  portretin  aşağısındakı  imzası 

və  qoyulan  tarix  də  təsdiqləyir.  Onun  

bədii-estetik dəyərinə gəlincə isə, demək 

lazımdır ki, portret rəssamın kamilliyi 

adi gözlə belə görünən əsərlərindəndir. 

Kömürlə  ərsəyə  gətirələn  portretdə 

bir  rəngin  ifadə  imkanlarından  çox 

ustalıqla  istifadə  edən    rəssamın  gənc 

qadın gözəlliyinin təravətini bütün qabarıqlığı 

ilə üzə çıxardığını vurğulamaq istərdik. Nazlı 

xanımın  nurlu  çöhrəsi,  bəyaz  örpəyi  və  tünd 

geyimi  ilə  portretin  fonu  –  yerliyi  arasında 

tapılan  incə  keçidli  təzadın  əsərə  bəxş  etdiyi 

duyğulandırıcılıq 

şaşırdıcı 

tutumdadır, 

desək,  yanılmarıq.  Obrazın  məsumluğunu 

şərtləndirən  və  bir-birini  məntiqli  şəkildə 

tamamlayan üz cizgilərinin duyulası dərəcədə 

ifadəliliyinin nəticəsidir ki, portret cəlbedici və 

yaddaqalandır. Rəssamın geyimin və örpəyin 

fakturasına təbiilik və inandırıcılıq bəxş edən 

qatların ifadəsini, ustalıqla zərif rəng  keçidləri 

ilə  həll  olunmuş  fon-yerliklə  əlaqələndirməsi 

də  əsərin  təsirliliyinin  əldə  olunmasına 

xidmət  edən  bədii  ifadə  məziyyətlərindəndir. 

Əsər  hazırda  Naxçıvanda  şəxsi  kolleksiyada 

saxlanılır...

Rəssamın  ictimaiyyətə    geniş  tanış 

olmayan  əsərlərindən  biri  də  “Əsəd  ağa 

Kəngərli”  (1916)  qraik  lövhəsidir.  Bu 

naməlumluğun arxasında heç şübhəsiz əsərin 

bu vaxta kimi şəxsi kolleksiyada saxlanılması 

(Portret  Əsəd  ağanın  qızı  Günəş  xanımın 

nəvəsi  Ceyhunun  kolleksiyasındadır)  durur. 

Yalnız  bir-neçə  il  əvvəl  Naxçıvan  tarixinin 

yorulmaz tədqiqatçısı Musa Quliyev onun Əsəd 

ağanın  qohumlarında  olmasını  üzə  çıxarmış 

və  bu  barədə  mətbuatda  məlumat  vermişdir. 

Kömürlə işlənmiş bu əsər öz bədii həllinə görə 

rəssamın bu texnikada işlədiyi iriölçülü digər 

portretlərini xatırladır. Obrazın ciddi akademik 

– gerçəkçi ruhda görüntüyə gətirilməsini yəqin 

ki, həm də portretdə təsvir olunanın cəmiyyətdə 

tutduğu  mövqe  şərtləndirmişdir.  Məlumat 

üçün  bildirək  ki,  portretin  həsr  olunduğu 

Əsəd (sənədlərdə Əsədulla) ağa Paşa ağa oğlu 

Kəngərli  nəslinin  məşhur  Bilici  qolundandır. 

Əsəd  ağa  Kəngərlinin  anadan  olduğu  və 

vəfat  etdiyi  tarix  dəqiq  bilinməsə  də,  onun 

fəaliyyətinə  rəğmən  təxminən  XIX  əsrin  son 

qərinəsi – XX əsrin birinci yarısında yaşadığını 

ehtimal etmək olar. Heç nəyi unutmayan tarix 

öz  səhifələrində  onun  adını    bir  maarifçi, 

vətənpərvər    və  hüquqşünas  ziyalı  kimi 

yaşatmışdır. Elə Bəhruz bəy də onun bu insani-

professional  keyiyyətlərini  çəkdiyi  portretdə 

göstərməyə  çalışmışdır.  Kömürlə  obrazın 

daşıdığı çoxqatlı dəyərləri bütün incəliklərinə 

kimi  ifadə  etməyə-bədiiləşdirməyə  nail  olan 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə