Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə24/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   20   21   22   23   24   25   26   27   ...   132

 

92

Portretl r



rəngin çərçivəsində həll etmələri də bilavasitə 

istənilən əsərin bütövlüyünə yönəli tonallığın– 

rəng  keçidlərinin  incəliyinin  əldə  olunması 

ehtiyacından  irəli  gəlir.  Bu  mənada  Bəhruz 

bəyin  ərsəyə  gətirdiyi  rəsmlərdə  kömürdən 

istifadəsi  başadüşüləndir.  Əgər  yuxarıda 

adları  çəkilən  rəsmlərin  bədii  məziyyətlərinə 

vurğulamalı  olsaq,  onda  ilk  növbədə 

rəssamın  hər  bir  əsərin  ifadəliliyini  təmin 

edən  işıq-kölgədən  məntiqlə  istifadə  etdiyini 

vurğulamalıyıq.  Gənc  rəssamın  “Naməlum 

qadın”,  “Antik  heykəl”,  “Apollonun 

büstü” və s. qraik nümunələrdə rakurs 

seçimindən  başlamış  görüntünün 

bədiiləşdirilməsinə  xidmət  edən  rəng 

keçidlərində sərgilənən cəlbedici təzad 

onların uğurunu təmin etmişdir, desək, 

yanılmarıq. 

Bəhruz  bəy  Kəngərlinin  qraik 

irsində yer alan portretlər qalereyasında 

bizim  üçün  tanış  olmayan  adamlarla 

yanaşı,  rəssama  çox  yaxın  olan 

insanların    obrazlarının  yer  almasını 

da yəqin ki, təbii saymaq olar. Onların 

əksəriyyəti rəssamın Tilis və Naxçıvan 

mühütində  tanış  olduğu,  ünsiyyət 

qurduğu  adamlardırlar.  Bəhruz  bəy 

zamanında obrazlarına müraciət etdiyi 

bu  adamların  bəzilərinin  adlarını 

əsərlərin  çəkildiyi  materialda  qeyd 

etdiyindən,  onların  kimliyi  məlumdur.  Lakin 

onlar arasında adları məlum olmayanlar da az 

deyil. Təəssüf ki, rəssamın yaxın qohumlarının 

əksəriyyətinin  sağ  olduqları  vaxtlarda 

onlardan  kimliyi  naməlum  qalan  obrazların 

müəyyənləşdirilməsi  istiqamətində  araşdırma 

işi  aparılmayıb.  Hər  halda  gözümüz  önündə 

olan  xoşagəlməz  mənzərə  bunu  söyləməyə 

əsas  verir.  Bu  kitabın  müəllilərinin  gec  də 

olsa, yəni, bizim günlərdə apardıqları axtarış-

müəyyənləşdirmə  işi  bu  sahədə  müəyyən 

müsbət nəticələr əldə etməyə imkan vermişdir. 

Belə ki, rəssamın bəzi qohumlarında qorunan 

fotoşəkillərin 

əsərlərlə 

tutuşdurulması 

qeyd  etdiyimiz  nəticələri  şərtləndirmişdir. 

Məlum  olmuşdur  ki,  əsərlərin  qəhrəmanları 

arasında kifayət qədər qohum – əqrəba təsviri 

vardır.  Yeri  gəldikcə  biz  onlar  barəsində 

məlumat  verəcəyik.  Bu  məsələni  haqqında 

söz  açdığımız  portretlərlə  əlaqələndirməli 

olsaq,  onda  rəssamın  1913-cü  ildə  kömürlə 

çəkdiyi  “Azərbaycanlı  qadın”  əsərindəki 

xanımın  kimliyini  söyləməliyik. Apardığımız 

araşdırma  bu  qraik  lövhədə  rəssamın 

analığı  Şirin  xanımın  təsvir  olunduğunu 

təsdiqləmişdir.  Bəhruz  bəyin  tələbə  ikən 

çəkdiyi portretdə analığı milli geyimdə təsvir 

olunmuşdur.  Kömürlə  işlənmiş  əsər  bu  gün 

bizə  onun  bədii  məziyyətinin  necəliyindən 

daha  çox,  orada  kimin  təsvir  olunduğunun 

müəyyənləşdirilməsi  –  tarixi  baxımdan 

çox  önəmlidir.  Heç  şübhəsiz  əsərdə  Şirin 

xanımın səciyyəvi cizgilərinin inandırıcılığına 

nail  olunub,  amma  bədii-estetik  tutumuna 

görə  rəssamın  bir  müddət  sonra  çəkəcəyi 

başqa  portretdən  müəyyən  qədər  geri  qalır. 

Hazırda  Bəhruz  bəyin  yaxınlarından  birinin 

kolleksiyasını bəzəyən bu portret də kömürlə 

işlənib. Bu vaxta kimi rəssamın yaradıcılığına 

həsr  olunmuş  kitablarda  onun  reproduksiyası 

yer  almadığından  bu  əsər  sənətsevərlərə 

tanış  deyildir.  Amma  kömürün  bədii-texniki 

imkanlarından  və  ifadə  gücündən  uğurlu 

istifadəyə görə onu rəssamın ən yaxşı portretləri 

sırasına daxil etmək olar. Təbii gözəlliklə bunu 

qürur  qaynağına  çevirən  qadının  psixoloji 

yaşantılarını incəliklə duyan Bəhruz bəy onu 

çox sevən Şirin xanımın  yaddaqalan portretini 

yaratmağa nail olmuşdur...

Rəssamın  tələbəlik  dövrünü  əhatə  edən 




93

   


        

Portretl r



B.Kəngərli. “Azərbaycanlı qadın”. 1913.


 

94

Portretl r



rəngkarlıq  portretləri  də  bədii  tutumuna  görə 

diqqətçəkəndirlər. Düzdür, onların ümumi sayı 

karandaş və kömürlə işlənmiş rəsmləri qədər 

deyil.  Bununla  belə,  onlarda  gənc  rəssamın 

rəng  duyumunu,  naturanı  və  düşüncələrini 

boyalarla ifadə etmək bacarığının səviyyəsini 

hiss etmək çətin deyildir. 1911-1915-ci illərdə 

çəkilmiş həmin portretlərin sırasında iki “Kişi 

portreti”nin, “Eynəkli kişi”, “Qoca kişi portreti” 

və  s.  tapşırıq  xarakterli  işlərin  adını  çəkmək 

olar. Bu əsərlərin ən səciyyəvi cəhəti onların 

təcrübi-vərdişi  öyrənmə  çərçivəsindən 

çıxarılması,  təsvir  olunanların  obraz 

tutumunda  qəbuluna  nail  olunmasıdır. 

Odur ki, bu sənət nümunələri  iyirminci 

yüzilliyin  əvvəllərində  öz  təşəkkülünü 

tapmağa  başlayan  realist-gerçəkçi 

Azərbaycan 

rəngkarlığının 

yeni 


nümunələri  kimi  bədiiliyi  ilə  yanaşı, 

həm də tarixi mahiyyət daşımaqdadır...

Arxada  qalan  tələbəlik  illərinin 

müstəqil  yaradıcılığın    astanasında 

olan  gənc  rəssama  professional 

baxımdan  nələr  verdiyini  onun 

bilavasitə  Naxçıvanda  ərsəyə  gətirdiyi 

nümunələrdən,  o  cümlədən  də  portret 

janrında  işlədiyi  əsərlərdən  görmək 

mümkündür. Əgər onun yaradıcılığının 

1916-1922-ci 

illər 


mərhələsində 

yaradılan portretlər qalereyasına nəzər 

salsaq,  onda  zamanında  müəllimlərindən 

aldığı tövsiyələrin və fərdi səylərin nəticəsində 

rəssamın  bədii-estetik  tutumu  kifayət  qədər 

yüksək  olan  əsərlər  yaratdığını  söyləmək 

olar.  Onların  arasında  Bakı  və  Naxçıvan 

muzeylərində  qorunan  “Uşaq  başı”  (1916), 

bir-neçə  “Yatmış  uşaq”(1919)  portretinin, 

“Qız portreti” (1919), “Papaqlı oğlan” (1919), 

“Oturmuş  qadın”  (1919),  “Qaçqın  xanım” 

(1920),  “Canfəda  kəndindən  qaçmış  oğlan” 

(1920),  “Ayaqyalın  qadın”  (1920),  “Avşar 

kəndindən  qaçmış  qız”  (1921),  “Qaçqınlar” 

(1921), “Qaçqın” (1921), “Yatmış kişi” (1921), 

“Yatmış uşaq” (1921), “Oyanmış uşaq” (1921), 

“Kəndli” (1921), “Qaçqın qız” (1921), “Oğlan 

portreti” (1921) və  “Qızıl əsgər” (1921) kimi 

əsərlər vardır. 

  Bununla belə onun yaradıldığı ili dəqiq 

bilinməyən  portretləri  də  mövcuddur.  Bu 

mənada “Oğlan portreti”, “Yatmış uşaq”, “Gənc 

oğlan portreti”, “Qız portreti”,“Oğlan portreti”, 

“Kişi  portreti”,  “Çantalı  oğlan”,“Qaçqınlar”, 

“Qoca  kişi  portreti”,  “Gənc  qadın  portreti”, 

“Oturmuş  qız”,  “Qaçqın  oğlan”,  “Dizi  üstə 

oturmuş  oğlan”,  “Ağac  altında  oturmuş 

oğlan”,  “Qaçqınlar”,  “Qaçqın  qızın  portreti”, 

“Qız başı”,  “Qadın portreti” və s. əsərlərinin 

B.Kəngərli. “Eynəkli kişinin portreti”. 1914.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə