Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə13/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   9   10   11   12   13   14   15   16   ...   132

 

48

Uşaqlıq ill ri



Şəkildə soldan sağa: Şirəli bəy, böyük qızı Tahirə,

qardaşı Qədir ağa və kiçik qızı Mənsurə.


49

   


        

Uşaqlıq ill ri

burulğanından çıxa bilmədiyinə rəğmən, ata nə 

qədər tərəddüd keçirsə də, bu arzunun  indiki 

durumunda  Bəhruzu  ruhlandıran  yeganə  bu 

xahiş olduğuna rəğmən, onu yerinə yetirməyə 

qərar verir. 

        Təbii ki, Şirəli bəy yaxınları üçün gözlənilməz 

sayıla biləcək bu qərarı qəbul edəndə özünün 

Tilislə  əlaqələrini,  daha  dəqiq  desək,  orada 

əqidə dostlarının çalışdıqlarını nəzərə almışdı. 

Başqa sözlə desək,  “Molla Nəsrəddin” jurnalı 

ilə  əməkdaşlıq  edən  jurnalist  Məmmədəli 

Sidqi (1888-1956), yazıçı-publisist Eynəi bəy 

Sultanov  (1866-1935)  və  başqa  dostları 

ilə  məsləhətləşmənin  müsbət  nəticələri 

Şirəli  bəyi  tam  razı  saldığından,  o,  tam 

arxayınlıqla oğlunu Tilisə yola salır. 

    Beləliklə, əllərində məktəb bitirdikləri 

haqqında 

rəsmi 

sənədləri 



olan  

yaşıdlarından fərqli olaraq, obrazlı desək, 

“Şirəli bəy məktəbi”nin yeganə məzunu 

olan  Bəhruz  bəy  qədim  Naxçıvanda 

uşaqlıq  dövrü  ilə  vidalaşaraq,  o  vaxtlar 

Cənubi Qafqazın mədəni mərkəzlərindən 

sayılan Tilisə üz tutur...

“Molla Nəsrəddin”

jurnalının ilk nömrəsi



 

50

B.Kəngərli tələbə yoldaşları ilə. 1912.




51

   


        

T

hsil ill ri



H

eç vaxt onu tərk etməyəcək iziki 

qüsurlarla arzu qanadlarında Tif-

lisə gələn Bəhruz bəy burada ata-

sının dostlarının qayğısı ilə əhatələnir və 1910-cu 

ildə o vaxtlar  “Qafqaz Zərif Sənətləri Təşviq Cə-

miyyəti” nəzdində fəaliyyət göstərən rəngkarlıq 

və  heykəltəraşlıq  məktəbinin  tələbəsi  olur.    Bu 

barədə indiyə qədər işıq üzü görmüş ədə-

biyyatlarda müxtəlif adamların adı çəkilir. 

Kəngərlilər  nəslinin  davamlı  tədqiqatçısı, 

tarixçi-alim Musa Quliyevin ikirləri bu ya-

zıların arasında seçilir. O, yazır: “Bu mək-

təbdə oxumaq üçün imtahan verməyə gələn 

hər bir gənc hökmən 33 bəndlik nizamnamə 

ilə yaxından tanış olmalı idi. Şirəli bəy də 

sevimli oğlunun qeyri-adi istedadını görün-

cə onu Tilisdəki “Rəssamlıq və heykəltə-

raşlıq məktəbi”nə gətirir. Şirəli bəy Tilisə 

gələrkən Əliqulu Qəmküsarın qonağı olur. 

Əliqulu Qəmküsar Bəhruzun bu istedadını 

yüksək qiymətləndirir və Mirzə Cəlillə bir-

likdə Oskar Şmerlinqdən Bəhruzun xəstə-

liyinin  nəzərə  alınmadan  həmin  məktəbə 

qəbul edilməsini xahiş edir. 

  Bəhruz bəy Kəngərli 1910-cu ildə müvəf-

fəqiyyətlə imtahan verib həmin məktəbin tələbə-

si olur. Onunla birlikdə oxuyan Vladimir (Lado) 

Qudiaşvili, Mixail Çiaureli, Keto Maqalaşvili XX 

yüzilliyin görkəmli sənətkarları oldular. Bu mək-

təbdə, əsasən, naturadan rəsm çəkilirdi. Tələbələr 

gips modellərlə işləyir, kompozisiyaları öyrənir-

dilər. Məktəbin direktoru, görkəmli rəssam – qra-

ika ustası Oskar Şmerlinq idi. Milliyyətcə alman 

olan Şmerlinq öz taleyini Gürcüstanla bağlamış 

və onun ictimai həyatında fəal iştirak etmişdir.

Yeri  gəlmişkən 

qeyd edək ki, o, Cəlil 

Məmmədquluzadənin 

nəşr  etdirdiyi  “Molla 

Nəsrəddin”  jurnalı-

nın  rəssamı,  yazıçının 

yaxın dostu idi. 

Bizcə Bəhruz bə-

yin həmin məktəbə qə-

bul  edilməsində  Mirzə 

Cəlilin  də  köməkliyi 

olub.  Bunun  kökündə 

Cəlil  Məmmədqulu-

zadənin  Kəngərlilərlə 

qohumluq  əlaqəsində 

olması dura bilərdi. Bu 

yerdə deyək ki,  Bəhruzun babası Murtuza ağanın 

Əşrəf adlı oğlu nəvəsi Gövhər xanımı Tilisə oxu-

mağa apararkən Mirzə Cəlilin qonağı olub. Son-

ralar  Gövhər  xanım  həmin  jurnalın  yaxın  əmək-

daşlarından olan təbrizli Ağazeynalla ailə qurub və 

1922-ci  ildən  sonra Təbrizə  gedib.  Gövhər  xanı-

mın oğlu Turxan Gənceyi 1985-ci ildə Fransadan 

Bakıya gəlib və müsahibələrində anasının Naxçı-

van Kəngərlilərindən olduğunu söyləyib.

Görkəmli ədibin ömür-gün yoldaşı Həmi-

də xanım Cavanşirin 2012-ci ildə nəşr olunmuş 

“Xatirələrəm” kitabında isə oxuyuruq: “13 iyun 

1900-cu ildə Mirzə Cəlil ikinci dəfə ailə qurur, 

Məmmədqulu  bəyin  bacısı  Nazlı  xanımla  evlə-

nir. Nazlı xanımın əsl adı Zeynəb ağa xanım idi. 

O, əvvəllər Əliqulu bəy Şahtaxtlının zövcəsi ol-

muşdu  və  ondan  Heydər  adlı  oğlu  vardı.  Nazlı 

xanım Mirzə Cəlilə ərə gedərkən oğlu Heydərin 

10 yaşı vardı”. 

T¬hsil ill¬ri

B.Kəngərli.



 

52

T



hsil ill ri

Bu yerdə ancaq onu əlavə edək ki, Mirzə 

Cəlilin Kəngərlilər nəslindən olan qayını Məm-

mədqulu bəy Kəngərli həm də onun yaxın dostu 

olmuşdu. Odur ki, 1904-cü ildə Nazlı xanımın, 

1905-ci  ildə  isə  Məmmədqulu  bəy  Kəngərlinin 

vəfatı ona çox pis təsir göstərmişdi.  

Mirzə  Cəlilin  və  naxçıvanlı  Nəcəfov  qar-

daşlarının  məslək  dostları  olan  Şmerlinq Tilis-

dəki  “Rəssamlıq  və  heykəltəraşlıq  məktəbi”nin 

müəllimi və 1901-1922-ci illərdə fasiləsiz (bəzi 

mənbələrdə  Q.Qrinevskinin  1918-1921-ci  illər-

də  bu  məktəbin  direktoru  olduğu  qeyd  olunub 

–  Z.Əliyev,  N.Alıyev)  direktoru  olub.  Özünün 

ayrıca rəssamlıq və rəsmçəkmə sini var idi. O, 

siyasi  və  məişət  mövzularında  rəsmlər  çəkir-

di.  Bu  rəsmlər  Gürcüstanın  dövrü  mətbuatında 

mütəmadi  çap  edilirdi.  Bizcə,  Bəhruz  Kəngərli 

onun sinində təhsil alıb.

Digər müəllim italyan rəssamı L.Lonqo idi. 

O, 1889-cu ildə Tilisə gəlib və 1910-1914-cü il-

lərdə məktəbin müəllimi olub.

Q.Qrinevski  “Qafqaz”  cəmiyyətindəki 

məktəbin qraika müəllimi idi. Milliyyətcə pol-

yak olan Qrinevski əla akvarel ustası olub. İndi 

də onun əsərləri MDB məkanında təşkil olunan 

sərgilərdə nümayiş etdirilir.

“Qafqaz”  cəmiyyəti  nəzdində  olan  “Zərif 

sənətləri  həvəsləndirmə”  məktəbini  bitirənlərə 

rəssam-müəllim  diplomu  verilirmiş.  Bu  haqda 

Gürcüstanın xalq rəssamı Lado Qudiaşvili özü-

nün xatirələrində məlumat verib”.

Bu  yerdə  azərbaycanlı  gəncin  təhsil  al-

dığı sənət ocağı ilə bağlı məlumatları bir qədər 

dəqiqləşdirilməsinə ehtiyac duyuruq. Belə ki, əv-

vəlki nəşrlərdə onun adı müxtəlif cür qeyd olun-

muşdur. Yeri gəlmişkən deyək ki, ümumiyyətlə, 

bu Bəhruz bəy Kəngərli taleyi ilə bağlı məlumat-

larda  yeganə  uyğunsuzluq  deyildir.  Qeyd  edək 

ki, bunların əksəriyyəti də çox vaxt zamanında 

müəllilərin ətralı tədqiqat aparmamalarından və 

məlumatsızlıqlarından irəli gəlmişdir. 

Bəhruz  bəy  Kəngərli  ilə  bağlı  istisnasız 

olaraq  bütün  ədəbiyyatlarda  onun  Qafqaz  Zərif 

Sənətləri Təşviq  Cəmiyyətinin  nəzdində  fəaliy-

yət  göstərən  rəssamlıq  məktəbində  təhsil  aldığı 

qeyd  olunur.  Hamı  üçün  maraqlı  ola  biləcəyini 

nəzərə alıb əvvəlcə bu cəmiyyət barəsində məlu-

mat vermək istərdik. Bu qurum 1873-cü ildə ya-

radılmış və 1877-ci ilə kimi Tilis Bədaye Cəmiy-

yəti adı ilə fəaliyyət göstərmişdir. 1877-ci ildə isə 

İ.Repinin Kaspi qəzetində çap olunmuş məqaləsi. 1897-ci il (№8).



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə